Məhkəmə qərarları › İş №2-1(112)-484/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-484/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-484/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” qapalı səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kompensasiya verilməsi üçün adının reyestrə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra mətndə Mərkəzi Bank) qarşı “kompensasiya verilməsi üçün adının reyestrə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə ona ödənilməli olan 5.981,10 manat məbləğində kompensasiyanın alınması üçün reyestrə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “xxxx” qapalı səhmdar cəmiyyəti ilə xx xxxxxx 2014-cü ildə 25.000 ABŞ dolları məbləğində kreditin alınması ilə bağlı bağlanmış 003R********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən öhdəliyini yerinə yetirərək, bankın hesabına cədvəl üzrə məbləği tam ödədikdən sonra onun “xxxx” QSC-yə 9.968,51 ABŞ dolları borcu qalmışdır. Lakin bu bank həmin məbləği xx xxxxxx 2015-ci ildə deyil, xx.xx.2015-ci il tarixdə pozmuşdur. Faktiki olaraq o, kredit öhdəliyi üzrə borcunu vaxtından qabaq banka ödəmişdir. Kreditor vaxtından qabaq ödənilmiş öhdəliyi qəbul etməli idi. Lakin kreditor öhdəliyi xx xxxxxx 2015-ci il tarixdə qəbul etmişdir və bununla da mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən ona Azərbaycan “Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya ödənilməli idi. Bununla bağlı həmin dövrdə Prezidentin Fərmanına düşən kreditlərin reyestrini aparan Maliyyə X3 müraciət etmişdir. Palatanın ona verdiyi cavabda qeyd edilmişdir ki, “barəsində aparılmış hesablanma zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, onun kreditləri üzrə devalivasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə ümumi qalıq borcunun 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada istifadə olunan məbləğdən) artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. X2 ilə X5 Palatası ləğv edilmiş, onun funksiyaları hal-hazırda Azərbaycan Respublikası Milli Bankına verilmişdir. Cavabdeh iş üzrə səhv nəticəyə gəlmişdir. Həmin Fərmanın 1.3-cü bəndinə əsasən 2015-ci ilin fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu Fərmanın 1.1-ci və 1.2.-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi ödənilməlidir. Onun “xxxx” QSC-dən götürdüyü ABŞ dolları kreditinin xx.xx.2015-ci il tarixinə qalıq borcunun 9.968.51 ABŞ dolları olmasına baxmayaraq X7 palatası xx.xx.2015-ci il tarixi əsas götürür və həmin tarixə onun borcunun 10169.92 ABŞ dolları olması səbəbilə verdiyi güzəşt Fərmanından yararlana bilmir. Ödənişinin xx.xx.2015-ci il tarixdə olmasına baxmayaraq o, xx.xx.2015-ci il tarixdən ödəmişdir. Birinci devalivasiyada onun börc ödəliyi 10 000 ABŞ dollarından çox olduğu üçün ona kompensasiya düşmür. Bununla razıdır. Lakin ikinci devalivasiyaya görə ona 9968.51 x 0.6 AZN= 5981.10 manat kompensasiya düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli 16-02207-2020 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə sonuncuya 84 ay ərzində qaytarmaq şərtilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı xx.xx.2015-ci il tarixində devalivasiyanın baş verdiyi günə qədər 22.413,65 ABŞ dolları, xx.xx.2015-ci il tarixində devalivasiyanın baş verdiyi günə qədər isə 10.169,92 ABŞ dolları əsas kredit borcu qalmışdır. Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalivasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-cı il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada ifadə olunan məblğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu hər iki devalivasiyanın baş verdiyi tarixlərə 10.000 ABŞ dollarından artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx” QSC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mərkəzi Bankın nümayəndəsi X6 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 03L000009913 saylı kredit xətti müqaviləsinə və həmin müqavilə üzrə onlar arasında imzalanmış xx.xx.2014-cü il tarixli 03R000025132 №li kredit razılaşmasına əsasən bank tərəfindən aylıq faiz dərəcəsi 0,8333 % olmaqla 84 ay müddətinə İddiaçı 25.000 ABŞ dolları məbləğində kredit verilmiş və bu barədə ödəniş cədvəli tərtib edilmişdir. İddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Maliyyə X1 Apellyasiya Komissiyasına müraciət etmiş və ona xx.xx.2019-cu ildə elektron qaydada cavab məktubu verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı çərçivəsində onun məlumatları X5 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Barəsində aparılmış hesablama zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Onun kredirtləri üzrə devalivasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) ümumu qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-ci il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışları məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixə borc məbləği əsas borc üzrə 22.413 (iyirmi iki min dörd yüz on üç) ABŞ dolları 65 (altmış beş sent), xx.xx.2015-ci il tarixinə əsas borc məbləği 10.169 (on min bir yüz altmış doqquz) ABŞ dolları 92 (doxsan iki sent) təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X3 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 03L000009913 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə onlar arasında imzalanmış xx.xx.2014-cü il tarixli 03R000025132 №li kredit razılaşması üzrə İddiaçı xx.xx.2015-ci il tarixində devalivasiyanın baş verdiyi günə qədər 22.413,65 ABŞ dolları, xx.xx.2015-ci il tarixində devalivasiyanın baş verdiyi günə qədər isə 10.169,92 ABŞ dolları əsas kredit borcu qalmışdır. Yuxarıda qeyd olunan Fərmanın tələblərindən isə göründüyü kimi fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalivasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-cı il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada ifadə olunan məblğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə əsas borcu hər iki devalivasiyanın baş verdiyi tarixlərə 10.000 ABŞ dollarından artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar