Məhkəmə qərarları › İş №2-1(112)-481/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-481/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-481/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “X3 qərarının əsassız hesab edilərək sənədlərdə göstərilən məlumatların əmək stajı kimi hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1577/2019 saylı qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə 1saylı Bakı İnzibati Məhkəməsi göndərilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2-1(112)-481/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə baglı müraciət etmişdir. Cavabdeh təşkilat isə əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina edərək onun iş stajının 25 ildən az oldugunu qeyd etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilməsi onun hüquqlarını pozur. Belə ki, iddiaçı 1973-cü ildən 1993-cü il tarixədək Agdam rayonu işqal edilənədək Agdam Kommunal Müəssisələri Kombinatında sürücü işləmişdir. X4 iddiaçıya verdiyi 05 iyun 2018-ci il tarixli 184 saylı arxiv arayışında bildirilir ki, 1973-1993-cü illərin arxiv sənədləri Agdam rayonunun işgalı ilə əlaqədar işgal altında qalmışdır. İddiaçı xx.xx.1974-cü ildənxx.xx.1976-cı ilədək keçmiş SSR silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. “Azərkimya” İB “Etilen-Politelen” Zavodunun iddiaçıya təqdim etdiyi 128 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışında bildirilir ki, o, xx.xx.2000-ci il tarixdən 336 nömrəli xx.xx.2000-ci il tarixli əmrlə L və PE sexinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixli 189-KŞ nömrəli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ƏM-nin 69a maddəsinin 3-cü bəndinə əsasən öz xahişilə işdən azad edilmişdir. "xxxx" ASC-nin iddiaçıya verdiyi xx.xx.2000-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı zavodda xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər avadanlıqların 5-ci dərəcəli sazlayıcısı vəzifəsində işləmişdir. O, həm də "xxxx" ASCnin səhmdarı kimi də müəssisədə vəzifə tutmuşdur. Sumqayıt şəhərində işə qəbul edilərkən müdiriyyətin ona əmək kitabçasının açmamasının səbəbi əmək qanunvericiliyi ilə məcburi köçkün olan vətəndaşlar üçün əmək kitabçasının məcburi olmaması idi (ƏM-nin 48-ci maddəsi). Buna baxmayaraq şəxsi işində gördüyü iş müqabilində ona 1994-cü ildən 2000ci il tarixədək tariflə ödənilmiş əmək haqqlarının tabel göstəricilərinə aid sənədlər qalır. DMSF bu sənədləri qəbul edərək, həmçinin də yuxarıda qeyd etdiyi digər təsdiqedici sənədləri pensiya təyini üçün əsas kimi götürə bilərdi. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya güşəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməklə “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya pensiya almaq hüququ verən yaşında qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə kişilər 57 yaşına çatdıqda, azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il 6 ayını zərərli iş sahəsində çalışdıqda onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qeyd edilən hərəkətlə iddiaçının konstitusion hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********4 saylı etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası barədə” tələbi qanunamüvafiq olmadıgından rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2007-ci il 6 mart tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş stajı isə qeyd olunan tələblərə cavab vermir. İddiaçının ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək iş stajı 25 ildən az təşkil edir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək iddiasını müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Səbail RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə Agdam rayonu, Quzanlı kəndində qeydiyyatda olan İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunun Agdam rayonunun Qiyaslı kəndində doğulmuşdur. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********5 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim edilmiş sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının aparılmasının mümkün hesab olunmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin filialının Agdam iddiaçıya verdiyi 05 iyun 2018-ci il tarixli 184 saylı arxiv arayışında bildirilir ki, Agdam rayon Kommunal Müəssisələri Kombinatının 1973-1993-cü illərin arxiv sənədləri Agdam rayonunun işgalı ilə əlaqədar işgal altında qalmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İB “Etilen-Politelen” Zavodunun iddiaçıya təqdim etdiyi 128 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışında bildirilir ki, iddiaçı 336 nömrəli xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən L və PE sexinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixli 189- KŞ nömrəli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ƏM-nin 69a maddəsinin 3-cü bəndinə əsasən öz xahişilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Agdam rayon şöbəsinin iddiaçıya verdiyi 06 iyun 2018-ci il tarixli 652 saylı arayışından və iddiaçıya məxsus NZ ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. -Sumqayıt “Sintezkauçuk” Zavodunun iddiaçıya verdiyi xx.xx.2003-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçı 336 nömrəli xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən L və PE sexinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixli 189-KŞ nömrəli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ƏM-nin 69a maddəsinin 3-cü bəndinə əsasən öz xahişilə işdən azad edilmişdir. -"xxxx" ASC-nin iddiaçıya verdiyi xx.xx.2000-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı zavodda xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər avadanlıqların 5-ci dərəcəli sazlayıcısı vəzifəsində işləmişdir. -SOCAR “Azərkimya” İB “Etilen-Politelen” Zavodu tərəfindən məhkəməyə göndərilmiş 3104/ ON-15-746 saylı, xx.xx.2020-ci il tarixli sorguya cavab verilməsi barədə məktubdan müəyyən olunur ki, SOCAR “Azərkimya” İB “Etilen-Politelen” Zavodunun 1-ci arxiv fondunda yerləşən keçmiş “Sintezkauçuk” Zavodunun sənədlərinə əsasən İddiaçı 336 nömrəli xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən L və PE sexinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixli 189-KŞ nömrəli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ƏM-nin 69a maddəsinin 3-cü bəndinə əsasən öz xahişilə işdən azad edilmişdir. “Azərkimya” İB “Etilen-Politelen” Zavodunun kadrlar şəbəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 62 saylı arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Azərkimya” İB “Sintezkauçuk” Zavodunun lateks pirokondensat emalı sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı təsdiq edilmiş 1 nömrəli siyahının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən latekslər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, məktubunda göstərilmişdir ki, "xxxx" ASC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. -cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3202/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 1973-cü ildən 1993-cü il tarixədək Agdam rayonu işqal edilənədək Agdam Kommunal Müəssisələri Kombinatında sürücü işləməsi faktının müəyyən edilməsi barədə Agdam rayon məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(013)-629/2020 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıalının apelyasiya şikayəti əsasında ləgv edilmiş, ərizə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının ümumi iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edilməlidir (bənd 2.2). Qeyd edilən 2 saylı əlavənin 2.4-cü bəndinə qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Yuxarıda qeyd edilənlərdən başqa qeyd edilməlidir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi, həmçinin, hal-hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn, isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Məhkəmə qeyd edir ki, iddiaçıya aid əmək kitabçası olmadıgından, həmçinin də işdə olan digər sənədlərə əsasən qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış riyazi hesablamanın nəticəsi olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 25 ildən artıq təşkil edir. Həmçinin də yuxarıda göstərilmiş tarixədək iddiaçının güzəştli iş stajının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. İddiaçı bu barədə sənədləri nə cavabdeh pensiya təyinatı orqanına, nə də ki məhkəməyə təqdim edə bilmiş, müvafiq hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Əlavə olaraq, məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3202/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 1973-cü ildən 1993-cü il tarixədək Agdam rayonu işqal edilənədək Agdam Kommunal Müəssisələri Kombinatında sürücü işləməsi faktının müəyyən edilməsi barədə Agdam rayon məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(013)-629/2020 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıalının apelyasiya şikayəti əsasında ləgv edilmiş, ərizə təmin edilməmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar