Məhkəmə qərarları › İş №2-1(112)-4822/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4822/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4822/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən təkrarən ikinci dərəcəli əlilliyin (61-80%) təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci tarixdən xx.xx.2006-cı il tarixədək AR DİN-nin Yanğından Mühafizə orqanlarında, xx.xx.2006-cı il tarixədən xx.xx.2008-ci il tarixədək AR FHN-nin Yanğından Mühafizə Xidmətində qulluq etmişdir. Səhhətində yaranmış ciddi problemlə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdən xidmətdən tərxis olunmuşdur. AR FHN-nin Tibb Xidmətininn tibb komissiyasının xx.xx.2008-ci il tarixli şəhadətləndirilməsinə istinad edilərək o xx.xx.2008-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin HH-də müayinə edildikdən sonra sağ pəncənin travmasının uzaq nəticələri: funksiyanın mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiya edici osteoxondroz İİ mərhələ və aşıq sümüyünün blokunun medial hissəsinin postravmatik deformasiyası ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin iki sm qısalığı ilə inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıayaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı diaqnozu qoyulmuşdur. xx.xx.2009-cu il tarixli, 25/96 nömrəli “Xəstəlik haqqında şəhadətnamə" verilmiş və göstərilən xəstəliklərin hərbi xidmət dövründə alındığı göstərilmişdir. Bundan sonra tibbi sosial ekspert komissiyası tərəfindən ona İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz İİ qrup əlillik təyin edilsə də xx.xx.2022-ci il tarixdə heç bir səbəb göstərilmədən əlillik ləğv edilmişdir. Onun səhhətində olan xəstəlikə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəz tərəfindən verilmiş 12853№-li, xx.xx.2022-ci il tarixli, xəstəlik tarixindən çıxarışa əsasən xx.xx.2022-ci ildə stasionara qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə stasionardan xaric edilmişdir. Ona L14-L15 fəqərəarası diskin yırtığı, diskogen renikuloneyropatiya, oturaq sinirin neyropatiyası diaqnozu qoyulmaqla xəstəliyin başlanma tarixi 2009-cu il olduğu qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş çıxarışdan da göründüyü kimi xx.xx.2022-ci ildə stasionara göndərilmiş və qəbul edilmişdir. Adıçəkilən çıxarışdan müəyyən olunur ki, iddiaçıya qoyulmuş, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, beloma diskogen radikulopatiyası qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu X6 tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli, AB 5376/2023 saylı arayışla da əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlikləri bir daha təsdiq olunur. O hər il müayinələrdən keçmiş və müayinələr zamanı qoyulmuş diaqnozlar öz təsdiqni tapmışdır. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və V00052837PHE nömrəli, xx.xx.2022-ci il tarixli Forma 88 tərtib edərək ona əlilliyin təyin edilməsindən imtina edilmiş və həmin sənəd ona müraciətindən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. İmtinanın səbəbi olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu sonuncu dəfə yenidən müayinə etmiş və E00132571QDG nömrəli, xx.xx.2023-cü il tarixli Forma 88 tərtib edərək ona əlilliyin təyin edilməsindən imtina edilmiş və həmin sənəd ona müraciətindən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. İmtinanın səbəbi olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ona qoyulmuş diaqnoz öz təsdiqni tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızıdır. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Digər artrozlar, Sağ aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu. Radikulopatiya, Bel-oma fəqərələrinin diskogen radikulopatiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin V00052837PHE nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1848/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 96 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin travmasının uzaq nəticələri: funksiyaların mülayim dərəcədə pozulması ilə ağrı sindromu, deformasiyaedici osteoxondroz İİ mərhələ və aşıq sümüyünün blokunun medial hissəsinin posttravmatik deformasiya ilə standart hərbi ayaqqabı gəzdirməsi uyğunlaşmayan pəncənin 2 (iki) sm qısalığı ilə inkişafdan qalması, İİİ dərəcəli boylama və İİ dərəcəli köndələn yastıayaqlılıq, ayaq-baldır oynağın nizamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri beldə olan ağrılardan, tez-tez sidiyə getməkdən, sağ ayağında yerişin məhdudlaşmasından ibarətdir. Əyani müayinədə vətər, sümüküstü reflekslər normal çağrılır. Diz refleksi D=S, canlıdır. Refleksogen zona genişlənib. Axil refleksi D=S, aşağı ətraflarda əzələ gücü və tonusu norma daxilindədir. Atrofiya və parez müşahidə olunmadı. Aşıq-baldır oynağında hərəkət məhdudluğu yoxdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, iddiaçı xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel ağrısından, sidiyi saxlaya bilməməkdən, ayaq ağrısından şikayətlənmişdir. Sağ bazu əzələsinin aşağı bağı qırılmış, ona görə də əzələnin bazunun dislonasiyası müşahidə edilmiş, bu zədələnmənin istehsalatda baş verdiyini bildirmiş, bu barədə şəhadətnamədə heç bir məlumat qeyd edilməmişdir. Aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuşdur. Nevroloji müayinə zamanı diz və axıl refleksləri canlı və simmetrik çağrılmış, atrofiya, parez müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. İddiaçı bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Bel-oma fəqərələrinin diskoqen radikuloneyropatiyası. L4-L5 fəqərəarası diskin yırtığı, davamlı kökcük ağrıları ilə. Yerişin pozulması. Sağ aşağı ətrafın hərəki və hissi funksiyalarının pozulması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi “L3-L4, L4-L5 fəqərəarası disklərin intensivliyi deqenerativ dəyişikliklər nəticəsində T2 rejimində zəifləmişdir, L3 fəqərə cismində hemanqioma aşkar olunur. L4-L5 fəqərəarası diskdə arxa sağ paramedian, dural kisəni və sağ sinir kökcüvünü sıxan geniş əsaslı yırtıq (6 mm), bu səviyyədə arxa boylama bağın və bilateral sarı bağın qalınlasması, spinal kanalın sirkulyar daralması, dural kisənin və hər iki sinir kökcüvünün sıxlasması aşkar olunur (stenoz)" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** 5376/2023 nömrəli Arayışında diaqnoz “Sağ aşıq-baldır oynağının posttravmatik deformasiyaedici artrozu, artriti, yarus deformasiyası, riqid kontrakturası. Sağ bazu əzələsinin orta 1/3-nin zədələnməsi (-10-15 mm diastaz). Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası. Sağ aşıq sümüyünün deformasiyası. Yayılmış osteoxandroz, osteoparoz. L4-L5 diskin yırtığı, stenozu. Onurğanın bel-oma nahiyəsinin hərəkət məhdudluğu. Daimi kökcük ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, E00132571QDG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “M19-Digər artrozlar. Sağ aşıq-baldır oynağının postravmatik deformasiya edici artrozu; M24.5-Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının rigid kontrakturası. Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Sağ aşağı ətrafda funksiya və yeriş pozğunluğu.; M81.9- Dəqiqləşdirilməmiş osteoporoz.Osteoparoz; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sağ ayağın varus deformasiyası; R52.2-Digər daimi ağrı.Daimi ağrı sindromu.; S46-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması.Sağ bazu əzələsinin zədələnməsindən sonrakı hal(12x7 mm diastaz); Q66-Pəncənin anadangəlmə deformasiyaları. İki tərəfli İİ (ikinci) dərəcəli yastıpəncəlik ” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan aqressiv darvanış nümayiş etdirmiş, aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, hissiyyatsızlıqdan, tez-tez baş verən ishaldan, sağ yuxarı ətrafında əzilmə olmasından şikayətlənmişdir. Müayinə zamanı özü gözlə görünən heç bir çapığı olmadığını vurğulamış, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuş, yalnız sağ aşağı ətrafda təxminən 2 sm qısalıq ölçülmüşdür. Nevroloji statusda yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və priksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış, D=S, əzələlər simmetrik olmuş, əzələ gücünün yoxlanılması zamanı aqrovasiya etmiş, lakin 5 bal olduğu, əzələ tonusunun saxlanıldığı müşahidə edilmişdir. Hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 ... 13.3. Artrоzlаr M15-M19 Ətrafların digər qazanılma deformasiyaları M21 13.4. Ətrafların digər qazanılma deformasiyaları M21 Pəncənin anadangəlmə deformasiyaları Q66 Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “M19- Digər artrozlar. Sağ aşıq-baldır oynağının postravmatik deformasiya edici artrozu; M24.5- Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının rigid kontrakturası. Sağ dirsək oynağının 90 dərəcə bükücü kontrakturası; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Sağ aşağı ətrafda funksiya və yeriş pozğunluğu.; M81.9- Dəqiqləşdirilməmiş osteoporoz.Osteoparoz; M21- Ətrafların digər qazanılma deformasiyaları. Sağ ayağın varus deformasiyası; R52.2-Digər daimi ağrı.Daimi ağrı sindromu.; S46-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması.Sağ bazu əzələsinin zədələnməsindən sonrakı hal(12x7 mm diastaz); Q66-Pəncənin anadangəlmə deformasiyaları. İki tərəfli İİ (ikinci) dərəcəli yastıpəncəlik” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda hərəkət məhdudluğu, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, belində L3-L4 fəqərələrində protruziya olduğunu bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafda 1 sm qısalıq aşkarlanmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və proksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi sidik saxlamama şikayətini təsdiqləyən və izah edən heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan aqressiv darvanış nümayiş etdirmiş, aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, hissiyyatsızlıqdan, tez-tez baş verən ishaldan, sağ yuxarı ətrafında əzilmə olmasından şikayətlənmişdir. Müayinə zamanı özü gözlə görünən heç bir çapığı olmadığını vurğulamış, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuş, yalnız sağ aşağı ətrafda təxminən 2 sm qısalıq ölçülmüşdür. Nevroloji statusda yuxarı və aşağı ətraflarda əzələ tonus norma daxilində, əzələ gücü distal və priksimalda 5 bal olaraq dəyərləndirilmiş, reflekslər canlı alınmış, D=S, əzələlər simmetrik olmuş, əzələ gücünün yoxlanılması zamanı aqrovasiya etmiş, lakin 5 bal olduğu, əzələ tonusunun saxlanıldığı müşahidə edilmişdir. Hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29), artrozlar (M19), ətrafların digər qazanılma deformasiyaları (M21). pəncənin anadangəlmə deformasiyaları (Q66) yuxarıda istinad edilən Əsasnamənin 6.1.10.1.-6.1.10.3., 13.3.1.- 13.3.21. və 13.4.1-13.4.45-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də orqanizmin funksiyalarının 61-80 faiz pozulması kimi göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar