Məhkəmə qərarları › İş №2-1(112)-4828/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4828/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4828/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hazırda qeydiyyatda olduqları ünvan olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, 97E ünvanının dəyişdirilərək ünvan 3anı olaraq şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, 97 E ünvanında yerləşən yaşayış evində İddiaçı1, İddiaçı2 və İddiaçı3 qeydiyyatdadırlar. Qeyd olunan ünvanda digər tanımadıqları şəxslərin qeydiyyatda olması onlara məlum olmuşdur. Bu səbəbdən həmin şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmişlər. Sözügedən məsələ ilə əlaqədar məhkəmə iclasında məlum olmuşdur ki, onlardan başqa digər şəxslər, o cümlədən üçüncü şəxslərdən başqa şəxslər də həmin ünvanda qeydiyyatda olmuşlar. Qeyd olunan səbəblərə görə hazırda qeydiyyatda olduqları ünvanı dəyişmək qərarına gəlmişlər. Bu məqsədlə hazırda yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, 97 E ünvanının digər ünvanlarla təkrarlanması ilə bağlı problemin həll olunması və yeni ünvanın verilməsi barədə AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuşdur. Müraciət əsasında sözügedən yaşayış evinin əvvəlki ünvanı dəyişdirilərək ünvan 3anı təyin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3anına qeydiyyata alınmaqları üçün Yasamal Rayon Polis İdarəsinə müraciət etsələr də, xx.xx.2021-ci il tarixli, 091-67245Q-3221 №-li məktubla müraciətin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı1 dair əldə olunmuş məlumatlardan görünür ki, o, xx.xx.1970-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır; “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı2 dair əldə olunmuş məlumatlardan görünür ki, o, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, 2-ci Alatava, 97 “E” ünvanında qeydiyyatdadır; “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı3 dair əldə olunmuş məlumatlardan görünür ki, o, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 97E ünvanında qeydiyyatdadır; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən iddiaçıların ünvan 9 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları ilə əlaqədar olaraq tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Yasamal RPİ-nin X1 və Bakı şəhərində yerləşən “Asan xidmət” mərkəzlərinin birinə müraciət etməlidirlər. Əks halda onlar mülki qaydada məhkəməyə müraciət edə bilərlər; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən respublika üzrə daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri icra olunur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 230 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonunun bir sıra adsız küçələrinə adlar verilmişdir. Məktubda sözü gedən fərdi yaşayış evi Abuzər Xələfov küçəsinin ərazisinə aid olduğundan həmin yaşayış evinə yeni qaydalara uyğun olaraq ünvan 11 ünvanı təyin edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin arxivində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, 97E ünvanı ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 3an rekviziti “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalan”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq sistematik şəkildə Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar ünvan 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh orqana müraciət etsələr də, həmin inzibati orqan tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu əsas gətirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin faktiki hallarından görünür ki, iddiaçılar daha əvvəl yaşayış yeri üzrə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, 97E ünvanında qeydiyyatda olmuş, həmin ünvan rekviziti təkrarlandığından iddiaçıların yaşadığı yaşayış sahəsinə yeni qaydalara uyğun olaraq ünvan 11 ünvanı təyin edilmişdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların yaşadığı yaşayış sahəsi özbaşına tikili olsa da, daha əvvəl ünvan rekvizitinə malik olmuş və iddiaçılar da həmin ünvan üzrə qeydiyyatda olmuşdur, hazırda həmin ünvanın dövlət orqanı tərəfindən dəyişdirilməsi iddiaçıların qeydiyyatsız qalmalarına səbəb olmamalıdır və yeni ünvan üzrə də qeydiyyata alınmalarını tələb etməkdə haqlıdır, cavabdeh inzibati orqanın iddiaçıların qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3anına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3anına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar