Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4857/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar küçəsi, ev 102-ə dair verilən RX-0408469 nömrəli çıxarışın dəyişdirilərək cari vəziyyətdə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının tanınıaraq, tanınmış hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar küçəsi, ev 102-ə dair verilən RX- 0408469 nömrəli çıxarışın dəyişdirilərək cari vəziyyətdə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının tanınıaraq, tanınmış hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya uzun illər çalışdığı müəssisə tərəfindən 0.6 ha torpaq sahəsi ilə birlikdə bir mərtəbəli, 3 otaqdan ibarət ev verilmişdir. Sözügedən ev iddiaçıya “Azərenerji” tərəfindən verilmişdir. İddiaçı həmin evdə ona verilən gündən daimi olaraq yaşamışdır. Evi özəlləşdirən zaman ona çıxarış veriləndə torpaq sahəsinin qeyd olunmadığını bilmişdir. Əmlak işçilərinə bu barədə sual verəndə, sualının cavabı kimi həmin evin mənzil tipli olduğunu bildirmişlər. Bundan sonra, iddiaçı əmlak komitəsinə ərizə ilə müraciət edərək, ona verilən çıxarışın cari vəziyyətdə dəyişdirilərək mənzil statusu fərdi yaşayışa dəyişdirilməsini xahiş etmiş, lakin onun müraciətinə imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Həmçinin iddia edilən torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 30.11.2020-ci il tarixli, **********73 saylı cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən 02 sentyabr 2021-ci il tarixli məktub ilə, iddiaçıya iddia ərizəsinin tərəfindən imzalanmadığı bildirilmiş və formal xətanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmiş, həmin vəzifəni yerinə yetirməkdən çəkinmişdir. Həmçinin, məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları 03.08.2021-ci il, 02.09.2021-ci il və 16.12.2021-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (05.03.2021) məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar küçəsi, ev 102-ə dair verilən RX-0408469 nömrəli çıxarışın dəyişdirilərək cari vəziyyətdə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının tanınıaraq, tanınmış hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar küçəsi, ev 102-ə dair verilən RX- 0408469 nömrəli çıxarışın dəyişdirilərək cari vəziyyətdə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının tanınıaraq, tanınmış hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2-1(112)- 4857/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4857/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4857/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver