Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4852/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında açıq, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 oğlu tərəfindən qəbul edilmiş 04 fevral 2021ci il tarixli icraata başlamaq haqqında qərarın qəbul edilməsinin qanunsuz hesab edilərək, qərarın ləğv edilməsi və Bakı şəhəri 38 saylı Notariat Kontorunun 649 nömrəli, 04.02.2021-ci il tarixli icra sənədinin 38 saylı Notariat Ofisinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X1 ilə “xxxx"ASC arasında razılaşmaya görə 3 il müddətinə 15% olmaq şərti ilə 500.000 manat kredit xətti açılır , ilkin olaraq 120.000 manat məbləğində kredit verilir . Ona görə də 1 kv.m sahəsi 2000- 3000 manat olan (bu massivdə yerləşən qeyri-yaşayış sahələrinin qiyməti belədir) 310 kv.m qeyri-yaşayış sahəsinin qiyməti təxminən 800.000-900.000 manat olan obyekti girov qoyduq . Həmin bu qiymətin 70% 500.000 manata yaxın olduğuna görə biz bu əmlakı girov qoymağa razılaşdıq. İlkin olaraq biz işə başlamaq üçün 120.000 manat kredit verilməli idi və sonra işin gedişindən, obyektiv və subyektiv şəraiti nəzərə alaraq hissə-hissə kredit veriləckdir. Lakin onlar razılaşmanı pozaraq M.İbrahimova 70.000 manat məbləğində kredit verdilər və bildirdilər ki, bir-iki ay sonra 50.000 manat kredit verəcəklər, 70.000 manat kredit verdikdən sonra 50.000 manat kredit verməkdən imtina etdilər və biz nəzərdə tutduğumuz işləri, layihələri yerinə yetirə bilmədik və nəticədə ağır maddi və mənəvi zərərə məruz qaldıq .“xxxx" ASC ilə X1 arasında bağlanmış 21.01.2020-ci il tarixli , 040QYASH79544801 saylı kredit müqaviləsinə əsasən iki il müddətinə illik 19% ödəmək şərti ilə 70.000 manat məbləğində kredit verilmişdir.Kreditin təminatı olaraq mənə məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 303.3 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əsas borclu tərəfindən banka fevral-may ayları 13.983 (on üç min doqquz yüz səksən üç) manat ödəniş edilmişdir və pandemiya ilə bağlı ödənişlərdə çətinliklər yaranmışdır. Biləbilə, qəsdən kreditin ödənilməsindən yayınmadan söhbət gedə bilməz, mövcud vəziyyətlə bağlı ödənişləri yerinə yetirə bilməmişik və ödənişləri yerinə yetirməyə təşəbbüs göstəmişdir. 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir və qərarla Bakı şəhəri 38 saylı Notariat Kontorunun 649 nömrəli, 04.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 63957.23 manat məbləğində vəsait tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməsi , ipoteka predmeti olan ünvan 2 ünvanda ümumi sahəsi 303.3 kv.m olan qeyri-yaşayış sahəsinə borc üzrə tutmanın yönəldilməsi müəyyən edilmişdir.04.02.2021-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş verilmişdir .Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır və qeyd edilən səbəblərdən də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə icraat 29.03.2021-ci il tarixə təyin edilmiş və 02.06.2021-ci il, 14.07.2021-ci il tarixlərə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət məhkəmə qərardadı tərəflərə rəsmi qaydada təqdim edildikdən 10 gün sonra verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4852/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4852/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver