Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4829/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “xx.xx.2021-ci il tarixi, **********7 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsinə və Azərbaycan Respublikası Beynəlxaq Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pulun qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqələşdirilməsi təklif edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. İddiaçı həmin tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlərin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdehlərin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2011-2017-ci illərə dair ona 1000 manat borc yazılmışdır. Həmin aylara dair çıxarışın təqdim eilməsini xahiş etmişdir. Çıxarışı aldığı zaman 2016-ilin yanvar ayına dair 136,56 manat, iyul ayına dair isə 146,56 manat ödənişləri almadığını görmüşdür. İddiaçı 2-ci qrup əlil olduğunu və onkoloji xəstə olduğunu qeyd etmişdir. Həmin pula böyük ehtiyacı oldugu qeyd etmişdir. Bununla əlaqədar olaraq iddiaçı 1 saylı Bakı “DOST” mərkəzinə və Azərbaycan Respublikası "xxxx" ASC-nə ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı “DOST” mərkəzinə müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondununun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı pensiya məbləği barədə Arayış təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 16 mart 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi E.Həşimova iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək,əlilliyə görə əmək pensiyasında olan tutulmaların qanunsuz olduğunu bildirərək araşdırılmasını xahiş etmiş, cavab məktubunda isə əmək pensiyasında olan tutulmaların səbəbləri izah edilərək məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 4.26-cı bəndinə əsasən, əlilliyin təvinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir (xx.xx.2015-ci il tarixdən əmək pensiyası ömürlük müəyyən olunmuşdur). Sözügedən Qanunun 32.1 -1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir və eyni zamanda həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1 -1 -ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1 -ci maddəsinə əsasən İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Belə ki, Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinin tələblərinə uyğun olaraq, İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 5 ay sığorta stajı, xx.xx.2006-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3919,8 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Məbləğ Başlanğıc tarixi Son tarix Hesablamayadək Hesablandıqdan sonra almış olduğunuz almalı olduğunuz 31.12.20 xx.xx.2018 169,44 206,42 18 30.09.20 xx.xx.2019 174,52 212,61 19 31.12.20 xx.xx.2019 200,00 212,61 19 31.12.20 xx.xx.2020 233,20 247,90 20 30.09.20 xx.xx.2021 259,78 276,16 21 Qeyd olunan cədvələ əsasən ötən dövr üzrə hesablanmış (xx.xx.2018-ci il tarixdən keçmiş müddət üçün) əmək pensiyasının fərq məbləği 866,69 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən, işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir.İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, işlədiyi halda əlilliyə görə əmək pensiyası xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi tam məbləğdə (baza hissə+sığorta hissə) hesablanıb ödənilmişdir. Eyni zamanda əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 151,09 manat ödənilməli olduğu halda 160,30 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 159,70 manat ödənilməli olduğu halda 169,44 manat ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının məbləği aşağıdakı cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Məbləğ Məbləğ Başlanğıc tarixi Son tarix Hesablamayadək Hesablandıqdan almış olduğunuz sonra almalı olduğunuz 31.12.20 xx.xx.2011 94,31 85,00 12 31.12.20 xx.xx.2013 116,04 100,00 13 31.12.20 xx.xx.2014 134,67 100,00 14 31.12.20 xx.xx.2015 135,16 100,00 15 31.01.20 xx.xx.2016 135,16 100,00 16 31.12.20 xx.xx.2016 146,56 110,00 16 30.06.20 xx.xx.2017 160,30 151,09 17 31.12.20 xx.xx.2017 160,30 151,09 17 19.08.20 xx.xx.2018 169,44 159,70 18 Nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək pensiyasının məbləğinin 1866,56 manat artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. İddiaçı əmək pensiyasının məbləğinin yenidən hesablanması nəticəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya keçmiş müddət üçün ödəniləcək 866,69 manat fərq məbləği xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək artıq hesablanıb ödənilmiş 1866,56 manat əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmədən sonra qalıq borc 999,87 manat müəyyən olunmuşdur (1866,56- 866,69=999,87 manat). Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********7 nömrəli Qərarının qəbul edildiyi xx.xx.2021-ci il tarixdə İddiaçı telefon nömrəsinə “Sizin pensiyanızın məbləği fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınıza uyğun olaraq xx.xx.2021 -ci il tarixdən 276,19 manata çatdırılmışdır” məzmunlu SMS göndərilmişdir. Texniki səhv olaraq, göndərilmiş SMS-də artıq ödənilmiş məbləğ və 10 gün ərzində yaxınlaşıb razılıq ərizəsi yazmağınız barədə məlumat qeyd olunmamışdır. Bu səbəbdən növbəti aydan İddiaçı əmək pensiyasından artıq hesablanıb ödənilmiş əmək pensiyasının məbləği tutulmağa başlanılmışdır (SMS-in göndərildiyi tarixdən 22 gün sonra). Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi məktub göndərilmişdir. Hazırda İddiaçı əmək pensiyasının məbləği 276,16 manat təşkil edir və Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********7 saylı qərarına əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 999,87 manat bölünərək hər ay əmək pensiyasından tutulmaqla (10% məbləğində) Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 135,16 manat, xx.xx.2016-cı il tarixdən 01,07.2016-cı il tarixədək aylıq məbləği 146,56 manat olmaqla əmək pensiyası hesablanıb ödənilmişdir. Eyni zamanda, xx.xx.2016-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğundan dövrlər üzrə sığorta hissəsinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
- Dövlət Sosial Müdafiə Fondununun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2021ci il tarixinədək pensiya məbləği barədə Arayış təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək artıq ödənilmiş 1121,77 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondununa qaytarılması barədə Qərar qəbul edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı dair pensiya işi və inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü.
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının mübahisələndirilən qərarın məzmunundan xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olması, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarın iddiaçıya göndərilməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmaması və həmin qərarın ləğv edilməsi tələbinə dair iddiaçı müvafiq ərizə ilə (iddia tələbinin dəqiqləşdirilməsi) müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.20021-ci il tarixli, **********7 saylı qərar qəbul edilmiş və qərarla İddiaçı 01.02.211-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək artıq ödənilmiş 1121,77 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilmişdir. İddiaçı həmin qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun : - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən nə iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nə də ki, müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən, ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev