Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-485/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə ona güzəştli şərtlərlə pensiyanın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. 10 yanvar 1980-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq, müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. 15 fevral 2022-ci il tarixdə müraciətinə cavab olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulan 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəməyə təqdim etdiyi iddia ərizəsində “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən sənədlərə əsasən o, 01 sentyabr 1993-cü il tarixdən 24 mart 2002-ci il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı, xx.xx.2008-ci il tarixdən "xxxx" MMC-də quraşdırıcı, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə qaynaqçı vəzifəsində çalışmışdır. Eyni zamanda X4 xx.xx.2021-ci il tarixli arayışına əsasən o, xx.xx.2003-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci illərdə həmin müəssisədə qaynaqçı, xx.xx.2014-xx.xx.2014-cü illərdə qaynaqçı köməkçisi, xx.xx.2014xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2020-xx.xx.2020-ci illərdə isə həmin müəssisədə yenidən qaynaqçı peşəsində çalışmışdır. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi Bakı bələdçilər ehtiyat idarəsində, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1993cü ilə kimi isə Bakı vaqon deposunda sərnişin vaqonunun bələdçisi vəzifəsində işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən o, xx.xx.1986xx.xx.1988-ci illərdə “Neft Daşları” Neft və qazçıxarma idarəsində hazırlanma briqadasının operatoru vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin iddiaçıya dair 10 iyun 2021-ci il tarixli 171 L nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajı haqqında məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 9 ay 11 gün (xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci mədəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda sadalananları, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini nəzərə alaraq sizdən İddiaçı 2-1(112)-13412/2022 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1961ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1980-ci ildə işə qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildən işdən azad edilmişdir. xx.xx.1983-cü ildə montajçı qəbul edilmiş, xx.xx.1985-ci ildə azad edilmişdir. xx.xx.1985-ci ildə qatar bələdçisi təyin edilmiş, xx.xx.1986cı tarixdə azad edilmişdir. xx.xx.1986-cı ildə operator vəziəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə qatar bələdçisi işləmiş, xx.xx.1990-cı ildə işdən azad olunmuşdur. xx.xx.1990-cı ildə üçüncü dərəcəli qaynaqçı qəbul edilmiş, xx.xx.1991-ci ildə azad edilmişdir. xx.xx.1991-ci ildə qatar bələdçisinin təcrübəçisi qəbul edilmiş, xx.xx.1993-cü ildən işdən azad olunmuşdur. xx.xx.1993-cü ildə işə qəbul edilmiş, xx.xx.1993cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" 2-ci sahədə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilib, xx.xx.1994-cü ildə 4-cü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə attestasiya ilə 5-ci dərəcəli qaz qaynaqçısından 6-cı dərəcəli qaz qaynaqçısına keçirib, xx.xx.1997-ci ildə köçürmə yolu ilə 2 nömrəli MSQQ-nə keçirilib, xx.xx.1997-ci ildə işdən azad edilib, xx.xx.1998-ci ildə “AzKKZT”1 nömrəli QQİ-də 1-ci sahəyə 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilib, xx.xx.1998-ci ildə 2-ci sahəyə 4-cü dərəcəli qazla kəsmə ixtisası verilib, xx.xx.2000-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı işinə keçirilib, xx.xx.2000-ci ildə 6-cı dərəcəli əl qaynaqçısı vəzifəsinə keçirilib, xx.xx.2002-ci ildə işdən azad edilib, xx.xx.2002-ci ildə “AzNRZT” 2 saylı İ.Q.İ.-də quraşdırma sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilib, xx.xx.2002-ci ildə işdən azad edilib, xx.xx.2003-də "xxxx" B.M.-də Səngəçal terminalının genişləndirilməsi layihəsinə müvəqqəti olaraq nəzərdə tutulmuş işlərin sonunadək qaynaqçı işinə qəbul edilib, xx.xx.2005-ci ildə istehsalat zərurəti ilə əlaqədar Azf- 066 şifrəli Şahdəniz Layihəsinə keçirilib, xx.xx.2005-ci ildə işdən azad edilib, xx.xx.2005-ci ildə "xxxx" ASC-də qaynaqçı işinə qəbul edilib, xx.xx.2008-ci ildə işdən azad edilib, xx.xx.2008-ci ildə "xxxx" MMC-də Cəmiyyətin tikinti və montaj şöbəsinə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə qəbul edilib, xx.xx.2009-cu ildə həmin şöbədə qaynaqçı vəzifəsinə keçirilib, xx.xx.2013-cü ildə işdən azad edilib, xx.xx.2014-cü ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.2014-cü ildə qaynaqçı 6g vəzifəsinə keçirilib, xx.xx.2016-cı ildə işdən azad edilib, xx.xx.2016-cı ildə "xxxx" BM-də qaynaqçı peşəsinə işə qəbul edilib, xx.xx.2016-cı ildən işdən azad edilib, xx.xx.2020-ci ildə "xxxx" BMdə qaynaqçı köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.2020-ci ildə işdən azad edilib, xx.xx.2020-də "xxxx" BM-də qaynaqçı (66/66R 36+46) peşəsinə qəbul edilib, xx.xx.2022-ci ildə işdən azad edilib. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun xx.xx.2021-ci il tarixli, 21 nömrəli Arayışında qeyd edilmişdir ki, İddiaçı, 1961-ci il təvəllüdlü, ondan ötəri ki, o, həqiqətən arxiv sənədlərinə əsasən xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilə kimi Bakı bələdçilər ehtiyyat idarəsində, xx.xx.1988-ci ildən xx.xx.1990-cu ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı vaqon deposunda sərnişin vaqonunun bələdçisi vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, A/05-21 nömrəli Arayışında bildirilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.2008-ci il tarixindən Cəmiyyətin Montaj və quraşdırma şöbəsində 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2009-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək qaynaqçı vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2022-ci il tarixli, BC04-01/375 nömrəli məktubunda bildirilmişdir ki, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəhbərliyi Azərbaycan Respublikası Bakı İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-13412/2022 nömrəli məktubuna cavab olaraq bildirir ki, “Neft Daşlan” NQÇİ-nin keçmiş işçisi Ələkbərov X3 yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər əmək fəaliyyəti olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “Fəhlə Peşələri və İşlərin Vahid X2”nda (hissə 6) göstəriiən “quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator“ peşəsi üzrə əmək funksiyalarını yerinə yetirimişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısının X bölməsinin 2a yarımbölməsində göstərilmiş quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları, kod-1100000a- 15866 peşəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir və “Neft Daşları” NQÇİ-də güzəştli şərtlərlə iş stajı 01 il 02 ay 19 gün (kod-1100000a-15866) təşkil edir. İddiaçı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı Niftəli oğluna ondan ötrü ki, o həqiqətən 01 sentyabr 1993-cü ildən 24 mart 2002-cı ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində (əvvəlki adı: “Azneftkimyazavodtəmir” Tresti 1 nömrəli TTİ) 3-6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyib. Sözügedən vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” öz əksini tapır (Siyahının 35-ci bölməsi “Ümumi peşələr”: Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları”). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası MQS MMC-nin xx.xx.2023-cü il tarixli, 049L nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi "xxxx" MMC şirkətində qaynaqçı peşəsində çalışmış və xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddənin “a” bəndinə əsasən işdən azad edilmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci bəndində qaynaqçı peşəsi güzəştli sahə kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 2 il 10 ay 25 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq “AZFEN B.M.”nin xx.xx.2023-cü il tarixli, AZF- 2023/089-L nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 31/K saylı güzəştli arayışda onun əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi qeyd edilmişdir. İddiaçı müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir və əmək funksiyası aşağıdakılardan ubarət olmuşdur: 1. Testdən keçdiyi 6G qaynaq pozisiyası üzrə əlilə qaynaq aparan elektrik qaynaqçısı işini icra edir Qaynaq prosesi əldə tutulan elektrodlarla, elektrik cərəyanı qoşulmuş qaynaq aparatı ilə aparılır. Qaynaq zamanı əsas və doldurucu metal qaynaq olunan metal və elektrod arasında elektrik qövsü yaradaraq əridir. Bir qaynaq vanası meydana gətirir və soyuyan metalın sonradan kristallaşması nəticəsində güclü bir birləşmə meydana gəlir. 2. Qaynaq işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq qaynaq normalarına, prosedurlarına, keyfiyyət tələblərinə riayət etməklə icra etmək; 3. İş yerinin təhlükəsiz olmasına diqqət etmək,qaynaq kabellərinin,qaynaq ləvazimatlarının və qaynaq avadanlıqlarının düzgün istismar olunmasını,qorunmasını,onların qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun düzgün yerləşdirilməsini,habelə onların ətraf mühitin təsirindən mühafizəsini təmin etmək; 4. Qaynağın və qaynaq birləşmələrinin növlərini, qaynaq olunan detal və elementlərin tərkibini, elektrodlarm növləri və tərkibini, elektrodlarm düzgün seçilməsi qaydalarını, qaynaq birləşmək üzrə müvafiq standarların tələblərini, qaynaq aparatları, avadanlıqları və ləvazimatatlannm işlədilmə və istismar qaydalarını bilmək və iş prosesində bunlara riayət etmək; 5. İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək,tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək; 6. Əməyin mühafizəsi və təhlükəzislik texnikası,yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və müvafiq prosedurlara əməl etmək; 7. Qızdırıcı elementlərin (spirallar) maqnit vasitəsilə, metalın qaynaq olunacaq hissəsinə yaxın səthinə yapışdırılmasmı təmin etmək; 8. Müvafiq avadanlıq vasitəsilə zəruri olan temperatur alındıqdan sonra qaynaq əməliyyatının başlanmasının mümkün olduğuna əmimolduqda qavnaq işlərini icra etmək; 9. Qaynaq əməliyyatı bitənə qədər temperaturun sabit (75°-100°) qalmasına nəzarət etmək; 10. Qaynaq əməliyyatı zamanı temperatur 230°-dən yüksək olduğu halda qaynaq işinin dayandırılmasını təmin etmək; 11. Qaynaq əməliyyatı bitdikdən sonra verilmiş təlimata uyğun şəkildə istiliyin yavaş-yavaş endirilərək, metalın öz temperaturuna uyğunlaşdırılmasını təmin etmək; 12. Qaynaq əməliyyatından sonra bəzi metal boruların texniki emal edilməsini təmin etmək; 13. Texniki emal əməliyyatından sonra xüsusi cihaz vasitəsilə qaynaq üzərindəki sərtliyin yoxlanılmasını təmin etmək; Məhkəmənin sorğusuna cavab olaraq “AZFEN B.M.”nin xx.xx.2023-cü il tarixli, AZF- 2023/31-K nömrəli məktubunda bildirilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən X4 layihələrində aşağıdakı peşələrdə işləmişdir. X9 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir:
1. 11/08/2003 - xx/xx/2005 - X4 AZF-058 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 1 il 4 ay 21 gün (bir il, dörd ay, iyirmi bir gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.
2. xx/xx/2005 - xx/xx/2005 - X4 AZF-066 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) 9 ay 1 gün (doqquz ay, bir gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.
3. 18/06/2014 - xx/xx/2014 - X4 AZF-086 layihəsində qaynaqçı köməkçisi peşəsində 14 gün (on dörd gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.
4. xx/xx/2014 - xx/xx/2016 - X4 AZF-086 layihəsində qaynaqçı 6G (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) 1 il 11 ay 17 gün (bir il, on bir ay, on yeddi gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.
5. 14/07/2016 - xx/xx/2016 - X4 AZF-086 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 1 il 22 gün (bir il, iyirmi iki gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 17 nömrəli məktubu ilə göndərilmiş 1 saylıTəmir Tikinti İdarəsinin özəlləşdirmə planında “AzNKZT” tresti 1 saylı TT-nin işçilərinin xx.xx.2001-ci il tarixinə siyahısında İddiaçı (xx.xx.1998) adı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 19 nömrəli məktubunda bildirilmişdir ki, hakimin sorğusuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXİİİ bölməsində (Ümumi peşələr) "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000-19906) vəzifəsinin İddiaçı Nihalı oğlunun "Xətai Təmir- Tikinti - 1” ASC-də işlədiyi vəzifəyə uyğun gəlib-gəlməməsi, uyğun gəldiyi və gəlmədiyi hallarda bunun əsasları barədə ətraflı məlumatın məhkəməyə təqdim olunması xahiş olunub. Sorğunun xüsusiyyətləri ilə bağlı hakimim zəruri göstərişləri hakim köməkçisi tərəfindən Cəmiyyətin diqqətinə çatdırılıb. Sorğunun nəticəvi hissəsindən görünür ki, sual konkret və düzünə olaraq iddiaçının "xxxx" ASC-də işlədiyi vəzifəsinin 2 nömrəli Siyahının XXİİİ bölməsində (Ümumi peşələr) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000- 19906) vəzifəyə uyğun gəlib-gəlməməsi haqqındadır. Bundan əlavə, hakimin sorğusunun əsaslandırıcı hissəsindən görünür ki, sorğuda iddiaçının əmək kitabçasına əsasən iddiaçının əl ilə qaynaq aparan deyil məhz 3-6 dərəcəli elektrik qaynaqçısı vəzifəsində işlədiyinə, habelə emissiya prospektinə əsasən iddiaçının əl ilə qaynaq aparan deyil məhz elektrik qaynaqçısı vəzifəsində işlədiyinə istinad olunub. "Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyəti iddiaçının məhz elektrik qaynaqçısı vəzifəsində işlədiyini sənədlərlə təsdiq olunduğu (əmək kitabçası, emissiya prospekti) mövqeyindən çıxış edərək eyni zamanda elektrik qaynaqçısı və məhz "əl ilə qaynaq aparan” elektrik qaynaqçısı vəzifələrinin Cəmiyyətin şəxsi mülahizəsinə görə eyniləşdirilməsinə dair hüquqi tərəddüdlərini, müvafiq hədlərdə isə bunun qeyri-mümkünlüyünü ifadə edir, bu barədə hüquqi baxımdan birmənalı qərara gələ bilmədiyini məhkəməyə bildirir. Hakimin sorğusunda iddiaçının Cəmiyyətdə işlədiyi dövrdə vəzifəsinin 2 nömrəli Siyahının XXİİİ bölməsində (Ümumi peşələr) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000-19906) vəzifəsinə uyğun gəlibgəlməməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında sualı qoyulsa da, mövcud vəziyyətdə Cəmiyyət aşağıdakı əsaslara görə birmənalı olaraq hər-hansı hüquqi nəticəyə gələ bilmir. Belə ki, 2 nömrəli Siyahının XXİİİ bölməsində (Ümumi peşələr) norma yaradıcısı vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000-19906) kimi formulirovka (ifadə) etmiş, iddiaçının əmək kitabçasında və emissiya prospektində isə iddiaçının vəzifəsinin “əl ilə qaynaq aparan” elektrik qaynaqçısı deyil, iddiaçının vəzifəsinin məhz elektrik qaynaqçısı kimi qeyd olunması müşahidə olunur (görünür). Hakimin sorğusunun icra edilməsinin vacibliyi, zəruriliyi prinsipini rəhbər tutaraq Cəmiyyət hüquqi tərəddüdlərini, qeyrimüəyyənliyi, normanı anlamaq istiqamətindəki hərfi və redaksiya xüsusiyyətlərini tam istisna etmək məqsədi ilə “Siyahını” yenidən təhlil etmiş, lakin eyni hüquqi tərəddüdlərlə və qeyrimüəyyənliklə üzləşmişdir. Belə ki, Siyahının mətnindən birmənalı görünür ki, norma yaradıcısı qaz qaynaqçısı anlayışını, əl ilə qaynaq aparan elektrik qaynaqçısı anlayışını və elektrik qaynaqçı anlayışlarını norma yaradılması zamanı tam fərqləndirir, əmək funksiyası baxımından bu vəzifələrə fərqli məzmun verir. Məsələn, 12100000 XXİİİ. Ümumi peşələr: 12100000—11620 rezervuarlarm, baklarm, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, 12100000—19905 rezervuarlarm, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları, 12100000—19906 Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları. Bu hüquqi tərəddüdlərin əsası isə ondan ibarətdir ki, iddiaçının əmək funksiyasının geniş təsvirinə aid sənədlər mövcud olmadığından istər işin təsviri, istərsə də kodlar barədə birmənalı qərara gəlmək mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən hakimin sorğusunda iddiaçının işlədiyi vəzifənin konkret və düzünə olaraq “Siyahıya” əsasən məhz əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000-19906) vəzifəsinə uyğun gəlib-gəlməməsi sorğu edildiyini (soruşulması), iddiaçının sənədlərində isə vəzifənin məhz elektrik qaynaqçısı kimi qeyd edilməsini nəzərə alaraq, Cəmiyyət bu suala cavab verilməsi zamanı hüquqi ziddiyyətlərlə üzləşərək iddiaçının vəzifəsinin sorğudakı “Siyahıya” əsasən vəzifəyə və koda uyğun gəlib-gəlməməsi barədə birmənalı qərara gəlməsinin qeyrimümkünlüyünü məhkəməyə bildirilir. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab verilməsi hüquqi şəxsin prosessual vəzifəsinin olmasını bir daha bəyan edərək, sorğuya cavabla əlaqədar meydana çıxan bütün məsələlərlə bağlı cavab verilməsi məqsədi ilə məlumat verməyinizi, lazımı olduğu təqdirdə Cəmiyyətin nümayəndəsinin iştirakı barədə məlumat verməyinizi Sizdən xahiş edirik. Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavabında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi şiələrində, həmçinin əmək şəraiti xüsusiiə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMCnin sizə dair 10 iyun 2021-ci il tarixli 171 L nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajınız haqqında məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci ii tarixləri arasındakı dövr ərzində işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 9 ay 11 gün (xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 7 ay olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1980- xx.xx.1982-ci il tarixədək hərbi xidmət, xx.xx.1980ci xx.xx.1980-ci ilədək, xx.xx.1982- xx.xx.1983, xx.xx.1983- xx.xx.1985-ci ilədək, xx.xx.1985ci xx.xx.1986-cı ilədək, xx.xx.1986- xx.xx.1988-ci ilədək, xx.xx.1988- xx.xx.1990-cı ilədək, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991- xx.xx.1993, xx.xx.1993- xx.xx.1993, xx.xx.1993xx.xx.1996, xx.xx.1996- xx.xx.1997, xx.xx.1998- xx.xx.2002, xx.xx.2002- xx.xx.2002, xx.xx.2003- xx.xx.2005, xx.xx.2005- xx.xx.2008, xx.xx.2008- xx.xx.2013, xx.xx.2014-cü ildə xx.xx.2016,xx.xx.2016- xx.xx.2016, xx.xx.2020-ci xx.xx.2020, xx.xx.2020-xx.xx.2022-ci ilədək olan sığorta stajı xx.xx.2022-ci il tarixə ümumilikdə tələb olunan 25 ildən çoxdur. İddiaçının güzəştli şərtlrlə yaşa görə pensiyanın təyin edilməsi üçün ümumi staj mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi iddiaçının güzəştli iş stajının yetərli olamaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər nəzərə alınmaqla 10 il 9 ay 11 gün güzəştli iş stajı vardır. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd eidlən dövrlərdə işlədiyi elektrik qaynaqçısı vəzifəsi Siyahıda "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə eləcə də 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda 35-ci bölmə Ümumi peçələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin güzəştli iş stajı kimi nəzərə aldığı, mübahisələndirilməyən illərdən əlavə aşağıdakılar da onun güzəştli iş stajına hesablanmalıdır. Belə ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə Quyuların yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısının X bölməsinin 2a yarımbölməsində göstərilmiş quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları, kod-1100000a-15866 peşəsinə uyğun gəldiyindən, 1 nömrəli Siyahıda əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları vəzifəsində işlədiyi 01 il 02 ay 19 gün 2 nömrəli Siyahı üzrə işlədiyi güzəştli stajına daxil edilməlidir Bundan əlavə, eyni zamanda iddiaçının “AzKKZT”1 nömrəli QQİ-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək qazla kəsici vəzifəsi Siyahıda 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsinə uyğun olmaqla həmin dövrün güzəştli iş stajına daxil edilməsinə əsas verir. Beləliklə, xx.xx.2022-ci il tarixədək iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-ci ildən xx.xx.2000, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci ilədək ümumilikdə güzəştli iş stajı 14 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova