Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4850/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi ilə, İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin (tanınmasının) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyun 1964-cü il tarixdə Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində (qəsəbəsində) anadan olmuşdur. 1982-ci ildə X18 ilə rəsmi nikaha daxil olmaqla, onun Ərkivan kəndində yerləşən, valideynləri ilə yaşadığı evə gəlin köçmüşdür. 1984-cü ildə yaşayış yeri üzrə qeydiyyatdan çıxmaqla, əri ilə birlikdə Rusiya Federasiyasının Norilsk şəhərinə köçmüşlər, bir müddət orada yaşadıqdan sonra, 1989-cu ildə Azərbaycana geri qayıtmışlar və 1999-cu ilədək yaşayış yeri üzrə qeydiyyatda olmaqla Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində (qəsəbəsində) yaşamışlar. 1999cu ildə əri ilə birlikdə, yaşayış yeri üzrə qeydiyyatdan çıxmaqla, yenidən Rusiya Federasiyasının Norilck şəhərinə getmişlər. 15 sentyabr 2019-cu il tarixdə Azərbaycana qayıtmışlar və hazırkı vaxtadək Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən, ərinə məxsus evdə yaşamaqda davam edirlər. 2019-cu ildə o və əri X17 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi haqqında ərizə ilə cavabdehə müraciət etmişlər, ərinin ərizəsi təmin olunsa da, cavabdeh 20 noyabr 2019-cu il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının vətənaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır və öz qərarını onun 1998-ci ilədək Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmaqla yaşamaması ilə əsaslandırmışdır. Baxmayaraq ki, o, həmişə əri ilə eyni qaydada və eyni vaxtda Azərbaycandan getmişlər və eyni vaxtda və eyni qaydada Azərbaycana qayıtmışlar, o, 1999-cu ilədək Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olmaqla Azərbaycan Respublikasının ərazisində yaşamışdır. Sonradan o, Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan inzibati Ərazi nümayəndəliyinə müraciət etmiş və məlum olmuşdur ki, o, da əri X9 1999-cu ilədək yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndi (qəsəbəsi) ərazisində yaşamışdır. O, Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində (qəsəbəsində) yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması haqqında Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan inzibati ərazi nümayəndəsindən 27 noyabr 2020-ci il tarixli müvafiq arayış almış və 28 dekabr 2020-ci il tarixli ərizə ilə yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh, 28 dekabr 2020-ci il tarixli təkrar müraciətində, 1999-cu ilədək yaşayış yeri üzrə qeydiyyatda olmaqla Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində (qəsəbəsində) yaşaması barədə xüsusatı və bu barədə təqdim etdiyi, səlahiyyətli yerli hakimiyyət orqanının arayışını nəzərə almadan ərizəsini təmin etməmiş, məsələ ilə bağlı 13 noyabr 2019-cu il tarixli ərizəsinə 20 noyabr 2019-cu il tarixli qərarla cavab verməsini bildirməklə kifayətlənmişdir. Hesab edir ki, cavabdehin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsindən imtinası əsassızdır, qanunsuzdur. Belə ki, "Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında" Azərbaycan Respubliikası Qanunun 5-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış və Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13.11.2019-cu il və 22.12.2020-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə 20.11.2019-cu il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir (qərar etiraza əlavə olunur). Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, onun Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur, VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq, o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1 -ci yarımbəndində nəzərdə tutulan (‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da, (o cümlədən, DMX-yə təqdim edilmiş tərcümeyi-haldan) görünür ki, şəxs Rusiya Federasiyasının vətəndaşıdır və 2004-cü ildən 2019-cu ilədək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gediş-gəlişlər etmişdir (bununla bağlı İAMAS üzrə məlumatlar etiraza əlavə olunur - buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz). Eyni zamanda qeyd etmək lazımdır ki, X5 Azərbaycan Respublikasının Masallı rayonunda anadan olduğu üçün Rusiya Federasiyasının vətəndaşlığından imtina etməklə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müvafiq sənədləri toplayaraq DMX-yə müraciət edə bilər. Əlavə olaraq, bildirirlər ki, 29.04.2021-ci il tarixdə, ********** nömrəsi ilə əlaqə saxlanılaraq iddiaçının əri X18 ilə fikir mübadiləsi aparılmışdır. Belə ki, o, arvadı İddiaçı Azərbaycan Respublikasının Masallı rayonunda anadan olduğu üçün Rusiya Federasiyasının vətəndaşlığından imtina etməklə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müvafiq sənədləri toplayaraq DMX-yə müraciət etmə hüququnun olması izah edilmiş, bu məqsədlə “ASAN Xidmət” Mərkəzlərində yerləşən DMX- nin xidmət pəncərəsinə yaxınlaşaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət etməsi tövsiyyə edilmişdir. Bununla yanaşı, şəxsə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət etdikdən sonra mənsub olduğu Rusiya Federasiyasının vətəndaşlığından imtina etməsinin vacibliyi onun diqqətinə çatdırılmışdır. X18 arvadının da, özü kimi ikili vətəndaşlığı olmasını arzu etdiyini, Rusiya Federasiyasının vətəndaşlığından imtina etdiyi halda həmin dövlət müvafiq orqanı tərəfindən təyin edilmiş təqaüddən məhrum qalacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 20 noyabr 2019-cu il tarixli qərarının qəbul edilməsi ilə bağlı inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı toplanmış materiallarının surətlərindən müəyyən edilir ki: -AZ-İ seriyalı, 130592 nömrəli, 17 avqust 2001-ci il tarixli təkrar doğum haqqında şəhadətnaməyə əsasən X6 17.06.1964-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur. Onun doğumu 1964-cü ilin iyul ayının 07-də, 182 nömrə ilə qeyd edilmişdir. -AZ-İ seriyalı, 024797 nömrəli, 12 noyabr 2019-cu il tarixli təkrar nikah haqqında şəhadətnaməyə əsasən 14.01.1960-cı il təvəllüdlü X18 ilə 17.06.1964-cü il təvəllüdlü X3 20.08.1982-ci ildə Masallı rayonu, Ərkivan kəndində nikahları bağlanmışdır. - P seriyalı, 71 ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun surətinə əsasən 17.06.1964-cü il təvəllüdlü X2 Federasiyasının vətəndaşıdır. -VMMS üzrə məlumatlardan çıxarışa əsasən Əmənova (İsrafilova) Eyzangül Firudin qızının Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 20 noyabr 2019-cu il tarixli qərarına əsasən X10 13 noyabr 2019-cu il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin “Azərbaycan Respublikası vətəndaşlığı haqqqında” Qanununun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Yuxarıda göstətrilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilmsəi Qaydası”nın 3.11-ci bəndini və 4.1-ci bəndini rəhbər tutaraq, 17 iyun 1964-cü il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. - X11 22.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün” Ərizə- Anketlə müraciət edərək, onun Azəbraycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Ərizəsinə əlavə olaraq, Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2821 saylı, 27.11.2020-ci il tarixli arayışı əlavə etmişdir. -Həmin arayışa əsasən X1 Respublikasında doğulmuşdur və Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamışdır. O, 1999-cu il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsindən qeydiyyatdan çıxaraq Krosnoyarski vilayətinin Narilski şəhərinə getmişdir, hmin şəhərdə qeydiyyata alınaraq yaşamışdır. İddiaçı 15.09.2019-cu il tarixdən Masallı rayonu, Ərkivan qəsəbəsində həyat yoldaşı X14 fərdi yaşayış evinə müvəqqəti qeydiyyata düşmüşdür və orada yaşamağa başlamışdır, hal-hazırda da, həmin evdə yaşayır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İsrafilova (Əmənova) Eyzangül Firudin qızına ünvanlanmış 25.01.2021-ci il tarixli, Mİ-88 nömrəli məktuba əsasən İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 11.01.2021-ci il tarixdə daxil olmuş və Ə-115/117/ə daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 13.11.2019-cu il tarixli, 673565/m nömrəli sorğu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində 20.11.2019-cu il tarixli, ******* nörməli qərar qəbul edilmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun «Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət» adlanan 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni zamanda, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iş üzrə cavabdeh DMX tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, iddiaçı 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına da düşmür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X16 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4850/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4850/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver