Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4810/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı "səyyar vergi yoxlaması keçirilməsi üçün zəruri olan sənədlərin cavabdehdən götürülməsi” barədə iddiа tələbinə dаir işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахaraq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı “səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün bu sənədlərin: 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2) Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3) Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; 5) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 6) Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 7) Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 8) İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 9) İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 10) Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 11) Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 12) Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 13) Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 14) Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 15) Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; 16) Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; 17) Müəssisə tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər (sənədlər xarici dildə tərtib olunubsa, tərcümə olunaraq notarial təsdiq olunmaqla təqdim edilməsi); 18) Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; 19) İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; 20) Ümidsiz borclar barədə məlumatlar. Həmçinin, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin: 1) Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2) Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 3) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 4) Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 5) Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 6) Mal-materialların daşıma xərcləri; 7) Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); 8) Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 9) Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); 10) Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); 11) Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); 12) Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 13) Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 14) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 15) Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 16) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 17) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 18) Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin cavabdehdən götürülərək iddiaçıya təqdim olunması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162386 nömrəli Qərarı ilə “CPS Construction" MMC-də (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənəkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2015 xx.xx.2022) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli **********162437 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmişdir. Tələbnamədə yoxlama ilə əhatə edilən dövr (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş aşağıdakı sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı Cavabdeh MMC tərəfindən yoxlamaya yalnız bank hesablarının hərəkəti, əmək haqqı cədvəlləri və nəqliyyat vasitələrinin icarə müqavilələri elektron formada təqdim olunmuş, Tələbnamədə göstərilən və vergilərin hesablanması üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilməmişdir. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2022 tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt tərtib edilmiş, xx.xx.2022-ci il tarixli **********347300 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinə sənədlərin təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixli **********064700 nömrəli və xx.xx.2022-ci il tarixli **********835000 nömrəli məktublarla müraciət olunmuş, lakin vergi ödəyicisinin səlahiyyətli nümayəndələri göndərilən xəbərdarlıq məktublarına cavab verməmişdir. Vergi ödəyicisnin vəzifəli şəxslərinin yoxlamaya cəlb edilməsi və vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********632300 nömrəli xidməti məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət olunmuşdur. VCİABİ-nin xx.xx.2022-ci il tarixli **********686600 nömrəli məktubunda vergi ödəyicisinin səlahiyyətli şəxsləri ilə əlaqə saxladıqlarını və onlar tərəfindən sənədlərin təqdim olunacaqları qeyd olunsa da, vergi ödəyicisinin səlahiyyətli nümayəndələri yoxlama ilə əməkdaşlıq etməkdən imtina etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiаyа dаir münasibəti (еtirаz) onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də yoxlamalar 2017-ci ilin may ayından başlayaraq bu günə qədər qanunsuz olaraq davam etməkdədir. Belə ki, müəssisənin təsis edildiyi gündən onun fəaliyyətinə dair 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yoxlamalar aparılaraq xx.xx.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi yoxlaması aparılan zaman 14 saylı Ərazi Vergilər İdarəsinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi ərizəyə əsasən 17 iyul 2019-cu il tarixdə qətnamə qəbul edilərək müəssisənin təsis edildiyi gündən bütün sənədləri 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmiş və onlar tərəfindən götürülmüşdür. Həmçinin ərizəyə əlavə edilmiş yoxlama aktının 5-ci vərəqində açıq-aşkar qeyd edilmişdir ki, müəssisənin fəaliyyətini əks etdirən sənədlər vergi yoxlayıcıları tərəfindən siyahıya alınaraq tam götürülmüşdür. Bundan başqa, 16 noyabr 2021-ci il tarixdə Ağstafa rayonu, Vurğun qəsəbəsində əvvəllər ”CPS Construction” MMC-nin icarəyə götürdüyü ofisdən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmənin qərarına əsasən “X9 Kompleksi” MMC-nin sənədləri, kompyuter və digər avadanlıqları siyahıya alınaraq götürüldüyü zaman Cavabdeh MMC-nin də kompyuter və digər qalıq sənədləri götürülmüşdür və bu günə kimi geri qaytarılmamışdır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli qərarı inzibati məhkəmədə mübahisələndirilmiş və müvafiq olaraq 1-ci instansiya məhkəməsində 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli qərarı ləğv edilmiş, apellyasiya instansiyası məhkəməsində və yekun olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasında qərar qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra 14 saylı Ərazi Vergilər İdarəsi 01 iyul 2022 tarixli **********159598 saylı öz qərarı ilə məhkəmə qərarını icra edərək Cavabdeh MMC-yə qarşı hesablanmış maliyyə sanksiyaları və digər hesablamaları silərək müəssisənin hesablarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmışdır. Buna baxmayaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi bəşəri cinayətlərini ört-basdır etmək, sahibkarların hüquqlarını kobud şəkildə pozmaqla Konstitusiya ilə qorunan hüquqları heçə saymaqla 2022-ci il yanvar ayının 1-də vergi məcəlləsinə əlavə edilmiş 38.3.6-cı maddəni rəhbər tutaraq müəssisənin 7 illik fəaliyyətinin yenidən yoxlanılması barədə qərar qəbul etmişdir. Qərar Azərbayan Respublikası Konstitusiyasına zidd qəbul edildiyindən ləğv edilməsi üçün iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və iş hal-hazırda hakim Pərviz Hüseynovun icraatında olmaqla baxışdadır. (e-2-1(112)-13762/2022 saylı iş). Yuxarıda göstərilənlərdən açıq-aşkar görünür ki, Cavabdeh MMC-nin bütün sənədlər toplusu qanunsuz yenidən açılmış vergi yoxlamasına təqdim edilmişdir. Müəssisənin 2020-2021-2022-ci illərdə faktiki olaraq fəaliyyəti Dövlət Vergi Xidməti tərəfindən iflic vəziyyətinə salınaraq iflas vəziyyətinə çatdırılmışdır. Eyni zamanda Dövlət Vergi Xidmətinin hal-hazırkı iddiası öz-özlüyündə belə prosessual hüquq normalarını pozmaqla məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı inzibati orqanının hazırkı iddiası öhdəliyin icrası növündədir. Vergi orqanı hər hansı bir inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan publik-hüquqi mübahisədə ümumi (mülki) məhkəmələrə müraciət etmək məcburiyyətində deyil. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı- inzibati orqan məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə- vergi ödəyicisi olan hüquqi şəxsə müraciət etmiş və ondan öhdəliyin icrasını tələb etmişdir. Yəni iddiaçı qismində çıxış edən inzibati orqan qanunla nəzərdə tutulmuş məhkəməyəqədərki tədbirləri həyata keçirmiş, lakin həmin tədbirlər uğurlu olmamış, nəticədə inzibati orqanının iddiada hüquqi müdafiə marağı yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası mümkünlük şərtlərinə cavab verir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsinin iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh N.Cəfərov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа əsassız olduğundan təmin еdilməməlidir. İş materiallarında olan: “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan akta əsasən vergi ödəyicisinin nümayəndəsi qərarda qeyd edilən verilməsinin mümkün olmadığını bildirərək sənədlərin verilməməsi ilə bağlı izahat verməkdən, tərtib edilmiş imtina aktını imzalamaqdan və aktın bir nüsxəsini götürməkdən imtina etdi. Vergi ödəyicisinin sənədlərinin və nümunə kimi əşyaların götürülməsinə icazə verilmədi. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-292/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək, "CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (xx.xx.2015-xx.xx.2018-ci il dövründə yüklərin daşınması üzrə xidmətlərin göstərilməsi ilə bağlı sənədlər, yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri barədə sənədlər, təhvil-təslim aktları və yüklərin daşınması ilə bağlı digər sənədlər) alınaraq iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi qət edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan “Səyyar vergi yoxlaması barədə” xx.xx.2020-cu il tarixli akta əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə 23 mart 2018-ci il tarixli **********151477 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmiş və vergi ödəyicisinin rəhbərliyi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmişdir. Akta əsasən "xxxx" MMC –nin təsisçisi “X9 Kompleksi” MMC-dir, "xxxx" MMC –nin ünvanı Ağstafa şəhəri, Vurğun ŞTQ-dir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-76/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasın iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi X4 hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197892 nömrəli və “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2020-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddiası qismən təmin edilərək 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197892 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-76/2021 saylı qərarı mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsi üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2021 nömrəli 16 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəjb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” xx.xx.2022-ci il tarixli **********59598 nömrəli qərarına əsasən Cavabdeh MMC (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********3197892 saylı qərarı ləğv edilmişdir. «Səyyаr vеrgi yохlаmаsının kеçirilməsi hаqqındа» İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********162386 sаylı, xx.xx.2022-ci il tarixli qərаrına əsasən iddiаçı cаvаbdеh "xxxx" MMC-də iyul 2015-ci il iyun 2022-ci il dövrü, o cümlədən yenidən yoxlama ilə əhatə olunan sentyabr 2015-ci il – mart 2018-ci il üçün vеrgilər və digər icbаri ödənişlərə dаir qаnunvеriciliyə əməl еdilməsi vəziyyətinin düzgünlüyünün yохlаnmаsı üçün növbədənkənar səyyаr vеrgi yохlаmаsı təyin еtmişdir. «Vеrgi yохlаmаsının kеçirilməsi üçün zəruri оlаn sənədlərin təqdim оlunmаsı hаqqındа» xx.xx.2022-ci il tаriхli, **********162437 nömrəli Tələbnаməyə əsasən iddiаçı cаvаbdеhdən yoxlamanın predmetinə aid olan (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti; 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 1.2. Vergi ödoyioisiııin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formalda bank hesablarının hərəkəti; 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasınnı hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyieisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi Şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyieisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 1.14. Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 1.15. Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; 1.17 Müəssisə tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktlar) və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər (sənədlər xarici dildə tərtib olunubsa, tərcümə olunaraq notarial təsdiq olunmaqla təqdim edilməsi); 1.18 Müəssisənin mühasibatlığınııı aparıldığı proqram təminatından çıxarış; 1.19 İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar, 1.20 Ümidsiz borclar barədə məlumatlar; 2. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) elektron surəti; 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 2.3 Yoxlama ilə əhatə edilən dövr ürə elektron formalda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 2.4 Yoxlama dövrünü əlıatə edən bütün dövrlər, üzrə aylıq, rüblük yə illik bəyannamələrin hesablama faylinn (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 2.6 Mal-materialların daşıma xərcləri; 2.7 Yük gömrük bəyannamələrinin surəti (PDF faylda); 2.8 Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 2.9 Vergj ödəyieisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (cxecl faylda); 2.10 Müəssisənin məzənnə fərqi ilə, bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (exccl faylda); 2.11 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (exccl faylda); 2.12 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təşdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 2.13 Müəssisədə çalışmış Xarici əməkdaşların, vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim eldikləri illik fərdi bəyannamələrin təsdiq olıınmuş surətləri; 2.14 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoyslarııı, təhvil-qəbul aktlarının ləsdiq olummış surətləri; 2.15 Yoxlanılan dövrlər - üzrə icarədə olan əsas vəsaitəriıı siyahısı; 2.16 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya lıəmiıı dövrü əjıatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 2.17 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 2.18. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda exccl faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Yuxarıda göstərilən sənədlər hər hansı xarici dildə tərtib olunubsa həmin sənədlər azərbaycan dilinə tərcümə olunaraq təqdim olunmalıdır.(Kağız daşıyıcıda olan sənədlərin tərcüməsi notarial təsdiq olunmalıdır.) Sənədlər 15 iş günü müddətində (Very Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində); yəni xx.xx.2022-ci il tarixə qədər təqdim еdilməsini tələb еdilmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmirtikinti sahəsinin auditi şöbəsinin 1-ci dərəcəli dövlət vergi müfəttişi X1 tərəfindən tərtib etdiyi xx.xx.2022-ci il tarixli Akta əsasən, "xxxx"MMC üzrə növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-ci,37-ci və 42-ci maddələrinə uyğun olaraq cəmiyyətin rəhbəri X5 xx.xx.2022 –ci il tarixli **********162437 nömrəli tələbnamədə qeyd olunan sənədlərin yoxlamaya təqdim edilməsi təklif olundu. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən aşagıda qeyd olunan sənədlər yoxlamaya elektron formada təqdim olundu1. əmək haqqı cədvəlləri sentyabr 2019- may 2022 1 fayl; 2. Bank hesabı üzrə əmək haqlarının cədvəli 1 fayl,3. Nəqliyyat vasitəsinin icarə müqaviləsi- 5 fayl ; 16 noyabr 2021-ci il tarixli Axtarış və götürmə protokoluna əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas X6 tərəfindən ********* nömrəli cinayət işi üzrə Ağstafa rayon məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 5(015)-72/2021 nömrəli qərarına əsasən , "xxxx" MMC-nin Ağstafa şəhəri, Vurğun ŞTQ-da yerləşən ünvanda axtarış və götürülməsi aparıldı. Axtarış və götürmə istintaq hərəkəti zamanı "xxxx" MMC-nin 2016- 2019-cu illər üzrə iş üçün əhəmiyyətli olan 26 ədəd qovluqda 2 qutu mühasibat sənədləri qablaşdırılaraq götürüldü. Bundan başqa axtarış və ya götürülmə istintaq zamanı 2 ədəd Lenovo, 1 ədəd Deli markalı dizüstü kompüterlər, 1 ədəd qara rəngli prosessoar, 2 ədəd Apple markalı və 2 ədəd Lenovo markalı kompyüterlət qablaşdıraraq götürüldü. Məhkəmə iddiaçının iddia tələbi ilə əlaqədar olaraq aşagıdakıları qeyd edir. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. (1.1-ci maddə). Həmin Məcəllənin 23.1.2.-ci maddəsinə əsasən, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqları vardır. Vergi Məcəllənin 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 42.1-ci mаddəsinə əsаsən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 43.11-ci mаddəsinə əsаsən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İşin faktiki hallarına əsasən, iddiaçı tərəfindən cavabdeh "CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, iyul 2015-ci il tarixdən iyun 2022-ci il tarixədək, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü sentyabr 2015- mart 2018 olan dövrü əhatə edən səyyar vergi yoxlaması keçirmək məqsədi ilə zəruri sənədlərinin təqdim edilməsi tələb edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC tərəfindən səyyar vergi yoxlaması üçün tələb olunmuş sənədlər əvvəlki səyyar vergi yoxlaması zamanı təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş **********171312 nömrəli, xx.xx.2020-ci il tarixli Səyyar vergi yoxlaması aktının 5-ci səhfəsində, qeyd hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı cavabdehvergi ödəyicisinə 23 may 2018-ci il tarixli, **********151477 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edimiş və vergi ödəyicisinin rəhbərliyi tərəfindən səyyar vergi yoxlamasnın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlər, elektron faylar təqdim olunmuşdur. Bundan başqa 16 noyabr 2021-ci il tarixli axtarış və götürmə protokolu ilə cavabdehin Ağstafa şəhəri,Vurğun qəsəbəsi ünvanda olan ofisindən kompüter və digər avadanlıq, sənədlər götürülmüşdür. İddiaçı tərəfindən cavabdehin etirazında göstərdiklərin həqiqətə uyğun olmamasına dair dəlill göstərilməmiş, yuxarıda qeyd olunmuş halları təkzib edən sənədlər təqdim edilməmişdir. Yəni iddiaçı əvvəlki səyyar vergi yoxlmasının keçirilməsi üçün götürdüyü zəruri sənədlərin və kompüterin cavabdehə qaytarılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İşin faktiki halların təhlili məhkəməyə belə nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəfindən növbədən kənar səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməməsinin səbəbi həmin sənədlərin onda mövcud olmaması olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. – ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün bu sənədlərin: 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2) Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3) Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; 5) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 6) Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 7) Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 8) İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 9) İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 10) Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 11) Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 12) Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 13) Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 14) Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 15) Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; 16) Qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları; 17) Müəssisə tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər(sənədlər xarici dildə tərtib olunubsa, tərcümə olunaraq notarial təsdiq olunmaqla təqdim edilməsi); 18) Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; 19) İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; 20) Ümidsiz borclar barədə məlumatlar. Həmçinin, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin: 1) Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2) Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 3) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 4) Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 5) Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 6) Mal-materialların daşıma xərcləri; 7) Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); 8) Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 9) Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); 10) Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); 11) Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); 12) Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 13) Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 14) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 15) Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 16) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 17) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 18) Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin cavabdehdən götürülərək iddiaçıya təqdim olunması” barədə iddiasi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin еdilməsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4810/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4810/2023
31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver