Məhkəmə qərarları › İş №2-1(112)-482/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-482/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-482/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili X4 Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyi) kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyi) “kompensasiyanın ödənilməsi barədə” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 22 mart 2005-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində "xxxx" MMC təsis edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində qeydiyyatdan keçirilmişdir. Müvafiq qaydada Səbail rayon Bələdiyyəsinə müraciət edilərək, bələdiyyənin sərəncamı ilə 400 kv.metr dəniz sahilində yerləşən torpaq sahəsi İddiaçı MMC-yə ayrılmış, tikinti başlanması üçün layihə-smeta sənədləri hazırlayaraq, aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tikintiyə başlamaq üçün Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına Cəmiyyət tərəfindən müraciət edilmişdir. Administrasiya sənədlərlə tanış olduqdan sonra Gəmi yanalma körpüsünün inşasına razılıq vermiş, tikinti işlərini həyata keçirmək üçün investisiya layihəsi hazırlanmış və Azərbaycan Respubikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna təqdim olunmuş, investisiya layihəsinə fondun müşahidə şurasında baxılıb razılıq verildikdən sonra "xxxx" ASC-dən 800 000 (səkkiz yüz min) manat məbləğində kredit götürülüb tikinti başlanılmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyəti günün tələbləri səviyyəsində qurularaq müəssisənin fəaliyyəti qanunvericilik çərçivəsində həyata keçirilmişdir. 2011-ci ilin sonlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Cəmiyyətin təsisçisi X2 müraciət edilərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1940 nömrəli Sərəncamına əsasən, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə tapşırılmış və bunun üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan pul ayrılmışdır. Bu səbəbdən Cəmiyyətin istifadəsinə ayrılmış 400 kv.metr dəniz sahilində yararsız torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq Cəmiyyətə məxsus avadanlıqların ərazidən çıxarılması üçün vaxt veriləcəyi və kompensasiya ödəniləcəyi bildirilmişdir. Lakin tikinti və söküntü işlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Auditi Departamenti şöbəsinin əməkdaşları heç bir xəbərdarlıq etmədən gəmi yanalma körpüsünün bütün ərazisini, o cümlədən, tikililəri, inzibati və ofis binalarını vəhşicəsinə sökmüşlər. Nəticədə kreditlə alınmış avadanlıqlar sıradan çıxmış və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Üzən tərsanə müvəqqəti olaraq Bakı Ticarət Limanının ərazisinə yerləşdirilmiş və hazırda fəaliyyət göstərmir, onların da gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəkləri barədə heç bir məlumat verilməmişdir. Hal-hazırda müəssisə ciddi iqtisadi böhrana məruz qalmış və iflas halına düşmüşdür. Kreditin 550 000 (beş yüz əlli min) manat qalıq məbləğinin və ona gündəlik hesablanan faiz məbləğlərinin ödənilməsi mümkünsüz olmuş və Cəmiyyətdə işsizlik yaranmışdır. Hazırki günə qədər nə kompensasiya, nə də əmlaka vurulmuş zərər ödənilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası 17 mart 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə keçirilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1940 saylı sərəncamı ilə Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin görülməsini təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılmışdır. Lakin mübahisəli ərazidə söküntü işlərinin aparılması yerli icra hakimiyyəti orqanına həvalə edilmişdir. Həmin ərazidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən yalnız yenidənqurma işləri həyata keçirilmişdir. Bu halda da, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Nümayəndə qeyd etdiklərinin nəzərə alınaraq, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iddia tələbində qaldırılmış məsələlər barəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə dəfələrlə şifahi və yazılı müraciətlər edilərək kompensasiyanın və vurulmuş zərərin ödənilməsi xahiş edilmişdir. Son olaraq 05 avqust 2019-cu il tarixdə müraciət edilmişdir. Dənizkənarı Bulvar İdarəsi tərəfindən məktub 15 avqust 2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, hazırki günə qədər məktuba cavab verilməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, hazırkı iddiaya cavab verməli orqan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsidir. Nümayəndə izahat verdikdən sonra iddianın dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını və dəyişdirilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X3 iddianın mümkün sayılıb-sayılmaması ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs "xxxx" MMC təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, hazırkı iddia vurulmuş zərərə görə kompensiyanın ödənilməsinə dair iddialara aiddir. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, X5, X6 mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Digər tərədən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini yerli icra hakimiyyətləri təmin edir. Beləliklə də, məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, qaldırılmış məsələ ilə bağlı əvvəla müvafiq yerli icra hakimiyyətinə müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə isə məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM:Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar