Məhkəmə qərarları › İş №2-1(112)-4806/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4806/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4806/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə iclası 29 sentyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiçı və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə iddiaçının və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştiraklarıı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi məqsədilə iddia tələbinin ayrı-ayrı inzibati orqanlar Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəldildiyi və tələbin qeyri-müəyyən olunduğu, eyni növdən olan uyğun faktiki və hüquqi əsaslara yönəlmədiyi qeyd olunaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən bununla bağlı heç bir hərəkət edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia tələbi aşağıdakı səbəblərə görə mümkün hesab edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək əlili olduğu halda növbədə ümumi əlil kimi göstərilmiş, növbəlilik hüququ pozulmuşdur. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə əmək əlili olduğundan ona növbədənkənar mənzil verilməli idi. Azərbaycan Respublikasının “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən, əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbətiyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Qeyd edirlər ki, hazırda Komitə tərəfindən Ölkə rəhbərinin fərman və sərəncamlarına, eyni zamanda Dövlət Proqramlarına uyğun olaraq yalnız məcburi köçkünlərin mənzillə təmin edilməsi həyata keçirilir. Odur ki, əlilliyi olan şəxslərin mənzillə təmin olunması aidiyyəti mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçirildiyindən, mövcud qanunvericiliyin tələblərinə əsasən, İddiaçı aidiyyəti üzrə mərkəzi və yerli icra orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Göründüyü kimi, Komitə İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş iddia tələblərinə münasibətdə cavabdeh qismində çıxış etmir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli 719 nömrəli Fərmanı ilə Komitənin Əsasnaməsində edilmiş dəyişikliklərə əsasən Komitənin üzərindən “qaçqın” statusunun verilməsi götürüldüyündən, həmçinin yuxarıda qeyd olunan fərmanların tələblərinə uyğun olaraq Ermənistan Respublikasından olan qaçqınların məskunlaşdırılması sona çatdığından və onlara verilən güzəştlər dayandırıldığından, həmçinin iddiaçının əlilik dərəcəsi olan şəxs kimi mənzillə təmin edilməsi Komitənin səlahiyyətlərinə aid olmadığından, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməli və mümkünsüz sayılmalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahaını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddia tələbləri ayrı-ayrı inzibati orqanlara qarşı yönəlmiş müxtəlif tələblərdən ibarət olmaqla, prosessual həmiştirakçılığın tələblərinə cavab vermir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə araşdırması nəticəsində həmçinin iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı hazırkı iddia üzrə əlil olaraq növbəlilik hüququnun pozulduğunu, onun əmək əlili olduğundan növbədənkənar mənzil verilməli olduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyi olan şəxslərin mənzillə təmin olunması aidiyyəti mərkəzi və yerli icra orqanlarınının səlahiyyətinə aid olduğundan tələbin cavab verməli orqana qarşı yönəlmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehlər kimi göstərilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olmadığından, hazırkı iddia predmeti üzrə cavabdeh ola bilməz. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsinə dair olan hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan tələb üzrə iddiaçı 50.000 manat məbləğində mənəvi ziyanın təzminatın ödənilməsi barədə olmaqla əsaslandırılmamış, həmçinin tələbin qeyrimüəyyən olduğu müəyyən edilir. Belə ki, iddiaçı cavabdeh inzibati orqanların hansı hərəkətləri (hərəkətsizlik) nəticəsində ona mənəvi ziyanın vurulduğu iş materialları ilə müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu, hazırki iddia tələbinin irəli sürülməsində iddiaçıların subyektiv hüquqlarının mövcud olduğu müəyyən edilmədiyindən, həmçinin iddia ərizəsi prosessual həmiştirakçılığın tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar