Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4853/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X1 mülkiyyətinə verilməsinə dair Arayış (Çıxarış) verilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkili) “Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X1 mülkiyyətinə verilməsinə dair İddiaçı adına Arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 16 noyabr 1974-cü il tarixdə X3 ilə rəsmi nikaha girərək evlənmişlər. İddiaçı ilə ər-arvad kimi birgə yaşadıqları dövrdə X2 Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə dəniz kənarında 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi verilmiş və qərara əsasən həmin sahədə ümumi sahəsi 25 kv.m-dək olan yüngül tipli yaşayış evi tikilmişdir. Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunun (16 iyul 1996-cı il) 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), eləcə də ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məcəllənin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 -ci maddəsinə görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.m-dək olan yüngül tipli yaşayış evi də payları bərabər, yəni hər birinin payı 50 % olmaqla X3 ilə arvadı İddiaçı məxsusdur. X3 09 mart 2003-cü ildə vəfat etmiş (Ölüm haqqında Şəhadətnamə AZ-İ N 071764, xx.xx.2003, Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi), lakin qeyd olunan torpaq sahəsi və orada yerləşən yaşayış evi də bu vaxta kimi onların adına dövlət qeydiyyatına alınmamışdır. Bakı şəhəri 19 saylı Notariat Ofisinin 21 aprel 2021-ci il tarixli 336 N-li arayışından da görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi arvadı İddiaçı tanınmış və bu barədə xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ona görə də Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.m-dək olan yüngül tipli yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınaraq müvafiq Çıxarış verilməsi üçün xx.xx.2021-ci il tarixli məktubla cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********07 N-li məktubla iddiaçının həmin torpaq sahəsi ilə yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və Çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümükün olmamış və bu barədə vətəndaşa **********07 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli məktubu. - Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubunun surəti. - iddiaçının hazırkı tələblə cavabdeh inzibati orüana müraciətinin surəti və onun göndərilməsini sübut edən poçt qəbzi. - Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli Protokolundan Çıxarışın surəti. - AZ-İ 071764 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti. - 304117 nömrəli Nikah haqqında şəhadətnamənin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana SS748902326AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı 16 noyabr 1974-cü il tarixdə X3 ilə rəsmi nikaha girərək evlənmişlər. X2 Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə dəniz kənarında 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi verilmiş və qərara əsasən həmin sahədə ümumi sahəsi 25 kv.m-dək olan yüngül tipli yaşayış evi tikilmişdir. X3 09 mart 2003-cü ildə vəfat etmişdir. İddiaçı X1 vərəsəsi kimi tanınmışdır. Hazırkı tələblə iddiaçı X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X1 mülkiyyətinə verilməsinə dair İddiaçı adına Arayış verilməsini tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli Protokolundan Çıxarışın surətindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi (bostan) X2 müvəqqəti olaraq verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi X2 müvəqqəti olaraq verildiyindən, mövcud qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyatı həmin daşınmaz əmlaka daimi olan hüquqların qeydiyyatını nəzərdə tutur. İş materiallarından da görünür ki, iddiaçıya torpaq sahəsi müvəqqəti verilmişdir. Yəni həmin torpaq sahəsi yalnız onun istifadəsi üçün ayrılmışdır. Mülkiyyət hüquqları özündə sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda protokoldan çıxarış hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi (bostan) müvəqqəti olaraq verildiyindən, həmçinin qəsəbə X7 icraiyyə komitəsinin protokulundan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilmədiyindən cavabdeh inzibati orqanının imtinası əsaslı və qanuni olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbə X7 İcraiyyə Komitəsinin 13 yanvar 1988-ci il tarixli qərarı ilə X2 verilmiş dəniz kənarında yerləşən 10 sot (0,10 ha) torpaq (bostan) sahəsi və həmin sahədə tikilmiş ümumi sahəsi 25 kv.metr olan yüngül tipli yaşayış evinin X1 mülkiyyətinə verilməsinə dair İddiaçı adına Arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev