Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4855/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum X4 mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, mərhum anası-X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 238 nömrəli ВТК nəzdində 0,12 hektar sahəsi olan “3594a” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin torpaq sahəsinə texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası-X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 238 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan “3594a” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə **********22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdilər ki, tərəfinizdən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə isə, 3-21-3-30/2-6461/2023 (**********6) nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdilər ki, sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli ВТК sxemində qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1170 kv.m təşkil edir. Həmçinin qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairəsinin müəyyən olunması barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı ’’Xəzər rayonu” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçınının ünvanladığı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********22 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-14 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifə olaraq DƏDKR publik hüquqi şəxsin üzərinə qoyulmuşdur. Təkrar olaraq torpaq sahəsinin yeri dəqiqləşdirilərək 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən onun iştirakımı ilə mərzlənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-6461/2023 (**********61) nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubunda torpaq sahəsinin yenidən dəqiqləşdirilib mərzlənməsinin və həmin sahənin sxematik xəritəyə uyğun olub olmaması barədə heç bir məlumar yoxdur. Həmin imtina məktubunda sözügedən torpaq sahəsinin ölçüsünün faktiki olaraq 1200 kv.metr deyil, 1170 kv.metr kimi qeydə alınmasına etiraz etməmək haqqında təsdiq olunmuş ərizəni və torpaq sahəsinin “Xəzər rayonu” inzibati ərazi vahidində deyil, “Sabunçu rayonu” inzibati ərazi vahidində olması barədə vərəsələrin dairəsinin müəyyən olunması barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda texniki səhvin qanunvericiliyə uyğun olaraq düzəliş olunmuş nüsxəsini, ərizəyə əlavə olunmuş sənədlər kimi cavabdehə təqdim etmişdir. Cavabdeh torpaq sahəsinin cavabdehin göndərdiyi mühəndislər tərəfindən dəqiqləşdirilərək təkrar ölçülüb mərzlənməsinə, torpaq sahəsinin ölçüsü barədə imtina ərizəsini və torpaq sahəsinin “Xəzər rayonu”nun inzibati ərazi vahidində deyil, “Sabunçu rayonu”nun inzibati ərazi vahidində olması barədə vərəsələrin dairəsinin müəyyən olunması barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda texniki səhvin qanunvericiliyə uyğun olaraq düzəliş olunmuş nüsxəsinin təqdim olunmasına baxmayaraq bildirmişdir ki, müraciətə **********22 nömrəli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli **********292 nömrəli məktublarla cavab verilmişdir.
3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 238 saylı BTK nəzdində 1170 kv.m. sahəsi olan 3594A saylı bağa dair mərhum X3 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirmişdir.
4. İddiaçının ilkin müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.
5. İddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli ВТК sxemində qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1170 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı “Xəzər rayonu” kimi qeyd edilmişdir.
6. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli BTK sxemində qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1170 kv.m təşkil etdiyi və iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı göstərdiyi sahə ilə xx.xx.2023-cü il tarixli müraciəti zamanı göstərdiyi sahələrin fərqli olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı “Xəzər rayonu” kimi qeyd edilmişdir.
7. ünvan 3 cavabdeh quruma torpaq sahəsinə dair çıxarış verilməsinə dair müraciət edilərək bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə ölmüş mərhum - X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə vərəsə İddiaçı tərəfindən müraciət olunmuşdur, vərəsələrin dairəsi, müəyyən edilmişdir, məlum olmuşdur ki, İddiaçı - X3 qanuni vərəsəsidir. Mərhuma məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunur.
8. Bakı şəhər İcrayyə Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 120 №li sərəncamından çıxarışa əsasən X4 Ləhiş bağ massivində 238 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.
9. Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 №li qərarı əsasında Ləhiş ərazisində 238 nömrəli BTK –nın nəzdində 31 №li Order üzrə 3594a nömrəli, 0,12 ha bağ sahəsi X4 ayrılmışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 3594a saylı bağ sahəsinə dair İdarənin arxivində mövcud olan sənədləri, müayinə aktının təsdiq edilmiş surətləri və ortofoto məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, göstərilən bağ sahəsinin sərhədləri şərtidir. Döndə nöqtələrinə armatur basdırılaraq və 1-2 ədəd mişar daşı qoyulmuşdur. Göstərilən sahə faktiki olaraq 1170.0 kv.m təşkil edir. Hüquqmüəyyəndedici sənəd üzrə 1200.0 kv.m-dir. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə olundu. Vətəndaş əvvəlki müraciətində başqa sahəni göstərmişdir. Sorğu vərəqəsi əlavə olunduş
11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 3594a saylı bağ sahəsinin xəritəsi məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
I. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
23. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 №li qərarı əsasında Ləhiş bağlar massivində 238 saylı BTK-nın nəzdində 0,12 ha 3594a saylı bağ sahəsi X4 ayrılmışdır.
25. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən Ləhiş bağ massivində yerləşən 3594a saylı bağ sahəsinə aid olduğu qeyd edilən sxematik xəritənin surəti də məhkəməyə təqdim edilmişdir. Məhkəmə müəyyən edir ki, torpaq sahəsi X5 qanuni əsaslarla ayrılmış, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair sərəncam və order qüvvədədir və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.
26. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 3594a saylı bağın sahəsinin ölçüsü 0,12 ha olaraq qeyd olunsa da, faktiki ölçüsü 1170 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 1170 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
27. Cavabdehin digər dəlili torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı “Xəzər rayonu” kimi qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda texniki səhv qanunvericiliyə uyğun olaraq düzəliş edilmişdir.
28. Cavabdeh orqan tərəfindən imtinanın əsası olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli BTK sxemində qeyd olunmadığını bildirilmişdir.
29. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlil bağ sahəsinə mərhum X1 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın verilməsindən imtina üçün əsas ola bilməz.
30. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla X1 Ləhiş bağ massivindəki sahəsi 1170 kv.m olan 3594a saylı bağ sahəsinə dair mülkiyyət hüququ ilə məxsusluğu barədə arayış verilməlidir.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 238 saylı BTK nəzdində 1170 kv.m. sahəsi olan 3594A saylı bağa dair mərhum X3 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva