Məhkəmə qərarları › İş №2-1(112)-485/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-485/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-485/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 11 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı illərdir ki, ürək xəstəliyindən əziyyət çəkir və bu səbəblə müalicə alır. Xəstəliyi ilə əlaqəli olaraq ona ilk dəfə xx.xx.2008ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyinatı aparılmış və daha sonrakı illərdə (xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2011-ci, xx.xx.2012-ci, xx.xx.2013-cü, xx.xx.20214-cü, xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixlərdə) əlillik təyinatının aparılması barədə qərarlar qüvvədə saxlanılmışdır. Əlillik müddətinin başa çatmasından sonra təkrar təyinatın aparılması məqsədi ilə “Forma 88” ilə müraciət etsə də, ona xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə iki dəfə əlillik təyinatının aparılmasından imtina olunmuşdur. Hər iki halda imtinanın əsası kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmişdir. Qeyd edir ki, bu xəstəlikdən 15 ildən artıqdır ki, əziyyət çəkir və həmin xəstəliyə görə 13 il pensiya almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və ona yenidən imtina verilmişdir. Hesab edir ki, qeyd olunan səbəbdən ona əlillik təyinatının aparılmasından imtina olunması barədə cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX-Stabil gərginlik stenokardiyası İİİ f.s.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 ildə stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir. İddiaçının sonuncu göndəriş əsasında imtina verilməsində səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları ilə funksional diaqnostik müayinələrin nəticəsi arasındakı uyğunsuzluq dəqiqləşdirilsin.” olmuşdur. Odur ki, iddiaçının müalicə almasını təsdiq edən sənədləri əlavə etməklə əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.M.Abdullayev ad. X4 İnstitunun xx.xx.2007-ci il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçıya əsas diaqnoz “ÜİX.Sol mədəcəyin arxa – diafraqmal nahiyəsinin kəskin miokard infarktı” qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev ad. X4 İnstitunun xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçıya “ÜJX.Stabil gərginlik stenokardiyası İİİ f.s. stress. İnfarktdan sonrakı kasrdioskleroz” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2009cu ilədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2009-cu il. Əsas – 436 nömrəli xx.xx.2008-ci il tarixli müayinə aktı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2010cu ilədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2010-cu il. Əsas – 2765 nömrəli xx.xx.2009cu il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2011-ci ilədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2011-ci il. Əsas – 3258 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2012-ci ilədək ümumi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2012-ci il. Əsas – 1569 nömrəli xx.xx.2011-ci il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2013cü ilədək ümumi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2013-cü il. Əsas – 1618 nömrəli xx.xx.2012-ci il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2014cü ilədək ümumi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2014-cü il. Əsas – 1494 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2015-ci ilədək ümumi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Növbəti müayinə tarixi xx.xx.2015-ci il. Əsas – 1617 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilmiş arayışa əsasən ona xx.xx.2016-cı ilədək ümumi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2016-cı il. Əsas – 1485 nömrəli xx.xx.2015-ci il tarixli müayinə aktı. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında əlilliyin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixdə müayinə aktına görə iddiaçıya Diaqnoz: “120.8 stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ f.s.” “əlavə müalicəyə ehtiyacın olması – ixtisaslaşmış stasionar müalicə məsləhət görülür” səbəbi ilə əlilliyinin təyin edilməsindən imtina edilmişdir. xxxxxxx0001 nömrəli, xx.xx.2012-ci il tarixli akta əsasən iddiaçıya ilkin müayinə zamanı ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1 – İX sinif – qan dövranı sistemi xəstəliklər – 120-125- ürəyin işemik xəstəlikləri – 121 – miokard infarktı – 121.9 – dəqiqləşdirilməmiş kəskin miokard infarktı. Diaqnozun mətni – UİX – gərginlik stenokardiyası. İİİ faza. QDC – İİ d. Postinfarkt kardioskleroz. Meyar – UİX – gərginlik stenokardiyası. İİİ faza. QDC – İİ d. Postinfarkt kardioskleroz. xxxxxxx0002 nömrəli, xx.xx.2014-cü il tarixli akta əsasən iddiaçıya təkrar müayinə zamanı ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1 – İX sinif – qan dövranı sistemi xəstəliklər – 120-125- ürəyin işemik xəstəlikləri – 121 – miokard infarktı – 121.9 – dəqiqləşdirilməmiş kəskin miokard infarktı. Diaqnozun mətni – UİX – gərginlik stenokardiyası. İİİ faza. QDC – İİ d. Postinfarkt kardioskleroz. Meyar – UİX – gərginlik stenokardiyası. İİİ faza. QDC – İİ d. Postinfarkt kardioskleroz. xxxxxxx0003 nömrəli, xx.xx.2015-ci il tarixli akta əsasən iddiaçıya təkrar müayinə zamanı ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1 – İX sinif – qan dövranı sistemi xəstəlikləri – 120-125- ürəyin işemik xəstəlikləri – 120 – stenokardiya (döş inağı) -120.0 – qeyri-stabil stenokardiya. Diaqnozun mətni – UİX stabil gərginlik stenokardiyası İİİ fs. İnfarkdan sonrakı kardioskleroz. Meyar: digər: ÜİX. xxxxxxx0004 nömrəli, xx.xx.2016-cı il tarixli akta əsasən iddiaçıya təkrar müayinə zamanı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1 – İX sinif – qan dövranı sistemi xəstəlikləri – 120-125- ürəyin işemik xəstəlikləri – 120 – stenokardiya (döş inağı) -120.0 – qeyri-stabil stenokardiya. Diaqnozun mətni – UİX stabil gərginlik stenokardiyası İİİ fs. İnfarkdan sonrakı kardioskleroz. Meyar: digər: ÜİX xxxxxxx0005 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. X1 – İX sinif – qan dövranı sistemi xəstəlikləri – 120-125 ürəyin işemik xəstəlikləri – 120 – stenokardiya (döş inağı) - 120.8 – stenokardiyanın digər formaları. Diaqnozun mətni – stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası fs İİ. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması. Səbəb: xəstənin son beş ildə stasionar müalicələriyoxdur. İxtisaslaşdırılmış stasionar müalicə məsləhət görülür. xxxxxxx0006 nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Diaqnozun mətni – 120.8 stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ f.s. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması. Səbəb: ixtisaslaşmış stasionar müalicə məsləhət görülür. xxxxxxx0007 nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Tibbi-sosial yardım və reabilitasiya vasitələri – ixtisaslaşmış müalicə. Diaqnozun mətni – Stenokardiyanın digər formaları, ÜİX – Stabil gərginlik stenokardiyası İİİ f.s. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması. Səbəb: son 5 ildə stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmış müalicə davam etsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya əlilliyinin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya əlilliyin təyin edilməsi məqsədi ilə cavabdeh tərəfindən yenidən araşdırma aparılması üçün cavabdehə 1 ay müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin C00115405HQM nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri təngnəfəslik, ürəkdöyünmə, təzyiqin yüksəlməsi, baş ağrıları, fiziki gərginlik zamanı ürək nahiyyəsində olan göynədici xarakterli ağrılardan olmuş, anamnestik olaraq uzun müddət xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim etdiyi sənədlər arasında, X4 İnstitutunun xx.xx.2021 -ci il tarixli 3884 nömrəli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardiskleroz (2007), arterial hipertoniya İİ mərhələ. Xroniki ürək çatışmazlığı İ f.s.”; xx.xx.2022-ci il tarixli tibbi rəyinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İİİ f.s. İnfarktdan sonrakı kardiskleroz (2007). Xroniki ürək çatışmazlığı İİ f.s. AF=48% (qırx səkkiz faiz)” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində oarada aparılmış transtorakal exokardioqrafiya müayinəsinin nəticəsinə əsasən sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməmiş, sistolik funksiyası azalmış (LVEF=50%). Diastolik funksiyası relaksativ tipdə pozulmuş, seqmentar divar hərəkət qüsuru, septumun hipertrofiyası qeyd edilmiş, sol qulaqcıq və sağ boşluqlar genişlənməmiş, aorta kökü, qalxar və enən aorta norma daxilində olmuş, perikard vərəqələri arasında maye izlənilməmiş, İAS və İVS tam olmuş, min MR müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində X4 İnstitutunda aparılmış Tredmil sınağının nəticəsi müsbət olmuş, sınağın yüksək və bərpa mərhələsində V2-V4-də 2 mm ST dəyişiklikləri müşahidə edilmiş, sinədə göynəmə hissi əmələ gəlmiş, Duke Tredmil balına görə orta risk kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünün selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 90 vurğu) dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə; Aorta sərtləşib. Septumun hipertrofiyası (1.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd edilmir, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR və Min TR izlənilir. Perikard təmizdir.) əlilliyin təyininə əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T698/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İ.H.Bayramovun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, C00115405HQM saylı Forma 088 göndərişində qeyd edilmiş “Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s., əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, (durğunluq) ürək çatmamazlığı, XÜÇ İ f.s (EF 48%)” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də vətəndaşın əyani müayinələri zamanı xx.xx.2024-cü il tarixində DTSERA-da EXO-KQ müayinəsi zamanı sol mədəciyin sistola-diastolik ölçüləri böyüməmiş, seqmentar divar hərəkət pozğunluğu qeyd edilməmiş, sistolik funksiya azalmamış (LVEF=58%), aortal və mitral qapaqlar cüzi fıbrotik olmuş, əlilliyin təyininə əsas verən qan dövranı pozğunluğu müəyyən edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T311/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən “Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu”na müayinəyə göndərilmiş və xx.xx.2025-ci il tarixdə müayinəsi zamanı ona LVEF-50% olmaqla, “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası, İ F.S, 125.2- ÜİX, infarktdan sonrakı kardioskleroz, İ50.0-xroniki ürək çatışmazlığı 1 F.S” diaqnozu qoyulmuşdur. Demək o, hazırda həmin ürək xəstəliklərindən əziyyət çəkir. Qərardadda ekspertiza qarşısında qoyulmuş suallar meyarlara aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Göründüyü kimi iddiaçıya ilk dəfə 2009-cu ildə əlillik dərəcəsi təyin edilmiş və sonradan bir neçə dəfə yeni təyinatlar aparılaraq 2023-cü ilə qədr davam etmişdir. 2023cü ildə iddiaçı sonuncu dəfə tibbi göndəriş alaraq cavabdehə müraciət etmiş, lakin ona əlillik dərəcəsinin təyin edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının sağlamlıq vəziyyətinin yoxlanması ilə bağlı qərardad qəbul edilərək bununla bağlı cavabdehə vaxt verilmişdir. Cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ona diaqnozun əlillik təyininə əsas vermədiyi üçün əlillik dərəcəsinin təyin edilməsindən imtina barəə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. İşdən göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixli, C001 15405HQM saylı tibbi göndərişdə qeyd edilmiş “Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s., əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, (durğunluq) ürək çatmamazlığı, XÜÇ İ f.s (EF 48%)” xəstəliyinin olub-olmamasının aydınlaşdırılması üçün iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəyində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsinin istisna edilmədiyi, lakin, ekspert rəyində həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın hər hansı bəndinə uyğun gəlib-gəlməməsi və ağırlaşmalara səbəb olmasının aydınlaşdırılmasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. İş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan mövcudluğunun istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının “diaqnozun əlillik təyin etməməsi” barədə 11 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6 üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar