Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4825/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbini irəli sürmüşdür (hazırki iş №2-1(112)- 4825/2022).
2. Ona qədər iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə faiz əlavəsinin 40% hesablanmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın göndərilməsi tələbini irəli sürmüşdür (iş №2-1(112)-13370/2021).
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə etiraz etmədi və həmin işlərin bir inzibati məhkəmə icraatında baxılmalı olduğunu bildirdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə və bununla əlaqədar hazırki inzibati işin icraatına xitam verilməsinə etiraz etmədi.
5. Məhkəmə qeyd edir ki, qaldırılmış iddia tələbləri üzrə iddianın növləri İnzibati- Prosessual Məcəllənin 53.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsini istisna etmədiyindən birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırki 2-1(112)- 4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-4748/2022 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməli və bununla əlaqədar 2-1(112)-4825/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-4748/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir.
6. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.
7. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.
8. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
9. Hazırki iş üzrə icraata müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi ilə əlaqədar xitam verildiyindən eyni qayda həmin qərardada da şamil olunmalıdır.
10. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
2-1(112)-4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-4748/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. 2-1(112)-4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-4748/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.
Hakim Günel Sevdimalıyeva