Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4812/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan ölçünün və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 350 kv.m torpağın “Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 350 kv.m kv.m torpağın iddiaçının mərhum həyat yoldaşı X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
3. Məhkəmənin 18 aprel 2024-cü il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikilməsi üçün ididaçının həyat yoldaşı, mərhum X9 Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli, 1952 saylı Sərəncamla ayrılmış fərdi torpaq sahəsinin dövlət reyestrindən çıxarışının əldə olunması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mövcud sənədlərlə müraciət etsə də, torpağın plan və ölçüsünün əks olunduğu sənəd olmadığı üçün çıxarışın əldə olunması mümkün olmamışdır. Qarşı tərəfə təqdim olunan sənədlər daxilində 1952 saylı Sərəncamla yanaşı xx.xx.2000-ci il tarixli Suraxanı İcra Başçısı tərəfindən təsdiq edilmiş aktda Suraxanı rayonunun Baş Memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Zığ qəsəbə nümayəndəsi E. Seyfullayevin iştirakı ilə xx.xx.2000-ci il tarixində X9 1952 saylı Sərəncamla ayrılmış 350 kv.m torpaq sahəsinin naturada ifadəsi ilə pay bölgüsünün aparılmasını və daimi nişanların qoyulması icra olunmuşdur. Qeyd olunan sənədin digər üzündə torpağın yerləşdiyi ərazinin cizgiləri qeyd olunmuşdur. X1 vəfatından sonra ondan qalan miras üzrə vərəsəliyin dairəsinin müəyyən olunması məqsədi ilə xx.xx.2006-ci il tarixində Bakı şəhəri 37 saylı notariat kontorunda reyestrdə 2-V-09 ilə qeyd olunan və iş nömrəsi 06/2006 olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı evin hüquqi varisləri olaraq mərhumun həyat yoldaşı İddiaçı, qızı- X6, qızı- X7, oğlu- X10 müəyyən olunmuşdur. X9 Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli, 1952 saylı Sərəncamla Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində ayrılmış 350 kv.m torpaq sahəsinin dövlət reyestrindən çıxarış alınması məqsədi ilə mövcud sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə şifahi olaraq müraciət etdikdə torpaq sahəsinin plan və ölçüsünün qeyd olunduğu müvafiq sənədlərin olmamasıni əsas gətirilərək qarşı tərəfdən imtina cavabı verildi. Qeyd olunan torpaq sahəsi müvafiq sərəncam verildiyi gündən iddiaçı və ailə üzvlərinin istifadəsindədir. 2002-2004-cü illərdə mərhum, X11 tərəfindən qeyd olunan torpaq sahəsində yaşayış evi inşa edilmişdir. Kommunal xidmətlər rəsmi olaraq onun adınadır. X9 Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli, “1952” saylı Sərəncamla ayrılmış fərdi torpaq sahəsinin plan və ölçüsünün əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Arxiv idarəsinə 5 saylı Bakı “Asan Xidmət” mərkəzindən xx.xx.2021-ci il tarixində tərəfimdən edilən sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixində №BA-05853-2021 -nömrəli cavab məktubunda 1952 saylı Sərəncam və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri 3 (üç) vərəqdən ibarət olaraq təqdim olunmuş lakin, sənədlər daxilində torpağın plan və ölçülərinin qeyd olunduğu sənəd aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixində 6 saylı Bakı “Asan Xidmət” mərkəzindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2022ci il tarixində №BA-00315-2022 nömrəli cavab məktubunda qeyd olunan Sərəncama cizginin əlavə olunmadığı bildirilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli, 1952 saylı Sərəncamla ayrılmış fərdi torpaq sahəsinin plan və ölçüsünün əldə olunması məqsədi ilə yazılı şəkildə Suraxanı Rayon İcra Hakimiyyətinə edilən sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixində M383091 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, müraciətin həlli Suraxanı Rayon icra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfimdən xx.xx.2023-cü il tarixində qeyd olunan torpaq sahəsinin plan və ölçülərinin əldə olunması məqsədi ilə ərizə ilə müraciət olunmuşdur. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixində 3-21-3-3012- M1653-8/**********544081 nömrəli məktubda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə plan ölçünün tərtib olunması mümkün olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərilən yerləşmə cizgisi təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m təşkil edir; sözügedən sərəncam X1 adına verilmişdi. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
4. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İİİ- ЖГ 497537 nömrəli “nikahın bağlanılması haqqında şəhadətnamə”yə əsasən, X12 ilə X2 nikahı xx.xx.1985-ci ildə bağlanılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 1952 nömrəli, 28 dekabr 2000ci il tarixli Sərəncamına əsasən, vətəndaş X9 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində, 350 kv.m torpaq sahəsi ayrılması, fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. 29 dekabr 2000-ci il tarixli Akta əsasən, Suraxanı rayonunun Baş memar B.Seyidov, mütəxəssis C.Məmmədzadə, Zığ qəsəbə nümayəndəsi E.Seyfullayevin iştirakı ilə Suraxanı İHB-nın 28 Xİİ 2000-ci il tarixli 1952 saylı sərəncamı ilə Zığ qəsəbəsinin qərb hissəsində, 350 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü aparılması və daim nişanların qoyulması barədə akt tərtib edildi. Akt Suraxanı İHB-ı H.Mehdiyev tərəfindən imzalanmış, Zığ qəsəbə İHB –nın nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Akta əlavə edilmiş plan-sxemdə torpaq sahəsinin yerləşməsi istinadları göstərilməklə torpaq sahəsinin coğrafi mövgeyi əks olunmuşdur., AZ-İ 156224 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən, X11 xx.xx.2005-ci ildə ölmüşdür. 15 fevral 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05 avqust 2005-ci ildə vəfat etmiş X5 vərəsələri - həyat yoldaşı İddiaçı, qızı- X6, qızı- X7, oğlu- X8r. Ədliyyə Nazirliyi Bakı şəhəri 37 saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə ünvanladığı X-797 nömrəli, dekabr 2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri 37 saylı notariat ofisi Sizə bildirir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlak ilə bağlı vərəsələrin ərizəsinə əsasən vərəsəlik işi açılmış və vərəsəliyin dairəsi müəyyən edilmişdir. Mərhumun vərəsəsi arvadı İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək mərhum əri X4 miras qalmış əmlakın hüquqmüəyyənedici sənədinin (çıxarışı və torpaq sahəsinin planı və ölçüsü) alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ərazi İdarəsinə sorğu verilməsini xahiş etmişdir. Vətəndaşın xahişini nəzərə alaraq Vərəsəlik işinin həlli üçün Mərhum - X4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 350kv.m. (0.035ha) torpaq sahəsidən (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-05853-2021 nömrəli Arxiv çıxarışına əsasən - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1952 nömrəli Sərəncam) ibarət olan əmlakın hüquqmüəyyənedici sənədi - mülkiyyət hüququna dair çıxarış və torpaq sahəsinin planı və ölçüsünü mərhumun vərəsəsi- arvadı İddiaçı vasitəsi ilə göndərilməsi xahiş edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə qəbzlər, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin M 383-091 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunu təqdim etmişdir.
İV. Məhkəmənin mövqeyi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
9. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”
14. İşin faktiki hallarından göründüyü kimi iddiaçının qanun üzrə vərəsəsi olduğu X11 vəfat edənə qədər qanuni əsaslarla Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 1952 saylı Sərəncam əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 350 kv.m torpağ üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X9 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur.Belə ki, iddiaçının ərinə 350 kv.m torpaq sahəsinin ayrılması faktı arxiv arayışları ilə təsdiqlənir. Belə olan halda iddiaçının hazırda istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan sənəd mövcuddur.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. 16.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Cavabdehin iddiaçı tərəfindən istifadə edilən torpaq sahəsinin faktiki ölçüsünün 600 kv.m təşkil etməsi əsası ilə 350 kv.m torpaq sahəsinin üzərindəki (ölmüş şəxs X5) hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (müvafiq arayışın verilməsindən ) imtinasını məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının istifadə etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 600 kv.m olması, müvafiq aktla təsdiq edilmiş, yerləşməsi plan –sxemdə əks olunmuş 350 kv.m torpağın iddiaçının mərhum ərinə məxsus olmasını istisna edən hal deyildır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum ərinin qanuni əsaslarla torpaq sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
18. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 350 kv.m kv.m torpağın iddiaçının mərhum həyat yoldaşı X9 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
20. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 350 kv.m (üç yüz əlli) kv.m torpağın iddiaçının mərhum həyat yoldaşı X9 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova