Məhkəmə qərarları › İş №2-1(112)-4823/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4823/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4823/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi imranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı torpaq sahəsinin alqı-satqısı ilə bağlı hərracın keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 152 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və 30 ildən çox müddətdə faktiki istifadəsində və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ Mədən küçəsində yerləşən 0,367 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı hərracın keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ Mədən küçəsində yerləşən 30 ildən çox müddətdə onun istifadəsində və sahibliyində olan 0,367 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Qeyd olunan torpaq sahəsi 30 ildən çox müddətdir ki, onun faktiki sahibliyində olmaqla həmin torpaq sahəsində ev tikmiş, həmin evin bütün kommunal xidmətlər üzrə müqavilələri onun aına olmaqla, orada ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparır. Məlumat üçün bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi hasarlanaraq onun faktiki olaraq sahibliyindədir. Özü çox uşaqlı ailə başçısıdır və 6 övladı vardır. Bütün övladları həmin torpaq sahəsi üzərində inşa etdiyi evdə dünyaya göz açmışlar. Lakin, cavabdeh inzibati orqan tam əsassız olaraq onun qeyd etdiyi müraciətinin təmin edilməməsi haqqında 152 nömrəli, xx.xx.2024-cü il tarixli akt qəbul etmişdir. Hesab edir ki, cavabdehin həmin aktı qanunsuz hesab edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 152 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Milli Məclisin 2007-ci il 23 oktyabr tarixində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən bildirirlər ki, bələdiyyə torpaqlarından istifadə - onların hüquqi və fiziki vətəndaşlar tərəfindən alınması, icarəyə, yaxud istifadəyə götürülməsi mümkün deyil və bələdiyyəllərdə torpaqla bağlı hər hansı bir sərəncam verə bilməzlər. 2007-ci il dekabrın 1-dən vətəndaşlara bələdiyyələr tərəfindən satılmış torpaq sahələrinə mülkiyyət hüququ verilmir. 2007-ci ilin sonlarında Ədliyyə Nazirliyinin göstərişi ilə bələdiyyələrə torpaq satışı qadağan edilib. 2008-ci ilin dekabr ayından isə dövlət başçısının imzaladığı fərmanla torpaqlaırn hərrac və müsabiqə yolu ilə mülkiyyətə verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətinə daxixl edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Bülbülə Bələdiyyəsinin qeyd etdiyi ünvan, yəni, 1 – Mədən küçəsi, Bülbülə Bələdiyyəsinin inzibati ərazisidir, lakin, Bülbülə bələdiyyəsinin mülkiyyətinə aid deyildir. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi ərazisi hüdudları daxilində torapq sahəsinin onun mülkiyyətinə hərrac vasitəsilə ayrılması öhdəliynin cavabdehə həvalə edilməsini tələb edir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin, konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınsın. Lakin, «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı xx.xx.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığından, konkret halda, cavabdeh Nərimanov Bələdiyyəsi, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsini onun mülkiyyətinə vermək səlahiyyətinə malik deyil. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunun məzmunundan görünür ki, cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin Bələdiyyənin ərazisində olduğunu bildirsə də, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığını bildirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar