Məhkəmə qərarları › İş №2-1(112)-4838/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4838/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4838/2022 09.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Fəridə Sultan qızı İmanovanın katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “Ukrayna Respublikası Milli Aerokosmik Universiteti Xarkov Aviasiya İnstitutu tərəfindən “Müəssisələr İqtisadiyyatı” ixtisası üzrə iddiaçının adına verilmiş 11 iyul 2016-cı il tarixli, 242344 nömrəli (qeydiyyat nömrəsi 2544754) diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dаir iddiа ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı “Ukrayna Respublikası Milli Aerokosmik Universiteti Xarkov Aviasiya İnstitutu tərəfindən “Müəssisələr İqtisadiyyatı” ixtisası üzrə iddiaçının adına verilmiş 11 iyul 2016-cı il tarixli, 242344 nömrəli (qeydiyyat nömrəsi 2544754) diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsil ilə baxğlı olaraq 2012-ci il tarixdə Ukrayna Respublikası Milli Aerokosmik Universiteti Xarkov Aviasiya İnstitutuna “müəssisələr iqtisadiyyatı” ixtisası üzrə qəbul olunaraq 2016-cı il tarixdə həmin universiteti bitirmişdir. 24 fevral 2017-ci il tarixdə diplomun ekvivalentliyinin tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən imtina edilmişdir. İmtina əsası kimi müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. İddiaçı təhsildə X3 qeyd olunan əsaslarla imtina edilməsini əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 09 avqust 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı “Ukrayna Respublikası Milli Aerokosmik Universiteti Xarkov Aviasiya İnstitutu tərəfindən “Müəssisələr İqtisadiyyatı” ixtisası üzrə iddiaçının adına verilmiş 11 iyul 2016-cı il tarixli, 242344 nömrəli (qeydiyyat nömrəsi 2544754) diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı “Ukrayna Respublikası Milli Aerokosmik Universiteti Xarkov Aviasiya İnstitutu tərəfindən “Müəssisələr İqtisadiyyatı” ixtisası üzrə iddiaçının adına verilmiş 11 iyul 2016-cı il tarixli, 242344 nömrəli (qeydiyyat nömrəsi 2544754) diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar