Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4832/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 22.08.1982-ci ildən 17.07.1998-ci ilədək Salyan X6 zavodunda təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları kateqoriyasında işlədiyi təsdiq edilməklə onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28.10.1979-cu ildən 24.02.2016-cı il tarixədək müxtəlif vəzifələrdə işləmiş, təhsil almış və hərbi xidmətdə olmuşdur. 22.08.1982-ci ildən 17.07.1998-ci ilədək Salyan X6 zavodunda avtomat və yarımavtomat qaynaq maşınında 6-cı dərəcə qaynaqçı işləmişdir. Əmək kitabçasına isə bu əmək stajı qeyd olunmuşdur. Ağır işdə işlədiyini müəssisə də arayışla və güzəştli aktla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmişdir. Amma buna baxmayaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bunun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və pensiya təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim etdiyi 18 yanvar 1983-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından güründüyü kimi ümumi iş stajı 28.10.1979-cu ildən 24.02.2016-cı il tarixədək 37 il təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 11.02.2021-ci il tarixli, **********1 saylı məktubla 16 il təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları kateqoriyasında işlədiyi halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası imtina edilmişdir. İddiaçının işlədiyi vəzifə birbaşa olaraq AR NK-nin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəşt kateqoriyalı işçilər kateqoriyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 21.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 28.06.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları diqqətinizə çatdırılır: iddiaçı 11 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə 22.08.1982-17.07.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Salyan X6 Zavodu”nda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 18.01.1983-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 22.10.1982-ci ildə “Azərelektroterm” X8 X6 Zavodunda tədarük sahəsinə kontakt-qaynaq maşınları üzrə qaynaqçının şagirdi qəbul olunmuşdur. 02.12.1982-ci ildə ixtisas komissiyasının qərarı ilə həmin sahədə kontakt-qaynaq maşınları üzrə 1-ci dərəcəli qaynaqçı verilmiş, 01.07.1984cü ildə kontakt-qaynaq maşınları üzrə 3-cü dərəcəli qaynaqçı verilmiş, 24.03.1986-cı ildə kontakt-qaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 13.03.1990-cı ildə kontaktqaynaq maşınları üzrə 5-ci dərəcəli qaynaqçı verilmiş, 17.07.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 20.07.1998-ci ildə Azərbaycan DDY Salyan işarəvermə və rabitə distansiyası Hava rabitə bərpa sexində 4-cü dərəcəli elektrik montyoru rabitə üzrə işinə qəbul edilmişdir. 03.05.1999-cu ildə həmin sexdə 5-ci elektrik montyoru işinə keçirilmiş, 10.05.2000-ci ildə həmin dərəcə ilə Yerli ATS sexinə keçirilmiş, 01.10.2002-ci ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilmişdir. "xxxx" QSC-nin sədri A.Əsgərovun 21/N nömrəli 12.03.2010-cu il tarixli əmri əsasında Salyan işarəvermə və rabitə distansiyasının adı dəyişdirilərək "xxxx" QSC İDM6 Salyan işarəvermə və rabitə sahəsi adlandırılmışdır. 04.10.2013-cü ildə Rels dövriyyəsi sahəsinə Böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, 24.02.2016-cı ildə işdən azad edilmişdir. 24.02.2016-cı ildə "xxxx" QSC İD6 Salyan işarəvermə və rabitə sahəsinin Rels dövriyyə sexində Böyük Elektromexanik işinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 28.10.1979-cu ildə hərbi xidmətə çağırılmış, 28.10.1981-ci ildən tərxis edilmişdir. İş materiallarında olan Б № 471091 nömrəli diploma əsasən İddiaçı 01.09.1987-ci ildə Salyan şəhəri 76 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 30.06.1988-ci ildə məktəbi əl ilə elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. İş materiallarına əlavə edilmiş Salyan X6 Zavodu tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, verilir Salyan X1ynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarının 35-ci bölməsinə əsasən aşağıdakı vəzifələrdə işləmişdir ki, bu da ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir: 1. 22.08.1982-ci il - Salyan X6, 17.07.1998-ci il zavodunda avtomat və yarımavtomat qaynaq maşınında 6-cı dərəcə qaynaqçı işləmişdir. İş materiallarına əlavə edilmiş Salyan X6 Zavodu tərəfindən verilmiş güzəştli aktda qeyd olunmuşdur ki, verilir Salyan X1ynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən: 1) 22.10.1982-ci (əmr 139 / iş 22.10.82) ildən, 2) 01.07.1984-cü (əmr 134 / iş 28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı avtomat və yarımavtomat maşınlarda; 3) 01.07.1984-cü (əmr 134 / iş 26.06.84) ildən, 24.03.1986-cı (əmr 53 / iş 28.3.86) ilə kimi 3-cü dərəcə; 4) 24.03.1986-cı (əmr 53 / iş 28.3.86) ildən, 5) 13.03.1990-cı (əmr 19 / iş 13.03.90) ilə kimi 5ci dərəcə; 6) 13.03.1990-cı (əmr 19 / iş 13.03.90) ildən 17.07.1998-ci (əmr 7 / iş 17.07.98) ilə 6-cı dərəcəli qaynaqçı - tərkibində 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələr olan: karbonlu, bronzalı və fluzlu - avtomat və yarımavtomatda çalışmışdır ki, bu da ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li X3 və Elektrotexniki Avadanlığın təmiri bölməsinin 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir. Məhkəmənin sorğusuna cavab olaraq Salyan X6 Zavodunun verdiyi 12.04.2021-ci il tarixli, daxil olma nömrəsi B-3606 olan məktubda bildirilmişdir ki, Salyan X6 Zavodu xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə aid sənədləri və onun Salyan X6 Zavodunda əmək fəaliyyəti, işlədiyi peşənin vəzifə təlimatı və həmin peşənin zərərli işə aid olması barədə güzəştli arayışı təqdim edir (onun Salyan X6 Zavodunda əmək fəaliyyəti 22.08.1982-ci ildən 17.07.1998-ci ilə kimi vəzifəsi - svarşik na maşinax kontaknoy svarki, yəni 6-cı dərəcəli qaynaqçı tərkibində 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələr (karbonlu, bronzalı və fluzlu) olan avtomat və yarımavtomat qaynaq maşınında çalışmışdır. Zərərli işlə bağlı güzəştlər əlavə əmək məzuniyyəti 6 gün, o cümlədən əmək haqqına əlavə olaraq tarif normaları adi normalardan fərqli olaraq 35-40% artıq hesablanır və hər gün süd verilirdi. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -Salyan X6 Zavodunun verdiyi arayışda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarının 35-ci bölməsinə əsasən aşağıdakı vəzifələrdə işləmişdir ki, bu da ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir: 22.08.1982-ci il Salyan X6 17.07.1998-ci il zavodunda avtomat və yarımavtomat qaynaq maşınında 6-cı dərəcə qaynaqçı işləmişdir. -Salyan X6 Zavodunun verdiyi güzəştli aktda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən: 1) 22.10.1982-ci (əmr 139 / iş 22.10.82) ildən, 2) 01.07.1984-cü (əmr 134 / iş 28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı avtomat və yarımavtomat maşınlarda; 3) 01.07.1984-cü (əmr 134 /iş 26.06.84) ildən, 24.03.1986-cı (əmr 53 / iş 28.3.86) ilə kimi 3-cü dərəcə; 4) 24.03.1986-cı (əmr 53 / iş 28.3.86) ildən, 5) 13.03.1990-cı (əmr 19 / iş 13.03.90) ilə kimi 5-ci dərəcə; 6) 13.03.1990-cı (əmr 19 / iş 13.03.90) ildən 17.07.1998-ci (əmr 7 / iş 17.07.98) ilə 6-cı dərəcəli qaynaqçı tərkibində 3cü sinif təhlükədən aşağı olmayan zərərli olan (karbonlu, bronzalı və fluzlu) avtomat və yarımavtomatda qaynaq maşınında çalışmışdır ki, bu da ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№li X3 və Elektrotexniki Avadanlığın təmiri bölməsinin 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir. Məhkəmənin sorğusuna cavab olaraq Salyan X6 Zavodunun verdiyi 18.06.2021-ci il tarixli, daxil olma nömrəsi HŞ-7181 olan arayışda bildirilmişdir ki, İddiaçı əmək kitabçasında göstərdiyi kimi X9 X2 sahədə (1 №-İi sexdə) yarımavtomat qaynaq maşınında, yəni kontakt qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmişdir. Transformatorların TD-306 və TD-102 karkaslarının, belə demək olarsa, gövdələrinin qaynaq edilməsi ilə məşğul olmuşdur. TD-306 və TD-102-nin karkasının hazırlamaq üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir, yan tərəflər (390 mm x 310 mm - 2 ədəd, qarşı tərəflər 390 mm x 470 mm - 2 ədəd) kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər Lağunda ilə şlakdan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyıcı sexə rənglənmə kamerasına göndərilir. Tərkibində 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələr: Karbon, Bronza və Mis. Bu da ona təsdiq olunan siyahı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı 2 №-lı siyahısının Vl bölməsinə metal məmulatlarının istehsal bölməsində kod: ******* a-18338 kontakt (pres qaynağı maşınlarının) qaynaqçıları əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir. Qeyd: Salyan X6 Zavodu elektrotexniki avadanlığın istehsalı, təmir və daşınması ilə məşğul olmuş və istehsal etdiyi məhsullar (yüksək keyfiyyətli) keçmiş Sovet İttifaqının bütün bölgələrinə, o cümlədən Əfqanıstana ixrac edilirdi. Su qızdırıcıları və Transformatorlar TD-306, TD-102 baklar, çaxır daşıyan çənlər. Onların keyfiyyətinə, quraşdırılmasına, təmir olunmasına mühəndislərimiz, texnoluqlarımız, OTK-lar və həmçinin fəhlələr də cavabdeh idilər. Onlar da məsuliyyət daşıyırdılar. Bunun üçün göndərilən məkana ezam olunurdular. Məhkəmənin sorğusuna cavab olaraq Salyan X6 Zavodunun verdiyi 21.06.2021-ci il tarixli, 02 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı 22.10.1982-ci il (əmr.135/RŞ.22.10.82) ildən 17.07.1998-ci il (əmr.№7/RŞ.17.07.98) ilə kimi X9 X2 sahədə kontakt qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmişdir. Yəni TD306 və TD102 transformatlarının karkaslarının kontakt qaynaq maşınında qaynaq edilməsi ilə məşğul olmuşdur. TD306 və TD102-nin karkaslarının hazırlanması üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir: yan tərəflər - 390 mm x 310 mm 2 ədəd qarşı tərəflər 390 mm x 470 mm 2 ədəd, sonra tərəflər kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər laqonda ilə şlaklardan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyici sexə rəngləmə kamerasına göndərilir. İşlədiyi zərərli maddələr: bronza, mis. İşlədiyi mühit karbon qazı ilə əhatə olunur. Bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının qaynaqçıları) sahəsinə və vəzifə kodu - 18338 uyğun gəldiyi üçün əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verir. Həmin mətubla göndərilmiş sənədlərdən görünür ki: -Salyan X6 Zavodunun verdiyi 21.06.2021-ci il tarixli, 02 nömrəli güzəştli aktda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı: 6-cı dərəcəli kontakt maşınları qaynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən: 1) 22.10.1982-ci (əmr.№ 139 R/Ş.22.10.82) ildən, 2) 01.07.1984-cü (əmr.№134 R/Ş.28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı; 3) 01.07.1984-cü (əmr.№134.28.06.84) ildən, 4) 24.03.1986-cı (əmr.53.i/s.28.3.86) ilə kimi 3-cü dərəcəli; 5) 24.03.1986-cı (əmr.53.i/s.28.03.86) ildən 13.03.1990-cı (əmr.19.i/ş.13.03.90-cı ilə kimi 5-ci dərəcəli; 6) 13.03.1990-cı (əmr.R/Ş.13.03.90) ildən 17.07.1998-ci (əmr №7 R/Ş. 17.07.97) ilə kimi 6-cı dərəcəli kontakt qaynaqçısı işləmişdir ki, bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının) bölməsinə əsasən vəzifə kodu 18338 - güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir. -Salyan X6 Zavodunun verdiyi 21.06.2021-ci il tarixli, 02 nömrəli arayışda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı İddiaçı ondan ötəri ki, o, həqiqiətən Azərbaycan Respublikası Nazirlər kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının (press qaynağı maşınlarının qaynaqçıları) bölməsinə əsasən vəzifə kodu 18338 - aşağıdakı vəzifələrdə işləmişdir ki, bu da ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir: 1. 22.10.1982-ci ildən Salyan Elektrik 17.07.1998-ci ilə kimi X5 kontakt qaynağı maşınında qaynaqçı işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Salyan X6” ASC-nin verdiyi 27.08.2021-ci il tarixli, 02 nömrəli “Salyan X6” ASC-nin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X6” ASC-nin möhürü ilə təsdiqlənmiş məktubda bildirilmişdir ki, İddiaçı 22.10.1982-ci il (əmr. 135/RŞ.22.10.82) ildən 17.07.1998-ci il (əmr.№7/RŞ. 17.07.98) ilə kimi X9 X2 sahədə kontakt qaynaq maşınında 6-cı dərəcəli qaynaqçı işləmişdir. Yəni TD306 və TD102 transformatlarının karkaslarının kontakt qaynaq maşınında qaynaq edilməsi ilə məşğul olmuşdur. TD306 və TD102-nin karkaslarının hazırlanması üçün metal lövhələr ölçülərə uyğun olaraq kəsilir: yan tərəflər - 390 mm x 310 mm 2 ədəd qarşı tərəflər 390 mm x 470 mm 2 ədəd, sonra tərəflər kontakt qaynaq maşınında qaynaq edilir, hazır olduqdan sonra qaynaq olunan yerlər laqonda ilə şlaklardan təmizlənir və maşına yüklənib rənglənməsi üçün rəngləyici sexə rəngləmə kamerasına göndərilir. İşlədiyi zərərli maddələr: bronza, mis. İşlədiyi mühit karbon qazı ilə əhatə olunur. Bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının qaynaqçıları) sahəsinə yə və vəzifə kodu - 18338 uyğun gəldiyi üçün əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -“Salyan X6” ASC-nin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X6” ASC-nin möhürü ilə təsdiqlənmiş 27.08.2021-ci il tarixli, 02 nömrəli güzəştli aktda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı: 6-cı dərəcəli kontakt maşınları qaynaqçısı İddiaçı, ondan ötəri ki, o, həqiqətən: 1) 22.10.1982-ci (əmr.№ 139 R/Ş.22.10.82) ildən 2) 01.07.1984-cü (əmr.№134 R/Ş.28.06.84) ilə kimi 1-ci dərəcəli qaynaqçı; 3) 01.07.1984-cü (əmr.№134.28.06.84) ildən 4) 24.03.1986-cı (əmr.53.i/s.28.3.86) ilə kimi 3-cü dərəcəli; 5) 24.03.1986-cı (əmr.53.i/s.28.03.86) ildən 13.03.1990-cı (əmr. 19.i/ş. 13.03.90) ilə kimi 5-ci dərəcəli; 6) 13.03.1990-cı (əmr.R/Ş.13.03.90) ildən 17.07.1998-ci (əmr№7 R/Ş. 17.07.97) ilə kimi 6-cı dərəcəli kontakt qaynaqçısı işləmişdir ki, bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında kontakt qaynaqçıları (press qaynağı maşınlarının) bölməsinə əsasən vəzifə kodu 18338 - güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir. -“Salyan X6” ASC-nin idarə heyətinin sədri Vahidov H.İ və baş mühasib Səlimova P.Ə tərəfindən imzalanmış və “Salyan X6” ASC-nin möhürü ilə təsdiqlənmiş 27.08.2021-ci il tarixli, 02 nömrəli arayışda göstərilmişdir ki, verilir Salyan X1ynaqçısı İddiaçı ondan ötəri ki, o, həqiqiətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının (press qaynağı maşınlarının qaynaqçıları) bölməsinə əsasən vəzifə kodu 18338 - aşağıdakı vəzifələrdə işləmişdir ki, bu da ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə dövlət təqaüdü hüququ verir: 1. 22.10.1982-ci ildən Salyan Elektrik 17.07.1998-ci ilə kimi X5 kontakt qaynağı maşınında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11.02.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 22.08.1982-17.07.1998-ci il tarixləri arasındakı dövr ərzində “Salyan X6 Zavodu”nda qaynaqçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz peşə yuxarıda qeyd olunan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını 28.06.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox ümumi iş stajı toplamışdır. Belə ki, 28.10.1979-28.10.1981-ci illərarası hərbi xidmət dövrü 02 il 01 gün, 01.09.1987-30.06.1988-ci tarixlərində təhsil aldığı dövr 10 ay, 22.10.1982- 17.07.1998-ci ilədək Salyan X6 zavodunda işlədiyi 15 il 08 ay 27 gün, Azərbaycan Dövlət Dəmir Yolu Salyan işarəverən və rabitə distansiyasında 20.07.1998-01.01.2006-cı il tarixədək olan dövr 07 il 05 ay 13 gün olmaqla, cəmi 26 il 11 gün ümumi iş stajı təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 20700000 Vİ. Metal məmulatların istehsalı 20701000
1. Məftil və kalibrlənmiş metal istehsalı 2070100a—18338 kontakt (press qaynağı maşınlarının) qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İş yerinin təqdim etdiyi 12.04.2021-ci il tarixli arayışda iddiaçının 22.10.1982-17.07.1998-ci il tarixlərdə Salyan X6 zavodunda işlədiyi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə uyğun olduğu göstərilsə də, məhkəmənin sorğularına cavab olaraq təqdim etdiyi güzəştli arayışlarda iddiaçının işlədiyi peşənin yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında 2070100a—18338 sahəsinə və və vəzifə koduna uyğun gəldiyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. İşin hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə ilkin olaraq iddiaçının işləmiş olduğu peşənin Siyahıda aid olduğu kod və sahəni fərqli göstərsə də, lakin sonuncu təqdim etdiyi arayışlarda İddiaçı işlədiyi peşənin aid olduğu sahə və kodu dəqiq göstərməklə yanaşı istinad etdiyi sahə və kodla bağlı əsaslandırma da təqdim etmişdir. Əvvəla qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdə İddiaçı 22.10.1982-17.07.1998-ci il tarixlərdə “Salyan X6 zavodunda tədarük sahəsində kontaktqaynaq maşınları üzrə qaynaqçı peşəsində işlədiyi göstərilmişdir. İddiaçının işlədiyi kontakt-qaynaq maşınları üzrə qaynaqçı peşəsinin adı bilavasitə 2070100a—18338 kontakt (press qaynağı maşınlarının) qaynaqçıları peşəsinin adı ilə eynidir. Digər tərəfdən işəgötürənin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi güzəştli arayışlarda Salyan X6 zavodunda elektrotexniki avadanlığın, su qızdırıcıları və Transformatorlar TD-306, TD-102 bakların, çaxır daşıyan çənlərin istehsal və təmir edildiyi, iddiaçının zavodun hazırlayıcı sahəsində transformatorların TD-306 və TD-102 karkaslarının gövdələrinin hazırlanması üçün metal lövhələri kəsərək kontakt qaynaq maşınında qaynaq edilməsi ilə məşğul olduğu, işlədiyi maddələrin bronza, mis olmaqla, işlədiyi mühitin karbon qazı ilə əhatə olunduğu göstərilmişdir. Eyni zamanda iddiaçının işlədiyi peşə zərərli iş hesab olunduğundan ona 6 günlük əlavə əmək məzuniyyəti, əmək haqqına əlavə verildiyi və hər gün südlə təmin edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. İş üzrə cavabdeh iddiaçının işlədiyi peşənin güzəştli peşə hesab olunmadığına istinad etsə də həmin peşənin zərərli iş hesab edilməməsi əsasları ilə bağlı sübut təqdim etməmiş, ümumiyyətlə, iddiaçının işlədiyi kontakt-qaynaq maşınları üzrə qaynaqçı peşəsinin əmək funksiyasının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşənin zərərli peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməyərək istinad etdiyi dəlili əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixə 15 il 08 ay 27 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 28.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 28.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova