Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-485/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin məhkəmə iclasına başlanılmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 25.02.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə icraat şəxsin hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 19.09.2020-ci il tarixli 1393 nömrəli məktubundan görünür ki, 14.02.2020-ci il tarixdə ölmüş İddiaçı miras qalmış əmlaka dair 2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisi müraciət daxil olmuş 37/2020 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı miras qalmış əmlaka arvadı X1 vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 29.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş üzrə icraat təzələndikdən sonra məhkəmə iclasları 23.02.2021-ci il, 27.04.2021-ci il və 07.09.2021-ci il tarixlərə təyin edilmişdir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçı iş üzrə təyin edilmiş 23.02.2021ci il, 27.04.2021-ci il və 07.09.2021-ci il tarixli məhkəmə iclaslarına gəlməmiş və səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, Emin Əliyev 1 ünvanına 23.02.2021-ci il, 27.04.2021-ci il və 07.09.2021-ci il tarixli məhkəmə iclaslarının vaxtı barədə iddiaçının hüquqi varisinə məhkəmə bildirişi göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi iddiaçının hüquqi varisi tərəfindən 18.08.2021-ci il tarixdə qəbul edilmişdir. 07.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı iddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfin izahatını dinləyərək hesab etdi ki, iddia geri götürülmüş sayılmalı və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.04.2014-cü il tarixli Qərarında müəyyən olunmuşdur: “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır”. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab edilməsi onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(112)-485/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-485/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver