Məhkəmə qərarları › İş №2-1(112)-4837/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4837/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4837/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin verilməsi tələbinə dair işə hazırlıq icraatı ilə əlaqədar açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olduğu üçün adının vahid aylıq müavinət siyahısına əlavə edilməsi və vahid aylıq müavinətin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsinin məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin iclasa iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işin aidiyyəti məsələsini müzakirə etmişdir. İddiaçı işin aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh Laçın Rayon İcra Hakimiyyətinin hüquqi ünvanı Ağcabədi rayonu, Taxta-Körpü qəsəbəsidir. İddia tələbi isə cavabdehin faktiki xarakterli hərəkətləri ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən “Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh Laçın Rayon İcra Hakimiyyətinin hüquqi ünvanı Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyindən hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin verilməsi tələbinə dair 2-1(112)-4837/2020 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar