Məhkəmə qərarları › İş №2-1(112)-482/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-482/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-482/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən “4149” saylı torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi 1990-cı ildə X3 və İstismarı Birliyi tərəfindən ona ayrılmışdır. Torpaq sahəsi ona ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, istifadəsindədir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, idarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “X18 Təsərrüfatı LTD” MMC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən “4149” saylı torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində İddiaçı tərəfindən təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi “X9”-nın ayrıc aktı daxilində yerləşir və torpaq sahəsinə giriş-çıxış kimi istifadə olunan sahənin (yol) bir hissəsi 4149 saylı bağ sahəsinin digər bölünənlərinin, bir hissəsi isə 4150 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Eyni zamanda, göstərilən bağın nömrəsi BTK sxemində qeyd olunmamışdır. Əlavə olaraq isə ümumi əraziyə digər şəxsin (X15 Təsərrüfatı LTD MMC) müraciətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha qeyd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı bağ torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 725 kv.m hissəsinin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-482/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin 22 saylı Orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 175 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4149 saylı bağ ayrılmışdır. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə ölçüsü 0.12 ha, faktiki ölçüsü 0.0725 ha-dır. Bağ sahəsinin sərhədləri şimal tərəfdən hasarlanıb, şərq tərəfin bir hissəsi hasarlanıb digər hissəsi şərti göstərilib, cənub tərəfdən şərtidir, qərb tərəfdən bir hissəsi 1 sıra mişar daşı düzülüb digər hissəsi isə hasarlanıb. Bağ sahəsinin cənub hissəsindən 3.75 metr enində keçid yolu ayrılıb. X11 və Ekspertiza Mərkəzi MMC tərəfindən xx.xx.2023-cü il tarixli 201 nömrəli məktubla təqdim edilmiş xx.xx.2023-cü il tarixli 189 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X8 bağlar sahəsindəki 175 saylı kooperativi tərəfindən verilmiş 22 saylı orderə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsünə uyğundur, bağ sahəsi boşdur, sahəsi 0,0747 hektrdır və bağların sxematik xəritəsinə uyğundur. İddia olunan bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi “X10”nın ayrıc aktı daxilində yerləşmir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, 175 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, elektron kadastr baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixli imtina məktubunda vətəndaş tərəfindən göstərilən torpaq sahəsinə “X15 Təsərrüfatı” LTD MMC-nin müraciətləri mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-268/2024 nömrəli məktubu ilə Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 175 saylı bağ tikinti kooperativi üzvlərinin siyahısı təqdim edilmişdir. Həmin siyahının 22-ci bəndində İddiaçı adı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********00 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4149 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********01 nömrəli məktubu ilə Bakı şəhər, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı bağ sahəsinin ətrafında yerləşən qonşu bağ sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 624345 nömrəli Çıxarışa əsasən Bakı şəhər, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi, 4151A saylı bağ xx.xx.2021-ci il tarixdəə ********** qeydiyyat nömrəsi ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 19655 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin 11 saylı Orderinə əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarına əsasən X5 Ləhiş bağlar sahəsində 206 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4148 saylı bağ ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 637285 nömrəli Çıxarışa əsasən Bakı şəhər, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi, 4148 saylı bağ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1034 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********92 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13958/2025 nömrəli məktublarında göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq(bağ) sahəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Bağ sahəsinin keçid yolu 4149 saylı bağın digər bölünənləri olan hissədən olmalıdır. Eyni zamanda 4149 saylı bağın bölünənlərinə sahə az qalır. Baş planda yol kimi göstərilən hissənin bir hissəsi 4850 saylı bağın ərazisinə düşür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X1 xx.xx.2024-cü il tarixli 3-14-19/2-1348/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı bağtorpaq sahəsi “Nardaran” əhəngdaşı yatağının koordinatlarından kənarda yerləşir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********07 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxivində təqdim etdiyiniz X3 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi “X9”-nın ayrıc aktı daxilində yerləşir həmçinin, torpaq sahəsinə giriş-çıxış kimi istifadə olunan sahə digər bağın ərazisinə uyğun gəlir. Eyni zamanda, göstərilən bağın nömrəsi ВТК sxemində qeyd olunmamışdır. Əlavə olaraq, ümumi əraziyə digər şəxsin müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha, faktiki isə 0,0725 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarı ilə İddiaçı Ləhiş bağlar sahəsində 175 saylı BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan 4149 saylı bağ ayrılmış, bu barədə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyi tərəfindən 22 saylı order verilmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarı əsasında verilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin 22 nömrəli orderi Bakı şəhəri, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha olan 4149 №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -idarənin arxivində İddiaçı tərəfindən təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir -iddia olunan torpaq sahəsi “X10”-nın ayrıc aktı daxilində yerləşir -iddia olunan torpaq sahəsinə giriş-çıxış kimi istifadə olunan sahənin bir hissəsi 4149 saylı bağ sahəsinin digər bölünənlərinin, bir hissəsi 4150 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. -göstərilən bağın nömrəsi BTK sxemində qeyd olunmamışdır. -ümumi əraziyə digər şəxsin (X15 Təsərrüfaı LTD MMC) müraciətləri olmuşdur. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olmaması ilə bağlı bildirir ki, iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. İddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən 22 nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmçinin məhkəmə sorğusuna cavab olaraq Dövlət arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş 175 saylı Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahında 22-ci bəndində İddiaçı adı qeyd edilmişdir. BTK-ya aid bölgü sxemin hansı tarixdə tərtib edildiyi müəyyən olmadığından, bölgü sxemin 175 nömrəli BTK üzvlərinin siyahısına uyğun 19.04.990-cı ildəki vəziyyətinə aid olması da öz təsdiqini tapmır. İddiaçının iddia etdiyi 4149 nömrəli bağ sahəsi Ləhiş bağ massivinə aid sxematik xəritədə əks olunmuş və məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sxematik xəritədən çıxarışda bağ massivində 4149 nömrəli bağ sahəsinin 4148, 4150, 4151 nömrəli bağ sahələri ilə eyni sırada yerləşdiyi müəyyən olunur. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş 4150 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə 4150 nömrəli bağ sahəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən tərtib edilmiş bağın yerləşmə cizgisində 4149 nömrəli bağın 4148, 4150 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşdiyi öz əksini tapmışdır. Eyni zamanda, iddia olunan torpaq sahəsinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin faktiki vəziyyətdə qonşuluğunda 4148, 4150a nömrəli bağ torpaq sahələrinin yerləşdiyi görünür. Cavabdeh özü də xx.xx.2024-cü il tarixli, **********08 nömrəli məktubunda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin torpaq (bağ) sahəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəldiyini qeyd etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən təqdim edilən Ləhiş bağ massivinə aid ortofoto görüntüsü, eləcə də sxematik xəritədən çıxarışla müqayisəli şəkildə təhlili zamanı müəyyən edilir ki, iddia edilən torpaq sahəsi 4149 nömrəli bağ sahəsi ilə 4148 və 4150 nömrəli bağ sahələri ilə eyni sırada (istiqamətdə) yerləşir, bununla da X14 4149 nömrəli bağ sahəsinin olduğu və həmin bağın iddiaçı tərəfindən iddia olunan sahə ilə eyni olduğu sübuta yetirilir. Bundan əlavə müəyyən olunur ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Hasar daxilində yerləşən ərazi, eləcə də həmin ərazi daxilində iddia olunan 4149 nömrəli bağ sahəsinin baş planı, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Həmçinin, qonşu bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlərdən də müəyyən olunur ki, qonşu bağ sahələrinin həm də bağ tikinti kooperativi daxilində olmaqla iddiaçı ilə eyni vaxtlara təsadüf edən 1990-cı ilə aid order əsasında istifadəyə verilmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. Cavabdeh imtinada qeyd etdiyi iddia olunan torpaq sahəsinin “Nardaran” əhəngdaşı yatağının ayrıc aktı daxilində yerləşməssi ilə bağlı dəlili də öz təsdiqini tapmamışdır. Belə ki, X11 və Ekspertiza Mərkəzi MMC tərəfindən xx.xx.2023-cü il tarixli 201 nömrəli məktubla təqdim edilmiş xx.xx.2023-cü il tarixli 189 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 iddia olunan torpaq sahəsinin “X10”nın ayrıc aktı daxilində yerləşmədiyi müəyyən edilmişdir. Xüsusən də məhkəmə sorğusuna əsasən sahə üzrə dövlət nəarəti orqanı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X1 xx.xx.2024-cü il tarixli 3-14-19/2-1348/2024 nömrəli məktubunda koordinatlaral göstərilən idiaçı tərəfindən iddia olunan faktiki torpaq sahəsinin “Nardaran” əhəngdaşı yatağının koordinatlarından kənarda yerləşdiyi bildirilmişdir. İddiaçı tərəfindən göstərilən bağ sahəsinə dair digər hüquqi şəxsin-hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş “X15 Təsərrüfatı” LTD MMC hazırkı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildriməmiş, eyni zamanda cavabdeh orqan həmin hüquqi şəxsin təqdim etdiyi sənədlər əsasında iddiaçının iddia etdiyi torpaq sahəsi də daxil əraziyə dair hər hansı hüquqi qeydiyyat aparmamışdır. Hazırkı iş üzrə yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti isə iddia olunan torpaq sahəsinin 4149 nömrəli bağ sahəsi kimi ilə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına bilavasitə əsas verir. İddia olunan torpaq sahəsinin giriş-çıxış kimi istifadə olunan hissəsinin digər bağın ərazisinə uyğun gəlməsi, bağ sahəsinin keçid yolunun 4149 saylı bağın digər bölünənləri olan hissədən olmalı olduğuna dair dəlil də hazrıkı halda iddiaçının istifadəsində və qanunin sahibliyində olan torpaq sahəsinin qeydiyyata alınmasından imtinaya əsas deyil. Əksinə giriş-çıxışla bağlı qayda gələcək mülkiyyətçilər üçün müəyyən edilməli olan haldır və bu hal həmin torpaq sahəsindən istifadəyə, mülkiyyətçilər arasında servitutla bağlı hüququn həyata keçirilməsinə mane olmadığı kimi həmin torpaq sahəsinə olan əmlak hüququnun qeydiyyatını da istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 4149 saylı 725 kv.m ölçüdə bağ torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, X14 yerləşən 725 kv.m ölçüdə 4149 nömrəli bağ torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar