Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-481/2020 24.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə qarşı “yol nəqliyyat hadisəsinin təkrar qeydiyyata alınması və bununla bağlı sənədlərin göndərilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə qarşı “yol nəqliyyat hadisəsinin təkrar qeydiyyata alınması və bununla bağlı sənədlərin göndərilməsi barədə” iddia ərizəsi 01 noyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olmuşdur. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-481/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də KASKO-BUTİK məhsulu üzrə XL1223 könüllü sığorta şəhadətnaməsi ilə "xxxx" MMC-yə məxsus ** PP *** dövlət qeydiyyat nişanlı “Citroen DS4” markalı avtomobil sığortalanmışdır. 04 iyul 2018-ci il tarixdə saat 02:30 radələrində həmin avtomobili idarə edən sürücü X2 Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında avtomobili saxlayaraq marketə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra avtomobillərin toqquşması səsisini eşidərək marketdən çıxmış və öz avtomibilinin “VAZ2101” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmasını görmüşdür. Hadisə barəsində dərhal "xxxx" MMC-yə, zərərvuran tərəfindən də müvafiq sığorta təşkilatına məlumat verilmişdir. "xxxx" MMC-nin əməkdaşı hadisə yerinə gələrək hadisəni qeydiyyata almış və hadisə yerinin fotoşəkillərini çəkmişdir. Bundan əlavə, hadisə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin əməkdaşları tərəfindən də qeydiyyata alınmış, avtomobillərin sürücüləri DYP-nə dəvət edilmişlər. Hadisə ilə bağlı sorğu göndərilmiş, lakin cavablandırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsindən verilən məlumat əsasında bəlli olmuşdur ki, yol nəqliyyat hadisəsinin qeydiyyata alınmasına dair sənədlər naməlum şəraitdə itmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhqiqatlar idarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq, Bakı şəhər X6 İdarəsindən şirkətə bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemində sözügedən hadisə üzrə qeydiyyat yoxdur. Sığorta hadisəsi nəticəsində şirkət tərəfindən "xxxx" MMC-yə 5187 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən sözügedən hadisə ilə bağlı sənədlər təqdim edilmədiyindən şirkət subroqasiya hüququndan məhrum edilmişdir. 24 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizədə göstərilən halları təsdiq edərək, qaldırmış məsələlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etdi. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə hazırki ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Belə ki, şikayətin yuxarıda şərh edilən hallarından məlum olur ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd "xxxx" MMC-nin sığorta hadisəsi kimi qeydiyyata aldığı yol nəqliyyat hadisəsinin Bakı şəhər X6 İdarəsi tərəfindən təkrar qeydiyyata alınması və bununla bağlı sənədlərin şirkətə göndərilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1.-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 12.1. -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1. -ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 45.1. -ci maddəsinə görə törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra – informasiya ehtiyatı) yaradır və həmin informasiya ehtiyatlarının fəaliyyətini təmin edir. Həmin Məcəllənin 48 -ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə, işin göstərilən hallarından və qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, yol nəqliyyat hadisəsinin qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkəti və hərəkətsizliyi ilə əlaqədar müraciətlərə səlahiyyətləri daxilində ümumi məhkəmələr tərəfindən baxılmalıdır. İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin işin yuxarıda qeyd edilən hallarına görə ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, hazırki iddiasında qaldırdığı məsələlər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) hərəkəti və ya hərəkətsizliyindən inzibati qaydada yuxarı vəzifəli şəxsə, eləcə də, ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-481/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-481/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver