Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4806/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 01 avqust 2020-ci il tarixdən Qax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə aylıq əmək haqqının bir vəzifə maaşı məbləğində artırılmasına müvafiq olaraq həmin tarixdən bu artımlar nəzərə alınmaqla qulluq stajlna görə əmək pensiyasına əlavələrin yenidən hesablanmasını və aylar üzrə yaranmış pul vəsaitinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 24 dekabr 1984-cü il tarixdən 06 iyun 2017-cı ıl tarixə kimi prokurorluq orqanlarında xidmət edib. 06 iyun 2017-ci il tarixdə qulluq illərinə gorə prokurorluq orqanlarından pensiyaya çıxıb və həmin tarixdən də ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.4., 9 4.1., 9.4.2,-ci maddələrində göstərilən hallara uyğun olaraq prokurorluq işçilərinin yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1 5-cı maddəsinə müvafiq olaraq prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr verilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2.-cı maddəsinə uyğun olaraq prokurorluq işçilərinin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-cı maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyı) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 01 avqust 2020-cı ıl tarixdən prokurorluq işçilərinin əmək haqqı artırılmışdır. Belə kı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 iyul 2020-cı il tarixli 253 №-lı qərarına uyğun olaraq 1 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bır aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmişdir. Həmin vaxtdan, yəni 01 avqust 2020-cı ıl tarixdən prokurorluq əməkdaşlarına tutduqları vəzifəyə müvafiq olaraq hər ay əmək haqqlarının tərkib hissələrinə daxil olmuş vəzifə maaşına əlavə olaraq bır aylıq vəzifə maaşı da əlavə edilərək ödənilir. Belə olan halda, 1 avqust 2020-cı ıl tarixdən prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı bır vəzifə maaşı məbləğində artırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin rəisi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, 20/97 saylı məktubundan görünür ki, 01 avqust 2021-cı il tarixdən prokurorluq əməkdaşlarının əmək haqqı bır vəzifə maaşı həcmində artırılmış, o cümlədən pensiyaya çıxdığım Qax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə əmək haqqı 755 manat məbləğində, yəni bır vəzifə maaşı qədər artırılmışdır. Həmin artımdan da məcburi dövlət sosial sığortasına müvafiq ödənişlər olunur. Bununla bağlı, o, 5 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq bu artım nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin ona ünvanladığı 26 yanvar 2021-ci il tarixli, **********0 saylı məktubunda göstərmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10 1, 1 0 2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-cı ıl tarixli Qərarında qeyd olunanlara görə pensiyanın artırılmasından imtina olunur. Həmin məktub ona 05 fevral 2021-cı ıl tarixdə poçt xidməti vasitəsilə ünvanıma çatdırılmışdır. Hesab edir kı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın bu hərəkətləri ilə onun Konstitusiyada, “Əmək pensiyaları haqqında", “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarında təsbit olunmuş hüquqlarını kobudcasına pozmuş, nəticədə ona qarşı qanunsuz, ədalətsiz və əsassız qərar qəbul olunmuşdur. İlk növbədə qeyd olunmalıdır kı, cavabdeh istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 0 1, 1 0 2, 1 0 5 və 20 14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş müddəaların mahiyyətinə və məzmununa görə düzgün tətbiq etməyərək yanlışlığa yol vermişdir. Belə kı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10 1, 1.0.2, 1.0.5 və 20 14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il Qərarında göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərclıyının, dövlət məvacibinin tərkib hissələrinə daxıl olmuş və verilmiş ödənclərdəkı artımları nəzərdə tutur. Qərarın bu müddəasının düzgün tətbiqi uçun prokurorluq işçilərinə münasibətdə əmək haqqı anlayışının qanunvericilikdə nədən ibarət olması dəqiqləşdirilməlidir. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində aşağıdakı kımı müəyyən edilmişdir “prokurorluq işçilərinin əmək haqqı - vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir”. Həmin Qanunun 21.1 maddəsinə uyğun olaraq prokurorluq işçisinin əmək haqqının tərkib hissəsi aşağıdakılardan ibarətdir: vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Burada digər ödənişlər dedikdə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 , 20 9., 21.4-cü maddələrində göstərilən hər il məzuniyyətə çıxarkən ıkı aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə pulu, və maddi yardımlar nəzərdə tutulur. Beləliklə, qanunvericiliyə əsasən vəzifə maaşı ödəniş növü kımı prokurorluq işçisinin əmək haqqının tərkib hissəsinə daxildir. Daha dəqiq desək, vəzifə maaşı prokurorluq işçisinin əmək haqqının əsasını təşkil edən ödəniş növüdür. Eyni zamanda, hər bir prokurorluq əməkdaşı əmək haqqı alarkən həmin əmək haqqına vəzifə maaşı daxıl edilmişdir. Başqa sözlə desək, prokurorluq işçisi pensiyaya çıxana kimi ödəniş növü olaraq həmin vəzifə maaşını almışdır. Hər bir prokurorluq əməkdaşı pensiyaya çıxana kimi əmək haqqının tərkib hissəsinə daxıl olan ödəniş növü kımı vəzifə maaşı almışdır. Yuxarıda göstərilənlərə əsasən belə nəticə əldə olunur kı, 1 avqust 2020-ci il tarixdən prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının tərkib hissəsi olan vəzifə maaşının bir vəzifə maaşı məbləğində də artırılması qeyd olunan qanunvericiliyin maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-cı ıl Qərarındakı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar" müddəasına tam uyğundur. Başqa sözlə desək, 1 avqust 2020-cı il tarixdən prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının tərkib hissəsi olan vəzifə maaşının bır vəzifə maaşı məbləğində də artırılması sonrakı artım müddəası kimi qəbul olunmalıdır. Ona görədə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq bu artım nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cu maddələrinin şərh edilməsinə dair" 15 may 2020-cı il Qərarında göstərilmişdir kı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20 14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunan qərarın bu müddəası prokurorluq işçilərinin əmək haqqının artırılması məsələsinə heç bir aidiyyəti yoxdur. Belə kı, yuxarıda sadalanan qanunlardan görünür ki, prokurorluq işçilərinə münasibətdə vəzifə maaşı əmək haqqının əlavəsi sayılmır və əmək haqqının əsasını, yəni özülünü təşkil edir. Prokurorluq işçilərinə münasibətdə əmək haqqının tərkib hissəsi olan 2 növ əlavə mövcuddur: onlardan biri - rütbəyə görə əlavə, ikincisi - xidmət illərinə görə əlavə. Belə olan halda, vəzifə maaşı əmək haqqının əsası və özülü olduğundan və bu səbəbdən əlavə sayılmadığından Konstitusiya Məhkəməsinin qərarında göstərilən müddəa da, yəni pensiya yenidən hesablanarkən “əlavələrə edilən artımlar nəzərə alına bilməz” kimi qayda prokurorluq işçilərinə münasibətdə tətbiq oluna bilməz. Çünki həmin müddəa əlavələrə edilən artımları nəzərdə tutur. 01 avqust 2020-ci il tarixdə isə prokurorluq işçilərinin əmək haqqının əlavəsi sayılmayan vəzifə maaşına bir vəzifə maaşı artımı kımı əlavə ödəniş nəzərdə tutulmuşdur. Beləliklə, 01 avqust 2020-ci ıl tarixdən prokurorluq işçilərinin vəzifə maaşı bir vəzifə maaşı məbləğində artirildığından əmək haqqı məbləği də artmışdır. Qeyd olunmalıdır kı, prokurorluq işçilərinin əmək haqqı artımı faktiki olaraq vəzifə maaşının artımına bağlıdır və hər bir halda vəzifə maaşı artırıldıqda əmək haqqının artımı baş verir. Belə ki, prokurorluqda xidmət etmiş şəxsin pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 9.4, 9.4.1., 9.4.2, 20.1, 20.15, 20.15- 1, 2015.-2, 20.8 və 37.2-ci maddələrinin və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Qanunun 20.8, 20.9, 20.13, 20.14, 20.15, 21.1, 21.4-cü maddələrinin tələblərinə müvafiq olaraq, özü də qulluq stajına görə əmək pensiyalarına bütün əlavələr daxil edilməklə müəyyən olunmuş pensiyalardır və yalnız çalışan prokurorluq işçilərinin aylıq əmək haqqları artırıldığı halda, bu artımlar əmək haqqında sonrakı artımlar kimi nəzərə alınaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin və yuxarıda qeyd olunan qanunların müddəaları əsasında pensiyaya tətbiq olunması həyata keçirilir. Prokurorluq orqanlarından pensiyaya çıxmış şəxslərin pensiyalarının “sonrakı artımlarının” yeganə mənbəyi, Konstitusiya və mövcud qanunvericiliyin tələblərinə əsasən, yalnız çalışan prokurorluq işçilərinin əmək haqqlarının istənilən formada artırılmasıdır. Pensiyasının yenidən hesablanmasından imtina edən cavabdeh açıq aşkar ayrı- seçkılıyə yol vermişdir. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə müəyyən olunmuş müddəaya əsasən, “normativ - hüquqi aktlar hüquqa və haqq - ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır”. Cavabdehin isə qanunsuz hərəkətləri ilə eyni orqandan pensiyaya çıxmış eyni hüquqi statusa malik olan vətəndaşlar arasında bərabərsizlik və huquqı ayrı - seçkilik yaratmaqla yanaşı, sosial ədalətsizlik də bərqərar olunur. Xüsusilə qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 2011-cı il 7 iyul tarixli Qərarında qeyd olunmuşdur kı, “ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd' daşımır və ya "istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdur. Pensiyaya çıxmış prokurorluq işçisinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələsi birbaşa çalışan prokurorluq işçilərinin maddı təminatının yaxşılaşdırımasına bağlıdır. Əgər hazirda çalışan prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı onların əmək haqqı artırılır və həmin artıma uyğun olaraq sonradan pensiyalarının təyinatına şamil olunur, belə olan halda sosial müdafiəsinin yaxşılaşdırılması həmin artıma bağlı olan lakin, artımdan əvvəl pensiyaya çıxmış prokurorluq əməkdaşına bunun şamil edilməməsi ədalətsizliyin, ayrı-seçkiliyn açıq aşkar göstəricisidir. Bu səbəbdən də Avropa Məhkəməsi bu kımı yanaşmanı ədalətli olaraq ayrı-seçkiliyin baş verməsi kimi qiymətləndirərək yuxarıda göstərilən mövqeyini sərgiləmişdir. Beləliklə də, 01 avqust 2020-cı il tarixdən prokurorluq işçilərinin əmək haqqının artımı olduğundan "Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq bu artım nəzərə alınmaqla, qulluq stajına görə mənim əmək pensiyam yenidən hesablanmalıdır. O pensiyaya Azərbaycan Respublikası Prokurorluğunun Qax rayon prokurorunun köməkçisi vəzifəsindən çıxıb. Odur kı, Qax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə bir vəzifə maaşının artımına müvafiq olaraq 1 avqust 2020-cı ıl tarixdən pensiyasının məbləğinə aylıq əmək haqqı üzrə 755 manat məbləğində vəzifə maaşı artımı nəzərə alınmaqla bu artıma uyğun olaraq pensiyaya əlavənin yenidən hesablanmasını və həmin tarixdən aylar üzrə yaranmış pul vəsaitin ona birdəfəlik ödənilməsi təmin olunmalıdır.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək onu müdafiə etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 05 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarının birinci bəndinə əsasən 1 avqust 2020-ci il tarixindən prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Göründüyü kimi iddiaçının ərizəsində qeyd etdiyi əlavənin verilməsi hazırda prokurorluq orqanlarında çalışan işçilər üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən iddiaçıya sözügedən əlavənin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürdüyünü bildirmişdir.
II. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından (bax 5-ci bənd) prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva