Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4854/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X6) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Q.Qarayev küçəsi, 38 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixdə 059-42721Q-3221 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsi ilə RPİnin üzərinə hər hansı tələb qoyulmadığından iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Q.Qarayev küçəsi, 38 ünvanına qeydiyyata alınması qanunamüvafiq deyildir.
3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının ünvan 1 ünvan üzrə pasport qeydiyyatına alınması ilə əlaqədar müvafiq işlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2004-cü ildən faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən fərdi evdə yaşayır. Həmin fərdi tikiliyə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmışdır. İddiaçı hesab edir ki, hazırki halda o, qeydiyyata alınmaq istədiyi evə istifadə hüququ məhkəmə tərəfindən tanınan şəxsdir və bu ev ona vaxtilə pulu ödənilməklə satılmışdır. İddiaçının əvvəlki məktubuna cavab olaraq bildirilmişdir ki, sözügedən qətnamə özünün qanuni qüvvəsini alarsa, onun qeydiyyata götürülmə məsələsi həll olunacaq. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır və bu barədə məhkəmənin rəsmi məlumatı var.
7. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Cavabdeh 059-11564-1222 saylı, xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Tərəflərin mövqeyi
11. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
15. Hazırda iddiaçı cavabdehdən onun yaşadığı fərdi yaşayış evi üzrə qeydiyyata alınmasını xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
16. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
17. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.
18. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
19. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
20. İş materialları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətindədir. Belə ki, ünvan 1 fərdi yaşayış evi və 0,0443 ha torpaq sahəsi üzərində X3 qanun üzrə vərəsəlik hüququnun tanınması barədə xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və D.Rzayevanın həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
21. İşdə üçüncü şəxsin iddiaçının mübahisəli fərdi yaşayış evinə qeydiyyata alınmasına dair razılıq ərizəsi yoxdur.
22. Lakin işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsində görünür ki, İddiaçı X6 (bundan sonra iddiaçı) cavabdeh İddiaçı (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və ailə üzvlərinin onun mülkiyyətində olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. D.Rzayeva bu qətnamədən apellyasiya şikayəti vermişdir. Həmçinin İddiaçı cavabdehlər X5 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi, daha sonra idianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019- cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi cavabdeh X3 mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Q.Qarayev küçəsi 38 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 kv.metr olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.mer olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair cavabdeh X6 və əri X4 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020- ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4936/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh D.Rzayevaya qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair 2(103)-7861/2020 mülki iş iddiaçı X3 cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və sair” tələbinə dair 2(103)-4936/2020 saylı mülki işlə bir icraatda baxılmaq üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul olunmuş və İddiaçı X3 cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Habelə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “ Kollegiya qeyd edir ki, aşağıdakılar hazırkı işin mübahisəsiz hallarıdır: -hazırkı iş üzrə iddiaçı D.Rzayeva mərhum X4 ilə ər-arvad olmuşdur; - iddiaçı D.Rzayevanın mərhum əri X4 və alıcı İddiaçı arasında xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanmışdır; - tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərəflər razılığa gəlmişlər; - X1 rayonu Qarayev küçəsi ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını xx.xx.2004-cü ildə, qalan 500 ABŞ dollarını isə xx.xx.2004-cü il tarixdə almışdır; - cavabdeh İddiaçı həmin vaxtdan D.Rzayeva və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; - cavabdeh İddiaçı 2008-ci ildə qızı anadan olmuşdur; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, cavabdehlə evin alqısatqısına dair müqavilə xx.xx.2004-cü ildə bağlandığından hazırkı məsələyə xx.xx.2009- cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göründüyü kimi, icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra iddiaçının ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər... Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddiaçı X3 cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddia tələbi təmin edilməməlidir.”
23. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 29/3469 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkəmənin bu qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
24. Həmçinin işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11121/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “evdən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisindən və həmin tikilinin həyətyanı sahəsindən İddiaçı istifadə hüquqlarına maneələrin yaradılmasının cavabdeh X5 qadağan edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11121/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə də apellyasiya instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmasına istinad etmişdir.
25. Beləliklə, hazırkı iş üzrə İddiaçı yaşayış yeri üzrə qeydiyyatının aparılması üçün onun həmin sahə ilə bağlı hüququnun, yəni istifadə hüququnun mövcud olması iş materialları ilə tam təsdiq olunur.
26. Bu hüququ təsbit edən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi isə məhkəmə tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qiymətləndirilir.
27. Belə olan halda aydın olur ki, qanunvericiliklə tələb olunan bütün şərtlər ödənildiyindən iddiaçı istifadə hüququ olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdehin imtinası əsaslı olmamaqla ididaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin olunsun. İddiaçı xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova