Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4857/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xətai rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xətai rayon şöbəsinə və “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “aylıq zərərin, pensiyanın və müavinətin ödənilməmiş hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xətai rayon şöbəsinə və “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən 1992-ci il sentyabrın 1-dən indiyə kimi aylıq zərərin ödənilmə məbləği + pensiya - ümumi müavinətinin ödənilməmiş hissəsinin - 444891 manat + 36740 manat = 481.631 manatın ödənilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə “Bakı Azbest-Şifer və X2”nda peşə xəstəliyinə görə İİ qrup əmək əlili olmuşdur. Sonradan müəssisə “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC adlandırılmışdır. O, əlil olana kimi azı 2 nəfərin yerinə işləməsi ilə əlaqədar orta aylıq əmək haqqı (406 sovet rublu) Respublika üzrə orta aylıq əmək haqqından (170 sovet rublu) 2,4 dəfə çox olmuşdur. Əlilliklə, əmək qabiliyyətini 80% itirməsi ilə əlaqədar müəssisədə ona 286 sovet rublu aylıq zərərin ödənilmə məbləği təyin olunmuşdur, raysobesdə də Respublika üzrə maksimum pensiya səviyyəsində 120 sovet rublu pensiya təyin olunmuşdur. Aylıq zərərin ödənilmə məbləği ilə onun pensiyasının cəmi onun tutulmalarsız orta aylıq əmək haqqına bərabər olmuşdur, Respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə çox olmuşdur. Azərbaycanın milli valyutası manat 1992-ci ilin avqustun 15-dən dövriyyəyə buraxılıb. Dövriyyədən çıxarılan bir sovet rublu 1 dollardan dəyərli olmuş, dövriyyəyə buraxılan 1 Azərbaycan manatı 1 dollardan dəfələrlə dəyərsiz olmuşdur. 10 sovet rublunu 1 Azərbaycan manatına bərabər edərək Sovet hakimiyyəti dövründə pensiyaya çıxanların hüquqlarını kütləvi şəkildə pozdular. Həmin vaxtdan Respublika üzrə əmək əlillərinin də hüquqları kütləvi şəkildə pozulmuş, onlar tamamilə unudulmuşdur. Aylıq zərərin ödənilmə məbləği orta aylıq əmək haqqına görə hesablanır. Respublika üzrə orta aylıq əmək haqqı 2020-ci ilin noyabr-yanvar ayında 712.30 manata çatdırılmışdır. Onun orta aylıq əmək haqqı Respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə çox olduğundan (712.30 x 2.4) = 1709.52 manat olmalıdır. Aylıq zərərin ödənilmə məbləği və pensiyanın cəmi də bu qədər olmalıdır. Aylıq zərərin ödənilmə məbləği əmək qabiliyyətini 80%-ni itirməsiilə əlaqədar (1709.52 manatın 80%-i) 1367.62 manat olmalıdır. 1992-ci ilin sentyabrın 1-dən 2012-ci ilin sonuna qədər onaödənilən aylıq zərərin ödənilmə məbləği tədricən artırılaraq 48 manata çatdırılmışdır. 2012-ci ilin dekabrın 31-dən indiyə kimi müəssisədən aylıq zərərin ödənilmə məbləği heç ödənilməmişdir. Baş nazirin “Aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin edilməsi və hesablanmasına dair” xx.xx.2013-cü il tarixli 033313 nömrəli “Göstəriş”inə nə müəssisə rəhbəri, nə Əmək və X4 Nazirliyi, nə də Nazirlər Kabineti əməl etməmişdir. Halbuki bu, onların vəzifəsi idi. Əmək Müfəttişliyi müəssisəni iki dəfə cərimələmiş, həmin cərimələri guya dövlət büdcəsinə keçirmiş, onun hüquqları isə təmin edilməmişdir. 1992-ci ilin sentyabrın 1-dən indiyə kimi aylıq zərərin ödənilməmiş hissəsi (1367.62 x 344 ay - 48 ay x 248 ay = 444.981 (dörd yüz qırx dörd min doqquz yüz səksən bir) manat Əmək və X4 Nazirliyi tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Respublika üzrə onun maksimum əmək pensiyası 1992-ci il sentyabrın 1dən Respublika üzrə mimimum əmək pensiyasına bərabər edilmiş, 2020-ci ilin 1 yanvarından 232 manata çatdırılmışdır, bu, yenə minimum əmək pensiyasına bərabərdir, üstəlik “Pensiya haqqında” Qanunun Vİ fəslinin 21.2.6 maddəsi pozulmuş, əmək əlili olduğu halda, əlillik dövrü sığorta stajı sayılmamışdır. Aylıq pensiyası (1709,52 - 1367,62) = 342.00 manat olmalıdır. 1992-ci il sentyabrın 1-dən indiyə kimi pensiyasının ödənilməmiş hissəsi (342 - 232) x 334 ay = 36740 (otuz altı min yeddi yüz qırx) manat Əmək və X4 Nazirliyi tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. İndi müəssisə fəaliyyət göstərmədiyindən və öhdəliyini yerinə yetirmək istəmədiyindən ödənilməli aylıq zərərin ödənilmə məbləği 1367,62 manat ödənilməli pensiyasının məbləğinə 342.00 manata əlavə olunmaqla, pensiyası 1709.52 manat təyin oluna bilər. Ölkə Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 804 nömrəli Fərmanına da əməl olunmamışdır. Aylıq zərərin ödənilmə məbləğinin və pensiyanın məbləğinin düzgün təyin olunmasını, ödənilməsinin təmin olunmasını Əmək və X4 Nazirliyi həyata keçirməlidir. Məhkəmədən cavabdehlər tərəfindən 1992-ci il sentyabrın 1dən indiyə kimi aylıq zərərin ödənilmə məbləği + pensiya - ümumi müavinətinin ödənilməmiş hissəsinin - 444891 manat + 36740 manat = 481.631 manatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xətai rayon şöbəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia ərizəsində göstərilən tələblə cavabdeh inzibati orqana müraciət etməmişdir. İddiaçının iddia tələbi ilə əlaqədar müraciəti onlarda mövcud deyil. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X7 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddia ərizəsində cavabdehlərdən biri «xxxxxxxxxxxxxxxxxxxxxx» ASC göstərilmişdir. Qeyd olunan ASC isə inzibati orqan deyildir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh orqana müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməsinə dair heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbuledir. Həminqərardaddanyuxarıməhkəməyəşikayətveriləbilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4857/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4857/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver