Məhkəmə qərarları › İş №2-1(112)-481/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-481/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-481/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “mallara təsnifat kodunun verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhdud məsiliyyətli cəmiyyəti cavabdeh Mərkəzi Gömrük Ekspertiza İdarəsinin üzərinə təqdim edilmiş (teplovozun ehtiyyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM- 235.01.005, Dizel 1M) XİF MN-ə uyğun aidiyyətini, təsnifat kodunun ekspertizasının aparılmasını və təsnifat kodunun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 22 avqust 2019-cu il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında Dəmir yolu Sexi üzrə avadanlıqların alqı-satqısı barədə müqavilə bağlanılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli qüsur aktına əsasən, teplovozun ehtiyyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD 1M-in işlək vəziyyətdə olduğu təsdiq edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət edilərək təqdim edilmiş malların XİF MN-a uyğun aidiyyatmı, təsnifat kodunun ekspertizasının aparılmasını xahiş etmişdir. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə göndərilən məktubda xarakterizə edilən obyektlərin korroziyaya uğramağına görə onun işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək olmadığına görə yekdil nəticəyə gəlmək mümkün olmadığı qeyd edilmişdir. Həmin məktubda “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001-ci il tarixli fərmanının və Azəebaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin, nəticələrinin Siyahısı” təsdiq edilməsi barədə Qərarının əhatə dairəsinə düşüb-düşməməsinə dair mütləq nəticəyə gəlməyin mümkün olmadığı bildirilmişdir. Halbuki həmin qərar və fərmanın ekspertizaya təqdim edilən və xarakterizə edilən mallara aidiyyatı olmamışdır. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə göndərilən məktubda İddiaçı MMC tərəfindən Ukraynanın “Poltava dəmiryolu texnikasının təmir zavodu”na ixracı nəzərdə tutulan 5 adda avadanlığın XİF MN üzrə təsnifat kodunun müəyyən olunmasına dair müraciətə baxıldığını, obyektlərin öz funksiyalarını reallaşdırmadığı, istismara yararsız avadanlıq olduğu və metallom qismində ixrac oluna bilməyəcəyi qeyd edilmişdir. Həmçinin həmin məktubda obyektlərin işlək vəziyyətdə olmasına dair mütəxəssis rəyi və ya Ticarət Sənaye Palatasının Ekspertiza İdarəsi tərəfindən verilmiş heç bir rəyin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AzərEkspertiza” Birliyinin 22 iyun 2021-ci il tarixli 82 saylı ekspertiza aktına əsasən, istismarda olmuş teplovozdan sökülmüş beş adda olan on ədəd detalların orta bazar qiymətləri 68500 ABŞ dolları məbləğində müəyyən edilmiş və avadanlıqların hal-hazırda işlək vəziyyətdə olması bildirilmişdir. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən İddiaçı MMC tərəfindən göndərilən məktubda araşdırma nəticəsində avadanlıqların superfosfat zavodunun balansından silinmiş teplovozun hissələri olduğu və həmin hissələrin işçi vəziyyətdə olmasına dair heç bir əsas olmadığı, sonradan həmin avadanlıqların İddiaçı MMC tərəfindən təqdim olunduğu və onların işlək vəziyyətdə olunduğunun bildirildiyi qeyd edilmişdir. Eyni zamanda məktubda gömrük rəsmiləşdirilməsinə məsul fəaliyyəti başqa gömrük orqanı olduğu üçün rəylər nəzərə alınmaqla son qərarın fəaliyyət bölgəsi gömrük orqanı tərəfindən verilməli olduğunu təklif etmişlər. Həmçinin teplovozun ehtiyyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM- 235.01.005, Dizel PQD İM -in baxış və ekspertizasının keçirilməsi üçün “X5 və Maşınqayırma ASC”-yə müraciət edilmişdir. “X5 və Maşınqayırma ASC” tərəfindən baxış keçirilmiş və həmin ASCnin müvafiq rəyi ilə ekspertizaya təqdim edilən və xarakterizə edilən malların işlək vəziyyətdə olduğu və ixraca yararlı olduğu təsdiq edilmişdir. Bundan sonra Mərkəzi Gömrük Ekspertiza İdarəsinə ekspertiza keçirilərək rəyin verilməsi ilə bağlı olaraq müraciət edilsə də, həmin idarə tərəfindən ekspertiza keçirilməmiş və müraciətlərə baxılmamışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili cavabdeh qismində Mərkəzi Gömrük Ekspertiza İdarəsinin və Sumqayıt Baş Gömrük İdarəsinin əvəzinə Dövlət Gömrük Komitəsinin əvəz edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin və Sumqayıt Baş Gömrük İdarəsinin iştiraklarına xitam verilmiş, cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nəzərə alınmışdır.

5. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin ünvanına 01 nömrəli xx.xx.2021-ci il invoys üzrə idxal olunmuş yükün XİF MN kodunun müəyyən olunması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən MGEİ-yə daxil olmuş 1400-012/0xx-xx/002951 nömrəli xx.xx.2021-ci il tarixli müraciət məktubu 2200-017/0xx-xx/002316 nömrəli xx.xx.20212-ci il tarixli cavab-rəylə, həmçinin analoji obyekt üzrə Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 1400-012/0xx-xx/003068 nömrəli xx.xx.2021-ci il tarixli müraciət də tərəfimizdən 2200-015/001:25/002680 nömrəli xx.xx.2021-ci il tarixli cavablandırılmışdır. Analoji obyektlər nəqliyyat vasitəsində (dəmir yolu vaqonlarında) habelə pərakəndə sökülmüş halda faktiki gömrük baxışına təqdim olunmuşdur. Araşdırma nəticəsində olunmuşdur ki, obyektlər superfosfat zavodunun balansından silinmiş teplovozun hissələridir və həmin hissələrin işci vəziyyətdə olmasına dair heç bir əsas yoxdur. Buna görə də sorğunu cavablandırılması mümkün olmamışdır. Sonradan iddiaçının şəxsi müraciəti əsasında həmin teplovoz hissələri rənglənmiş halda baxışa təqdim olunmuş və onun işlək vəziyyətdə olunması bildirilmişdir. Göstərilənləri nəzərə alaraq gömrük rəsmiləşdirilməsinə məsul fəaliyyət bölgəsi gömrük orqanı olduğu üçün rəylər nəzərə alınmaqla son qərarın fəaliyyət bölgəsi gömrük orqanı tərəfindən verilməsi təklif edilmişdir.

6. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən iddiaçının şifahi sorğusuna cavab olaraq bildirmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə qeydə alınan **********5285 saylı ixrac GB-nə əsasən “istifadə olunmuş nominal çıxış gücü 2000 KV-dan çox olmayan dizelli elektrogenerator və digər ehtiyyat hissələri” yükünə aid qanunvericiliklə nəzərdə tutulmuş müvafiq icazə sənədləri alındıqdan sonra qeyd olunan yükün ixracına icazə veriləcəkdir.

7. İş materiallarında olan "xxxx" ASC tərəfindən 09 mart 2021-ci il tarixdə verilmiş Qüsur aktında xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə satılmış teplovozun ehtiyyat hissələrinin işlək vəziyyətdə olduğu təsdiq edilmişdir.

8. Cavabdeh orqan tərəfindən vəsatət təqdim edilərək bildirilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır və iddianın mümkün edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir: Bildirilir ki, İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq müvafiq ərizə ilə inzibati orqana, yəni Azərbaycan Respublikası mrük Komitəsinə nə elektron, nə də poçt vasitəsilə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli 2-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamadırlar. Həmçinin həmin qərarın 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1 -ci maddəsinə əsasən iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Eyni zamanda həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib etmədiyi yoxlanılmalıdır. İlk öncə qeyd edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin odluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti isinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq n mümkünsüzlüyü nəticəsinə gələ bilər. Xüsusi olaraq bildirilir ki, iddiaçı “Polad Texno" MMC tərəfindən malların X2 Mal Nomenklaturası üzrə təsnifat kodunun verilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə və Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertinin verdiyi rəy iddiaçını əmədiyi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə verilən iddia ərizəsinə müvafiq olaraq cavab verməli inzibati orqan aidiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi olmalı olduğu halda, o, ona cavab verməli inzibati orqanı düzgün olmayaraq “Azərbaycan Respublikası Dövlət Gömrük Kinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə və Sumqayıt Baş Gömrük İdarəsinə ünvanlamışdır. Lakin İddiaçı MMC sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ona cavab verməli inzibati orqan olaraq Dövlət Gömrük Komitəsini göstərmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı malların ekspertizası aparılaraq təsnifat kodunun verilməsi” barədə iddia tələbi malların X2 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertinin verdiyi rəylə əlaqədar olduğundan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırmaqda haqlıdır, lakin iddia tələbində qeyd edilənlərlə bağlı əvvəlcədən Dövlət Gömrük Komitəsinə heç bir müraciət daxil olmamışdır. Əgər iddiaçı Dövlət Gömrük Komitəsinə müraciət etsəydi, o halda Dövlət Gömrük Komitəsi tərəfindən onun ərizəsinə təsdiq və ya imtina cavabı verilərdi. Bundan sonra, İddiaçı MMC iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatın"da “21. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” ilə bərabər eyni zamanda strukturuna daxil olan qurumlar nəzərdə tutulmuşdur. Lakin həmin qurumların siyahısında “Mərkəzi Gömrük Ekspertizası İdarəsi” nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddia ərizəsində göstərildiyi kimi iddiaçı "xxxx" MMC tərəfindən malların X2 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli “10 sentyabr” 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə xx.xx.2012-ci il tarixdə daxil edilmiş qeydiyyat nömrəsi **********0008 olan və xx.xx.2012-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi haqqında Əsasnamə”yə əsasən gömrük ekspertizalarını keçirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri 3.1.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aşağıdakı məqsədlər üçün gömrük ekspertizasını aparmaq: - 3.1.1.1. malların tərkibinin və göstəricilərinin müəyyən edilməsi; 3.1.1.2. malların X2 mal nklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 3.1.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 3.1.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 3.1.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi: 3.1.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 3.1.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi: 3.1.1.8. malların gömrük dəyərinin təyin olunması; 3.1.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi; 3.1.2. gömrük ekspertizasının nəticəsi əsasında rəy vermək; 3.1.3. gömrük və digər orqanlara kömək məqsədi ilə gömrük ekspertizasına dair metodik tövsiyələr vermək; 3.1.4. şəxslərin müraciətləri əsasında malların gömrük ekspertizasını aparmaq və s. ibarətdir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən idarə öz vəzifələrini həyata keçirmək üçün 4.1.1. Komitənin gömrük orqanları və tabeliyində olan digər qurumları ilə müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr yaratmaq və birgə fəaliyyət göstərmək hüququna malikdir. Yuxarıda qeyd olunan iddia tələbinin mahiyyətinə gəldikdə isə icraatda olan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə “malların ekspertizası aparılaraq təsnifat kodunun verilməsi” tələbinə dair 2-1(112)- 11592/2021 saylı inzibati iş üzrə iddia ərizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11592/2021 nömrəli sərəncamına cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsində qeyd olunanları əsassız hesab edir. Bildirilir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəlilən sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Ukrayna Respublikasının “Poltava dəmiryolu texnikasının təmir zavodu”na mənşə ölkəsi Rusiya olan yük ixrac etmək üçün Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Yük Sumqayıt Baş Gömrük İdarəsinə elektron formada təqdim edilən xx.xx.2021-ci il tarixli, **********5285 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. İddiaçı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, “22 avqust 2019-cu il tarixində "xxxx" ASC ilə İddiaçı MMC arasında Dəmir yolu Sexi üzrə avadanlıqların alqı-satqısı barədə müqavilə bağlanılmışdır. "xxxx" ASC tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli qüsur aktına əsasən, teplovozun ehtiyat olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD 1M-in işlək vəziyyətdə olduğu təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilərək təqdim edilmiş malların XİF MN-a uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizasının aparılması xahiş edilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə göndərilən məktubda xarakterizə edilən obyektlərin korroziyaya uğramağına görə onun işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmadığına görə yekun nəticəyə gəlmək mümkün olmadığı qeyd edilmişdir. Həmin məktubda “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001-ci il tarixli Fərmanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının əhatə dairəsinə düşüb-düşməməsinə dair mütləq nəticəyə gəlməyin mümkün olmadığı bildirilmişdir. Halbuki həmin qərar və fərmanın ekspertizaya təqdim edilən və xarakterizə edilən mallara aidiyyatı olmamışdır. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilən məktubda İddiaçı MMC tərəfindən Ukraynanın “Poltava dəmiryolu texnikasının təmir zavodu”na ixracı nəzərdə tutulan 5 adda avadanlığın XİF MN üzrə təsnifat kodunun müəyyən olunmasına dair müraciətə baxıldığını, obyektlərin öz funksiyalarını reallaşdırmadığını, istimara yararsız avadanlıq olduğu və metallom qismində ixrac oluna bilməyəcəyi qeyd olunmuşdur. Həmçinin həmin məktubda obyektlərin işlək vəziyyətdə na dair mütəxəssis rəyi və ya Ticarət Sənaye Palatasının Ekspertiza İdarəsi tərəfindən verilmiş heç bir rəyin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AzərEkspertiza” Birliyinin 22 iyun 2021-ci il tarixli 82 saylı ekspertiza aktına əsasən, istismarda olmuş teplovozdan sökülmüş beş adda olan 10 ədəd detalların orta bazar qiymətləri 68500 ABŞ dolları məbləğində müəyyən edilmiş və avadanlıqların halhazırda işlək vəziyyətdə olması bildirilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən İddiaçı MMC-nə göndərilən məktubda araşdırma nəticəsində avadanlıqların superfosfat zavodunun balansından silinmiş teplovozun hissələri olduğu və həmin hissələrin işçi vəziyyətdə olmasına dair heç bir əsas olmadığı, sonradan həmin avadanlıqların İddiaçı MMC tərəfindən təqdim olunduğu və onların işlək vəziyyətdə olduğunun bildirildiyi qeyd edilmişdir. Eyni zamanda məktubda gömrük rəsmiləşdirilməsinə məsul fəaliyyət başqa gömrük orqanı olduğu üçün rəylər nəzərə alınmaqla son qərarın fəaliyyət bölgəsi gömrük tərəfindən verilməli olduğunu təklif etmişlər. Həmçinin teplovozun ehtiyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD 1M-in baxış və ekspertizasının keçirilməsi üçün “X5 və Maşınqayırma ASC”-yə müraciət edilmişdir, “X5 və Maşınqayırma ASC" tərəfindən baxış keçirilmiş və həmin ASC-nin müvafiq rəyi ilə ekspertizaya təqdim edilən və xarakterizə edilən malların işlək vəziyyətdə olduğu və ixraca yararlı olduğu təsdiq edilmişdir. Bundan sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ekspertiza keçirilərək rəyin verilməsi ilə bağlı müraciət edilsə də, həmin idarə tərəfindən ekspertiza keçirilməmiş və onların müraciətlərinə baxılmamışdır. Eyni zamanda Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə göndərilən xx.xx.2021-ci il tarixli 1500-012/0xx-xx/000254 nömrəli məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Ukrayna Respublikasına yük ixrac etmək üçün Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Yük Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli, **********5285 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Həmçinin gömrük bəyannaməsində göstərilən yüklərin tərkibi əsasında X2 mal nomenklaturası üzrə kodu, “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001ci il tarixli fərmanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısının” təsdiq edilməsi barədə Qərarının əhatə dairəsinə düşüb-düşməməsinə dair müvafiq rəy verilməsi xahiş olunmuşdur. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən Sumqayıt Baş Gömrük İdarəsinə göndərilən xx.xx.2021-ci il tarixli, 2200-017/0xx-xx/001258 nömrəli cavab məktubunda xarakterizə edilən obyektlərin korroziyaya uğramağına görə onun işlək vəziyyətdə olubolmamasını müəyyən etmək olmadığına görə yekdil nəticəyə gəlmək mümkün olmadığı qeyd edilmişdir. Həmin məktubda “Qara və əlvan metal qırıntı və tullantılar ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001ci il tarixli fərmanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən mallrın nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısının” təsdiq edilməsi barədə Qərarının əhatə dairəsinə düşüb-düşməməsinə dair mütləq nəticəyə gəlməyin mümkün olmadığı bildirilmişdir. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanan xx.xx.2021 -ci il tarixli 1500-012/0xx-xx/000267 nömrəli məktubdan aydın olur ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli, 2200- 017/0xx-xx/001258 nömrəli məktuba əsasən **********5285 saylı gömrük bəyannaməsində **********, **********, **********, ********** mal mövqeyi altında bəyan edilmiş yüklərin ixracının məqsədə uyğun olub-olmaması haqqında müvafiq rəy verilməsi xahiş olunmuşdur. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən Sumqayıt Baş Gömrük İdarəsinə göndərilən xx.xx.2021-ci il tarixli 2200-017/0xx-xx/001284 nömrəli məktubda xarakterizə edilən obyektlərin korroziyaya uğramağına görə onun işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək olmadığına görə bəyan edilmiş yüklərin ixracının məqsədə olub-olmaması haqqında müvafiq rəy verməyin mümkün olmadığı qeyd olunmuşdur. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin şifahi sorğusuna olaraq verilmiş xx.xx.2021-ci il tarixli 1500-02/0xx-xx/000276 nömrəli məktubda (əlavə olunur) xx.xx.2021-ci il tarixdə qeydə alınan **********5285 nömrəli ixrac gömrük bəyannaməsinə əsasən “istifadə olunmuş nominal çıxış gücü 2000 KV-dan çox olmayan elektrogenerator və digər ehtiyat hissələri” yükünə aid qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icazə sənədləri alındıqdan sonra qeyd olunan yükün ixracına icazə veriləcəyi qeyd olunmuşdur. Həmçinin İddiaçı MMC tərəfindən teplovozun ehtiyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM-435.01.001, Kompressor KT-6c6, hərəkət balansir TEM- 235.01.005, Dizel PQD 1M-in baxış və ekspertizasının keçirilməsi üçün “Sabunçu stehsalat və Maşınqayırma ASC”-yə müraciət edilmişdir. “X5 və Maşınqayırma ASC” tərəfindən baxış və ekspertiza keçirilmiş və həmin ASC-nin xx.xx.2021-ci il tarixli 01/23 nömrəli müvafiq rəyi ilə ekspertizaya təqdim edilən və xarakterizə edilən malların işlək vəziyyətdə olduğu və ixraca yararlı olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/003068 nömrəli müraciətinə cavab olaraq Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən göndərilən məktubda (əlavə olunur) İddiaçı tərəfindən Ukraynanın “Poltava dəmiryolu texnikasının təmir zavodu”na ixracı nəzərdə tutulan 5 adda avadanlığın XİF MN üzrə təsnifat kodunun müəyyən olunmasına dair müraciətə baxıldığını, obyektlərin öz funksiyalarını reallaşdırmadığını, istimara yararsız avadanlıq olduğu və metallom qismində ixrac oluna bilməyəcəyi qeyd olunmuşdur. Həmçinin məktubda obyektlərin işlək vəziyyətdə olmasına dair mütəxəssis rəyi və ya Ticarət Sənaye Palatasının Ekspertiza İdarəsi tərəfindən verilmiş heç bir rəyin olmadığı bildirilmişdir. İddiaçı MMC tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə göndərilən xx.xx.2021-ci il tarixli məktubda 01 nömrəli invoysun mövqelərində ixrac gömrük proseduru altında bəyan edilməsi nəzərdə tutulan və ya təqdim edilmiş mallara dair malların nəqliyyat sənədi, malın dəyərini göstərən sənəd (invoys, hesab-faktura və s.), müqavilə, mənşə sertifikatı, qüsur aktı və digər materiallar (fotoşəkil, sxem, pasport və s.) da XİF MN-na uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizasının müəyyən edilməsi məqsədilə gömrük ekspertizasının aparılması və ekspertizanın əsasında verilmiş rəyin surətinin göndərilməsi xahiş olunmuşdur. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən İddiaçı MMC-yə göndərilən xx.xx.2021ci il tarixli 2200-015/0xx-xx/003650 nömrəli məktubda İddiaçı MMC-nin ünvanına 01 nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş yükün XİF MN kodunun müəyyən olunması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə daxil olmuş 1400-012/0xx-xx/002951 nömrəli xx.xx.2021-ci il tarixli müraciət məktubu 2200-017/0xx-xx/002316 nömrəli xx.xx.2021-ci il tarixli cavab-rəylə, həmçinin analoji obyekt üzrə Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 1400-012/0xxxx/003068 nömrəli xx.xx.2021-ci il tarixli müraciət də tərəflərindən 2200-015/0xxxx/002680 nömrəli xx.xx.2021-ci il tarixli cavab rəylə cavablandırılmışdır. Anoloji obyektlər nəqliyyat vasitəsində (dəmir yolu vaqonlarında), habelə pərakəndə sökülmüş halda faktiki gömrük baxışına təqdim olunmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, obyektlər superfosfat zavodunun balansından silinmiş teplovozun hissələridir və həmin hissələrin işçi vəziyyətdə olmasına dair heç bir əsas yoxdur, buna görə də sorğunun cavablandırılması mümkün olmamışdır. Sonradan İddiaçı MMC-nin şəxsi müraciəti əsasında həmin teplovoz hissələri rənglənmiş halda baxışa təqdim olunmuş və İddiaçı MMC tərəfindən onların işlək vəziyyətdə olduğu bildirilmişdir. Eyni zamanda məktubda gömrük rəsmiləşdirilməsinə məsul fəaliyyət bölgəsi gömrük orqanı olduğu üçün rəylər nəzərə alınmaqla, son qərarın fəaliyyət bölgəsi gömrük orqanı tərəfindən verilməsi təklif olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən bildirilir ki, İddiaçı MMC-nin iddia tələbində qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilən xx.xx.2022-ci il tarixli, 1000-210/2xx-xx/000891 nömrəli (əlavə olunur) sorğu və Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə göndərilən xx.xx.2022-ci il tarixli 2200-017/0xx-xx/000414 nömrəli (əlavə olunur) ya cavab məktubunun əsasında aşağıdakılar müəyyən olunmuşdur: Yük "xxxx" ASC-nin balansından silinmiş teplovozun-hidravlik ötürücü, hərəkət balansir arabası, kompressor və dizel generator hissələrindən ibarətdir. Xarakterizə edilən obyektlərin korroziyaya uğramağına görə onun işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək olmadığına görə yekdil nəticəyə gəlmək mümkün olmamışdır. Göstərilənlərə istinadən obyektlərin XİF MN üzrə sinifləşdirilməsi, Azərbaycan Respublikası sentinin 17 aprel 2001-ci il tarixli “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı xx.xx.2006-cı il tarixli “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı” təsdiq edilməsi barədə Qərarının əhatə dairəsinə düşüb-düşməməsinə dair mütləq nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə qərarları hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qərarlarında bu hüququ müdafiə etməlidir, əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qərarı, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi mövcud olmadığı üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı MMC-nin hüquqları pozulmamışdır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və İddiaçı MMC-nin iddia tələbi iddiaçının subyektiv fikir və mülahizələrinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüqularının pozulmasından söhbət gedə bilməz. Beləliklə yuxarıda göstərilənlər və cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçı "Polad Texno” MMC-nin hüquqlarının pozulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır.

9. Məhkəmənin 4 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Teplovozun ehtiyat hissələri olan hidravlik ötürücü UQP, hərəkət balansir araba TQM- 435.01.001, Kompressor KT-6c6, hərəkət balansir araba TEM-235.01.005, Dizel PQD İM 1M təyinatı üzrə istifadəyə yararlıdırmı? -İstinad olunan obyektlər istismar müddətini başa vurmuşdurmu? -İstinad olunan obyektlərin X4 X1 (XİF MN) görə sinifləşdirilməsi mümkündürmü? Mümkün olduğu təqdirdə hansı sinfə (koda) uyğundur? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

10. Məhkəmə xx.xx.2022-ci il tarixli məktubla baxışın keçirilməsi üçün vaxt müəyyən etmiş və ekspert vəsatətində göstərilən tərəflərə aid edilmiş məlumatların təqdim edilməsini tələb etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyində tədqiqatın nəticəsi olaraq aşağıdakılar bildirilmişdir: Birinci sual üzrə. 15 iyul 2022-ci il tarixdə baxış keçirilərkən, İddiaçı MMC tərəfindən təqdim edilmiş hissələrin (malların) öz konstruktiv quruluşuna görə dəmir yolunda istifadə edilən teplovozun tərkib hissələrinə aid 2 ədədin 3 oxlu (3 qoşu təkərli), 4 ədədin isə 2 oxlu (2 qoşa təkərli) dəmiryol arabalarının (telejkalann), 1 ədədi kompressorun, 1 ədədi dizel mühərrikinin, 2 ədədin hidravlik ötürücüsünün olduğu müəyyən edilmişdir. Lakin həmin teplovoz hissələrinin təyinatı üzrə istifadəyə yararlı olub-olmaması bu hissələrinin müvafiq avadanlıqla təmin olunmuş xüsusiləşdirilmiş müəssisəsində (depoda, teplovozların təmiri sexlərdə və s.) sınaq və yoxlamaları keçirildikdən sonra müəyyən edilə bilər. İkinci və ücüncü suallar üzrə. 15 iyul 2022-ci il tarixdə baxış keçirilərkən, İddiaçı MMC tərəfindən təqdim edilmiş hissələrin (arabaların, kompressorun, hidravlik ötürücülərin dizel mühərrikinin) istismar müddətlərinin başa vurulub-vurulmaması onların texniki sənədlərə (texniki pasportlara, istismar üzrə rəhbər sənədə, təmir və istismara buraxılma aktlara və s.) əsasən müəyyən edilə bilər. Həmin sənədlərin ekspertizaya təqdim edilməsi barədə 22 aprel 2022-ci il tarixli ekspert vəsatətində də göstərilmişdir. Lakin həmin sənədlər bugünə kimi ekspertizaya təqdim edilmədiyindən qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün deyildir. İstinad olunan obyektlərin X4 X1 (XİF MN) görə sinifləşdirilməsinin mümkünlüyü və mümkün olduğu təqdirdə sinfə (koda) uyğun olub-olmamasının müəyyən edilməsi üzrə Məhkəmə Ekspertiza Mərkəzində xüsusi biliyə malik olan mütəxəssisin olmadığından, qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün deyildir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən bildirilmişdir ki, əgər teplovozun ehtiyyat hissələri olan УГП markalı hidravlik ötürücü, TГM- 435.01.001 markalı hərəkət balansir arabası, KT6cб markalı kompressor, dizel ПДГ1M və TЭM 235.01.005 markalı hərəkət balansir arabası işlək vəziyyətdə olarsa, o zaman istismara yararlı teplovozun ehtiyyat hissələri kimi XİF MN görə aşağıdakı qaydada sinifləşdirilə bilər. Malın adı XİF MN üzrə kodu Dəmiryol lokomotivləri üçün УГП markalı hidravlik ötürücü hissəsi 8607 91 900 0 Dəmiryol lokomotivləri üçün TГM -435.01.001 markalı hərəkət balansir arabası 8607 11 000 0 KT6cб markalı hava kompressoru 8414 80 510 0 Nominal çıxış gücü 882 kVA olan ПДГ1M markalı dizel mühərrikli 8502 13 400 0 elektrik generator Dəmiryol lokomotivləri üçün TЭM 235.01.005 markalı hərəkət 8607 11 000 0 balansir arabası

13. Məhkəmə tərəfindən iddiaçıdan təqdim edilmiş hissələrin (arabaların, kompressorun, hidravlik ötürücülərin dizel mühərrikinin) istismar müddətlərinin başa vurulubvurulmamasını müəyyənləşdirmək məqsədilə onların texniki sənədlərinin (texniki pasportlar, istismar üzrə rəhbər sənəd, təmir və istismara buraxılma aktları və s.) ekspert vəsatətinə əsasən təqdim edilməsi tələb edilsə də, həmin sənədlər ekspertizaya təqdim edilməmişdir.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi və vəkili iştirak etmir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

16. Gömrük Məcəlləsinin 319.1-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü maddəsinə əsasən X2 mal nomenklaturası - müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır.

17. İş üzrə cavabdeh Dövlət Gömrük Komitəsidir.

18. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi haqqında Əsasnamə”yə əsasən gömrük ekspertizalarını keçirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur.

19. İddianın növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkündür. İİİ. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən: 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. 151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını, gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi müəyyən olunmuş tələblərə uyğunluğunu, gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını, gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlayır. 157.1. gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 219.2. Gömrük orqanları gömrük rüsumlarının qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi X1 uyğun kodu əsas götürülür. 319.1. X2 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini, rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.3. X2 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.5. X2 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 320.0. Müvafiq icra hakimiyyəti orqanı X2 mal nomenklaturasının aparılması ilə əlaqədar X2 mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir ( maddə 320.0.7-1). 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X2 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.3. Bəyan edilən malların X2 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X1 uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 322.1. X4 X1 uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi, ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması, malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi, ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi, radiasiya təhlükəsi olan malların müəyyən edilməsi, malların gömrük dəyərinin təyin olunması məqsədilə gömrük ekspertizası aparılır. 322.2. gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.5. gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. 322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq götürülür. 322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalara əsasən: 1.1. bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir. 2.1.2. gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır. 3.1. gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndəriş) və ya şəxslərin müraciəti əsasında aparılır. 4.1. Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron da müraciət etmək hüququna malikdirlər. 5.5. gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.

22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü maddəsinə əsasən X2 mal nomenklaturası - müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır.

23. “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İV. Məhkəmənin mövqeyi

24. Bəyannaməçi tərəfindən malın təsnifat kodu bəyannamədə düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları təsnifatlandırır.

25. İxrac olunması nəzərdə tutulan obyektlər superfosfat zavodunun balansından silinmiş teplovozun hissələridir və mübahisə həmin hissələrin istismara yararlı vəziyyətdə olubolmamasının müəyyənləşdirilməsi ilə bağlıdır.

26. Belə ki, “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2001-ci il tarixli 457 nömrəli Fərmanına əsasən qara və əlvan metal qırıntı və tullantılarının Azərbaycan Respublikasından ixracı müvəqqəti olaraq dayandırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı ilə “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı” təsdiq edilmişdir.

27. İddiaçı superfosfat zavodunun balansından silinmiş teplovozun hissələrinin istismara yararlı vəziyyətdə olduğunu, cavabdeh isə həmin hissələr korroziyaya uğradığından Xarici İqtisadi X1 uyğun olaraq ixrac kodunu müəyyənləşdirməyin mümkün olmadığını, yəni qara və əlvan metal qırıntı və tullantıları olduğunu hesab edir.

28. Məhkəmə sorğusuna əsasən Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən teplovozun ehtiyyat hissələri olan УГП markalı hidravlik ötürücü, TГM-435.01.001 markalı hərəkət balansir arabası, KT6cб markalı kompressor, dizel ПДГ1M və TЭM 235.01.005 markalı hərəkət balansir arabası işlək vəziyyətdə olduğu təqdirdə, istismara yararlı teplovozun ehtiyyat hissələri kimi XİF MN görə sinifləşdirilmişdir.

29. Lakin həmin ehtiyat hissələrin (arabaların, kompressorun, hidravlik ötürücülərin dizel mühərrikinin) işlək və istismara yararlı vəziyyətdə olmasını (istismar müddətini başa vurubvurmadığını) müəyyənləşdirmək üçün məhkəmə tərəfindən təyin edilmiş məhkəmə texniki ekspertizasının keçirilməsi üçün zəruri olan texniki sənədlərinin (texniki pasportlar, istismar üzrə rəhbər sənəd, təmir və istismara buraxılma aktları və s.) ekspert vəsatətinə əsasən tələb edilməsinə baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir.

30. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

32. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in sübutetmə vəzifəsini müəyyən edən 14.3-cü maddəsi tətbiq oluna bilər.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı həmin ehtiyat hissələrinin ixrac edilməsi üçün xarici iqtisadi X1 uyğun təsnifat kodunu müəyyənləşdirilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar