Məhkəmə qərarları › İş №2-1(112)-4816/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4816/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4816/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2021-ci ildən, 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixində Bakı şəhərində doğulmuşdur. xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-1/2H- 202141/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciəti müsbət cavablandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur.İş materiallarında olan H3 ******* hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X3 edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim olunmalıdır.Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-202141/2023 nömrəli imtina məktubunda İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin 9 avqust 2023-cü il tarixli 22 nömrəli arayışında İddiaçı həmin müəssisənin kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Buna görə də həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, sözügedən arayışda İddiaçı çilingər peşəsində işlədiyi müddətdə texnoloji qurğuların təmiri barədə, təmir üzrə çilingər peşəsində işlədiyi müddətdə isə bilavasitə neft, qaz və qaz kondensatı hasilatı obyektlərinin təmiri ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Belə olan halda iddiaçı İddiaçı qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən (hüququnun yarandığı tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş B 125727 nömrəli, xx.xx.1980-cı il tarixli diplomun surətinə əsasən İddiaçı 1977-ci ildə Azərbaycan SSR X7 Təhsili Komitəsinə daxil olmuş və xx.xx.1980-ci ildə həmin texnikumun təmirçi-çilingər üzrə tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə çilingər montyor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad olunmuşdur. xx.xx.1988-ci ildə elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1990cı ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə fəhlə qəbul edilmiş, xx.xx.1991-ci ildə azad olunmuşdur. xx.xx.1994-cü ildə Balaxanı Neft və Qazçıxarma İdarəsinə kompressor qurğularının maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmiş, xx.xx.1995-ci ildə "xxxx" MMC-də Kompressor qurğuları sexində maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə 3-cü dərəcəli gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə kompressor qurğuları sexinə 4-cü dərəcəli komprressor qurğuları üzrə təmirçi-çilingər peşəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş “Azgerneft MMC-nin “X3 Edilməsi, Hesablanması, Yenidən Hesablanması, Bir Növdən Başqa Növə Keçirilməsi və Ödənilməsi Qaydası"na 2 nömrəli Əlavəsinə əsasən xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunmuşdur ki, İddiaçı vəzifəsi kompressor sexində kompressor qurğuları üzrə təmirçi-çilingər vəzifəsində 28 il, 5 ay, 7 gün fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 10.2 bəndinə/ (yarımbəndinə) və (və ya) a/fəhlələr vəzifə koduna uyğundur Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 07-05/48 nömrəli məktubunda bildirilmişdir ki, 2-1(112)-17160/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" MMC 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniya Federativ Respublikasının “Grünevald & СО.GMBH” şirkəti arasında bağlanmış müqaviləyə əsasən xx.xx.1996-ci il tarixdən karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və hasilatı sahəsində fəaliyyətə başlamışdır.xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunan, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırda Kompressor qurğuları sexində təmirçi çilingər peşəsində çalışır. İddiaçı xx.xx.1995-xx.xx.2002-ci illərdə Kompressor qurğuları sexində maşinist, xx.xx.2002-xx.xx.2009-cu illərdə həmin sexdə gözətçi, xx.xx.2009-xx.xx.2010-cu illərdə İnzibati-təsərrüfat şöbəsində gözətçi peşəsində çalışmış, xx.xx.2010-cu il tarixdən bu günədək isə kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işləyir. Məlumat üçün bildiririk ki, kompressor qurğuları sexinin təmirçi çilingərinin əmək funksiyaları aşağıdakılardan ibarətdir: -Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin, kompressor qurğularının əsaslı və orta təmiri. -Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi; Avadanlığın istismarı və təmir prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; -Mürəkkəb avadanlığın (soba, qarışdırıcı və s.) təmiri və quraşdırılması; -Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması; -Dəqiqlik və səmərəliliyin yoxlanılması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi. İddiaçı xx.xx.1995-xx.xx.2002-ci illərdə işlədiyi Kompressor qurğuları sexində maşinist peşəsi xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olmamışdır. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əlavə edilmişdir. İddiaçı işlədiyi peşələrin heç biri Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yoxdur, həmçinin qüvvədən düşmüş 320 saylı qərarla təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 137 saylı, xx.xx.2002-ci il tarixli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, 38 saylı xx.xx.2000-ci il tarixli qərarları əsasında MMC-dəki iş yerlərinin attestasiyası nəticələrinə uyğun olaraq İddiaçı xx.xx.1995xx.xx.2002-ci illərdə çalışdığı maşinist peşəsində əmək haqqına zərərli əmək şəraitinə görə tarif maaşına 4% artım, həmçinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” üzrə əlavə məzuniyyət müəyyən olunmuşdur. Onun Kompressor qurğuları sexində çalışdığı təmirçi çilingər peşəsində də əmək haqqına zərərli əmək şəraitinə görə 4% artım, həmçinin “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” üzrə əlavə məzuniyyət müəyyən olunmuşdur. Gözətçi peşəsində isə zərərli əmək şəraitinə görə əmək haqqına əlavə və əlavə məzuniyyət günləri olmamışdır. Eyni zamanda hazırda Kompressor qurğuları sexinin Təmirçi çilingəri peşəsində çalışan işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 137 saylı, xx.xx.2002-ci il tarixli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, 38 saylı xx.xx.2000-ci il tarixli qərarlarına uyğun, zərərli əmək şəraitlərinə görə tarif maaşlarına 8% artım təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi qaydalarına əsasən Kompressor qurğuları sexinin təmirçi çilingəri İddiaçı 6 (altı) gün əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və 23.01 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarında” kompressor qurğullarının təmirçi çilingər peşəsi mövcud deyil. Məhkəmə sorğusuna cavab olaraq AZGERNEFT MMC-in xx.xx.2024-cü il tarixli, 07- 05/123 nömrəli məktubunda bildirilmişdir ki, “xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunan, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırda Kompressor qurğuları sexində Təmirçi çilingər peşəsində çalışır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 81 nömrəli Qərarla qeyd olunan Siyahının 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) fəhlələr kateqoriyasında qeyd olunmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” sətri ilə əvəz olunumuşdur. 07-05/48 saylı, xx.xx.2024-cü il tarixli məktubumuzda bu peşənin qeyd olunan Siyahıda olmamasının göstərilməsi, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 81 nömrəli dəyişikliyinin cavab göndərildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə edilməsi olmuşdur. Eyni saylı, eyni tarixli digər sorğunuzla əlaqədar bildiririk ki, İddiaçı verilmiş 22 saylı, xx.xx.2023-cü il tarixli arayış həmin vaxt qüvvədə olmuş Qərarın 10.2. bölməsinin “a” bəndinin 25-ci sətirinə (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) əsasən verilmiş, lakin sonradan İddiaçı səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş imtina cavabı ilə peşənin həmin sətirə aidiyyətinin olmaması bəlli olmuşdur. Tərəfimizdən cavab hazırlanarkən 25-ci sətirdəki “elektrik montyorları” sözündən sonra vergül işarəsinin qoyulmalı olduğu, lakin normayaradan tərəfindən mexaniki səhvə yol verildiyi ehtimalına əsasən, Hüseynovun işlədiyi peşənin vergüldən sonrakı “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğunluğu barədə dəqiq olmayan qənaətə əsaslanılmışdır. Bu qənaət kompressor qurğularının da texnoloji qurğu olması fikrinə istinadən formalaşmışdır. Lakin dəqiqləşdirilmələr nətcəsində peşələrin Siyahıya aid edilməsi üçün Peşənin tam adının orada dəqiq göstərilməsinin şərt olması öyrənilmişdir. Bildiririk ki, sorğuya verdiyimiz cavab mötəbərdir, şirkət adından verilib, yuxarıdakı səbəblərlə peşənin Siyahıda göstərilən peşəyə aidiyyəti xx.xx.2024-cü il tarixindən yaranmışdır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli mıktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin 9 avqust 2023-cü il tarixli 22 nömrəli arayışında həmin müəssisənin kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində işlədiyiniz qeyd olunub. Lakin, sözügedən arayışda çilingər peşəsində işlədiyiniz müddətdə texnoloji qurğuların təmiri barədə, təmir üzrə çilingər peşəsində işlədiyiniz müddətdə isə bilavasitə neft, qaz və qaz kondensatı hasilatı obyektlərinin təmiri ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrlərin güzəştli iş stajınıza aid olubolmamasını müəyyən etmək mümkün deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 4 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 06 ay olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““X3 edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək təhsil dövrü02 il 10 ay 19 gün, xx.xx.1980-xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü 02 il 18 gün, əmək fəaliyyəti dövrü xx.xx.1983- xx.xx.1988-ci ilədək 04 il 11 ay 17 gün, xx.xx.1988- xx.xx.1990-cı ilədək 02 il 04 ay 19 gün, xx.xx.1991-xx.xx.1991-ci ilədək 09 ay 01 gün, xx.xx.1994-xx.xx.1995-ci ilədək 11 ay 14 gün, xx.xx.1995-xx.xx.2022-ci il tarixədək (hüququn yarandığı tarixədək) 27 il 03 ay 29 gün olmaqla tələb olunan ümumi iş stajına malikdir İddiaçının güzərştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir. Cavabdehin iminası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlərdə kompressor qurğuları sexində maşinist peşəsində işədiyi 6 il 4 ay 11 günü güzəştli iş stajı kimi qəbul edir. Cavabdeh "xxxx" MMC-nin 9 avqust 2023-cü il tarixli 22 nömrəli arayışına istinadən müəssisənin kompressor qurğuları sexində kompressor qurğuları üzrə təmirçi-çilingər peşəsində işlədiyi müddətdə texnoloji qurğuların təmiri barədə, təmir üzrə çilingər peşəsində işlədiyi müddətdə isə bilavasitə neft, qaz və qaz kondensatı hasilatı obyektlərinin təmiri ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd olunmadığına və bu əsasdan iddiaçının xx.xx.2010-cu il tarixdən Kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə almamışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 9 fevral 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: -1.2.1.1.3. “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri aşağıdakı redaksiyada verilsin: əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər. Göründüyü kimi yeni dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) fəhlələr kateqoriyasında qeyd olunmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” sətri ilə əvəz olunmuşdur. İddiaçının xx.xx.2010-cu il tarixdən işlədiyi kompressor qurğuları sexində təmirçi çilingər peşəsi qeyd edilən xx.xx.2024-cü il tarixli, 81 nömrəli dəyişikliklə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının”da 10.2-ci bəndində “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi olaraq güzəştli iş stajına əsas verən peşə kimi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.2022-ci ilədək kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işlədiyi dövr onun güzəştli iş stajına hesablanmalıdır. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçının işlədiyi peşənin güzəştli peşə kimi adıçəkilən Siyahıya xx.xx.2024-cü il tarixindən daxil edilmiş olsa da həmin tarixdən etibarən deyil, həmin vəzifəyə təyin olunduğu və əmək funksiyalarının icrasına başladığı xx.xx.2010cu il tarixdən güzəştli iş stajı hesablanmalıdır. Belə ki, əvvəla xx.xx.2024-cü il tarixli, 81 nömrəli nömrəli Qərarın 3.3-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1.2.1-ci (1.2.1.1.1-1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır. Göründüyü kimi Qərarla edilmiş dəyişikliyə əsasən “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsinin Qərarın qəbul edildiyi vaxtdan əvvəlki dövr üçün güzəştli iş stajı kimi hesablanması istisna edilməmişdir. Odur ki, iddiaçının həmin vəzifəyə olan güzəştli pensiya hüququnun xx.xx.2024-cü il tarixindən yaranmasına istinad edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2010-cu il tarixdən kompressor qurğuları sexində təmirçi çilingər peşəsində işlərkən xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin, kompressor qurğularının əsaslı və orta təmiri, mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi; Avadanlığın istismarı və təmir prosesində yoxlanılması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması; mürəkkəb avadanlığın (soba, qarışdırıcı və s.) təmiri və quraşdırılması; dəqiqlik və səmərəliliyin yoxlanılması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi kimi işin mürəkkəb xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 137 saylı, xx.xx.2002-ci il tarixli, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, 38 saylı xx.xx.2000-ci il tarixli qərarlarına uyğun, zərərli əmək şəraitlərinə görə tarif maaşlarına artım faizi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi qaydalarına əsasən əlavə məzuniyyət verilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2010-cu il tarixdən kompressor qurğuları sexinin təmirçi çilingəri peşəsinin əmək funksiyalarını icra etmiş, işlədiyi dövrdə əmək şəraitinin zərərli xüsusiyyətlərinə mrəuz qalmış, eyni zamanda zərərli əmək şəraitinə görə o müvafiq güzəştlərlə təmin olunmuşdur. Başqa sözlə, iddiaçının həmin vəzifədə xx.xx.2010-cu il tarixdən güzəştli peşədə işlədiyi mübahisəsizdir, xx.xx.2024-cü il tarixli dəyişiklik isə qeyd edilən vəzifənin zərərli olmasının rəsmiləşdirilməsi kimi qəbul olunmalı və onun həmin vaxtdan hüququnun yarandığını (gözlənilən hüquq) aradan qaldırmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan xx.xx.2010-cu il tarixdən işlədiyi dövr iddiaçının mübahisələndirilməyən güzəştli iş stajına daxil edildikdə iddiaçının tələb etdiyi hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək güzəştli iş stajı ümumilikdə 18 il 01 ay 01 gün təşkil edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar