Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4811/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 18, mənzil 14-də qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 22.08.2020-ci il tarixdən (25 il ümumi, 12 il 6 ay güzəştli iş stajnın tamam olduğu vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia ərizəsində 12 il 6 ay güzəştli iş stajının 22.08.2020-ci il tarixdə tamamlanmasını qeyd etməklə səhvə yol verdiyini, əslində güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 11.08.2020-ci ildə yarandığını bildirərək, məhkəmədən iddiaçıya 11.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınıntəyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra qısaldılmış halda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. 13.04.1982-ci ildən hal-hazıradək əmək fəaliyyətindədir. 01.08.2003-cü il tarixdən 23.05.2011-ci il tarixədək X4 LLC firmasında konstruksiya (polad) quraşdırıcı vəzifəsi və 06.08.2018-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. 22.08.2020-ci il tarixədək 32 ildən çox ümumi və 12 il 6 ay güzəştli iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, güzəştli işstajının 12 il 6 aydan az olduğuna istinad edilərək imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab etdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9.1, 30-cu maddələrinə, Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 17 saylı, 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 2.1.6, 2.1.7, 2.1.8-ci bəndlərinə istinad edilmişdir. İddia tələbini təsdiq etmək məqsədilə əmək kitabçasının təsdiqlənmiş surəti, “X7” QSC tərəfindən verilmiş 22.05.2020-ci, 17.09.2020-ci, 01.03.2021-ci il tarixli, “X4” CSC tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışlar və şəxsiyyət vəsiqəsinin surətləri, cavabdehin imtina məktubları təqdim edilmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən tərib edilmiş 22.05.2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 06.08.2018-ci il tarixdən hal-hazıradək həmin müəssisədə Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsində işləyir, qeyd edilən vəzifə Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə Xİ, 11/6 bəndinə əsasən təmirçi gəmi gövdəçiləri bəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci (Metal emah) bölməsinə baxdıqda müəyyən edilir ki, orada ancaq Gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuş, iddiaçının əmək kitabçası və adım qeyd etdiyim arayışda istinad edilən gəmi gövdə quraşdırıcısı vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. Yuxarıda qeyd edilən arayışda, işəgötürən əsassız olaraq, iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsini, təmirçi gəmi gövdəçiləri peşəsi ilə eyniləşdirmişdir. Bu zaman işəgötürən, qeyd edilən peşələrin hansı səbəbdən və hansı normativ-hüquqi akta istinad edilərək uyğunluğunu izah etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi “X4” CSC tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışa baxdıqda müəyyən edilir ki, iddiaçı 21.10.1999-19.05.2000-ci və 15.05.2002-01.08.2002-ci illər ərzində metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi 01.08.2002-16.05.2012-ci illər ərzində müxtəlif dövrlərdə həmin müəssisədə metal konstruksiya (polad) quraşdırıcısı peşəsində işləmişdir. İşəgötürən müəssisə öz arayışında həmin peşələrin güzəştli peşələr olmasını qeyd etməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na baxdıqda, iddiaçının işlədiyi qeyd edilən peşələrin də həmin siyahıda olmaması müəyyən edilir. Nümayəndə və vəkil onu da xüsusilə qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Ali Məhkəmənin 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 13.04.1982-05.04.1983-cü illər ərzində “Bakı məişət kondisionerləri” zavodunda usta köməkçisi, usta, mühəndis vəzifələrində, 11.04.1983-25.02.1985-ci illər ərzində “Bakelektroavtomat” zavodunda mühəndis-konstruktor, 26.02.1985-28.11.1986-cı illərdə X3 İnstitutunda mühəndis, 21.11.1986-09.02.1990-cı illərdə həmin zavodda mühəndis, 12.02.1990-30.11.1993-cü illərdə “Bakelektroavtomat” zavodunda metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi, metal konstruksiya quraşdırıcısı, 26.04.1995- 27.04.1995-ci il ərzində Bakı Balıq Soyuducu Donanması İdarəsində mexanik, 10.09.1995-01.02.1998-ci illərdə 1 №-li rayonlararası İstehsalat Təmir Tikinti Trestində sürücü, 23.03.1999-07.06.1999-cu il ərzində “Star” taksi firmasında sürücü, 21.10.1999- 19.05.2000-ci il ərzində “X6” Ltd şirkətində mexanik köməkçisi, 15.05.2002-01.08.2002-ci illərdə həmin şirkətdə yarımixtisaslı quraşdırıcı, 01.08.2002-15.08.2003-cü, 09.03.2004- 05.09.2006-cı, 21.08.2007-20.02.2009-cu, 12.01.2010-12.05.2010-cu, 18.04.2011- 23.05.2011-ci, 16.05.2012-16.05.2017-ci il ərzində həmin şirkətdə metal konstruksiya quraşdırıcısı, 06.08.2018-20.11.2019-cu il ərzində "xxxx"QSC “Zığ” Gəmi təmir və tikintisi zavodunun Gəmi tikintisi bölməsinin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 4-cü dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində işləmiş, 20.11.2019-cu ildən hal-hazıradək isə həmin bölmənin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilmiş RN03/18 saylı, 01.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 06.08.2018-ci ildən 4-cü, 20.11.2019-cu ildən isə 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən bölmə Xİ, bənd -11/6,a - bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur. İşdə olan pensiya təyinatı alt sistemindən iddiaçıya aid məlumat üzrə çıxarışlardan aydın olur ki, 13.04.1983-cü ildən 01.07.2020-ci ilədək olan dövr üzrə iddiaçının ümumi sığorta stajı 30 il 2 ay 12 gün təşkil edir. İddiaçının sığorta haqqı üzrə ödənilməyən stajı yoxdur. İşin bu halı iddiaçının sosial sığorta stajının məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi əsası ilə qəbul edilməsindən imtina üçün əsasın olmadığını təsdiq edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 4 dəfə - 07.07.2020-ci il tarixdə **********8 saylı, 26.10.2020-ci il tarixdə **********6 saylı, 21.01.2021-ci il tarixdə **********4 saylı və 09.02.2021-ci il tarixdə **********8 saylı məktublarla imtina cavabı verilmişdir. İmtinaların ümumi cəhəti güzəştli iş stajının 12 il 6 aydan az olduğuna istinad edilməsində təzahür etsə də, fərqləndirən cəhət ondan ibarətdir ki, 07.07.2020-ci il tarixdə **********8 saylı ilk imtinada iddiaçının cavabdehə təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 21.10.1999-19.05.2000-ci və 15.05.2002-01.08.2002-ci il tarixləri arasındakı dövr ərzində “X6 MMC”də işlədiyiniz quraşdırıcı köməkçisi və yarımıxtisaslı quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Sonrakı imtina məktublarının əsası kimi isə Mərkəzi Filiala təqdim edilən “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 17 sentyabr 2020-ci il tarixli 12M01/144 nömrəli arayışında işlədiyi gəmi gövdə quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsində (11) nəzərdə tutulduğu qeyd olunmuşdur. Lakin sözügedən Siyahının həmin bölməsində işlədiyi gəmi gövdə quraşdırıcı peşəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az, yəni 10 il 5 ay 25 gün təşkil edir. İmtinalardakı ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqana edilmiş sorğuya cavab olaraq, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 04.11.2021-ci il tarixli **********7 saylı məktubla bildirilmişdir ki, iddiaçının Mərkəzi Filialına təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “X4 LLC” şirkətinin ona dair 13 mart 2017-ci il tarixli 3895 nömrəli arayışında qeyd edilən məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 10 il 5 ay 25 gün (01.08.2002- 15.08.2003-ci il, 09.03.2004-05.09.2006-cı il, 21.08.2007- 20.02.2009-cu il, 12.01.2010- 12.05.2010-cu il, 18.04.2011-23.05.2011-ci il, 04.05.2012- 15.05.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 17 sentyabr 2020-ci il tarixli 12M01/144 nömrəli arayışında adıçəkilən şəxsin 06.08.2018-ci il tarixindən bu günədək Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) təmirçi gemi gövdəçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, 11.08.2020-ci il tarixədək iddiaçının 60 yaşının tamam olması, ümumi iş staının 25 ildən çox olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi və 01.08.2002- 15.08.2003-ci il, 09.03.2004-05.09.2006-cı il, 21.08.2007-20.02.2009-cu il, 12.01.2010- 12.05.2010-cu il, 18.04.2011-23.05.2011-ci il, 04.05.2012-15.05.2017-ci il tarixləri arasındakı dövrlər üzrə güzəştli iş stajı 10 il 5 ay 25 gün olması hissəsi işin mübahisələndirməyən hallarına aiddir. İşin mübahisəli halı 06.08.2018-ci ildən bu günədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı dövrün güzəştli dövr kimi qəbul edilməməsində ifadə olunmuşdur. İşin bu halı ilə əlaqədar məhkəmə araşdırması zamanı “Zığ” Gəmi Təmiri və Tikintisi zavoduna təqdim edilmiş sorğuya cavab olaraq 08.06.2021-ci il tarixli RM02/02-364 saylı məktubla "xxxx" X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 № li dəyişikliyi və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatını göndərilərək bildirilmişdir ki, İddiaçı verilmiş arayışda gəmi gövdə quraşdırıcısı peşəsi üzrə işləməsinə baxmayaraq, metal gəmi gövdələrinin yığıcısı bəndinə uyğun olduğu göstərilmişdir. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların Siyahısının bölmə Xİ, bölməbənd-11/6a- bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan görünür ki, 11-ci bölmə Metal emalı, 11.6-cı yarımbölmə Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri adlanmaqla, həmin yarımbölmənin “a” bəndində metal gəmi gövdələrinin yığıcıları peşəsi nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 № li dəyişiklik və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatından aydın olur ki, 5-ci dərəcə gəmi gövdə quraşdırıcısının peşəsi üzrə işin xüsusiyyətinə “stapeldə (tərsanədə ) gəminin orta hissəsi üçün iriqabaritli mürəkkəb əyriliyə malik, iki qurtaracağı üçün kiçik qabaritli mütəkkəb keçidlərə malik gövdə konstruksiyalarının nişanlanması, yığılması, quraşdıırıması və yoxlanılması. Stapel yığmada cihazlardan istifadə etməklə gövdə konstruksiyalarının nişanlanması, yoxlanılması və mürəkkəb əyriliyə malik səthlərdə hissələrin yerləşdirilməsi. Mürəkkəb keçidlərə malik iri qabaritli konstruksiyaların yığılması və quraşdırılması üçün istifadə olunan oturacaqların və şablonların yığılması, quraşdırılması və yoxlanılması. Tökmə konstruksiyalarının (ştevenlər, sükanın perosu, avar vallarının kronşteynləri) nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Gəmi gövdəsinin çöl örtüyünün nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Çöl örtüyünün mürəkkəb əyriliyə malik metal təbəqələrinin hazırlanması və yerinə qoyulması. Metal təbəqələrin yelkənvari şəkildə və dəyişən radiusiu əyriliyə malik profil prokatını soyuq və isti halda əymək, qalınlığı 6 mm-ə qədər olan poladdan hazırlanmış gövdə konstruksiyalarının əyriliyinin aradan qaldırılması. Gövdə konstruksiyalarının 2 Mpa-dan 4 Mpa ya qədər təyziqlə hidravlik sınaqdan keçirilməsi. Gəmi gövdəsinin yığılması zamanı briqadaya rəhbərlik etmək.” aiddir. Qeyd edilən peşə üzrə işçi “Gəminin orta hissəsi üçün iri qabaritli bölmələrin, hər iki qurtaracağı üçün mürəkkəb keçidli blok bölmələrinin optik cihazın köməyi ilə nişanlanması və yoxlanılmasını, stapeldə gəmi gövdəsinin yığılması zamanı nişanlanma və yoxlama işlərinin üsullarını, hidravlik sınağın qaydalarını və texniki şərtlərini, nəzarət ölçü cihazlarının quruluşunu, tökmə konstruksiyalarının nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, baş mexanizmlərin özüllərinin nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, gəmi gövdəsi üçün bölmələrin yığılmasının ardıcıllığını və texnologiyasını, nazik divarlı mürəkkəb konstruksiyalarda əyriliyin aradan qaldırılmasının metod və üsullarını, optik cihazlardan istifadə qaydalarını, xüsusi mürəkkəb həndəsi fiqurları, istənilən mürəkkəbliyə malik cizgilərin oxunmasını, yerinə yetirilən işlərin texnoloji və texniki sənədlərini, gəmi gövdəsinin konstruksiyasını” bilməlidir. Göründüyü kimi, işəgötürən iddiaçının gördüyü işin xüsusiyyəti haqqında ətraflı arayışla 06.08.2018-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı peşəsinin əslində metal gəmi gövdələrinin yığıcıları peşəsi olduğunu izah etmiş və bununla əlaqədar ştat cədvəlinə müvafiq dəyişikliyin edildiyini təsdiq edən sübutları məhkəməyə göndərmişdir. Beləliklə, iş üzrə müəyyən edilir ki, iddiaçının 06.08.2018-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı peşəsi əslində metal gəmi gövdələrinin yığıcıları peşəsidir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bölməsinin, 11.6-cı yarımbölməsinin “a” bəndində nəzərdə tutulmaqla güzəştli şərtlərlə yaşa görə əməkpensiyası hüququ verə işstajına aiddir. Cavabdehin nümayəndəsi və vəkili yazılı etirazında işin bu halına münasibət bildirərək qeyd etmişdir ki, işəgötürən əsassız olaraq, iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsini, təmirçi gəmi gövdəçiləri peşəsi ilə eyniləşdirmişdir. Bu zaman işəgötürən, qeyd edilən peşələrin hansı səbəbdən və hansı normativ-hüquqi akta istinad edilərək uyğunluğunu izah etməmişdir. Nümayəndə və vəkil etirazının əsası kimi Ali Məhkəmənin 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarındakı hüquqi mövqeyə istinad etmişdir. Məhkəmə etirazın əsası kimi istinad edilən hallarla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə, preyudisial əhəmiyyətə malik olduğu iddia edilən Ali Məhkəmənin 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarındakı hüquqi mövqe ilə əlaqədar məhkəmə qeyd edir ki, nə preyudisiallıq baxımından, nə də yuxarı məhkəmənin göstərişinin aşağı instansiya məhkəməsi üçün məcburiliyi baxımından qəbul etmək mümkün deyil. Əvvəla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsi preyudisiya məsələsində eyni tərəflərin olmasını mütləq əsas kimi qeyd edir. Hazırki iş üzrə mübahisənin əvvəllər məhkəmədə baxılmadığını nəzərə aldıqda istinad edilən məhkəmə qərarını hazırki işə tətbiq etmək mümkün deyil. İkincisi, prosessual qanunvericilik yuxarı məhkəmənin göstərişinin aşağı instansiya məhkəməsi üçün məcburiliyini baxılmış iş üzrə verilmiş göstərişlə məhdudlaşdırır. Odur ki, qeyd edilən məhkəmə qərarının bütövlükdə hazırki işə tətbiq edilməsini məhkəmə düzgün hesab etmir. Bununla belə, Ali Məhkəmənin qeyd edilən qərarındakı hüquqi mövqenin iş üzrə müvafiq araşdırmaların aparılmalı olduğunu müəyyən edən hissəsinin qanunvericiliyin tələbindən irəli gəldiyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, hazırki iş üzrə hərtərəfli araşdırmanın aparılmasını təmin etmək məqsədilə müvafiq sorğular verilmiş və cavablar alınmış, iş hərtərəfli, tam və obyektiv araşdırılmışdır. İşəgötürən tərəfindən lazımi arayış, məlumat və sübutlar məhkəməyə təqdim edilmiş, işdə olan digər sübutlarla birlikdə çəkişmə prinsipinə əməl edilməklə tədqiq edilmiş, lakin cavabdeh iddiaçının işlədiyi peşənin güzəştli hesab edilməməsi üçün hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən sübutetmə yükü cavabdehin üzərində olmaqla, uyğunlaşdırmanın əsassız olmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, cavabdehin nümayəndəsi və vəkilinin etirazının əsası kimi işəgötürənin əsassız olaraq, iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsini, təmirçi gəmi gövdəçiləri peşəsi ilə eyniləşdirdiyinə istinad etməsi hazırki iddianın təmin edilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Sübutetmə yükü həm də istinad edilən Ali Məhkəmənin qərarındakı qeyd edilmiş “Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər” hüquqi mövqe ilə əlaqədar da cavabdehin üzərinə vəzifə qoymuşdur. Belə ki, qeyd edilən hüquqi mövqedə sadalanan hallar ümumi olmaqla, həmin hallardan məhz hansının hazırki işə tətbiq edilməli olduğu cavabdeh tərəfindən bildirilməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ən nəhayət məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinalarından və məhkəmə sorğusu əsasında təqdim edilmiş 04.11.2021-ci il tarxli **********7 saylı məktubdan aydın olur ki, cavavbdeh yalnız iddiaçının 06.08.2018-ci il tarixdən halhazıradək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı peşəsini Siyahıda nəzərdə tutulmadığı əsası ilə güzəştli iş stajı kimi qəbul etməmişdir. İşin bu halı iddiaçının təqdim etdiyi arayışlardakı məlumatların 06.08.2018-ci il tarixədək olan hissədə cavabdeh tərəfindən mübahisələndirilmədiyini təsdiq edir. Belə olan halda məhkəmə iddiaçının “X4” Ltd birgə müəssisəsində işlədiyi dövrlə əlaqədar cavabdehin nümayəndəsi və vəkilinin etirazını əsaslı qəbul etmir. Məhkəmə araşdırması zamanı “X4” MMC barədə məlumatların təqdim edilməsi ilə əlaqədar sorğu ilə müraciət edilmiş və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli, **********353500 saylı məktubla bildirilmişdir ki, Müraciətinizlə əlaqədar bildiririk ki, 25.05.2021-ci il tarixə olan uçot məlumatlarında “X4” MMC adlı vergi ödəyicisinin uçotda olması barədə məlumat aşkar edilməmişdir. Odur ki, qeyd edilən hüquqi şəxsə iş üzrə müvafiq sorğularla müraciət edilməsi mümkün olmamışdır. Məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1958-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyi göstərilərək, müraciətindən imtina olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmasının yeganə əsası odur ki, iddiaçının işlədiyi gəmi gövdə qurucusu peşəsi güzəştli pensiya hüququ verən siyahıda nəzərdə tutulmamışdır. İmtinanın əsası iddiaçının məhz 06.08.2018-ci il tarixdən sonrakı dövr üzrə işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmamasıdır. Məhkəmə bu istiqamətdə araşdırma aparaq bildirir ki, işəgötürənin məhkəməyə təqdim etdiyi "xxxx" X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 № li dəyişiklik və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatı ilə müəyyən edilmişdir ki, gəmi gövdə quraşdırıcı peşəsi əslində metal gəmi gövdələrinin yığıcıları peşəsidir. Cavabdeh tərəfindən işin bu halını təkzib edəcək hər hansı sübut tədim edilmədiyindən məhkəmə iddiaçının 06.08.2018-ci il tarixdən hal-hazıradək işlədiyi dövrü güzəştli şərtlərlə pensiya verən sığorta stajı kimi qəbul edir və iddianın təmin edilməli olduğu qənaətinə gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 60 yaşı daha əvvəl tamam olsa da, ona güzəştli iş stajının 12 il 6 ayının tamam olduğu 11.08.2020-ci ildən pensiya təyin edilə bilər. Belə ki, iddiaçının 06.08.2018-ci ilədək 10 il 5 ay 25 gün güzəştli sığorta stajına malik olduğunu nəzərə alaraq, 11.08.2020-ci ildə 12 il 6 ay güzəştli iş stajının tamam olduğu, 06.08.2018-ci il tarixdən 11.08.2020-ci ilədək isə fasiləsiz olaraq metal gəmi gövdələrinin yığıcıları peşəsi ilə işəgötürən tərəfindən eyniləşdirildiyi gəmi gövdə quraşdırıcı peşəsində işlədiyi işi mübahisə edilməyən halıdır. Beləliklə, məhkəmə iddiaçının 11.08.2020-cu il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə» 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahıya əsasən 12 il 6 aydan çox zərərli əmək şəraitində sığorta stajı, 25 ildən çox ümumi əmək stajı topladığını və 60 yaşının tamam olduğunu nəzərə alaraq, cavabdehin imtinasını əsassız hesab edir və iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə hazırki işə tətbiq edilməli qanunvericilik normalarını tətdiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşına çatması;
2. İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması
4. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. İddiaçı tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Lakin cavabdeh iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmadığını, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışda göstərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını göstərmişdir. Buna görə də göstərilən gəmi gövdə quraşdırıcısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulub-tutulmadığı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının gəmi gövdə quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-cı bəndinin “a”yarımbəndə göstərilmiş metal gəmi gövdələrinin yığıcıları peşəsinə uyğundur, həmin peşə üzrə iddiaçının 06.08.2018-ci ildən sonrakı dövr üzrə iş stajı da nəzərə alındıqda 11.08.2020-ci il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 11.08.2020-cu il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq olunan siyahının 11.6-cı bəndinin “a” yarımbəndi üzrə nəzərdə tutulan sahədə güzəştli iş stajı verən peşədə işlədiyinə, eləcə də, 60 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 11 avqust 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən tərəflər 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Mədətli