Məhkəmə qərarları › İş №2-1(112)-4836/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4836/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4836/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh 18 sentyabr 2024-cü il tarixli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin, bir hissəsi isə su boru xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/06-12207/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Həmçinin "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavab olaraq 3-53-3/2-M-2312- 42/3131/N/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14n istismarında olan d=2000 mm-lik yağış xəttinin (istismar tarixi 1968-ci il) mühafizə zolağına düşür. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 788 nömrəli 26 iyul 2000-ci il tarixli sərəncamı əsasında 10 noyabr 2004-cü il tarixdə vəfat etmiş X4 məxsus olmasına dair qediyyatın dövlət reyestrində aparılması və arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 788 nömrəli 26 iyul 2000-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən, X4 Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində 00\19 saylı 300,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. X9 10 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2-701\2005 nömrəli 09 mart 2005-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda iddiaçı ailəsi ilə birlikdə 2000-ci ildən faktiki yaşamağı, kommunal və digər xərcləri vaxtı-vaxtında ödəməklə fasiləsiz və vicdanla istifadə etməyi müəyyən edilmiş, nəticə olaraq iddiaçı, ailə üzvləri ilə birlikdə həmin ünvana pasport qeydiyyatına alınmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən yerləşmə cizgisindəki 300 kv.m sahənin 85 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin, bir hissəsi (117 kv.m) isə su boru xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/06-12207/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Həmçinin "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavab olaraq 3-53-3/2-M-23xx-xx/3131/N/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14n istismarında olan d=2000 mm-lik yağış xəttinin (istismar tarixi 1968-ci il) mühafizə zolağına düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və idcia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 788 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.mehmandarov küçəsi, 13 saylı evin 7 saylı mənzilində yaşayan vətəndaş X4 Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 00/19 saylı 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 10 noyabr 2004-cü ildə 84 yaşında ölmüşdür. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1920-ci il tarixdə doğulmuş, xx.xx.2004-cü ildə ölmüş X3 adına vərəsəlik işi açılmışdır. Sabunçu rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən 19 saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən AZ-1 № 140577,10 xx.xx.2004-cü il tarixdə verilən Ölüm haqqında şəhadətnaməyə əsasən vəfat etmiş atası X1 məxsus 300 m2 torpaq sahəsi 2004-cı il tarixdən etibarən oğlu İddiaçı tərəfindən vergisi ödənilmiş və halhazıradək Bakıxanov Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyatdadır. Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-18-1/2-130 nömrəli arayışından görünür ki, İddiaçı, X7, X9, X5 həqiqətən ünvan 4 ünvanda qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsi 8 aprel 2025-ci il tarixli 3-21-3-30/2-13204/2025 nömrəli məktubdan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 411.0 kv.m təşkil edir (111.0 kv.m artıqdır). Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Torpaq sahəsinin cənub sərhədi boyunca yüksək gərginlikli 6 kVt-lıq elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin, bir hissəsi isə su boru xəttinin mühafizə zonasında yerləşir. Sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan torpaq sahəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14n istismarında olan d=2000 mm-lik yağış xəttinin (istismar tarixi 1968-ci il) mühafizə zolağına düşür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, göstərilən torpaq sahəsi təqdim edilmiş yerləşmə sxeminə uyğundur. 111.0 m2 artıq torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsinin cənub sərhədi boyunca 6 kv-lıq YGEX-i keçir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14nin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14n istismarında olan d=2000 mm-lik yağış xəttinin (istismar tarixi 1968-ci il) mühafizə zolağına düşür. İddiaçı hazırda bu sənədlərə istinad edərək istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – Sədi Mikiyevə torpaq sahəsi ayrılması haqqında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-cı il tarixli, 788 nömrəli sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin, bir hissəsinin isə su boru xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin ilk dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. İşdən görünür ki, mübahisəli torpaq sahəsində artıq tikili də tikilmiş, iddiaçı 2005-ci ildən ailəsi ilə orada qeydiyyatda olmaqla yaşayır. Cavabdehin ikinci dəlilinə gəldikdə, işdən görünür ki, mübahisəli torpaq sahəsi 2000ci ildən etibarən iddiaçının atasının istifadəsinə verilmiş, həmin sərəncam ləğv edilməmişdir, hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, iddiaçının atasına ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Ağayev küçəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar