Məhkəmə qərarları › İş №2-1(112)-4839/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4839/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4839/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaucan Respublikası Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə İddiaçı yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X10 44 gün çəkən İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən 11 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. T.Abbasov müharibəyə könüllü olaraq getmişdir. Füzuli rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2020-ci il tarixdə döyüş meydanında hərbi əməliyyat nəticəsində odlu silahdan aldığı zədələrdən vəfat etmişdir. X6 məxsus doğum haqqında şəhadətnaməyə əsasən, atası X11, anası Abdiyeva (sonradan ərinin soyadını götürərək Abbasova) Başxanım Şamil qızıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş № 003209 saylı vəsiqəyə əsasən iddiaçıya şəhid ailəsi statusu verilmişdir. Həmin vəsiqədə birbaşa göstərilir ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İddiaçı şəhid ailəsi kimi yaşayış sahəsi ilə təmin edilmək məqsədilə güzəştli mənzil növbəsinə götürülməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının müraciəti baxılması və tədbir görülməsi üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Möhbalıyev tərəfindən iddiaçıya verlmiş 27 sentyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının gəlini X1 2 övladı ilə birlikdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 137 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə şəhid ailələrinin güzəştli mənzil növbəsinə götürülmüşdür. Vətəndaş S.Abbasova rayon icra hakimiyyətində şəhid ailəsi kimi güzəştli mənzil növbəində olduğundan iddiaçının təkrar olaraq şəhid ailələrinin güzəştli mənzil növbəsinə götrülməsi mümkün deyildir. Odur ki, iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə sərəncamın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərar icra edilmiş və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iddiaçını mənzil növbəsinə götürülməsi barədə qərar qəbul etmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 158 saylı, xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən, İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. Odur ki, iddiaçı mənzillə təmin edilməsi məqsədilə cavabdeh quruma müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 02 noyabr 2023-cü il tarixli məktubu ilə (iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır) iddiaçıya bildirmişdir ki, mənzillə şəhidin arvadı X1 təmin ediləcək və şəhidin ayrı-ayrı ailə üzvləri mənzillə təmin edilmir. Halbuki, X1 və iddiaçı ayrıayrılıqdaBakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişlər. Bundan başqa, şəhid ailəsinin yalnız bir ailə üzvünün güzəştli mənzil növbəsinə götürülməli olması qanunvericiliklə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən adamen AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti azara, Çernobil yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqarina yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifərin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Bildiririk ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 19 dekabr 2023-cü il tarixli 5-21/2-2237/2023 nömrəli məktubda şəhid ailə üzvü İddiaçı 17 aprel 2023-cü il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçının mənzillə təmin olunması məqsədilə 17 aprel 2023-cü il tarixli 3-17-3/1-A-12081/2023 nömrəli ərizəsi ilə təqdim etdiyi sənədlərinə baxılarkən və Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2-1(112)- 3182/2023 nömrəli qərarı əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2023-cü il tarixli 158 nömrəli sərəncamı ilə 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı müəyyən edilmişdir.Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyul 2022-ci il tarixli arayışında vətəndaşın mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 97.9 kavdrat metr, yaşayış sahəsi 38.7 kvadrat metr (sökülüb) və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 195 ünvanında ümumi sahəsi 97.9 kvadratmetr, yaşayış sahəsi 67.3 kvadrat metr olan mənzilin olduğu (sökülüb), həmçinin, Yasamal Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil-Kommunal İstismar sahəsinin 26 iyul 2022-ci il tarixli 135 nömrəli Forma №2 arayışına əsasən Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 2 ünvanında İddiaçı məxsus olan ümumi sahəsi 93,6 kvadratmetr təşkil edən dördotaqlı 14 nömrəli mənzildə yalnız iki nəfər-iddiaçının övladı X7 və özünün qeydiyyatda olaraq yaşadıqları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1948-ci il təvəllüdlü İddiaçı Qazax rayonunda doğulmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəhid ailəsi üzvlüyünü təsdiq edən 003209 nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3182/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 158 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Vətəndaş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. O, mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən, İddiaçı qıznın yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və Qarabağ müharibəsi şəhid ailələrinin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 391 nömrəli arayışından görünür ki, İddiaçı Səməd Vurğun küçəsi, 49 saylı evin 53 nömrəli mənzilində qeydiyyatda yoxdur. Həmin ev 2011-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 514 saylı sərəncamına əsasən sökülüb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 376 nömrəli arayışından görünür ki, İddiaçı D.Əliyeva küçəsi, 195 saylı evin 16 nömrəli mənzilində qeydiyyatda yoxdur . Ünvan 2013-cü ildə Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 514 saylı sərəncamına əsasən sökülüb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-8060/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sizin 28 dekabr 2023cü il tarixli e-2-1(112)-17184/2023 nömrəli məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Məlumdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bildiririk ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 19 dekabr 2023-cü il tarixli 5-21/2-2237/2023 nömrəli məktubda şəhid ailə üzvü İddiaçı 17 aprel 2023-cü il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçı mənzillə təmin olunması məqsədilə 17 aprel 2023-cü il tarixli 3-17-3/1-A-12081/2023 nömrəli ərizəsi ilə təqdim etdiyi sənədlərinə baxılarkən və Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2-1(112)- 3182/2023 nömrəli qərarı əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2023-cü il tarixli 158 nömrəli sərəncamı ilə 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyul 2022-ci il tarixli arayışında vətəndaşın mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 97.9 kavdratmetr, yaşayış sahəsi 38.7 kvadratmetr (sökülüb) və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 195 ünvanında ümumi sahəsi 97.9 kvadratmetr, yaşayış sahəsi 67.3 kvadratmetr olan mənzilin olduğu (sökülüb), həmçinin, Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil-Kommunal İstismar sahəsinin 26 iyul 2022-ci il tarixli 135 nömrəli Forma Nº2 arayışına əsasən Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 2 ünvanında İddiaçı məxsus olan ümumi sahəsi 93,6 kvadrat metr təşkil edən dördotaqlı 14 nömrəli mənzildə yalnız iki nəfər İddiaçı övladı X7 və özünün qeydiyyatda olaraq yaşadıqları aşkar edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edirik ki, İddiaçı övladı şəhid X4 həyat yoldaşı X1 29 aprel 2021-ci il tarixində 3 nəfər ailə tərkibi (özü və 2 oğlu) ilə Yasamal Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmış və 30 noyabr 2023-cü il tarixində Nazirlik tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 20 ünvanında ikiotaqlı mənzillə təmin olunmuşdur”. İş materiallarına əlavə edilmiş mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2021-ci ildən növbəyə dayanmış vətən müharibəsi şəhid ailəsi üzvləri olan X1, X12, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 3 ünvanında mənzil verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-23014/2024 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - xx.xx.2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, satıcı X14 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/15140 saylı dövlət reyestrindən Arayışa (forma Nº1) əsasən Bakı Şəhəri, Yasamal rayonu, X23 küçəsi 2 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən, 81.4 kv.m yaşayış sahəsi, 12.2 kv.m yardımçı sahəsi, 93.6 kv.m ümumi sahəsi olan 4 otaqlı, 14 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə verir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93.6 kv.metr olan mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən- İddiaçı Bakı Şəhəri, Yasamal Rayonu, X23 küçəsi, ev 2, mənzil 14 ünvanında yerləşən, ümumi 93,6 kv/m, yaşayış sahəsi 81.4 kv/m, yardımçı sahəsi 12.2 kv/m olan 4 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən da göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” – X2 mülkiyyətinə verir(lər). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 159632 nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93.6 kvadratmetr olan mənzilə mülkiyyət hüququ X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-21/2-750/2024 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin Sosial Xidmətlər Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, xx.xx.2014-cü il tarixli, 2449 nömrəli, xx.xx.2021-ci il tarixli və 3633 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik siyahısı Sizə təqdim olunur. Mənzil uçot siyahılarının təkmilləşdirilməsi və mənzil alan vətəndaşların uçotdan çıxarılması zərurəti ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsində olan həmin şəxslərdən bu günə kimi kimlərin yaşayış sahəsi ilə təmin olunması (mənzillə təmin olunma tarixləri və təmin olunduqları yaşayış sahəsi göstərilməklə) barədə məlumatların Rayon İcra Hakimiyyətinə təqdim olunması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.”. Həmin məktuba əlavə edilmiş Qarabağ müharibəsi şəhid ailələlərinin güzəştli mənzil uçotu siyahısında İddiaçı adı 234-cü sırada göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-A-32987/5/2023 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra Nazirlik) daxil olmuş müraciətinizə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən aşılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də verli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririk ki, övladınız şəhid X4 həyat yoldaşı X1 29 aprel 2021-ci il tarixində 3 nəfər ailə tərkibi (özü və 2 oğlu) ilə Yasamal Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq imtiyazlı şəxslərə verilmiş dövlət mənzil fondunun yaşayış sahəsi vətəndaşın digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən bir şəhidin ailə üzvlərinin sayından asılı olaraq ayrı-ayrı mənzillər verilmir.”. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin (bundan sonra: İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda mənzillə təmin edilmə məsələsinə mövcud qanunverciliyə uyğun olaraq baxılacağını bildirməklə, bilavasitə imtina cavabı təqdim etməmiş olsa da, lakin iddiaçının müraciəti üzrə keçən müddət ərzində mənzillə təmin edilməməsi, eləcə də məhkəmənin sorğularına verilmiş cavablardakı mövqe, xüsusən iddiaya mahiyyəti üzrə etirazın bildirilməsi iddiaçının tələbinin təmin edilməsindən imtina kimi qiymətləndirilir. İddia mahiyyət üzrə əsasızdır. Hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikasının Konstitusiyası: - 24-cü maddənin İİİ hissəsi: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir Azərbaycan Respublikasının Mənzil Məcəlləsi - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür; - 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir; - 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; - 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır; - 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. - Maddə 4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; - Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir; “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: -1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; -1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: - Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi: - Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: -3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək; Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “Sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.” Beləliklə, sadalanan normalara əsasən ilkin olaraq qeyd edilməlidir ki, mənzil qanunverciliyinin ayrı-ayrı normalarının (Mənzil Məcəlləsinin 51, 52 və 56-cı maddələri) sistematik təhlili o nəticəyə gəlməyə əsas verir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi iki ayrı mərhələ olmaqla hər biri üzrə inzibati orqanlar tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla inzibati fəaliyyətin həyata keçirilməsini tələb edir. Bu baxımdan qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələrini hər iki mərhələyə münasibətdə oxşar formada nəzərdə tutur (Mənzil Məcəlləsinin 52-ci və 56.8-ci maddələri). Yəni, qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinə yönəllik hərəkətlərin olub-olmamasını vətəndaşların uçotu alınması zamanı yoxlanması ilə yanaşı yaşayış sahələrinin verilməsi zamanı da ayrıca yoxlamanın aparılmasını təsbit edir. Mənzil Məcəlləsinin 46.9-cu maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası cari tarixədək qanunvericiliklə müəyyən edilməsə də, bu hal inzibati icraat çərçivəsində qeyd edilən yoxlamaya dair səlahiyyətli inzibati orqanlar tərəfindən araşdırmanın aparılmasına maneçilik törətmir və bunu istisna etmir. Hazırkı halda iddiaçının uçota alınması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının və qərarın nəticəsindən irəli gələn inzibati aktın qüvvədə olması həmin hissədə məhkəmə tərəfindən yenidən qiymətləndirilmənin aparılmasını istisna edir. Hazırki mübahisənin predmeti də məhz yaşayış sahəsinin verilməsi ilə bağlı olduğundan məhz həmin mərhələyə (yaşayış sahələrinin verilməsi) münasibətdə iddiaçı tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi ilə bağlı hərəkətlərin olub-olmaması qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq qiymətləndirilməlidir. İşin hallarından görünür ki, iddiaçının mülkiyyətində ünvan 6 ünvanında 97.9 kv.metr və ünvan 7 ünvanında 97.9 kv.metr olmaqla iki mənzil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cü il tarixli 514 saylı sərəncamı əsasında qeyd edilən mənzillər müvafiq olaraq 2011-ci ildə və 2013-cü ildə sökülmüş və iddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 2 mənzil 14 ünvanında 93.6 kv.metr olan yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixədək iddiaçının mülkiyyətində olmuş, həmin tarixdə isə əvəzsiz əqd əsasında qızı X5 hədiyyə verilmişdir. Bağışlama barədə əqdin bağlanmasından qısa müddət sonra iddiaçı uçota götürülmə ilə bağlı inzibati orqana müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciəti Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmiş, sonuncunun müvafiq imtina məktubundan sonra isə iddiaçı məhkəmədə bununla bağlı iddia qaldırmışdır. İddiaçı məhkəmə qərarı əsasında mənzil uçotuna götürüldükdən sonra hazırki iddianın verilməsinə əsas olmuş ərizə ilə cavabdehə müraciət etmişdir. Göründüyü kimi icra edilən hərəkətlərin ardıcıllığı o qənaətə gəlməyə əsas verir ki, iddiaçı müvafiq imtiyazlardan yararlanmaq üçün özünün mülkiyyətində olan əmlakı qəsdən qızının mülkiyyətinə keçirmişdir. İddiaçı məhkəmə iclasında həmin mənzilin faktiki olaraq qızı və sonuncunun ərinə məxsus olmasını bildirsə də (iddiaçının qızı X9 isə həmin vaxt ünvan 10 ünvanında qeydiyyatda olmuşdur), iş materiallarından da görünür ki, iddiaçı 2015-ci ildən Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 2 mənzil 14 ünvanında yerləşən yaşayış yerində oğlu (Abbaslı T.F.) ilə birlikdə daimi qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı hazırda da həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatda olduğundan bağışlama barədə əqdin bağlanmasından sonra onun mənzillə bağlı həyat şəraitində hər hansı dəyişiklik olmamışdır. Bunlardan irəli gələrək qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsinə yönəlik qəsdən mülki-hüquqi əqd bağlaması məhkəmə tərəfindən nəzərə alınır və iddiaçının buna yönəlik hərəkətləri məhkəmə tərəfindən hüquqi vəziyyətini qəsdən pisləşdirmə kimi qiymətləndirilir. Bununla yanaşı mübahisə üzrə iddianın növündən irəli gələrək iddiaçı özünün hazırki halda yaşayış sahəsinə ehtiyacı olmasını və nəyə görə şəhidin ailə üzvləri üçün artıq bir dəfə təmin edilmiş mənzildən əlavə olaraq yeni mənzilin verilməsini şərtləndirən faktiki halları sübut etməsi tələb olunur. Belə ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İş materiallarından isə görünür ki, iddiaçı ona cavabdeh tərəfindən şəhidin bütün ailə üzvləri ilə birlikdə deyil, ayrıca olaraq özünə mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Burada xüsusilə qeyd edilməlidir ki, qanunvericilikdə şəhidin ayrı təsərrüfat aparan ailə üzvlərinə birdən çox mənzilin verilməsi qanunvericilikdə istisna edilməsə də, iddiaçı özünün başqa yaşayış sahəsinə ehtiyacı olmasını şərtləndirən faktiki halları təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri ümumiləşdirək məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində yaşayış sahəsinin ayrılma normasından bir neçə dəfə artıq yaşayış sahəsinin olmasından və sonradan həmin yaşayış sahəsinin qəsdən özgəninkiləşdirilməsindən, bu halın hüquq sui-istifadə kimi qiymətləndirilməsindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdin bağlandığı tarixdən növbəti beş il keçmədiyindən və şəhidin ailə üzvünə birdən artıq mənzil verilməsini şərtləndirən faktiki halların sübut edilməməsindən dolayı iddianın təmin edilməsi hazırkı halda istisna edilir. Məhkəmə, xüsusilə qeyd edir ki, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Sosial hüquqların təmin edilməsi yönündə dövlətin publik fəaliyyəti həyata keçirməsi digər şəxslərin hüquqlarının pozulmasına yol açmamalı, cəmiyyət üzvlərinin dövlətdən qanuni gözləntilərini minimuma endirməməlidir. Bu isə hər bir vətəndaşın digər vətəndaşlar qarşısında olan fərdi məsuliyyətinin dərk edilməsi ilə də birbaşa bağlıdır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir və hüquqlardan sui-istifadəyə yol verilmir. Mübahisənin predmetinin xüsusiyyətləri də nəzərə alındıqda o da qeyd edilməlidir ki, müvafiq növbəlilik əsasında digər şəhid ailələrinin mənzillə təmin edilməsinə ədalətli və səmərəli yanaşmanın tətbiqi baxımından yaşayış sahəsinə ehtiyac olan şəhid ailələrinin mənzil təminatı (ən azı bir mənzil) tam şəkildə həll edilmədən digərlərinə münasibətdə fərqli yanaşmanın hər hansı faktiki zəruri şərtlər mövcud olmadan tətbiqi inzibati orqanın icraat zamanı rəhbər tutmalı olduğu bərabərlik, qanunçuluq prinsiplərini pozulmasına rəvac verə bilər. “İnzibati icraat haqqında” Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 12.1 Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3 İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Beləliklə, qanunvericilikdə şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuş və şəhid X4 ailəsi 30 noyabr 2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu ünvanında yerləşən mənzillə təmin olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşaya bilməməsi və ona ayrıca mənzil verilməsi barədə zəruri şərtlər və faktiki hallar mövcud olmadığına görə də iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən cavabdehin iddiaçının mənzillə təmin edilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar