Məhkəmə qərarları › İş №2-1(112)-4849/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4849/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4849/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Sənan Xaliq oğlu İmanovun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı olmadan, iddiaçı Qasımova Aynurə Ələddin qızının cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbə bələdiyyəsinə qarşı torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və vergi ödəyicisi kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qasımova Aynurə Ələddin qızı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivi, Murad Mirzəyev küçəsində yerləşən 390 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı vergi uçotu kitabında təsərrüfat qeydiyyatına salınması və vergi ödəyicisi kimi qeydiyyata alınması və vergi ödəyicisi kimi qeydiyyata alınmış Alı Qasımovun vergi ödəyicisi kimi vergi uçotundan çıxarılmasının cavabdehəin üzərinə qoyulması tələbibarədə iddia ərizəsi iləmüraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə 29 mart 2010-cu il tarixdə rəsmi nigahılarını bağlamış, ailə qurmuşdurlar. İddiaçıya atası tərəfindən Sabunçu rayonu, Pirşagı qəsəbəsi, bağ massivi, Murad Mirzəyev küçəsində 390 kv.m olan torpaq sahəsi alınmışdır. Qeyd olunan torpaq sahəsində iddiaçının atası tərəfindən usta olduğu üçün ümumi sahəsi 37,84 kv.m olan fərdi yaşayış evi tikilmişdir. Həmin tikiliyə 08.07.2011-ci il tarixdə “mülkiyyətçi MMC tərəfindən fərdi yaşayış evi barədə qiymətləndirmə rəyi verilmişdir. 2013-cü ildə Pirşagı bələdiyyəsi tərəfindən X3 arayış verilmiş və arayışda vergi uçotu kitabında 577 nömrəli təsərrüfat qeydiyyatının olması və vergi borcunun olmaması göstərilmişdir. X5 05 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun vergi ödəyicisi kimi qeydiyyata alınmasını, torpaq sahəsinin iddiaçının adına sənədlədirilməsini xahiş etsə də, xahişi təmin edilməmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri Şakir Quliyev iddiaya dair münasibət bildirərək məhkəməyə ünvanladığı 25 iyun 2020- ci il tarixli, 205 nömrəli məktubunda göstərmişdir ki, İddiaçı 11.03.2020-ci il tarixili müraciətinə əsasən Pirşağı qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən 390 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə vergi ödəyicisi kimi qeydiyyata alınmış, dövlət səviyyəsində məlumatları hazırlayıb sənədləşməyə göndərilmişdir. X6 isə oğlu Qasımov Səlim Alı oğlu vəfat etdikdən sonra 12.11.2019-cu il tarixdə onun adına olan torpaq sahəsinə və əmlakına olan vergi borcunu ödəyib. Hal-hazırda vergi ödəyicisi İddiaçıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddia ərizəsindən göründüyü kimi onun iddia tələbi 05 oktyabr 2019-cu il tarixdə vəfat etmiş əri X3 Pirşağı bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsi ilə bağlıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə onu da qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların addan-ada keçirilməsi cavabdeh Sabunçu rayonu Pirşagı Bələdiyyəsinin səlahiyyətlərinə aid deyildir.Bundan başqa torpaq sahəsinin mərhum X2 adına verilməsinə dair heç bir sənəd(qərar, icarə müqaviləsi və s.) məhkəməyə təqdim edilməmişdir. Lakin hal-hazırda iddiaçının Pirşağı qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən 390 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə vergi ödəyicisi kimi qeydiyyata alınması faktı cavabdeh tərəfindən təsdiq edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qasımova Aynurə Ələddin qızının cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivi, Murad Mirzəyev küçəsində yerləşən 390 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi nvə torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı vergi uçotu kitabında təsərrüfat qeydiyyatına salınması və vergi ödəyicisi kimi qeydiyyata alınması və vergi ödəyicisi kimi qeydiyyata alınmış Alı Qasımovun vergi ödəyicisi kimi vergi uçotundan çıxarılmasının cavabdehin üzərinə qoyulması tələbibarədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Qasımova Aynurə Ələddin qızının Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivi, Murad Mirzəyev küçəsində yerləşən 390 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi nvə torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı vergi uçotu kitabında təsərrüfat qeydiyyatına salınması və vergi ödəyicisi kimi qeydiyyata alınması və vergi ödəyicisi kimi qeydiyyata alınmış Alı Qasımovun vergi ödəyicisi kimi vergi uçotundan çıxarılmasının cavabdehəin üzərinə qoyulması tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar