Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4803/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-254479/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinə, xx.xx.2018-ci ildən xx.xx.2019cu il tarixinə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci i tarixinə və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövrlərin güzəştli sosial sığorta stajı hesab edilməsi və ona 12 il 6 ay güzəştli iş stajının tamam olduğu gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 ay güzəştli iş stajı olduğuna görə ona xx.xx.2024-cü il tarixindən güzəştli şənlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək xx.xx.2024-cü il tarixində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-254479/2024 saylı cavab məktubu (məktubu rəsmi qaydada xx.xx.2024-cü il tarixində almışdır) ilə ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərkəzi Filiala təqdim etdiyi 10 yanvar 1985-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasında və “X1” MMC birgə müəssisəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 4230 saylı arayışına əsasən 0.09.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Boru-Qaraşdırıcısı vəzifəsində (06 il 05 ay 20 gün), “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-3-4/3-9-106/2024 saylı arayışına əsasən xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixinə kimi Gəmi Tikinti bölməsində Mexaniki quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çekən vəzifəsində (1 il 3 ay 3 gün), “X8” X2 Zona Mussisəsinin Bakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1 saylı arayışına əsasən xx.xx.2019-cu ildən xx.xx.2022-cİ il tarixinə kimi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzi fəsində (2 il 9 ay 10 gün), “KAPAL İNTERNATİONAL” X2 Zona Mussisəsinin Bakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2 saylı arayışına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi boru quraşdırıcısı vəzifəsində (2 i. İ ay 17 gün), cəmi 12 il 07 ay 17 gün güzəşti iş stajım olmasına baxmayaraq və bunun» da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci i i tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ mədən işləri bölməsinin 11.6 və 29-cu yarımbəndinə uyğun gəlməsinin göstərilməsinə baxmayaraq inzibati orqanın imtina məktubunda ümumiyyətlə güzəştli iş stajının olmadığı bildirilir. Hesab edir ki, İnzibati orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-254479/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə 60 yaşı xx.xx.2024-cü il tarixində tamam olmasına baxmayaraq 12 il 6 ay güzəştli iş stajı xx.xx.2024-cü il tarixində tamamlandığına görə xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsi, və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən X3 Sistemlərinin İstismarı İdarəsinin sizə dair xx.xx.2024-cü il tarixli 127 nömrəli arayışında xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində X4 X10 İstismarı İdarəsində boru çəkilişi çilingəri, “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun sizə dair xx.xx.2024-cü il tarixli 13-3-4/3- 9-106/2024 nömrəli arayışında xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz X4 X10 İstismarı İdarəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda, işlədiyiniz gəmi boru çəkən vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulan güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bundan başqa, “X8” X2 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin sizə dair xx.xx.2024-cü il tarixli 1 və 2 nömrəli arayışlarında xx.xx.2019-cu il tarixindən bugünədək sənaye dəmir beton borularının boru çəkəni və boruquraşdırıcı vəzifəsində işlədiyiniz göstərilsədə ИТ-İ ******* nömrəli əmək kitabçanızda isə xx.xx.2019-cu il tarixindən bugünədək boru üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd edilib. Göründüyü kimi, sizə dair məlumatlarda uyğunsuzluq var. Həmçinin işlədiyiniz boru üzrə çilingər vəzifəsi həmin arayışlarda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də, güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
5. Cavabdeh iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, verilmiş imtina qanunsuz və əsassız olmaqla lüzumsuz şəkildə pensiya hüququnun reallaşmamasına səbəb olmuşdur. Məhz yuxarıda qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmə müraciət etmişdir. İddiaçı daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3- 3-17- 1/2-A-254479/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsi, və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuş sahələr və vəzifələr ilə eyniyyət təşkil etmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: ümumi iş stajının 25 il olması; güzəştli iş stajının 12 il 06 ay olması. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda, Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahisı”nin metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsi, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, oərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuşdur. İşin halları ilə əlaqədar İddiaçı münasibədə müvafiq müəssisələr tərəfindən verilmiş arayışlar mübarizələndirilmişdir: X3 Sistemlərinin İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli 127 nömrəli arayışı; "Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun xx.xx.2024-cü il tarixli 13-3-4/3-9- 106/2024 nömrəli arayışı; “X8” X2 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin xx.xx.2024cü il tarixli 1 və 2 nömrəli arayışları. Mərkəzi Filiala təqdim edilən X3 Sistemlərinin İstismarı İdarəsinin İddiaçı dair xx.xx.2024-cü il tarixli 127 nömrəli arayışında onun xx.xx.1994xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində X4 X10 İstismarı İdarəsində boru çəkilişi çilingəri, “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun İddiaçı dair xx.xx.2024-cü il tarixli 13-3- 4/3-9-106/2024 nömrəli arayışında xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən vəzifələrində işlədiyi qeyd olunmuşdur. Hesab edilir ki, İddiaçı işlədiyi X4 X10 İstismarı İdarəsinin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda İddiaçı işlədiyi gəmi boru çəkən vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulan güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bundan başqa, “X8” X2 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin İddiaçı dair xx.xx.2024-cü il tarixli 1 və 2 nömrəli arayışlarında xx.xx.2019-cu il tarixdən bugünədək sənaye dəmir beton borularının boru çəkəni və boruquraşdırıcı vəzifəsində işlədiyi göstərilsə də, ИТ-İ ******* nömrəli İddiaçı əmək kitabçasında isə xx.xx.2019-cu il tarixdən bugünədək boru üzrə çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi İddiaçı dair məlumatlarda uyğunsuzluq var. Həmçinin işlədiyi boru üzrə çilingər vəzifəsi həmin arayışlarda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən gurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir.
6. X3 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli 127 nömrəli arayışında qeyd olunur ki, İddiaçı, 1964-cü il təvəllüdlü, ondan ötrü ki, o, həqiqətən 2001-ci ilin Sentyabr ayının 10-dan 2008-ci ilin Mart ayının 01-nə kimi Boru-Quraşdırıcısı vəzifəsində (06 il 05 ay 20 gün); 2008-ci ilin Mart ayının 01-dən 2013-cü ilin Fevral ayının 01-nə kimi Briqadir vəzifəsində (04 il 11 ay 0 gün) və 2013- cü ilin Fevral ayının 01-dən 2017-ci ilin Dekabr ayının 15-nə kimi (04 il 10 ay 14 gün) «X7 MMC» birgə müəssisəsində Böyük Briqadir vəzifəsində işləyib. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qəran ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 11.6. yarımbölməsinə əsasən güzəştli sayılır.
7. X8 X2 Zona Müəssisəsinin Bakı nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1 nömrəli arayışında qeyd olunur ki, 1964-cü il təvvəllüdlü İddiaçı həqiqətən 2019-ci ilin Oktyabr ayının 31-dən (2 il 9ay 10 gün), 2022-ci il avqust ayının 11-dək "X9 X2 Zona Müəssisəsi”nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində sənayə dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsində işləmişdir və qeyd edilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixili 12 saylı Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının"xxxx"X9 X2 Zona Müəssisəsi"nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsi öz fəaliyəti istiqamətinə görə bina, güzgü və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə bağlı ixtisaslaşmış idarədir.
8. X8 X2 Zona Müəssisəsinin Bakı nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 2 nömrəli arayışında qeyd olunur ki, 1964-cü il təvvəllüdlü İddiaçı həqiqətən 2022-ci ilin avqust ayının 11-dən 2024-cü ilin oktyabr ayının 10-dək "X9 X2 Zona Müəssisəsi"nin Bakı Nümayəndəliyi müəssisəsində sənayə dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsində işləmişdir və qeyd edilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixili 12 saylı Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının"xxxx"X9 X2 Zona Müəssisəsi"nin Bakı Nümayəndəliyi müəssisəsi öz fəaliyəti istiqamətinə görə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə bağlı ixtisaslaşmış idarədir.
9. Məhkəmənin sorğusuna əsasən təqdim edilən “Azərbaycan X11” QSC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən xx.xx.2018-ci ildən (xx.xx.2018-ci il tarixli əmr 270/K saylı) xx.xx.2019-cu ilə kimi (xx.xx.2019-cu il tarixli əmr 259/k saylı) “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən peşəsində işləmişdir. Gəmi boru çəkən kimi A.İddiaçı əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun bu işdə ümumilikdə iş stajı 1 il 3 ay 3 gün təşkil edir. Yuxarıda göstərilən (İddiaçı müəssisədə işlədiyi) peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6 a bəndinə əsasən güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr kimi yarımbəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X11 Azərbaycan Dövlət X11 adlandırılmışdır. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazası adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X11nin və X13 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli №18-li qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. “AXDG "QSC-nin xx.xx.2014-cü il tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ”Gəmi Təmiri Zavoduna birləşmişdir və “AXDG “QSC-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə həmin zavod “Zığ”Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən 02 aprel 2025-ci il tarixli 3-17-1/2-71021/2025 saylı məktubla Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatlar (2006-cı il tarixdən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilərək bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının 2 aprel 2025-ci il 3-17-1/2- 71021/2025 ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.
11. Məhkəmənin sorğusuna əsasən Dövlət Neft Şirkəti (SOCAR) xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 19 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. “X1” MMC SOCAR-ın 20 faiz iştirak payı ilə təsis olunmuş müəssisədir. Lakin bu müəssisə SOCAR-ın strukturuna daxil deyildir və əldə etdiyimiz məlumata əsasən, hazırda fəaliyyət göstərmir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti bütün növ dəniz gəmilərinin təkmilləşdirilməsi, modernizasiyası, təmiri və bu kimi digər işlərin yerinə yetrilməsindən ibarət olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli Sərəncamına əsasən, SOCAR-ın X13 Donanması ləğv edilmiş və onun bazasında “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu səbəbdən, X13 Donanmasına aid bütün sənədlər, o cümlədən kadr uçotu və arxiv materialları “Azərbaycan X11” QSC-yə təhvil verilmişdir. Odur ki, icraatınızda olan bu iş üzrə iddiaçının işləmiş olduğu peşə, vəzifə yuxarıda göstərilən fəaliyyət istiqaməti üzrədirsə “Azərbaycan X11” QSC-yə müraciət etməyiniz tövsiyə olunur.
12. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
13. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
20. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
21. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
23. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
26. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
27. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
28. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə başlamışdır.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur.
30. Cavabdeh iddiaçının güzəştli iş stajının olmadığını əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2001-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2019xx.xx.2024-cü il tarixlərdə işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.
31. İddiaçının iş stajına münasibətdə məhkəmə qeyd edir: İT-İ ******* nömrəli nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: - “X7 MMC” birgə müəssisəsində xx.xx.2001-ci ildən boru-quraşdırıcı, xx.xx.2008-ci ildən briqadir, xx.xx.2013-cü il tarixdən böyük briqadir vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdə ştat ixtisası səbəbi ilə işdən azad edilmişdir. - “Azərbaycan X11” QSC “Zığ”Gəmi Təmiri və Tikintisi zavodunda xx.xx.2018-ci ildən Gəmi Tikintisi bölməsində mexanik quraşdırmaq sahəsinin Boru çəkmə briqadasında 5-cı dərəcəli gəmi boru çəkən vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmişdir. - “X8” Şirkətində xx.xx.2019-cu ildən boru çilingəri vəzifəsində işləmiş, xx.xx.2022-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci ildən boru üzrə çilingər vəzifəsində işləyir
32. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (xx.xx.2001-xx.xx.2017, xx.xx.2019-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2024) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və işəgötürən arayışı ilə əmək kitabçasında qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduğu əsas gətirilmişdir. Bununla da tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli 127 nömrəli arayışı, "Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun xx.xx.2024-cü il tarixli 13-3-4/3-9- 106/2024 nömrəli arayışı, “X8” X2 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1 və 2 nömrəli arayışları mübahisələndirilmişdir.
33. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
34. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - X3 Sistemlərinin İstismarı İdarəsi tərəfindən təqdim edilən güzəştli arayışda təsdiq edilir ki, iddiaçının «X7 MMC» birgə müəssisəsində xx.xx.2001-ci il tarixdən işlədiyi boru quraşdırıcı və xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək briqadir, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixıədək isə işlədiyi böyük briqadir vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qəran ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 11.6-cı yanımbölməsinə əsasən güzəştli sayılır.
35. Göründüyü kimi, iddiaçının işlədiyi boru quraşdırıcı, briqadir və böyük briqadir vəzifələri əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri eynilik təşkil etməklə güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
36. Belə ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixıədək «X7 MMC» birgə müəssisəsidə işlədiyi boru quraşdırıcı, briqadir və böyük briqadir vəzifələri - 2 №-li Siyahının XİV. Metal emalı bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində şifrə 2150300a—1753b ilə göstərilmiş “güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində a) fəhlələr: güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
37. İddiaçının mübahisələndirilən xx.xx.2018-xx.xx.2019-cu illərdə işlədiyi vəzifələrə nəzərən məhkəmə qeyd edir ki, işəgötürən hüquqi şəxs - “Azərbaycan X11” QSC tərəfindən təqdim edilən güzəştli arayışdan bəlli olur ki, iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyəti “Zığ”Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən peşəsində çalışmışdır və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6 a bəndinə uyğundur.
38. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmirindən ibarət olmuşdur.
39. Göründüyü kimi iddiaçının xx.xx.2018-xx.xx.2019-cü il tarixlərdə çalışdığı gəmi boru çəkən vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
40. Belə ki, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyəti “Zığ”Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi boru çəkən vəzifəsi - 2 №-li Siyahının XİV. Metal emalı bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində şifrə 2150300a—1753b ilə göstərilmiş “güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində a) fəhlələr: güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
41. Məhkəmə iddiaçının mübahisələndirilən – xx.xx.2019-xx.xx.2024-cü illərdə işlədiyi vəzifələrə münasibətdə aşağıdakıları qeyd edir:
42. “X9 X2 Zona Müəssisəsi"nin Bakı Nümayəndəliyinin təqdim etdiyi 1 və 2 nömrəli arayışlarından məlum olur ki, iddiaçının xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "X9 X2 Zona Müəssisəsi”nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində işlədiyi sənayə dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixili 12 saylı Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 29-cu yarım bəndinə aiddir.
43. Müəssisə tərəfindən aparılan əməliyyatlar bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə əhatələnən işlər olmaqla bu sahədə ixtisaslaşmış idarədir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
44. Göründüyü kimi, iddiaçının işlədiyi boru çəkən, boru quraşdırıcısı vəzifəsinin əmək funksiyaları ağır hesab olunaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
45. Belə ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək “X8” Şirkətində işlədiyi boru çəkən, boru quraşdırıcısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində a) fəhlələr: “texnoloji boru kəmərlərinin quraşdırıcıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir.
46. Məhkəmə iddiaçının “X8” Şirkətində işləməsinə dair əmək kitabçasında aparılan qeydlərlə işəgötürən tərəfindən verilən arayışdakı məlumatların uyğunsuzluq təşkil etməsi, yəni birində boru çilingəri, digərində boru quraşdırıcısı qeyd edilməsinin onun güzəştli peşədə işləməsinə əsaslı şübhələr doğurduğunu hesab etmir. Belə ki, iddiaçının həmin iş illəri onun əmək kitabçası və işəgötürənin güzəştli arayışı ilə təsdiq olunduğu və arayışdakı məlumatların mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İddiaçının sözügedən illərdə güzəştli hesab edilən peşədə işləməsinə dair arayışın həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.
47. Qeyd edilməldir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
48. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - X3 Sistemlərinin İstismarı İdarəsi, Dövlət Neft Şirkəti (SOCAR) və X8 X2 Zona Müəssisəsinin Bakı nümayəndəliyinin arayışları ilə təsdiqlənir.
49. Məhkəmə həmçinin qeyd edir ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlara əsasən “X1” MMC-də (VÖEN **********) 2006-2016-cı illərdə, X4 X10 İstismarı İdarəsində (VÖEN **********) 2006-2009-cu illərdə, yəni 2006-cı ildən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi məlum olur.
50. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən: 4.1.1. xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən aparılır. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən aparılır.
51. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisələr mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.
52. Nəticə etibarı ilə iddiaçının xx.xx.2001-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2024-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
53. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 60 yaşınının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
54. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
55. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
56. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
57. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
58. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
59. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
60. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
61. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşdan, xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva