Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4829/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatın üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 8.2-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının övladı X19 29 sentyabr 1982-ci il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Övladı üçün yaşayış yeri üzrə Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsindən) müavinət almışdır. X22 17 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx xxx 1960-cı il təvəllüdlüdür, hazırda 61 yaşı var, 3 uşaq anasıdır, 20 il əmək stajına malikdir. İddiaçı sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyütdüyünü və 18 ildən artıq əmək stajı olduğunu nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə və azı 10 il sığorta stajı olan ana olduğundan bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə görə əmək pensiyası təyin olunmasını və ödənilməmiş pensiya məbləğini birdəfəlik ödənilməsi ilə bağlı inzibati orqana müraciət olunmuşdur. Müraciətinə cavab olaraq bildirilirmişdir ki, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur. Bununla bağlı iddiaçı qeyd edir ki, 1982-ci il təvəllüdlü mərhum oğlu X19 uşaqlıqdan əlil olduğundan 1992-ci il tarixə qədər ona Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat Şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu Rayon Şöbəsindən) müavinət verilmişdir. Bu müavinəti isə verilməsi üçün həmin dövrdə zəruri sənədlər Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat Şöbəsinə (DSMF Bakı şəhəri Sabunçu Rayon Şöbəsinə) təqdim olunmuşdur. Bundan başqa Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X5” MMC-nin Uşaq Poliklinikası tərəfindən verilmiş № 93 25 oktyabr 2019-cu il tarixli arayışı da təqdim edilmişdir. Hal-hazırda 1992-ci ildə vəfat etmiş oğlunu tibbi-sosial ekspert komissiyasına təqdim etmək mümkün deyil ki, qərar da versinlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 17 may 2015-ci ildən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdehin iddiaya dair etiraz məktubunda bildirilmişdir ki, iddiaçı övladı X17 məxsus sağlamlıq imkanlarının məhdudluğuna dair tibbi-sosial ekspert komissiyasının qərarını və digər zəruri sənədləri cavabdeh inzibati orqana təqdim edə bilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş İddiaçı Bakı şəhəri, Çingizxan Kərimov küçəsi, ev 4, mənzil 33 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus 02 oktyabr 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, o, 27.09.1978-25.05.1981, 02.06.1981-16.11.1992, 18.11.1992-28.10.1993, 05.11.1994-07.05.1999, 12.05.1999- 01.06.2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyul 2017-ci il tarixli 1596 nömrəli arayışın surətindən görünür ki, X19 29.09.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 23.10.1982-ci il tarixdə Sabunçu rayonu qeydiyyat şöbəsində 952 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X14, anası: İddiaçı. - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X5 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 №-li arayışın surətindən görünür ki, uşaq X19 29.09.1982-ci il təvəllüdlü, həqiqətən AXDQ QSC X5 MMC-nin X7 Leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olub. Tibbi kartı verilmə müddəti (15 il) keçdiyinə görə arxivdə ləğv olunub. - Bakı şəhəri Lenin rayon Sosial Təminat şöbəsi tərəfindən 20.03.1990-cı il tarixdə verilmiş 116084 nömrəli pensiya vəsiqədən görünür ki, İddiaçı əlil uşağa qulluq etdiyinə görə Dövlət pensiyaları haqqında Qanuna və Dövlət pensiyaları təyin edilib verilməsi qaydaları haqqında Əsasnamənin uyğun olaraq 01.01.1990-cı ildən 21.02.1991-ci ilə kimi müavinət təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X11 İnstitutunun V.İ. Tambovçevaya ünvanlanmış 11.12.1991-ci il tarixli 3-541/16 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilmişdir. - SSSR X12 Pediatriya İnstitunun 17 sentyabr 1992-ci il tarixli arayışından görünür ki, 9 yaşlı uşaq Kluş Roman kəskin leykoz diaqnozundan ölmüşdür. - Moskva şəhəri Qaqarin VVAQ şöbəsi tərəfindən 17.09.1992-ci il tarixdə verilmiş X- MЮ 252767 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 17.09.1992-ci il tarixində kəskin leykoz xəstəliyindən ölmüşdür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış 25 yanvar 2021-ci il tarixli **********7 nömrəli “əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur.Yuxarıda qeyd olunan maddəyə uyğun olaraq tələb olunan sənədi təqdim etdikdən sonra ona yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxıla bilər. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli 4158 nömrəli məktubundan görünür ki, göstərilən müddət uzun illəri əhatə etdiyi üçün arxivdə bu xəstə haqqında heç bir məlumat əldə edə bilməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və 17.05.2015-ci il tarixdə 55 yaşı tamam olmuşdur. İddiaçıya məxsus 02 oktyabr 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, 27.09.1978- 25.05.1981, 02.06.1981-16.11.1992, 18.11.1992-28.10.1993, 05.11.1994-07.05.1999, 12.05.1999-01.06.2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı sığorta stajı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçı tərəfindən uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının təqdim olunmadığını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyin müddəalarından göründüyü kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması ilə yanaşı minimum staj tələbini yerinə yetirməkdir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadının azı 10 il sığorta stajı olduğu təqdirdə, onun yaşa görə əmək pensiyası hüququ 5 il azaldılmaqla yaranır. Burada mühüm olan arqument odur ki, qadının səkkiz yaşınadək tərbiyə etmiş olduğu uşağın sağlamlıq imkanlarının məhdud olması sübuta yetirilsin. Bu hal üzrə sübutetmə yükü isə yaşa görə əmək pensiyasına çıxmaq istəyən vətəndaşa məxsusdur. Məhkəmə bu istiqamətdə araşdırma apardıqda müəyyən edir ki, İddiaçı tərbiyə etmiş olduğu oğlu X15 əlillik dərəcəsi olması müəyyən edilməsə belə, bu hal iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələblərinin ona şamil olunmaması üçün əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, hazırda qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Bundan başqa, Məhkəmə qeyd edir ki, X15 sağlamlıq imkanlarının məhdud olması bir neçə əsaslar ilə sübuta yetirilir. Belə ki, məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilmiş, həmçinin İddiaçı əlil uşağa qulluq etdiyinə görə Dövlət pensiyaları haqqında Qanuna və Dövlət pensiyaları təyin edilib verilməsi qaydaları haqqında Əsasnaməyə uyğun olaraq 01.01.1990-cı ildən 21.02.1991ci ilə kimi müavinət təyin edilmişdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd edir ki, X19 17.09.1992-ci il tarixdə kəskin leykoz xəstəliyindən ölmüşdür. Göründüyü kimi, yuxarıda göstərilən hallar ona dəlalət edir ki, İddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (kəskin leykoz) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.46-cı maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X5 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 №-li arayışında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X11 İnstitutunun V.İ. Tambovçevaya ünvanlanmış 11.12.1991-ci il tarixli 3-541/16 nömrəli məktubunda öz əksini tapdığından, eyni zamanda iddiaçıya əlil uşağa qulluğa görə 01.01.1990-cı ildən 21.02.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1982-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X8q müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, 17.05.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 60 il müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi stajı və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan, ona 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.2ci maddəsi tətbiq olunmalıdır. Belə olan halda, iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə (55 yaş) çatmaqla tələb olunan sosial sığorta stajına (10 il) malik olduğundan onun yaşa görə əmək pensiyası hüququ 17.05.2015-ci il tarixdən yaranır. Həmçinin Məhkəmə diqqətə çatdırır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona pensiya hüququ yarandığı 17.05.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı 17.05.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4829/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4829/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver