Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4837/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X7 oglunun katibliyi İddiaçı Cavabdeh X5nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh X2rşı “dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23.09.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin 1 saylı regional sektorunun baş məsləhətçi vəzifəsinə təyin olunmuş, müxtəlif illərdə ona müvafiq ixtisas dərəcələri verilmiş, 18.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən xitam verilmişdir. Əmək kitabçasından da göründüyü kimi o, dövlət qulluqçusu olmaqla dövlət qulluğunda inzibati vəzifə tutmuş, həmçinin ona ixtisas dərəcəli verilmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X4 Dövlət Xidməti onun dövlət qulluğunda işləməyi barədə məlumatları Dövlət Reyestrini aparan müvafiq orqanlara göndərməmişdir. Bununla da o, dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil olunmamış, bu barədə rəsmi ərizə ilə müraciət etsə də, onun müraciətlərinə baxılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-321/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh X5 ilə əvəz edilərək iddiaçının “dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası məhkəmə icraatına qəbul olunmuş və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş icraatıma qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazda göstərilənlərə uygun verdiyi izahatında bildirdi ki, iddiaçı 23.09.2009-cu ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edildiyindən və 18.01.2019-cu il tarixində onun dövlət qulluğunda olmasına xitam verildiyindən dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsi mümkün deyil. Odur ki, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarınin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normalara əsasən işə baxan məhkəmə icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdır ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanan 15.09.2020-ci il tarixli məktubundan və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edildiyindən onun dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsi mümkün deyil. Hazırki iddiasından isə göründüyü kimi iddiaçının tələbinin əsası 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək dövlət qulluğunda olmasının tanınmasından ibarətdir ki, bu mərhələni keçmədən iddiaçı cavabdehə qarşı dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın İİİ bölümünə əsasən:
12. Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir.
13. Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Aidiyyəti dövlət orqanı bu barədə məlumatları Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna on beş gün ərzində rəsmən təqdim etməlidir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir.
14. Aidiyyəti dövlət orqanları Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna hər ay rəsmi məlumat verməlidirlər. Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılmalıdır. 14-1. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi” Qaydasının 2.-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X3 məlumat verməlidir. Beləliklə də məhkəmənin mövqeyi belədir ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edildiyindən onun dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsi mümkün olmaması səbəbindən hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: Mehriban Qarayeva