Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4841/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi-X5, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 20.000 (iyirmi min) manat maddi və 10.000 (on min) manat mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona paylı mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsi ilə üçüncü şəxs qismində cəlb olunmuş X1 qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, hazırki tələblə inzibati orqana müraciət etmədiyini bildirdi və qanunla bunun tələb olunduğunu bilmədiyi üçün iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 035-384/3-3218 №-li xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı əmlakının məhv edilməsi və digər qanunsuzluqlarla bağlı tədbir görülməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, göstərilən faktla bağlı Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılaraq sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə x xxxxxx 2017-ci ildə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən ciayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan Nəsimi rayon prokuroruna, yuxarı və ya məhkəməyə şikayət etmək huququ vardır. Müraciəti cinayət-proessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 007-3985Y-3220 №li, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı, X2 və X1 qanunazid hərəkətləri ilə bağlı daxil olmuş müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmışdır. Araşdırma zamanı ərizədə göstərilən məsələnin mülki xaraqterli olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinin 6/Y-1/10-167/2 №li xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı maddi və mənəvi ziyan vurulması barədə Bakı şəhər İcra hakimiyyətinə daxil olmuş müraciətinə tərəflərindən baxılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 7-ci Sverdlov döngəsi 13 nömrəli binada yerləşən 3 otaqlı paylı mülkiyyət olan mənzildən 1 otaq mülkiyyət hüququ üzrə ona məxsusdur. Mənzilin digər paylı mülkiyyətçisi X3 mənzilinin özünə məxsus hissəsində özbaşına təmir işləri apararaq evin ümumi giriş hissəsindənmüraciətçinin otağına açılan qapı oyuğunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 7-ci Sverdlov döngəsi 13 saylı ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişikliklərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması Qaydaları na uyğun deyildir. Surridin Rəhimov tərəfindən qeyd olunan ünvanda Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq xx xxx 2019-cu il tarixli rəyə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin rəyə hüquq normalarına müvafiq olaraq qiymət verərək, təkrar ekspertiza təyin etməmiş və eyni zamanda qeyd olunan reydən narazılıq bildirilməmişir. Həmin Məcəllənin 103.1 -ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən 7-cı Sverdlov döngəsi, 13 saylı ünvanda qonşusu S.Rəhimov tərəfindən bağlanmış qapı oyuğu onun vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Cavabdeh S.Rəhimov həmin qərardan apelyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Hazırda Nəsimi Rayon Məhkəməsinin rayon icra hakimiyyətinin ona maddi və mənəvi ziyan vurmadığı, ona görə də maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qonşusuna qarşı iddia ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 20.000 (iyirmi min) manat maddi və 10.000 (on min) manat mənəvi ziyanın tutulması tələb edilsə də, bu tələblə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət edilməmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4841/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4841/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver