Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4846/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və Bakı şəhəri 19 saylı Birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 sentyabr 2019cu il tarixli, № xxxxxxxQ00002 reyestr nömrəli qərarı əsasında ona, yəni İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə, məhkəmədən, cavabdeh Agentliyin xx.xx.2021-ci il tarixli xxxxxxx0009 №-li qərarı ilə ona yəni xx.xx.1974-cü ildə doğulmuş İddiaçı ümumi əsaslarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Qaradağ RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək BAÜKM, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə, xx.xx.1994-xx.xx.1994-cü illərdə Ağdam istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Ağdam istiqamətində gedən döyüşlərdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlə iştirak etmişdir. 1994-cü ilin fevral ayında odlu silah qəlpə partlaması nəticəsində ağır yaralanmışdır. Partlayış nəticəsində başının təpə nahiyəsində bir ədəd, sağ alın qabarı nahiyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin arxa səthində zədə almışdır. Zədələnməyinə baxmayaraq, müalicə olunaraq, hərbi xidmətini davam etdirmiş, 708, 918, N saylı hərbi hissələrdə “gizir” qismində hərbi xidmət keçmiş və azadlıqdan mərhum edildiyinə görə ehtiyata buraxılmışdır. xx.xx.2008-ci il tarixdən SHXÇDX-nin Qaradağ rayon idarəsində hərbi qeydiyyatda olmuşdur. O, 02 fevral 2017-cı il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzininin Nevrologiya şöbəsində müayinə olunmuşdur və ona “üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə F07.0 ” diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində məhkəmə-tibbi müayinə olunmuşdur. Tibbi müayinənin nəticələrinin əks olunduğu 163 nömrəli aktı, SHXCDX-nin Qaradağ rayon idarəsinin xx.xx.2019-cu il tarixli 7 nömrəli göndərişi, xx.xx.2019-cu ilin 68 nömrəli arayışı, iki nəfər keçmiş hərbi qulluqçuların şahid ifadəsi əsasında Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 13 sentyabr 2019-cu il tarixli, № 1JQJBUVQ00002 reyestr nömrəli qərarı qəbul olunmuşdur. Həmin qərarla onun aldığı xəsarətlər “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır“ olaraq qeyd edilmişdir. Sözügedən qərar əsasında ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin ona cavabdeh Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ümumi xəstəlik (“üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu anamnezində özünə xəsarət yetirmələr F07.0 diaqnozu ilə”) səbəbi ilə müddətsiz olaraq, üçüncü dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən göndərilmiş № 0042003AACAU saylı forma 88 ilə xx.xx.2020-ci il tarixində cavabdeh quruma təkrar müraciət edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyin və konstitutiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum tərəfindən müraciətinə baxılaraq, ona xəstəliyinin ağırlıq dərəcəsinin, funksional pozğunluğu qeyd edilməyi üçün əlillik təyinatı aparılmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Agentlik və üçüncü şəxs Bakı şəhəri 19 saylı Birləşmiş şəhər Xəstəxanası tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, Bakı şəhər Qaradağ RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı 1993-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi xx.xx.2019-cu il tarixdə MN MHHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) bəndinə əsasən “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir və qərarın bir nüsxəsi vətəndaşın özünə verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. İddiaçı travma alması barədə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin müayinəsinə dair xx.xx.2019-cu il tarixli, K/163-29 nömrəli aktda onda “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində 1 ədəd, başın sağ alın qabarı nahiyyəsinin 1 ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu ilə olan xəsarət müəyyən edilmişdir. Bu səbəbdən də ona dair MN MHHK-nın xx.xx.2019-cu il tarixli 717 nömrəli qərarda həmin diaqnozla olan travmanın səbəb əlaqəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yaranma vaxtı, ləğv olunması və digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə daxil deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh Agentliyin xx.xx.2021-ci il tarixli xxxxxxx0009 №-li qərarı ilə ona ümumi əsaslarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
İşin halları.
İş materiallarında olan; AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 sentyabr 2019-cu il tarixli, xxxxxxxQ00002 reyestr nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Qaradağ RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə - tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur: - diaqnoz: “Odlu silah qəlpə partlamasından sonrakı başın təpə nahiyyəsində bir ədəd, başın sağ alın qabarı nahiyyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa sathində bir ədəd, sol baldırın aşağı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ rayon idarəsinin xx.xx.2019-cu il tarixli 7 nömrəli göndərişi, xx.xx.2019-cu ilin 68 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 163 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Agentlik tərəfindən İddiaçı ünvanlanmış aşağıdakı: - **********7 №-li, xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq onun əlillik vəziyyətinin dövlət səhiyyə müəssisəsinin 0042003AAB5P nömrəli göndərişi əsasında xx.xx.2019-u ildə qiymətləndirilmiş və ümumi səbəbdən 3-cü dərəcə əlillik barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0042003AACAU nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və natamam doldurulması barədə qərar qəbul edilmişdir. Ona dair Bakı 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0042003AACAU nömrəli göndərişdə xəstəliyin ağırlıq dəörəcəsi, funksional pozğunluq qeyd edilmədiyi üçün əlillik təyinatının aparılması mümkün olmamışdır. Bununla əlaqədar səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub sağlamlıq vəziyyətinin tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyiə uyğun olaraq qiymətləndiriləcəkdir. - **********9 №-li, xx.xx.2022-ci il tarixli məktubda Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparıldığı bildirilmişdir. - **********8 №-li, xx.xx.2022-ci il tarixli məktubda ona xx.xx.2021-ci ildən 2.4.4 bəndinə müvafiq olaraq “Ümumi xəstəlik” səbəbi ilə əlaqədar müddətsz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edildiyi bildirilmişdir. Bakı şəhərti 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 0042003AACAU saylı göndərişində İddiaçı xəstəliyinin əsas diaqnozu: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyin travmatik xəstəliyi nəticəsində psixi pozuntu anamnezində özünə xəsarət yetirmələrlə; Ağırlaşma- Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyin travmatik xəstəliyi nəticəsində psixi pozuntu, anamnezində özünə xəsarət yetirmələrlə; Yanaşə xəstəliklər: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş Odlu siah mərmi partlamasından sonrakı başın təpə nahiyəsində bir ədəd, başın sağ alın qabarı nahiyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd sol baldırın 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar.1993cü ilin fevral ayında döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanmanın nəticələri. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 717 nömrəli qərarına əsasən “Hərbi travmadır-AR-nın Müdafiəsi zamanı alınmışdır. TSEKə göndərilməsi üçün əsas - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. Agentliyin Tibbi-sosial ekspert komissiyasının **********9 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0042003AAB5P nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirilmiş və ona Ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod); - Vətəndaşın əlillik təyinatının səbəb-əlaqəsi müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 717 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından (1993) sonrakı başın təpə nahiyyəsində bir ədəd, başın saq alın qabaq nahiyyəsində bir ədəd, saq əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol baldırın aşağı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumala H diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünə xəsarətlər etdiyini bildirsə də, nahiyyələri göstərə bilməmişdir. Baş travması keçirdiyini qeyd etsə də, Hərbi qərarda bu barədə məlumat qeyd olunmamışdır. Kəskin və qeyri-adekvat davranış elementləri, emosional-iradi pozuntular, impulsivlik, aqressivlik, "Bütün tanınmış adamlar məni tanıyır" deyə dominant, özünü böyütmə fikirləri müşahidə olunmuşdur. X8 xx.xx.2022-ci il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsində - Postravmatik mənzərə, həcmli presses qeyd olunmamışdır. Hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəbəlaqəsi təsdiqlənmədiyindən nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı aid aşağıdakı; - xx.xx.2018-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəs…..Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu…Meyar: imtina edilir….İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Müayinə və müalicənin davam etdirməli. - xx.xx.2019-cu il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsi…..Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu anamnezində özünə xəsarət yetirmələr ilə…..…Meyar: Üçüncü dərəcə əlillik=> 2.3.9 uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və pisxopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) - xx.xx.2020-ci il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsi…..Diaqnozun mətni: Baş beyin travmatik xəstəliyi nəticəsində psixi pozuntu, anamnezində özünə xəsarət yetirmələrlə. Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyəsində bir ədəd başın sağ alın qabarı nahiyəsində bir ədəd, sağ əlin V daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol baldırın 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxuması…Meyar: İmtina edilir..İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: TSEK-ə göndərilən zaman xəstəliyin ağırlıq dərəcəsi, funksional pozğunluqlar qeyd edilməyib. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0009 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində…..Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyin travması nəticəsində uzun gedişli psixi pozuntular, hallüsinator hipomanikal sindrom….Meyar: 2.2 ikinci dərəcəli əlillik=>2.4.4 emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən kəmağıllıq (demensiya) (F6……. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğuntusu, Üzvi mənşəli (travma mənşəli) şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə….İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb:Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0010 №-li qərarının surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlilliyinin qiymətləndirilməsindən göndərişin natamam doldurulması səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 149/2023 saylı (ekspertizanın başlanma tarixi 15 fevral 2023-cü il, başa çatma tarixi 13 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1.2.3. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəs... Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyin travması nəticəsində uzun gedişli psixi pozuntular, hallüsinator hipomanikal sindrom....” diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin xəstəliklərlə əlaqədar hazırda onun ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur. 4.5.6. İddiaçı xx.xx.2021-ci il tarixli, xxxxxxx0009 akt JVb-li qiymətləndirmə nəticəsinə əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 bəndinin 2.4.4 yarımbəndinə uyğun olaraq ümümi xəstəlik səbəbi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.
5. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, xxxxxxxQ00002 reyestr nömrəli qərarında əks olunmuş xəsarətlərin hal-hazıda onda izi müəyyən olunur.
Məhkəmənin mövqeyi.
İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. İddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsini tələb etmişdir. Ekspert rəyindən müəyyən olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, xxxxxxxQ00002 reyestr nömrəli qərarında əks olunmuş xəsarətlərin hal-hazıda onda izi müəyyən olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” əbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir,əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1JQBUYQ000022 saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli xxxxxxx0009 №-li qərarı ilə xx.xx.1974-cü ildə doğulmuş İddiaçı ümumi əsaslarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş İİ qrup əlillik dərəcəsinin “səbəb”nin dəyişdirilərək, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev