Məhkəmə qərarları › İş №2-1(112)-4812/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4812/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4812/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyanın 115000 manat izafi ödədiyi kirayə pulunun ödənilməsi" iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyanın 115000 manat izafi ödədiyi kirayə pulunun ödənilməsi" iddiası üzrə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İİ qrup əmək əlilidir, 23 ildir Xətai rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir, Xətai Polis İdarəsinin inzibati binasına qeydiyyatdadır, rəsmi və faktiki olaraq Azərbaycanda sığınacaq yeri yoxdur, himayəsində məskunlaşdırılmamış Ermənistandan qaçqın anası, oğlu, gəlini, iki nəvəsi olduğu halda, növbədə ailə tərkibi bir nəfər kimi göstərilmiş, əmək əlili olduğu halda növbədə ümumi əlil kimi göstərilmiş, növbəlilik hüququ da pozulmuş, məskunlaşdırılmamış ermənistanlı qaçqındır, 2001-ci il Prezident Fərmanına görə həmin il məskunlaşdırılmalı idi, lakin Fərmana əməl olunmayıb, ermənistanlı qaçqınlara dövlət tərəfindən mənzil verilməyib, 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə ona əmək əlili olduğundan növbədənkənar mənzil verilməli idi, Mənzil Məcəlləsinin 48.1 və 56.2 maddələrinə görə də mənzillə təmin olunmalı idi, onlara verilməli 4 otaqlı mənzilin 160.000 (bir yüz altmış min) manat dəyəri Qaçqınkom, yaxud dövlət büdcəsindən ödənilməlidir. Vaxtında, 2001-ci ildən mənzillə təmin olunmadığından indiyə kimi borc hesabına kirayədə yaşamağa məcbur olmuşlar, həmin borcları qaytarmaq lazımdır. 2001-ci ilin yanvar ayından indiyə kimi izafi ödədiyi kirayə pulu - dövlət məmurlarının onlara vurduğu 115000 (bir yüz on beş min) manat ziyan Qaçqınkom və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Konstitusiyanın 68ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmış, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən “mənzil verilməsi” tələbi ilə bağlı Komitəyə müraciəti daxil olmuş və bununla bağlı Komitə tərəfindən 01/1113 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “Ermənistan Respublikasından olan qaçqınların daimi məskunlaşdırılması haqqında” Azəbaycan Respublikası Prezidentinin 2001ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının icrası başa çatdığından onun məcburi köçkün ailələri üçün inşa edilmiş qəsəbələrdə mənzillə təmin olunmağı imkan xaricindədir. Eyni zamanda daha sonra 2020-ci il də Komitəyə etdiyi müraciətinə cavab olaraq qeyd olunmuşdur kı, aparılan araşdırma zamanı iddiaçının hər hansısa xüsusi statusa malik olmağı aşkar edilməmişdir. Azəbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə 2002-ci ilin yanvar ayından etibarən Ermənistan Respublikasından olan qaçqınların kommunal güzəştlərin tətbiq edilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanı ilə Ermənistan Respublikasından olan daimi yaşayış yeri ilə təmin olunmamış və yaşayış üçün yararsız olan binalarda məskunlamış qaçqınların daimi yerləşdirilməsi təmin edilmiş və başa çatdırılmışdır. Hazırda Komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən yalnız məcburi köçkünlərin mənzillə təmin edilməsini həyata keçirilir. Komitə məcburi köçkünlərələ bağlı vəzifə və funksiyalarını həyata keçirdiyi halda, iddiaçının 2001-ci ilə kimi müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etməsi üçün müvafiq xüsusi statusa malik olmalı idi. Lakin, iddiaçı heç bir vaxt Ermənistan Respublikasından qaçqın düşməsi ilə status əldə etməmişdir. Ermənistan Respublikasından olan qaçqınların məskunlaşdırlması həyata keçirildiyindən, iddiaçı şəxslə Komitə arasında kirayə haqqının ödənilməsi ilə bağlı heç bir müqavilə öhdəliyi olmamış və bu kimi məqsədlər üçün Komitənin xərclər smetasında kirayə haqqlarının ödənilməsi ilə bağlı vəsait ayrılması nəzərdə tutulmamışdır. Əlilliyi olan şəxslərin isə mənzillə təmin olunması aidiyyəti mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçirildiyindən, mövcud qanunvericiliyin tələblərinə əsasən, İddiaçı aidiyyəti üzrə mərkəzi və yerli icra orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınaraq, iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəməyə verdiyi izahatında qeyd etdiyi halları təsdiq edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün hesab edilir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan və cavabdehin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi iddiaçı tərəfindən “mənzil verilməsi” tələbi ilə bağlı cavabdehə müraciəti olmuş və bununla bağlı Komitə tərəfindən 01/1113 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Ermənistan Respublikasından olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azəbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının icrası başa çatdığından sizin məcburi köçkün ailələri üçün inşa edilmiş qəsəbələrdə mənzillə təmin olunmağı imkan xaricindədir. İş materiallarından məlum olur ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunda göstərildiyi kimi Xətai rayon İcra Hakimiyyəti Başçısının M-707 saylı, xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçı 1 nəfər (tək özü) yaşayış yeri üzrə İİ qrup əlil kimi güzəştli mənzil növbəsindəsindədir. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsinə əsasən əlillərə lazımi maddi, sosial-məişət və tibbi yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi bərpa proqramında müəyyən edirlər. Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən yerli hakimiyyət orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillərin dövlət pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının, paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər. İddiaçı hazırki iddia tələbi üzrə cavabdehlər kimi Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətini göstərən inzibati orqanların əlillərin sosial təminatı həyata keçirilmədiyindən cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Əlavə olaraq, məhkəmənin qənaəti belədir ki, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun əsl inzibati orqana qarşı əsaslandırılmış tələb konkret əks olunmaqla yeni iddia ərizəsi təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, iddia ərizəsində qaldırdığı məsələlərlə bağlı müvafiq ərizə ilə əlillərin sosial təminatını həyata keçirən səlahiyyətli inzibati orqana müraciət edəndən sonra məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar