Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4829/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsi cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 56,30 kv.metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0.22 ha torpaq sahəsini Talebporazad Mohammad adlı şəxsdən etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 56.30 kv metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evini 2016-cı ildə inşa etdirmişdir. O vaxtdan da ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə qaz, işıq və su xəttləri çəkilib. Fərdi yaşayış evi şəhərsalma qaydalarına riayət edilməklə inşa olunub. Fərdi yaşayış evinin yerləşdiyi 0,22 ha torpaq sahəsi Bağ torpaq sahəsi daş hasarla əhatə olunmuş, həmin torpaq sahəsində müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa, torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. Qanuni əsaslarla istifadəsində olan bağ torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh 05.11. 2024-cü il tarixli məktubla xahişimi təmin etməkdən imtina etmiş, imtinasını, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərindəhüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısrnda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmışdır. Aşağıda göstərilən səbəblərdən hesab edilir ki, cavabdehin imtinası əsassızdır və istifadəsində olan torpaq sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evinin onun adına ilkin hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddsəsinin 1-ci bəndində qeyd edilir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin şəhərsalma, mənzil ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər normativ aktlara uyğun olaraq həmin sahədə tikinti aparmaq, ttikililər ucaltmaq, əldə etdiyi tikili və qurğulari sökmək və yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməməsi barədə müvafiq icra hakimiyyəti və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Torpaq sahəsinin və tikilinin ilkin hüquqi qeydiyyatdan keçirilməsi daşınmaz əmlak reyestr xidmətinə aid olduğuna görə cavabdehə müraciət etmiş və onların imtinası əsasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliliyini təsdiq edən əlavə sənədlərin və nümunələrin tələb olunması qadağandır. Lakin cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və ona qanunsuz və əsassız olaraq imtina verərək, özəlləşdirməkdən imtina etmişdir. Qeyd edilir ki, torpaq sahəsi və fərdin yaşayış evi uzun müddətdir ki, onun istifadəsindədir. Torpaq sahəsinə aid hər hansı mübahisə yoxdur. Hazırda cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin özəlləşdirilməməsi ilə onun hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia təmin edilməli, məhkəmə, cavabdehin imtinasının əsassız hesab edilməsi, istifadəsində olan torpaq sahəsi üzərində inşaa etdirdiyi fərdi yaşayış evinin onun adına ilkin hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-4829/2025 nömrəli qərardadı ilə Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-4829/2025 nömrəli qərardadı ilə iş üzrə iddia tələbi İddiaçı iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin adına ilkin hüquqi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdehin etirazından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz küçəsi ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 56.30 kv metr, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********42 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bələdiyyə ərazisi olmaqla, Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Ə-1492-8/2024 **********42 nömrəli məktubdan görünür ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə bağlanmış 1685 saylı, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən bağçılıq məqsədi ilə Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə məxsus Bakı Şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsi, 555 ş/k saylı bağ sahəsi, 0.11 ha torpaq sahəsi 5 il müddətində Talebpourazad Mohammadın xeyrinə istifadə əsasında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bələdiyyəsinin 1685 saylı, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən bağçılıq məqsədilə Bakı Şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 555 ş/k saylı 0.12 ha bağ sahəsi/ torpaq sahəsi 5 il müddətində Talebpourazad Mohammadın xeyrinə istifadə əsasında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli etibarnamədən göründüyü kimi, Talebpourazad Mohammad bütün əmlakına dair İddiaçı 10 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli İN/L-459/2019 qeydiyyat nömrəli tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinə dair lisenziyadan və ona İN/L-459/2019/1 saylı əlavədən görünür ki, "xxxx" MMC-yə tikinti obyektlərinin memarlıq layihələndirilməsi, bina və qurğuların memarlıq layihələndirilməsi kimi işlərin görülməsinə icazə verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi layihəyə əsasən hüquqmüəyyənedici sənəd üzrə 2 otaqlı, yaşayış sahəsi-25.6 kv.m, köməkçi sahəsi-16.2 kv.m, ümumi sahəsi-41.8 kv.m-dır. Faktiki isə 2 otaqlı, yaşayış sahəsi- 25.6 kv.m, köməkçi sahəsi- 16.4 kv.m, ümumi sahəsi-42 kv.m, ümumi torpaq sahəsi isə 0.2213 ha-dır. Fərdi ev sahəsi 4 tərəfdən hasar daxilindədir və torpaq sahəsi 13 kv.m artıqdır. Həyətyanı sahədə layihədən kənar saray inşa edilmişdir. 1 mərtəbəli fərdi evdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçı hazırda mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ona verilməsini təsdiq edən sənəd (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.-cı maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər) təqdim etməmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair son icarə müqaviləsi Talebpourazad Mohammadla bağlanmışdır. Göründüyü kimi mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində Talebpourazad Mohammadın hüquqları mövcud olmuş və xx.xx.2010-ci ildə 5 illik qüvvədə olma müddəti olan müqavilə də məhz onunla bağlanmışdır. İddiaçı ilə Talebpourazad Mohammad arasında bağlanmış hər hansı müqavilə müəyyən edilməmiş və yalnız xx.xx.2026-cı ilədək qüvvəsi olan etibarnamə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Etibarnamə əsasında torpaq sahəsinə etibar edilən şəxsə çıxarışın verilməsi istisna olunur. Beləliklə, iddia oluna torpaq sahəsinə dair iddiaçı üçün hüquqi əsas ola biləcək mötəbər hüquqmüəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Subyektv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair hüquqi marağının mövcudluğunu (subyektiv hüququnu) təsdiq edən sənəd əlavə etməmiş, iddiaçıya hüquqi yardım edilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmiş, qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1, 2, 3, 16 və 35- ci maddəsini rəhbər tutaraq, məhkəmə
qəraraaldi: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aydın Babayev