Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4840/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, fərdi sahibkar), cavabdehin nümayəndəsi X1 (Kürdəmir rayonunda qeydiyyatdadır, böyük hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "cavabdehin **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 1000 manat, **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən qərarlar əsassız və qanunsuzdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi operativ vergi nəzarəti həyata keçirilməsi barədə müvafiq qərar qəbul edərək icarə müqaviləsi əsasında restoran və kafe kimi icarəyə götürdüyü Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlamalar həyata keçirmişdir. Vergi orqanı hesab edir ki, iddiaçı tərəfindən həmin restoranda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin, Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən onun texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatından istifadə etməklə əhali ilə pul hesablaşmaları apardığı qənaətinə gəlmişdir. İddiaçının vergi məsuliyyətinə cəlb edildiyi hər iki qərarda müvafiq olaraq 016576 nömrəli xx.xx.2022-ci il tarixli və 006176 nömrəli, xx.xx.2022-ci il tarixli aktlara istinad edilsə də, həmin tarixdə Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmiş, tərtib edilmiş olsa belə qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, həmin aktlar iddiaçıya təqdim edilməmiş və qərarda istinad edilən aktlardan onun xəbəri olmamışdır. 1 nəfər fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi barədə vergi orqanının gəldiyi qənaət həqiqətə uyğun deyildir. Belə ki, vergi orqanının qeyd etdiyi həmin şəxs operativ vergi nəzarətinin həyata keçirildiyi gün işə qəbul olunmaq üçün ona müraciət edən və halhazırda adını belə xatırlamadığı, işin tələblərinə cavab vermədiyi üçün işə qəbul etmədiyi şəxsdir və həmin gün restoranda tərəfindən heç bir işə cəlb olunmamışdır. Qeyd edilən halın müəyyən edilməsi üçün vergi orqanının əməkdaşları tərəfindən həmin şəxsin izahatı alınmamış, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər. Operativ vergi nəzarətinin həyata keçirildiyi gün yuxarıda qeyd edilən fakt müəyyən edilərkən vergi orqanının əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə heç bir akt tərtib edilmədiyindən qanunvericiliyin tələblərinə əsasən həmin aktlarda bu barədə qeyd aparmaq hüququ pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsinin birinci hissəsi ilə bağlı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********2531 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı ş, Xətai r., Gəncə pr.3 ünvanında yerləşən Fəridə Kafesi adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 3 (üç) nəfər fiziki şəxs arasından 1 (bir) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006176 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında”aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə”**********4468 nömrəli Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddia ərizəsində qeyd edilənlərə dair, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi 2 obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, X2 iş başında aşkarlanmış və vergi orqanı işçilərinə restoranda xidmət göstərmişdir və 070 *** ** ** nömrənin məxsus olduğu Ozan adlı müsahibi həmin şəxslə müvaqilənin olmamasını etiraf etmişdir. İddiaçı iddia edir ki, həmin şəxslə ümumiyyətlə tanışlığı yoxdur və həmin gün iş görüşməsi üçün kafede olmuşdur. Nəzərə almaq lazımdır ki, iş görüşməsinə gələn şəxsin iş başında xidmət göstərməsi məntiqə uyğun deyildir. İkinci olaraq, iddiaçı iddia edir ki, onun barəsində akt yazılarkən, o obyektdə olmamışdır. Bu arqumenti əsassızdır, belə ki, iddiaçının aktı imzalamaqdan və sənədləri qəbul etməsindən imtina barədə özünün Akt-da imzası vardır və bu da onun orda olmasına işarədir. Üçüncü olaraq, iddaçı müvafiq aktda iddiaçı özünün istəyi ilə aktın ona poçtla göndərilməsini istəmiş və iddiaçıya aktın göndərilməsi təmin edilmişdir. Həmin istək iddiaçının öz imzası ilə təsdiq olunur. İddianın ikinci hissəsi ilə bağlı, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2531 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla eyni ünvanda, eyni obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş və “Əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Aktla (xx.xx.2022-ci il DVX № 016576) rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il saat 18:55-də 1 ədəd lülə kabab sifariş verilmiş və ödənilmiş 7 AZN dəyərində NKA çeki vurulmamış və həmçinin aşkar olunmuşdur ki, iddiaçının NKAnın nasaz vəziyyətdədir. Nasazlıq səbəbi isə, xx.xx.2022-ci ildən lisenziyanın bitməsi ilə əlaqədardır və bu səbəbdən həmin çekin bərpa edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli (VÖEN) şəhadətnamə, **********4467 nömrəli, xx.xx.2022-ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar, X3 barəsində əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi, əmək müqaviləsinə xitam verilməsi barədə 6 nömrəli, xx.xx.2022-ci il tarixli əmr, əmək müqaviləsi, xx.xx.2022-ci il tarixli akt təqdim edilmişdir.
7. Cavabdeh etirazını təsdiq edən sübut qismində **********4467 nömrəli, xx.xx.2022ci il tarixli və **********6006 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ları, əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında bildiriş, vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə məlumat, **********9056 nömrəli, xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (ddəyişikliklər) edilməsi haqqında **********2531 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması haqqında Bildiriş”, Vergi ödəyicisi barədə anket məlumatları, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4468 nömrəli və **********6007 nömrəli tələbnamələr, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 016576 nömrəli akt, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 006176 nömrəli akt təqdim edilmişdir.
IV. Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Vergi Məcəlləsinn 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;.. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;..50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:https://e-qanun.az/framework/4694858.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;49.1.6. yeni qərarın qəbul edilməsi. Məhkəmə inzibati işə baxan zaman müəyyən etmişdir ki, iddiaçının bir nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə qəbul edilmiş, iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli qərarda təsvir edilən pozuntunun aşkar edilməsi haqqında akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir, belə olan halda həmin aktda təsvir edilən pozuntuya görə iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması haqqında qərar xx.xx.2022-ci ilə qədər qəbul oluna bilərdi, lakin cavabdeh pozuntunun aşkar edildiyi xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra 40 gün keçdikdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsində göstərilən tələblərə riayət edilmədən, müəyyən edilmiş müddət başa çatdıqdan sonra qəbul edildiyi üçün ləğv edilməlidir. İddiaçının mübahisələndirdiyi digər qərara gəldikdə isə işin faktiki hallarına əsasən iddiaçı göstərilmiş xidmətin əvəzində ödənilmiş məbləğlə bağlı nəzarət-kassa aparatından istifadə etməmişdir, bu barədə 016576 nömrəli xx.xx.2022-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir, həmin akt iddiaçı tərəfindən qeyd-şərtsiz imzalanmışdır, aktda göstərilənlərin həqiqət uyğun olmadığı barədə iddiaçı tərəfindən aktda qeydiyyat aparılmamışdır, habelə işdə olan sənədlərdən göründüyü kimi obyektdə istifadə edilən nəzarət-kassa aparatın lisenziya müddəti xx.xx.2022-ci ildə başa çatmışdır, iddiaçı aktda göstərilənlərin həqiqət olmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, odur ki, məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6006 nömrəli qərarının ləğv edilməsi üçün əsasların olması məhkəmə araşdırılması zamanı müəyyən etməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 noyabr 2022-ci il tarixli **********4467 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova