Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4823/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafi Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi üçüncü şəxs kimi göstərilməklə “əmək haqqından tutulmuş gəlir vergisinin, müharibə veteranlarına ödənilən müavinətin və dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “əmək haqqından tutulmuş gəlir vergisinin, müharibə veteranlarına ödənilən müavinətin və dəymiş zərərin ödənilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd etdikləri ilə yanaşı, ailədə tək özünün işlədiyini, 2 oğlan övladlarından birinin ödənişli ali təhsil aldığını, özünün hipertoniya xəstəliyi və xidməti borcunu yerinə yetirərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ciddi bədən xəsarətləri ilə bağlı daim müayinə və müalicə edildiyini, hal-hazırda özünə məxsus yaşayış yeri olmadığından yaxın qohumunun mənzilində ailəsi ilə birlikdə yaşadığını nəzərə alaraq, 2000-2020-ci illlər ərzində əsassız şəkildə əmək haqqından tutulmuş gəlir vergisinin, eləcə də, bu illər ərzində kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət əvəzinə verilən aylıq pul vəsaitinin hesablanaraq verilməsi, eləcə də, qeyd edilən hüquqlarının pozulması nəticəsində dəymiş zərərin əvəzində ödəmələrin hesablanaraq verilməsi məsələlərinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə məhkəmə hazırlıq icraatına başlanmışdır. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafi Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi cavabdeh, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi üçüncü şəxs kimi göstərilməklə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, ərizədə göstərilən xüsusatlarla yanaşı, ailədə tək özünün işlədiyini, 2 oğlan övladlarından birinin ödənişli ali təhsil aldığını, özünün hipertoniya xəstəliyi və xidməti borcunu yerinə yetirərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ciddi bədən xəsarətləri ilə bağlı daimi müayinə və müalicə edildiyini, hal-hazırda özünə məxsus yaşayış yeri olmadığından yaxın qohumunun mənzilində ailəsi ilə birlikdə yaşadığını, həmçinin, xidməti vəsiqəsinin bu günə qədər verilməməsinin xidmət etdiyi DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin şəxsi heyətlə iş, kadrlar, maliyyə-plan şöbələrinin səhlənkarlığı, səhvi ucbatından gecikdirilməsini nəzərə alaraq, 2000-2020-ci illər ərzində kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət əvəzinə verilən aylıq pul vəsaitinin hesablanaraq ona ödənilməsi, Vergi Məcəlləsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslərə verilən güzəşt hüququna əsasən 2000-2020-ci illər ərzində əsassız olaraq əmək haqqından tutulmuş artıq gəlir vergisinin yenidən hesablanaraq ona ödənilməsi, eləcə də, bu illər ərzində qeyd edilən hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin, təxminən 100 000 (yüz min) manatın hesablanaraq əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 21 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında yuxarıda göstərilən maddələrin tələblərinə əsasən iddiaçının dinlənilmə hüququ təmin edilməklə ərizəsində yol verilmiş xətaların aradan qaldırılması, tələbinin konkret cavabdehə qarşı irəli sürülməsi və tələbi aydın göstərilməklə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, göstərilən qüsurlar aradan qaldırılmayacağı halda iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılacağı ona izah edilmişdir. İddiaçı məhkəməyə ərizəsində göstərilənlərə uyğun izahat verərək, ona müvafiq hüquqi yardım göstərilsə də, işə iddia ərizəsində göstərilən məzmunda baxılaraq köməklik göstərilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, məhkəməyə təkliflərini nəzərə almadığından və işə ərizədə göstərildiyi kimi baxılmasını xahiş etdiyindən, bu halda iddianın mümkünlüyü ilə əlaqədar məsələyə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etdi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyrimümkün hesab edilir. Əlavə olaraq, məhkəmənin qənaəti belədir ki, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, cavabdehə, eləcə də, iddiaçının arzuladığı hala uyğun digər inzibati orqana qarşı əsaslandırılmış tələb konkret əks olunmaqla yeni ərizə təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına ödənilən sosial müavinətin ödənilməmiş hissəsinin ödənilməsi tələbi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə qeydiyyatda olduğu rayon (şəhər) şöbəsinin müvafiq məsələ ilə bağlı imtina cavabını əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 2.1.1-ci maddəsinə əsasən əhalinin sosial müdafiəsinin təmin edilməsini, o cümlədən, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı dövlət sosial yardımının və digər sosial ödəmələrin təyin edilməsini və aidiyyəti üzrə çatdırılmasını təşkil etmək yerli şöbələrin müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət istiqamətlərindən biridir. Göstərilənlərdən başqa, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddiasında göstərdiyi üçüncü şəxsin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona maddi və ya mənəvi zərərin vurulduğunu hesab edirsə, inzibati qanunvericiliyin tələblərinə riayət etməklə həmin orqana müraciət edib müvafiq məsələ ilə bağlı imtina cavabını əlavə etməklə ayrıca cavabdeh kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4823/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4823/2020
21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver