Məhkəmə qərarları › İş №2-1(112)-4855/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4855/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4855/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 016-75631A-3221 nömrəli qərarının ləğv edilməsi və ona məxsus **-FV-*** dövlət qeydiyyat nişanının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixdə **-FV-*** dövlət qeydiyyat nişanını öz avtomobilinin üzərinə qeydiyyata saldırmışdır. xx.xx.2013-cü ildə avtomobilini satdığı zaman dövlət qeydiyyat nişanını saxlatdırmaq məqsədi ilə cavabdehin əməkdaşına təhvil verərkən ona məxsus olan avtomobilin qeydiyyat nömrəsinin digər şəxsə satıla biləcəyi və ya qanuni şəkildə saxlanılma rüsumunun olmasını soruşmuşdur. Cavabdehin əməkdaşı nömrəni ondan təhvil alarkən ona bildirmişdir ki, nömrənin sahibi odur və bu nömrəni ondan başqasına satmaq qanuna ziddir. Lakin bir müddət sonra ona məxsus olan həmin dövlət qeydiyyat nişanı ona məlumat verilmədən başqa şəxsə satılmışdır. Dəfələrlə müraciət etmiş və ona nömrənin qaytarılacağını bildirmişlər. Lakin bir neçə il keçməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. O, bu barədə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair iddiası “cavabdehin 016-75631A- 3221 nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 016-75631A-3221 nömrəli məktubda qeyd edilir: **-FV-*** dövlət qeydiyyat nişanının adınızda saxlanılmasına baxmayaraq, başqa şəxsə məxsus avtomobilə təhkim edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Həmçinin nəzərinizə çatdırırıq ki, yol hərəkəti haqqında qanunvericilikdə təhvil verilmiş dövlət qeydiyyat nişanlarının adınızda saxlanılması (bron edilməsi) və sonradan Sizə qaytarılması nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "NİSSAN X-TRAİL" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə nəqliyyat vasitəsinə **-SV-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, sözügedən "NİSSAN X- TRAİL" markalı **-SV-*** (**-FV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 29-cu maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "NİSSAN X-TRAİL" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə nəqliyyat vasitəsinə **-SV-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, sonradan "NİSSAN X-TRAİL" markalı **-SV-*** (**-FV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı **-FV-*** dövlət qeydiyyat nişanının ona qaytarılmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi **-FV-*** dövlət qeydiyyat nişanı xx.xx.2013cü il tarixədək iddiaçıya məxsus nəqliyyat vasitəsinə təhkim olunmuşdur. Sonradan iddiaçı nəqliyyat vasitəsini özgəninkiləşdirərkən həmin dövlət qeydiyyat nişanını digər nəqliyyat vasitəsinə vermək istədiyini bildirməmiş (belə olan halda nəqliyyat vasitəsini alan şəxsin razılığı da tələb olunur), daha sonra həmin dövlət qeydiyyat nişanı başqa şəxsin nəqliyyat vasitəsinə təhkim edilmişdir. Qeyd olunan qanunvericilik nomalarından da görünür ki, özgəninkiləşdirildikdən sonra təhvil verilmiş dövlət qeydiyyat nişanlarının nəqliyyat vasitəsini satan şəxsin adında saxlanılması və sonradan ona qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar