Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4845/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinə qarşı qərarın ləğvi və s. tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********88900 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Cəmiyyət”) xx.xx.2023-cü il tarixli, 02 nömrəli Ümumi Yığıncağının qərarına əsasən, Cəmiyyətin qısaldılmış adı “X15” söz birləşməsinin baş hərflərinə uyğun olaraq "xxxx" MMC kimi müəyyən edilmiş və bununla bağlı Cəmiyyətin yeni redaksiyada təsdiq olunmuş Nizamnaməsində dəyişiklik edilmişdir. Bununla əlaqədar olaraq, Cəmiyyətin dövlət reyestrində qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatı edilməsi ilə bağlı tərəflərindən xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinə müraciət edilmişdir. Lakin, müvafiq dəyişiklik faktının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və X13 Qeydiyyatı İdarəsi tərəfindən “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023 cü il tarixli, **********680000 nömrəli qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində tərəflərindən həmin sözügüdən qərardan yuxarı inzibati orqana (Dövlət Vergi Xidmətinə (“DVX”)) inzibati şikayət göndərilmiş və qərarın ləğv edilməsi xahiş olunmuşdur. Buna uyğun olaraq, DVX tərəfindən inzibati şikayətdə qeyd olunanların araşdırılması zamanı “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, iddiaçının səlahiyyətli nümayəndəsi DVX-nın inzibati binasına dəvət olunmuş və məsələ ilə bağlı müvafiq izahatı alınmışdır. İddiaçının səlahiyyətli nümayəndəsinin də, araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında da, qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixli qərarda qısaldılmış adla bağlı qeyd edilən müddəaların imtina üçün tamamilə əsassızdır və qanunvericiliyə uyğun olmayan şəkildə analiz edilmiş və qiymətləndirilmişdir. Belə ki, istinad edilən normalarda qısaldılmış adla bağlı hər hansı qadağanedici norma yoxdur və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, eləcə də Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 nömrəli əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydası və digər qanunvericilik aktlarında qısaldılmış adla bağlı hər hansı tələb mövcud deyil. Lakin, cavabdeh deyilənlərlə razılaşmayaraq, İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli, **********988900 nömrəli qərar çıxarmış və aşağıdakı əsaslara istinad edərək inzibati şikayəti təmin etməmişdir: DVX-nin 1-ci mövqeyi- Hüquqi şəxsin adı hüquqi şəxsin nizamnaməsində mütləq qeyd olunan və X13 reyestrinə daxil edilən məlumatdır. Həmçinin, X13 reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır, onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Eyni zamanda qeyd edilməlidir ki, heç bir normativ hüquqi aktda hüquqi şəxsin qısaldılmış adının nizamnamədə əks olunması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Onların bununla bağlı 1-ci mövqeyi - cavabdeh heç bir normativ hüquqi aktda hüquqi şəxsin qısaldılmış adının nizamnamədə əks olunması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığını qeyd etmişdir. Lakin, Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin 3.2-ci hissəsində “Qısaldılmış ad”-a dair məlumat tələb olunur. Eyni zamanda, Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 nömrəli əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydasının 3cü hissəsində belə bir cümlə qeyd edilmişdir: “3. Kommersiya qurumunun adı” bölməsində müvafiq sətirlərdəki xanalara qurumun tam adı (sətir 3.1) və qısaldılmış adı (sətir 3.2) qeyd edilir. Belə olan halda, Dövlət Vergi Xidməti bir tərəfdən kommersiya qurumuna öz qısaldılmış adını müəyyən etmək hüququ verir, digər tərəfdən isə qanunla tənzimlənməyən və qadağan edilməyən məsələ ilə bağlı onların hüquqlarını məhdudlaşdırır. DVX-nın 2-ci mövqeyi odur ki, “Nizamnamədə hüquqi şəxsin qısaldılmış adının qeyd edilməsi həmin adın X13 reyestrinə daxil edilməsi anlamına gəlmir. Belə olan halda Dövlət Vergi Xidməti tərəfindən qurumun qısaldılmış adının mühafizəsi təmin olunmur, yalnız reyestrə daxil edilmiş məlumatların mühafizəsi təmin edilir.” Cavabdehin həmin mövqeyi ilə bağlı onların mövqeyi odur ki, cavabdeh qeyd edir ki, qısaldılmış adın reyestr məlumatı hesab edilmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən qurumun qısaldılmış adının mühafizəsi təmin olunmur. Lakin, bildirirlər ki, Dövlət Vergi Xidməti tərəfindən qısaldılmış adın mühafizəsinə dair mexanizminin olmaması Dövlət Vergi Xidmətinin öhdəliyində olan məsələdir və bu hal onlara Cəmiyyətə bu məlumatı öz Nizamnaməsində qeyd etməyi məhdudlaşdırmaq hüququ vermir. DVX-nin 3-cü mövqeyi odur ki, Hüquqi şəxsin qısaldılmış adının reyestrə daxil edilməməsi gələcəkdə "xxxx" MMC adında hüquqi şəxsin təsis edilməsinə, bu hal isə haqsız rəqabətə və nəticədə məhkəmə mübahisələrinə səbəb ola bilər. Belə ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsinə rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlər olaraq yol verilmir. Bununla bağlı mövqelər ondan ibarətdir ki, maddədə “firma adı” ifadəsi qeyd edilmişdir, yəni bu halda, qısaldılmış adla bağlı qadağanedici norma yoxdur. Digər məsələ isə haqsız rəqabətlə bağlı məsələləri tənzimləyən müvafiq orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Yəni, Dövlət Vergi Xidməti öz səlahiyyətinə aiddiyyatı olmayan məsələ ilə bağlı münasibət bildirmişdir. Əlavə olaraq qeyd edirlər ki, əksinə, ilkinlik hüququna istinad edərək, "xxxx" MMC adlı hüquqi şəxs təsis edildiyi təqdirdə, onların qısaldılmış adlarından, əmtəə nişanlarında qeyd edilmiş “ALP” sözündən istifadə etməklə istehlakçıları çaşdırıraq rəqabətdə üstünlük əldə edərək haqsız rəqabətə yol veriləcəkdir. DVX-nın 4-cü mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardı. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 50.3-cü maddəsinə əsasən başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. Bununla bağlı mövqeləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, eləcə də Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 №-li əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydası və digər qanunvericilik aktlarında qısaldılmış adla bağlı hər hansı tələb yoxdur. Əlavə olaraq, qeyd etmək istəyirlər ki, praktikada bir çox hüquqi şəxslərin (publik hüquqi şəxslər, qeyri-kommersiya hüquqi şəxslər də daxil olmaqla) Nizamnamələrinə diqqət yetirsələr, onların da, qısaldılmış adları müəyyən edilmişdir. Misal olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.4-cü maddəsi aşağıdakı kimidir: 1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: tam halda - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti; qısaldılmış halda - "xxxx" QSC. Nəzərə çatdırırlar ki, "xxxx" QSC-nin qısaldılmış adı kimi müəyyən edilən "xxxx" ifadəsinin Cavadehə məxsus https://www.etaxes.gov.az/ saytından Hüquqi adın yoxlanılması bölməsi seçildikdə, "xxxx" adlı hüquqi şəxs təsis etmək mümkün olduğu qeyd edilir. Yəni, oxşar hal "xxxx" QSC-də də, baş verə biləcəyi üçün o, zaman Dövlət Vergi Xidməti tərəfindən onun qısaldılmış adının "xxxx" QSC kimi müəyyən edilməsinə imkan verilməzdi. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Digər bir misal, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.8-ci bəndində də qısaldılmış ada dair məlumat görmək mümkündür: 1.8. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: 1.8.1. tam halda - "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.8.2. qısaldılmış halda - "xxxx" ASC; 1.8.3. ingilis dilində tam adı - “X3” X20 Company; 1.8.4. ingilis dilində qısaldılmış adı - “AİC” OJSC. Burada isə vəziyyət "xxxx" QSC-dən fərqlidir, belə ki, Cavadehin təqdim etdiyi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi elektron xidmətində araşdırma edərkən məlum olur ki, hal-hazırda xx.xx.2006cı il tarixindən dövlət qeydiyyatında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mövcuddur. Bu o deməkdir ki, Cavabdeh gələcəkdə "xxxx" MMC ilə "xxxx"ASC arasında haqsız rəqabət halı və məhkəmə mübahisəsi yaranmayacağını güman edərək "xxxx"ASC-nin qısaldılmış adının Nizamnaməsində qeyd edilməsinə etiraz etmir. Yuxarıdakı əsasları gətirərək məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının da, qısaldılmış adı eynilə "xxxx" QSC və "xxxx" ASC-nin Nizamnaməsində qeyd edildiyi kimi, “X15” söz birləşməsinin baş hərflərinə uyğun olaraq "xxxx" MMC kimi müəyyən edilmişdir. Bu səbəbdən, digər hüquqi şəxslərdə belə imkan yaradıldığı halda, Cəmiyyətin qısaldılmış adının "xxxx" MMC kimi müəyyən edilməsinin hansı qanunvericilik aktına zidd olması onlar üçün naməlum qalmaqda davam edir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsi ilə əvəz edilməsi və iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərarının ləğv edilməsi, “X15 Hüquq Şirkəti” MMC-nin Nizamnaməsində qısaldılmış ad olaraq "xxxx" MMC” kimi qeyd edilməsinin təsdiq edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Cəmiyyətin təsisçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat orqanına ərizə ilə müraciət edilmişdir. Ərizəyə xx.xx.2023-cü il tarixli təsisçilərin ümumi yığıncağının qərarı, yeni redaksiiya nizamnamə, xx.xx.2023-cü il tarixli təsis paylarının alqı-satqı müqaviləsi və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Təqdim edilən sənədlər araşdırılan zaman aşağıda göstərilən səbəbdən Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi nəticəsinə gəlinmişdir. Belə ki, araşdırma zamanı “X15 Hüquq Şirkəti” MMC-nin xx.xx.2023-cü il tarixli təsis paylarının alqı-satqı müqaviləsinə əsasən tətisçi dəyişikliyi baş verməsinə baxmayaraq Cəmiyyətin ümumi yığıncağı xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Bundan əlavə hüquqi şəxsin nizamnamə kapitalında pay əldə etmiş X10 baş vermiş dəyişikliklərlə bağlı yeni redaksiyada nizamnamənin təsdiq edilməsi ilə bağlı keçirilmiş ümumi yığıncaqda iştirak etməmiş və ümumi yığıncağın qərarını imza etməmişdir. Cəmiyyətin Nizamnaməsinin 9.1.1-ci bəndinə müvafiq olaraq ümumi yığıncağın qərarları təsisçilər tərəfindən qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3.1-ci maddəsinə və Cəmiyyətin nizamnaməsinin 9.1.2-ci bəndinə müvafiq olaraq Cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir və Cəmiyyətin nizamnaməsinə dəyişiklik ümumi yığıncağın qərarı ilə təsdiq edilir. Həmçinin, Cəmiyyətin dövlət qeydiyyatına alınmış adının “X15 Hüquq Şirkəti” MMC olmasına baxmayaraq təsisçilərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarında və Cəmiyyətin yeni redaksiyada təsdiq olunmuş nizamnaməsində Cəmiyyətin qısa adı kimi "xxxx" MMC göstərilmişdir. Məcəllənin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Məcəllənin 50.3-cü maddəsinə görə isə başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasdır. “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.3-1.6-cı maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla) işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. “X15 Hüquq Şirkəti” MMC-nin ümumi yığıncağının 02 nömrəli 17 avqust 2023cü il tarixli Qərarına əsasən Cəmiyyətin qısaldılmış, ingiliscə və ingiliscə qısaldılmış adlarının aşağıdakı kimi müəyyən olunması qərara alınmışdır: - Cəmiyyətin qısaldılmış adı – "xxxx" MMC; - Cəmiyyətin ingiliscə tam adı – “X15 Law Firm” Limited Liability Compnay” – Cəmiyyətin ingiliscə qısaldılmış adı – “ALP LAW Firmk” LLC, cəmiyyətin təsisçisi İlqar Ələkbərova məxsus 37.50 manat, 7.5 pay, 75 % pul şəklində olan payın 5.00 manat, 1 pay şəklində 10 %-i Elxan Əskərova satılsın və Elxan Əskərovun 5.00 manat, 1 pay şəklində 10% pul şəklində Cəmiyyətin təsisçisi hesab edilsin. Qərar Cəmiyyətin təsisçiləri X11 və X12 tərəfindən imzalanmışdır.
9. “X15 Hüquq Şirkəti” MMC-nin Ümumi Yığıncağının 03 nömrəli 26 avqust 2023cü il tarixli Qərarına əsasən 25 avqust 2023-cü il tarixli Təsis payının alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyətin təsisçisi X7 özünə məxsus 37.50 manat, 7.5 pay, 75 % pul şəklində olan təsisçilik payının 6.5 paydan ibarət 65 %-lik hissəsinin öz mülkiyyətində saxlanılmaqla 5.00 manat, 1 pay şəklində 10 %-lik hissəsini X1. X8 5.00 manat, 1 pay şəklində 10 % pul şəklində Cəmiyyətin payını almış və Cəmiyyətin təsisçisi olmuşdur.
10. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 20240681 nömrəli X4 əsasən əmtəə nişanının sahibi “X15 Hüquq Şirkəti” Məhdudd Məsuliyyətli Cəmiyyətidir. İddia sənədinin nömrəsi 2023 03373, ilkinlik tarixi - xx.xx.2023, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti -xx.xx.2023, ƏXTB üzrə siniflər 45, dövlə reyestrində qeydiyyat tarixi xx.xx.2024 olmuşdur.
11. Cavabdehin xx.xx.2023-cü il tarixli **********680000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarına əsasən “X15 Hüquq Şirkəti” MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28 noyabr 2023-cü il tarixli **********988900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən “X15 Hüquq Şirkəti” MMC-nin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasında imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərardan Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Milli Gəlirlər Baş İdarəsinin X13 qeydiyyatı idarəsinin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədn saxlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən birinci tələb üzrə mübahisələndirmə, ikinci tələb üzrə isə məcburetmə haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair, inzibati şikayətinin təmin edilməməsi barədə 28 noyabr 2023-cü il tarixli qərardan sonra, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli qərarı iddiaçıya təqdim etməsi ilə bağlı hər hansı bir sübut aşkar olunmamışdır. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 50-ci (Hüquqi şəxsin adı) maddəsinə əsasən: 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. 50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. 50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
29. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması ‘‘X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qanunun 11-ci maddəsinin (Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı) tələblərinə əsasən: 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. Həmin Qanunun 14-cü maddəsinə (dövlət reyestrinə daxil edilən məlumatlar) əsasən: 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilatihüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.
30. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 23-cü maddəsinə əsasən Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir. Həmin Məcəllənin 23-cü maddəsinə (Müştərilərin çaşdırılması və aldadılması) əsasən: 23.1. Aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir: ... 23.1.4. məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi; ...
31. Beləliklə işin hallarından göründüyü kimi, iddiaçı Cəmiyyətin Ümumi Yığıncağının 02 nömrəli 17 avqust 2023-cü il tarixli Qərarına əsasən Cəmiyyətin qısaldılmış, ingiliscə və ingiliscə qısaldılmış adlarının müvafiq olaraq "xxxx" MMC; “X15 Law Firm” Limited Liability Company”, “ALP LAW Firm” LLC şəklində müəyyən olunması qərara alınmışdır. İddiaçı bununla bağlı Nizamnaməsində qeydə alınmış dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bu adın mülki dövriyyə istehlakçılarda çaşqınlıq yaradaraq, haqsız rəqabətə səbəb ola biləcəyi əsas gətirilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir.
32. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində belə qənaətə gəlir ki, cavabdehin mübahisəli qərarı qanuni və əsaslı olmuşdur.
33. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, hüquqi şəxsin dövlət reyestrində daxil edilməli olan məlumatlarının siyahısı qanunvericilikdə dəqiq təsbit olunmuşdur və həmin siyahıda hüquqi şəxsin qısaldılmış adının dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçı Cəmiyyətin adına qısaldılmış adı ilə birlikdə semantik və vizual cəhətlərdən nəzər yetirdikdə müəyyən edilir ki, Cəmiyyətin firma adı olan “X15 Hüquq Şirkəti” MMC və qısaldılmış adı olan "xxxx" MMC-nin semantik əlaqə və vizual cəhətdən bir birinə yaxın olmaması onlar barəsində istehlakçılarda çaşqınlıq yaratmaqla, bir-birindən əlaqəsiz fərqli hüquq şirkətləri olması ilə bağlı təəssürat yarada bilmə ehtimalı olduqca böyükdür və Cəmiyyətin qısaldılmış adı qanunvericiliyin tələblərinə əsasən dövlət reyestrində daxil edilməli olan məlumat olmadığından cavabdeh orqan haqlı olaraq mümkün ehtimal kimi hesab etmişdir ki, bu hal gələcəkdə Cəmiyyətin qısaldılmış adı ilə eynilik təşkil edən hüquqi şəxsin təsis edilməsinə, bununla da, haqsız rəqabətə səbəb ola bilər.
34. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasında istinad edilmiş, həmçinin iş materiallarına əlavə edilmiş bir çox publik hüquqi şəxs və qeyri-kommersiya hüquqi şəxslərin nizamnamələrinə nəzər yetirdikdə müəyyən edilir ki, həmin hüquqi şəxslərin qısaldılmış adları, ya onların ingiliscədən baş hərflərindən ibarətdir, ya da ki, həmin qısaldılmış adlarda semantik əlaqə və vizual cəhətdən oxşarlıq mövcuddur. İddiaçı Cəmiyyətin Ümumi Yığıncağının qərarı ilə qəbul edilmiş qısaldılmış adda isə, sadalanmış hallar (məsələn, iddiaçının qısaldılmış adı firma adının bütün hərflərindən ibarət olacaq şəkildə, yəni, "xxxx"xxxx"xxxx" MMC şəklində müəyyən edilməklə yalnız ilk üç sözün baş hərflərindən istifadə edilmişdir, eyni zamada yuxarıda da, qeyd edildiyi kimi firma adı ilə qısaldılmış ad arasında semantik əlaqə və vizual oxşarlıq yoxdur) mövcud deyildir.
35. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə etməlidir.
36. Odur ki, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə olan təqdirdə, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməsin.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva