Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-483/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin üst-üstə düşən hissədə ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsinə verilmiş künc nöqtələrinin korrdinatları ilə üst-üstə düşən X3 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarışda və ona əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsündə dəyişikliklər edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası X11 ömrünün bütün hissəsini Azərbaycan dilçiliyinin, pedaqogikasının inkişafına həsr etmiş və dilçilik elminə öz töhfələrinə vermiş bir insan olaraq Azərbaycan Respublikası Xarici Dillər Universitetinin 34 il kafedra müdiri olmuş, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidentinin təqaüdçüsü, akademik olmuşdur. Onun Azərbaycan SSR Maarif Nazirliyinin “X27”, Elmlər Doktoru kimi titulları, müxtəlif mükafatları və laureatları olmuşdur. Uzun illər elmlə məşğul olması səbəbi ilə Xarici Dillər Universitetinin müvafiq qərarına əsasən ona Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi ünvanında ona 0.0856 sahəsi olan bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsini babası Kazımov N.M xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX; 0967475) xüsusi mülkiyyətinə keçirmiş və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin çıxarış alınmamışdan öncə, yəni torpaq sahəsi babasına ayrılan vaxt atası X15 həmin torpaq sahəsinin sərhədini digər torpaq sahələrindən daş hasar çəkdirərək ayırmışdır. Lakin həm babasının, həm də atasının işlərinin çoxluğu ilə əlaqədar olaraq həmin torpaq sahəsinə az-az baş çəkirdilər. X11 xx.xx.2018-ci il tarixdə vəfat edəndən sonra, onun yeganə qanun üzrə vərəsəsi kimi atası X15 müvafiq notariat orqanına müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almış və babasının mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi ünvanında 0.0856 sahəsi olan bağ sahəsini mülkiyyətinə keçirmişdir. Bununla bağlı atası xx.xx.2019-cu il tarixdə çıxarışa əsasən (Seriya RX; 1489632) xüsusi mülkiyyətinə keçirmiş və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixdə atası X2 torpaq sahəsini Bakı şəhəri 11 saylı Notariat Kontorunda ona bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən ona xx.xx.2019-cu il tarixdə çıxarışı və həmin çıxarışa əsasən torpaq sahəsinin künc nöqtələrini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bir neçə vaxtdan sonra əri ilə birlikdə həmin bağ sahəsinə gedərək ora baş çəkmək istədikdə həmin torpaq sahəsində əvvəlcədən tanımadığı Şəhriyar adlı şəxslə rastlaşdı və ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu, bu barədə mülkiyyətini təsdiq edən bütün rəsmi sənədlərin mövcud olduğunu bildirdikdə, o da həmin torpaq sahəsinə dair onlarda da eyni sənədlərin mövcud olduğunu bildirmişdir. Sənədləri tutuşdurarkən, eyni koordinatlarla iki müxtəlif şəxsə mülkiyyət sənədinin verilməsi aydın olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə rəsmi müraciət etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin verilməsi üçün tədbirlər görülsün. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********92 N-li cavab məktubunun mahiyyətindən aydın olur ki, “müraciətinizdə qeyd edilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi hüquqi qeydiyyata alınmış və faktiki vəziyyətə uyğundur. Həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür.” Bu məsələ ilə bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İki ayrı şəxsə eyni koordinatların verilməsi nəcə mümkün ola bilər? Qarşı tərəfin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışla tanış olarkən ona məlum olmuşdur ki, X4 xx.xx.2015-ci il tarixdə 0.099 ha torpaq sahəsinə dair hüquqlar rəsmiləşdirilmişdir. Necə ola bilər ki, eyni koordinatlara malik dörd künc nöqtəsinin daxilində ona verilmiş çıxarışda 0.0856 ha sahə göstərilsə də, X4 məxsus torpaq sahəsinin ümumi sahəsi 0.099 ha olsun? Bundan başqa, eyni koordinatlar hər ikisinə verilsə də, onun çıxarışında mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi kimi göstərildiyi halda, X3 mülkiyyətində olan 0.099 ha torpaq sahəsinin ünvanı ünvan 1si kimi göstərilmişdir. Bütün bunlar uyğunsuzluqların qanunsuz olduğuna bir daha işarə edir. Bütün bu qanunsuzluqlar cavabdeh tərəfindən edilmişdir və həmin qanunsuz əməllərin araşdırılması üçün xüsusi qərardad çıxarılmaqla müvafiq prokurorluğa məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.4-cü maddəsində “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X21 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsi əsasında “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, “Dalğa” b/y-nln 57-58 nömrəli bağ sahəsinə dair X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ******* nömrəli, xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X4 məxsus ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planölçüsünün və X16 məxsus ilkin qeydiyyatı xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan-ölçüyə əsasən müəyyən edilmiş koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus ********** qeydiyyat nömrəli xx.xx.2019cu il tarixli çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli plan-ölçüdəki göstərilən koordinatlar və künc nöqtələri ilə üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq **********92 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi hüquqi qeydiyyata alınmış və faktiki vəziyyətə uyğundur. Həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********11 saylı xx.xx.2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, iddia mümkün və əsaslıdır. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən Bakı şəhəri XDS İK-nın 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsinin AN seriyalı 116732 saylı xx.xx.2016-cı il tarixli planı və ölçüsü tərtib edilmişdir (sənəd üzrə sahəsi 0,1 ha; faktiki sahəsi 0,0856 ha). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-ci il) əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi X8 xüsusi mülkiyyətindədir. X11 4 saylı xx.xx.1997-ci il tarixli protokola əsasən 1994-cü ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. AZ-İ seriyalı 985164 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi X12 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (Tərtib edilmə əsası: Bakı şəhər 33 saylı DNK, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-11, xx.xx.2019) X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsinin AN seriyalı 381848 saylı xx.xx.2019-cu il tarixli planı və ölçüsü tərtib edilmişdir (sənəd üzrə sahəsi 0,0856 ha; faktiki sahəsi 0,0856 ha). X15 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi İddiaçı bağışlanılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********49 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 1-ci Şimal küçəsi, “Azərbaycan Dillər Universitetinin" bağçılıq-yoldaşlığının 57 saylı bağ sahəsi, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notaıiusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-176 nömrəli bağışlama müqaviləsi (elektron) əsasında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Əsas döngə nöqtələrinin koordinatları: X= 440808,2 Y= 4474308,12; nöqtələr 1-2; məsafə 18,71 m;X= 440823,65 Y= 4474297,57; nöqtələr 2-3; məsafə 46 m;X= 440798,51 Y= 4474259,05; nöqtələr 3-4; məsafə 18,7 m; X= 440783,29 Y= 4474269,92; nöqtələr 4-1; məsafə 45,6 m. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (Tərtib edilmə əsası: Bakı şəhər 11 saylı DNK; Daşınmaz əmlakın bağışlanma müqaviləsi, 176, xx.xx.2019-cu il) İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 1-ci Şimal küçəsi “Azərbaycan Dillər Universitetinin” b/y-nın 57 saylı bağ sahəsinin AN seriyalı 382365 saylı xx.xx.2019-cu il tarixli planı və ölçüsü tərtib edilmişdir (sənəd üzrə sahəsi 0,0856 ha; faktiki sahəsi 0,0856 ha). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********61 saylı xx.xx.2021-ci il tarixli məktub ilə ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların və onun verilməsinə əsas olmuş sənədlərin, Azərbaycan Dillər Universitetinin “Dalğa” bağçılıq yoldaşlığının üzvlərinin siyahısının, yerləşmə planının və digər müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi “Dalğa” b/y-nın 57-58 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. Əsas döngə nöqtələrinin koordinatları: X= 440798,92 Y= 4474259,76; nöqtələr 1-2; məsafə 23,11 m; X= 440779,85 Y= 4474272,82; nöqtələr 2-3; məsafə 45,18 m; X= 440806,82 Y= 4474309,07; nöqtələr 3-4; məsafə 20,71 m; X= 440823,97 Y= 4474297,46; nöqtələr 4-1; məsafə 45,26 m X21 və X7 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi “Dalğa” b/ynın 57-58 saylı bağ sahəsi X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-ci il) əsasən Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi “Dalğa” b/y-nın 57-58 saylı bağ sahəsi X14 xüsusi mülkiyyətindədir. Əsas döngə nöqtələrinin koordinatları: X= 440806,82 Y= 4474309,07; X= 440823,97 Y= 4474297,46; X= 440798,92 Y= 4474259,76; X= 440779,85 Y= 4474272,82 Azərbaycan Dillər Universiteti SSR-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1998-ci il tarixli 6 saylı iclasının protokolundan çıxarışa əsasən X5 qəsəbəsi Mərkəz küçəsində yerləşən püşkatma nəticəsində müəyyən edilmiş 57,58 saylı 990 kv.m saylı bağ sahəsi verilmişdir. Azərbaycan Dillər Universiteti SSR-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1994-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən X10 Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən püşkatma nəticəsində müəyyən olunmuş 1000 (min) kv.m ölçüdə 57,58 saylı bağ sahəsi verilmişdir. X24 və X18 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 50 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aparatı vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və surəti məktuba əlavə edilmiş ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, surəti məktuba əlavə edilmiş, inzibati işə üçüncü şəxs qismində cəlb edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Səidə Allahverdiyevanın mülkiyyətində olan torpaq sahəsi əvvəllər X16 məxsus olmuşdur. İlhamə Əhmədovanın adına olmuş xx.xx.1998-ci il tarixli 6 saylı iclas protokolundan Çıxarışda bağ torpaq sahəsinin ünvanı “Mərkəz” küçəsi 57-58 nömrəli yer kimi qeyd edilmişdir. Məktuba əlavə edilmiş ərazinin bağ torpaq sahələrinin sxemində isə “Mərkəz” küçəsindəki bağ torpaq sahələrinin sıra nömrəsi “40" nömrəli bağ sahəsi ilə bitir. “41" nömrəli bağ sahəsindən sonrakı, həmçinin 57-58 nömrəli bağ sahələri də həmin sxemə əsasən Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşir. Qeyd edilənlərdən belə məlum olur ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsi surəti məktuba əlavə edilmiş Dübəndi qəsəbəsində Azərbaycan Dillər Universitetinin “Dalğa” bağçılıq təsərrüfatına ayrılmış bağ sahələrinin yerləşdirilməsi planına-sxemə və xx.xx.1994-cü il tarixdə Azərbaycan Dillər Universiteti tərəfindən mərhum X10 ayrılmış əraziyə uyğun gəlir. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.1994-cü il tarixdə X10 ayrılmış Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən 1000 kv.m ölçüdə 57-58 №-li bağ torpaq sahəsinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən iddiaçıya verilmiş Çıxarışda qeyd edilir, yerləşmə mövqeyinə, surəti məktuba əlavə edilmiş bağ sahələrinin sxemində olan yerinə, həmçinin naturaya uyğundur. Cavabdeh tərəfindən 3-21-3-30/2-453/2023 **********53 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 950,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Faktiki göstərilən torpaq sahəsi barədə vahid elektron kadastr bazada **********54 (X4 məxsus) və **********46 (İddiaçı məxsus ) nömrəli reyestrlərin məlumatı mövcuddur (üst-üstə düşmə var). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/833 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********53 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 950,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin faktiki göstərilən torpaq sahəsi barədə vahid elektron kadastr bazada **********46 (İddiaçı məxsus) nömrəli reyestrlərin məlumatının mövcud olduğu (üst-üstə düşmə olduğu) müəyyən olunmuşdur. IV. Məhkəmənin mövqeyi X25 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X6 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş “Dalğa” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında 13-cü sırada X11 qeyd edilmiş, lakin həmin siyahıda X14 adı qeyd edilməmişdir. İşin materialları ilə müəyyən edilir ki, X10 Azərbaycan Dillər Universiteti SSR-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1994-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən çıxarış və plan ölçü sənədi Dübəndi qəsəbəsi İ Şimal küçəsində yerləşən 57,58 saylı bağ sahəsinə uyğundur. Üçüncü şəxslərin çıxarışların və plan-ölçü sənədlərinin verilməsi üçün əsas olmuş Azərbaycan Dillər Universiteti SSR-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yoldaşçılıq-bağçılıq təsərrüfatı təşkilatının xx.xx.1998-ci il tarixli 6 saylı iclasının protokolundan çıxarışa əsasən X16 ayrılmış bağ sahəsinin ünvanı Dübəndi qəsəbəsi Mərkəz küçəsində yerləşən 57,58 saylı bağ sahəsi qeyd edilmişdir. “Dalğa” bağçılıq təsərrüfatına ayırılmış bağ sahələrinin yerləşmə sxeminə əsasən Mərkəz küçəsində 1-40 nömrəli bağ sahələri, 1-ci Şimal küçəsində isə 41-80 nömrəli bağ sahələri yerləşir. Yerləşmə sxemindən də göründüyü kimi, X10 ayrılmış bağ sahəsinə onun üçüncü şəxslərə münasibətdə daha əvvəlki tarixə aid olan ilkin hüquqmüəyyənedici sənədlərinə uyğun olaraq verilmiş, Üçüncü şəxslərin bağ sahəsinə dair çıxarışda və plan ölçü sənədlərində torpaq sahəsinin ünvanı Mərkəz küçəsi qeyd edilsə də, faktiki olaraq iddiaçının 1-şimal küçəsində yerləşən bağ sahəsinin koordinatları və künc nöqtələri ilə üstüstə düşmə müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxslərə ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçü xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan ölçü sənədləri tərtib edilərkən cavabdeh tərəfindən yanlış olaraq iddiaçıya məxsus 1-ci Şimal küçəsində yerləşən bağ sahəsinin koordinatları və künc nöqtələri ilə üst-üstə düşən koordinatlar göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 məxsus ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün və X16 məxsus ilkin qeydiyyatı xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan-ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli plan-ölçü sənədində göstərilən koordinatlar və künc nöqtələri ilə üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X4 məxsus ********** saylı çıxarışa əsasən verilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün və X16 məxsus ilkin qeydiyyatı xx.xx.2014-cü il tarixli **********8 qeydiyyat nömrəli çıxarışa əsasən verilmiş xx.xx.2014-cü il tarixli plan-ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli plan-ölçü sənədində göstərilən koordinatlar və künc nöqtələri ilə üst-üstə düşən 0,0856 ha hissədə ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-483/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-483/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver