Məhkəmə qərarları › İş №2-1(112)-480/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-480/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-480/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməyi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən FHN-nin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici daxili xidmət çavuşu kimi xidmətə başlamışdır. Xidmət etdiyi 1 il 8 ay müddətində heç bir nöqsana yol verməmiş və hər hansısa zərərli vərdişi (siqaret çəkmək, içki içmək, narkotik vasitələrdən istifadə və s.) olmamışdır. xx.xx.2021-ci il tarixində FHN-nin və idarənin bir qrup əməkdaşı xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəsini keçirdilər. İddiaçı da kollektivlə birlikdə analiz verdi. Daha sonra Daxili Təhqiqat İdarəsinin əməkdaşı narkotik vasitədən istifadə etdiyi bildirdi. Lakin iddiaçı bu nəticəylə razılaşmadığı üçün təkrar müayinənin keçirilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixində Daxili Təhqiqat İdarəsinin əməkdaşı mayor Bayramov İlkin onu Pataloji Anatomiya Bürosuna apardı və Mətanət adlı şöbə rəisi ilə otaqda 10-15 dəqiqə danışdıqdan sonra ondan təkrar analiz götürdülər. Həmin vaxt iddiaçı şöbə rəisinə həm allergiya, həm də uroloji müalicə aldığını bildirdi. Bununla yanaşı qəbul etdiyi dərmanların adını qeyd edərək reseptin şəklini də göstərdi. Onlar verdiyi testin cavabının 10 gün müddətində çıxacağını bildirdilər və iddiaçı 10 gündən sonra cavabı öyrənmək üçün Pataloji Anatomiya Bürosuna yaxınlaşdı. Lakin hələ testin cavabının çıxmadığı, cavab çıxdığı zaman özlərinin göndərəcəyini qeyd etdilər. Bundan 44 gün sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçını FHN-nin Daxili Təhqiqat İdarəsinin əməkdaşı Zalov Zaur dəvət etdi və analizin cavabında metamfetamin aşkar olunduğunu bildirdi. İddiaçı çıxan cavabla razılaşmayaraq etiraz etdi və yenidən tibbi müayinədən keçmək qərarına gəldi. xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”-nə, xx.xx.2021 -ci ildə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”-nə müraciət edərək, tibbi müayinədən keçdi. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında müvafiq olaraq 2904 və 896 nömrəli aktlara əsasən heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmadı. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 13 avqust 2021-ci il tarixli, 1286/ş nömrəli əmri ilə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir.

3. Nazirliyin X2 və X4 Xidmətinin əməkdaşı İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli 1286/ş saylı əmrinə əsasən, 28 iyul 2021-ci il tarixində tibbi müayinə zamanı Nazirliyin X2 və X4 Xidmətinin "Qızılqum" sularda xilasetmə məntəqisinin matros-xilasedicisi daxili xidmət çavuşu İddiaçı tərəfindən psixotrop maddədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkolojı xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkolojı xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən Fövqəladə hal orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh” haqqında' Əsasnamənin 10.10.22-ci bəndini rəhbər tutaraq Nazirliyin X2 və X4 Xidməti “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi daxil xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 13 avqust 2021-ci il tarixli 2219/K nömrəli aktı Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 17 yanvar 2020-ci il tarixdə daxili xidmət kiçik çavuşu rütbəsi verilməklə Cavabdeh X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros- xilasedicisi vəzifəsinə təyin edilmişdir. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-qanun) 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən, İddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun ifrazat nümunəsində “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 28 iyul 2021-ci il tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və ifrazat nümunəsinin tərkibində ifrazatında “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Bununla da, Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X6 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 13 avqust 2021-ci il tarixli 2219/K saylı məhkəmə-kimyəvi akt əsasında İddiaçı Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 11 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nə və 11 oktyabr 2021- ci il tarixdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzin”nə müraciət edərək narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçmiş və onda heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmamışdır. Lakin qeyd edilir ki, iddiaçı müayinədən həmin gün deyil, həmin tarixdən, yəni 28 iyul 2021-ci il tarixdən bir və iki ay sonra müayinədən keçmişdir. Bu da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 tərəfindən həyata keçirilmiş yoxlamanın 13 avqust 2021-ci il tarixli nəticələrini mübahisələndirməyə əsas vermir. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçi tərəfindən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, İddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur.

5. Əmrin verilməsi üçün əsas olan sənəd qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən hazırlanmış aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 12/xx-xx/02519 №li göndərişə əsasən xidmətə zərurətlə əlaqədar Cavabdeh X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilsedici, daxili xidmət siravisi İddiaçı müayinədən keçirtməklə qan və sidik nümunələrində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələr olubolmaması yoxlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə əsasən, İddiaçı götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 2904 nömrəli Akta əsasən, İddiaçı OPİ, MET, AMP, MTD, COC, TUC, EDD, BZO, BAR, PCP, TML aşkar edilməmişdir.

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 896 nömrəli Akta əsasən, İddiaçı AMP (-), COC (-), TUC (-), OPİ (-), BZO (-), BAR (-), MET (-), MTD (-) mənfi aşkar olunmamışdır.

9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11570/21 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, narkotik maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan asılıdır (yaş, şəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanin vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir.

10. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3220/22 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş istifadə təlimatına əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş “Kenasef", “Lebel”, “Flukonazol”, “Lavomaks” və “Trixapol” adlı dərman vasitələrinin istifadəsi nəticəsində qanda “metamfetamin” maddəsinin yaranması mümkün hesab olunmur. “Nonet” adlı dərman vasitəsi isə ölkəmizdə dövlət qeydiyyatından keçmədiyinə görə həmin dərmandan istifadə nəticəsində qanda ‘‘metamfetamin” maddəsinin yaranmasının mümkün olub-olmaması barədə məlumat vermək mümkün deyil.

11. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3220/22 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, “Noref” adlı dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədiyinə, həmçinin məktubunuza əlavə olunan resept blankının kserosurəti oxunmadığına görə nəzərdə tutulan dərman vasitələrinin istifadə nəticəsində qanda “metamfetamin” maddəsinin yaranmasının mümkün olub-olmaması barədə məlumat vermək mümkün deyil.

12. İddiaçının vəsatəti əsasında verilmiş məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3220/22 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Noref - təqdim olunan istifadə üzrə təlimat və qablaşma eskizi üzərində olan ilkin məlumata əsasən məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir. Həmin məhsulun real tərkibi istifadə üzrə təlimat və qablaşma eskizi üzərində göstərilən məlumatlar kimidirsə, istifadə nəticəsində qanda “metafetamin” maddəsinin yaranması mümkün deyil. Məktubda qeyd olunan 7 adda dərman vasitəsi barəsində internet resusları vasitəsi ilə elmi ədəbiyyatlardan əldə olunmuş məlumatlar əsasında nəticə;

1. Fenibuttablet- istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

2. Amitriptilin tablet - istifadə nəticəsində qanda “metamfetamin" maddəsi yaranmır.

3. Dorepam tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

4. Milqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

5. Maqne B6 tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

6. Bisoqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

7. Ornazar tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı narkotik vasitədən istifadə edibetməməsinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizasının həyata keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki, “İddiaçı götürülmüş qan və ifrazat nümunələrinə aid ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar bildirilmişdir: “- xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qan və idrar nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması. - Sualınıza cavab olaraq bildirirəm ki, narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyini üçün göndərilmiş qan və ifrazat nümunələri məhkəmə-kimyəvi tədqiqat başa çatdıqdan sonra əsəsnaməyə əsasən müəyyən edilmiş müddət ərzində məhkəmə kimya şöbəsinin arxivində saxlanılır. Saxlama müddəti bitdikdən sonra qan və sidik nümunələri aktlaşdırılaraq məhv edilir. Narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin meyilliyinin yoxlanılması üçün vıkəmə-kimya şöbəsində vətəndaş İddiaçı götürülmüş qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2021-ci il saat 10:39) 1 il 2 ay keçdiyindən maddi sübutlar aktlaşdırılaraq məhv edilmişdir. Bu səbəbdən də vətəndaş İddiaçı götürülmüş qan və ifrazat nümunələrində yenidən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi mümkündürmü? Əgər mümkündürsə, istifadə etmişdirmi? - Sualınıza cavab olaraq bildirirəm ki, narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyininin yoxlanılması üçün vətəndaş İddiaçı xx.xx.2021 -ci il tarixdə məhkəmə-kimya şöbəsində götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar. xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi kimyaçı-ekspertin səlahiyyətində olmaması səbəbindən cavablandırmaq mümkün deyil. növündən. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanin vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir. - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021-ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması mümkündürmü? - Sualınıza cavab olaraq bildirərəm ki, İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021 -ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması istifadə etdiyi narkotik maddənin növündən və epizodik və mütəmadi istifadədən asılıdır.

14. İddiaçının əlavə məhkəmə-tibb ekspertizasının təyin olunmasına dair vəsatəti əsasında məhkəmə tərəfindən İddiaçı narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən edilməsi üçün iddiaçıdan nümunələr götürülməklə əlavə məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardad qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ekspert rəyi 3 vərəqdən ibarət olmaqla məhkəməyə təqdim edilmiş, təyin edilmiş ekspertiza üzrə verilmiş ekspert rəyin natamam olmaqla məhkəmə tərəfindən qoyulmuş bütün suallar cavablandırılmamışdır. Rəyin ikinci vərəqindən üçüncü vərəqinə keçiddə fikir natamam olmaqla suallar tam cavablandırılmamışdır. Odur ki, ekspert rəyi tam olmadığından, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı iddiaçıdan nümunələr götürülməklə aparılmalı və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Ekspert qarşısında aşağıdakı sual qoyulsun: - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qan və idrar nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması. - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi mümkündürmü? Əgər mümkündürsə, istifadə etmişdirmi? - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı bir dəfə narkotik vasitə istifadə etdiyi halda hansı müddətə orqanizmindən narkotik maddələr xaric olmalıdır? - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı dəfələrlə, mütəmadi olaraq narkotik vasitə istifadə etdiyi halda hansı müddətə orqanizmindən narkotik maddələrin xaric olmalıdır? - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021-ci il tarixədək orqanizmindən narkotik maddələrin xaric olması mümkündürmü?

15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki, Nazik təbəqəli xromatoqrafiya metodu ilə qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı həyata keçirilmişdir. Müayinə üçün götürülmüş qan və sidik nümunələrinin üzərinə ayrı-ayrılıqda Keldal kolbasına 10 ml distillə suyu əlavə olundu, oksalat turşusu ilə universal indiqator kağızma görə pH=2-yə qədər turşulaşdırıldı və üzərinə 30 ml xloroform əlavə olunaraq qarışdırıldı. Sakit halda 2 saat saxlandıqdan sonra 2000 dövr/dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Hazır məhlulun həlledici təbəqəsi ayrıldıqdan sonra, ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Petri kasasına süzüldü. Kolbada qalan turş su mayesi 25%-li ammonyak məhlulu ilə universal indiqator kağızına görə pH=9-a qədər qələviləşdirildi. Üzərinə 30 ml xloroform əlavə edilib qarışdırıldı və 4 saat müddətində sakit vəziyyətdə saxlandıqdan sonra 2000 dövr/dəqiqə sürətilə 15 dəqiqə müddətində sentrafuqalaşdırıldı. Həlledici təbəqəsi ayrılandan sonra ayrılmış üzvi təbəqənin bir hissəsi şüşə flakona, qalan hissəsi isə Petri kasasına süzüldü. Ayrılan turşu və qələvi xassəli çıxarışlar 0,5 ml-yə qədər buxarlandırıldıqadan sonra ayrı-ayrı «silifol» nazik təbəqəli xromatoqrafiya lövhələrində tədqiqata başlanıldı. 1-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. Müqayisə məqsədilə beşinci «şahid zonasına» morfınin standart məhlulu bir nöqtədə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb ıçıq havada qurudularaq tədqiq olunan maddənin aşkarlanması üçün «Dragendorf» reaktivi bismutsubnitratın kalium yodiddəki məhlulu) ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə lunmadı. «Şahid» zonasında isə sarı fonda narıncı ləkə müşahidə olundu. 2-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. Beşinci nöqtədə «şahid» məqsədilə mfetaminin standart məhlulu start xəttində yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Ninhidrin»in etil spirtindəki 10%-li məhlulu ilə işlənildi, dərhal 125° C temperaturda termostatda saxlanıldı. 15 dəqiqə sonra lövhə termostatdan çıxarıldı. Tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayıbənövşəyi ləkə müşahidə olundu. 3-cü lövhəyə qan və sidik nümunəsindən alınmış qələvi xassəli çıxarışlar iki müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə kannabinoidlərin standart məhlulu digər nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqəsi 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «Fast Blue B» reaktivinin natrium karbonatın 10%-li məhlulunda olan 0,1%-li məhlulu ilə işlənildi. Tədqiq olunan zonada heç bir ləkə müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-qırmızı rəng müşahidə olundu. 4-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə aminazinin standart məhlulu beşinci nöqtədə start xəttinə yeridildi. Sonra lövhə etilasetat : metanol : ammonyak (85:10:5) sistemində xromatoqraflaşdırıldı. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün «FNP» reaktivi ilə işlənildi. Bu zaman tədqiq olunan zonada heç bir rəng müşahidə olunmadı. «Şahid» zonasında isə çəhrayı-qırmızı rəng müşahidə olundu. 5-ci lövhəyə qan və sidik nümulərindən alınmış turşu və qələvi xassəli çıxarışların hər birindən ayrı-ayrılıqda dörd müxtəlif nöqtədə start xəttinə yeridildi. «Şahid» məqsədilə beşinci nöqtədə renobarbitalın spirtli məhlulu start xəttinə yeridildi. Sonra lövhə içərisində xloroform : aseton (9:1) sistemi olan kameraya yerləşdirildi. Həlledici təbəqə 10 sm qət etdikdən sonra lövhə kameradan çıxarılıb açıq havada quruduldu, aşkarlanması üçün ilkin olaraq difenil-karbazonun 0,02%-li xloroformlu, sonra sə civə sulfat məhlulu ilə işlənildi. Bu zaman tədqiq zonada rəng dəyişikliyi müşahidə olunmadı. «Şahid» zonasında isə bənövşəyi-göy və qırmızı-bənövşəyi rəngli ləkə müşahidə olundu. Çıxarışların qalan hissəsi rəngli reaksiyalar üçün istifadə olundu. Bunun üçün 10 ədəd çini kasa götürülüb ayrı-ayrılıqda turşu və qələvi xassəli çıxarışlar kasalara tökülərək quru qalıq almana qədər buxarlandırıldı. Bundan sonra müvafiq olaraq həm turş, həm də qələvi xassəli kasalara qatı sulfat turşusu, qatı nitrat turşusu, Marki reaktivi, FeCl3 3%-li məhlulu, Frede reaktivi əlavə olundu. Heç bir dəyişiklik müşahidə olunmadı. İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

18. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır və iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir.

20. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

21. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunundan: 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 34.0. Fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 34.0.2. məhkəmənin qərarı 35.1. Fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. 35.2. Fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. 22.Qanunun 10-cu maddəsi Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri, 11-ci maddəsi Fövqəladə hallar orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə bağlıdır. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” təsdiq edilmişdir. 24.“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir; 1.0.7. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir; 6.7. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə götürülmüş analizlər əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən İddiaçı qan və ifrazat nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması barədə Akt xx.xx.2021-ci il tarixində (17 gün sonra) tərtib olunmuş və xx.xx.2021-ci il tarixdə Cavabdehnə göndərilmiş və iddiaçı təqdim olunmuş məhkəmə-kimyəvi ekspertizasının nəticələri ilə xx.xx.2021-ci il tarixində tanış olmuşdur. Nəticələrlə razı olmadığı üçün iddiaçı dərhal xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”ndə narkotik vasitələrin və psixotrop madələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibb müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə aşkar olunmamışdır. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”ndə yenidən tibbi müayinədən keçmiş və müayinə nəticələrində narkotik vasitə aşkar olunmamışdır.

26. İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş (xx.xx.2021-ci il tarixdə, daha sonra təkrarən xx.xx.2021-ci il tarixdə) və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir.

27. Bundan əlavə, məhkəmə qeyd edir ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir.

28. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları: - vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, - habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir.

29. Məhkəmə hesab edir ki, həmin halların mövcudluğu mübahisələndirilən qərarda əsaslandırılmamışdır. Belə ki, müvafiq qərarla qurumda fəaliyyət məhdudiyyəti məhz narkoloji xəstələr üçün müəyyən edilmiş, iddiaçının narkoloji xəstə, yəni narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs olması müəyyən edilməmiş, eləcə də iddiaçı fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməkdən imtina etməmişdir. Əksinə, sonradan dəfələrlə qeyd edilən halın təkzibi üçün dəfələrlə müayinədən keçmiş, eləcə də həmin hal məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də təkzib olunmuşdur.

30. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

31. Beləliklə məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müvafiq əmrin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, eləcə də xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsini, qurum üçün fəaliyyət məhdudiyyəti müəyyən edilmiş şəxs, yəni narkoloji xəstə olduğunu sübut etməmişdir.

32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Nazirliyin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqənin matrosxilasedicisi daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə Azərbaycan Respublikasının Cavabdeh üzrə 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmr ləğv edilsin. İddiaçı xidmətə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar