Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4851/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X7 və X6) qarşı “fərdi yaşayış evinin bir otağına ayrıca çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki sahəsi 14 kv.metr olan, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş bir otağına ayrıca çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 14 kv.metr olan bir otağı mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evdə mülkiyyət hüquqları olan digər üç şəxs də vardır və onların da hər birinin otaqları şəxsi mülkiyyət kimi onların adına qeydə alınmışdır. Bu barədə cavabdeh təşkilat tərəfindən onlara vahid bir çıxarış verilmiş və hər bir kəsə məxsus otaqlar qeyd edilməklə evin texniki pasportu tərtib edilmişdir. O, cavabdehə müraciət edərək ona məxsus otağa dair ayrıca çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona imtina vermiş və imtinasını onunla əsaslandırmışdır ki, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən onun ərizəsi təmin edilə bilməz. Cavabdehin bu imtinası qanunsuzdur. Əvvəla, cavabdeh onun ərizəsinə düzgün yanaşmamışdır, o, faktiki olaraq ayrılmış və həm çıxarışda, həm də texniki pasportda sahəsi məlum olan şəxsi mülkiyyətində olan otağına ayrıca çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh isə onun ərizəsini tikilinin bölünməsi kimi qiymətləndirmişdir. Lakin əvvəla o, evin bölünməsini deyil, artıq mülkiyyətçilər tərəfindən şəxsi mülkiyyətləri kimi ayrı-ayrılıqda qeydə alınmış fərdi evdə özünə məxsus otağa dair ayrıca çıxarış verilməsini xahiş etmişdir. Eləcə də, bu evlər faktiki olaraq ayrıdır, hər birinin öz giriş çıxış yerləri var və hər bir mülkiyyətçi bu otaqlardan ayrıca istifadə edir. Belə olan təqdirdə onun ayrıca halda təcrid olunmuş vəziyyətdə olan otağına ayrıca çıxarış və texniki pasport verilməsi xahişi tam qanuni olmuşdur, bu otağa ayrıca çıxarış verilməsi texniki və hüquqi cəhətdən mümkündür və bu digər şəxslərin qanunla qorunan hüquq və azadlıqlarının həyata keçirilməsinə hər hansı bir maneə yaratmır. Belə olan təqdirdə cavabdehin bu əsasla onun xahişindən imtinası qanunsuz olmuşdur. Bundan başqa, həmin binanın vahid konstruktiv xüsusiyyəti və ya onun divarlarının vahid yükgötürənliyinin onun xahişinə hər hansı bir aidiyyəti yoxdur və bu halda söhbət binanın bölünməsindən deyil, bir çıxarışda birləşdirilmiş otaqlara ayrı çıxarış verilməsindən gedir. Hansı ki, cavabdeh təşkilat çoxotaqlı mənzillərdə bölgü zamanı hər bir vətəndaşa bölünmüş otaqlarının ayrı-ayrılıqda özəlləşdirilməsi zamanı onlara mülkiyyət hüquqlarının qeydiyyatına dair ayrıca çıxarış verir. Hazırda tikiliyə verilmiş çıxarışdan görünür ki, fərdi evin digər yaşayışçıları olan S.Balakişiyevanın 1 otağa olan mülkiyyət hüququ xx.xx.2006cı il tarixdə, F.Rəhimovanın 2 otağa olan hüquqları xx.xx.2010-cu il tarixdə, onun 1 otağa olan hüquqları isə xx.xx.2018-ci il tarixdə olmaqla ayrı-ayrı tarixlərə təsadüf edir. Hər birinin mülkiyyət hüquqlarının qeydiyyat nömrələri də müxtəlifdir. Belə olan halda hər bir kəsə öz otaqlarına görə ayrıca çıxarış verilməsi mümkündür. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazda göstərilmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar texniki baxış keçirilən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsində yerləşən bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir. Yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən məsələnin həlli mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən (0.01256 ha torpaq sahəsi üzərində mülkiyyət növü-dövlət, hüququn növü-istifadə) fərdi yaşayış evinin 1 otağı (20 kv.metr) X2, 1 otaq (16 kv.metr) X5, 2 otaq X3, 1 otaq isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Ərizənin icrasının mümkün olmaması ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktub ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4, X7 və X6 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçının (1 otaq), üçüncü şəxs F.Rəhimovanın (2 otaq), üçüncü şəxs R.Səfərovun (1 otaq, 16,0 kv.metr), üçüncü şəxs S.Balakişiyevanın (1 otaq, 20,0 kv.metr) mülkiyyətindədir. İddiaçı hazırda 4 saylı evin ona məxsus sahəsi 14 kv.metr olan bir otağına ayrıca çıxarış və texniki pasport verilməsini xahiş edir, hansı ki, bununla da o, 4 saylı fərdi yaşayış evi üzərində olan paylı mülkiyyət hüququna xitam verilməsini, onun payının digər mülkiyyətçlərin payından ayrılması, ona məxsus otağın müstəqil fərdi yaşayış evi kimi qeydə alınmaqla çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca çıxarış verilməsini xahiş etsə də, həmin əmlakın bölünməsi ilə bağlı nə digər paylı mülkiyyətçilərlə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki sahəsi 14 kv.metr olan bir otağına dair payının ayrılmaqla ayrıca çıxarış və texniki pasport verilməsi mümkünsüzdür. İddiaçı tələbində paylı mülkiyyətdə olan əmlakın hər bir payçısına məxsus hissəsində ayrı giriş-çıxış olmasını göstərsə də, iş materiallarında olan 4 saylı evə dair texniki pasportda bu hal öz əksini tapmamış, iddiaçı sonradan edilmiş və həmin fərdi yaşayış evinin texniki pasportunda nəzərdə tutulmayan bu dəyişikliyin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması barədə qərarı təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova
Məhkəmə qərarları › İş №2-1(112)-4851/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4851/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver