Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4803/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “X4 məcburi köçkün statusunun verilməsi və məcburi köçkün statusuna dair vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mübahisənin aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “X4 məcburi köçkün statusunun verilməsi və məcburi köçkün statusuna dair vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilə qədər Ağdam rayonunda ailəsi ilə birlikdə yaşamışlar. 1993-cü ildə Ağdam rayonundan ailəsi ilə birlikdə məcbur köçkün düşmüşlər. Yuxarıda qeyd olunan ünvanda müvəqqəti məskunlaşmışlar. Yasamal rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli qətnaməsinə əsasən nigahı pozulmuşdur. İddiaçının nigahdan olan 2 qız övladı məhkəmənin qətnaməsinə əsasən himayəsinə verilmişdir. Hal-hazırda biryerdə yaşayırlar. Uşaqlarından biri X8 20.07.2016 cı ildə məcburi köçkün vəsiqəsi almışdır. İkinci uşağı X7 11-ci sinifdə oxuyur. X3 məcburi köçkünlük vəsiqəsinin alınmasına dair lazımi sənədləri toplayaraq, Qaçqınlar və Məcburi köçkünlərin iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoruna müraciət etmişdir. Bu sektor sənədləri komitəyə göndərmişdir. Komitənin status şöbəsinin əməkdaşı göndərilən ərizə və sənədlərin üzərinə uşağın anası işğal olunan rayonların birində qeydiyyata düşəndən sonra X4 məcburi köçkün vəsiqəsini verilməsinin mümkün olmağını qeyd etmişdir. Buna baxmayaraq X7 məcburi köçkün kimi hazırda çörək pulu alır. Əməkdaşın bildirdikləri isə mümkün deyil, ona görə ki, uşaqların anası hazırda başqa şəxslə yenidən ailə həyatı qurmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun” 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qаnunа əsаsən yаşаyış yеri üzrə və оlduğu yеr üzrə qеydiyyаtın məqsədi şəхslərin uçоtа аlınmаsı, оnlаrın bаşqа şəхslərin, dövlət və cəmiyyət qаrşısındа vəzifələrin icrа еdilməsidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddiadır; iddiaçının yaşayış yeri (qeydiyyatı) Ağdam rayonu Qiyaslı Ərazi Dairəsi, Qiyaslı kəndi; cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir:” İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, 01.01.2020 tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı hazırkı inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2-ci, 8-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “X4 məcburi köçkün statusunun verilməsi və məcburi köçkün statusuna dair vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4803/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4803/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver