Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4858/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin, həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasportda əks edilmiş ölçülərə uyğun olaraq 90,83 kv.m. ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən sahəsi 90,83 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil iddiaçıya məxsus olmuş, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmiş, mənzil binanın birinci mərtəbəsində yerləşmişdir. Qanunvericiliyə uyğun olaraq, mənzillərin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar müvafiq sənədləri toplayıb Layihə-Smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihəsi ilə müvafiq olaraq ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ərizə əsasında Xətai rayon İcra Hakimiyyəti yanında X2 Texniki Komissiya tərəfindən 25 fevral 2021-ci il tarixində qeyri-yaşayış sahəsinə keçilməsi ilə bağlı 07 saylı Qəbul Aktı verilmişdir. 10 mart 2021-ci il tarixdə həmin Komissiyanın mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müsbət Rəy verilmişdir. Hər iki sənəddə, faktiki ümumi sahənin 90,83 kv.m. təşkil etdiyi, ümumi sahədəki fərqin mənzillərdə aparılmış rekonstruksiya və təmir-bərpa işləri ilə əlaqədar olduğu bildirilmişdir. Bu sənədlər əsasında təqdim etdiyi eskiz layihəsi təsdiq edilmiş və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 10 mart 2021-ci il tarixli 57 saylı Sərəncamı ilə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 13 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən, yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi sənədləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xahiş edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən başçının müavininin imzası ilə 10 mart 2021-ci il tarixli H-41-162/2 saylı “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Bildiriş” verilmişdir. Toplanmış sənədlər, hüquqların dövlət qeydiyyatına alınması üçün iddia tələbləri üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə ********** saylı ərizə ilə təhvil verilmişdir. Ərizə cavabdeh tərəfindən icra edilərək müvafiq Çıxarış və Texniki Pasport verilmişdir. Sənədləri aldıqda mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq, ünvan 5 ünvanının verildiyi, lakin, Texniki Pasport və Çıxarış arasında uyğunsuzluq olduğunu görmüşdür. Belə ki, tərtib edilən Texniki Pasportda daşınmaz əmlakın ümumi sahəsi, faktiki sahəyə və hüquqmüəyyənedici sənədlərə uyğun olaraq 90,83 kv.m. göstərilsə də, hüquqların dövlət reyestrindən Çıxarışda ümumi sahə 74,53 kv.m. əks edilmişdir. Belə olduqda bunun hansısa texniki səhv olduğunu zənn edərək, təkrar cavabdeh təşkilata müraciət etmişdir. İlk olaraq, şifahi şəkildə problemi anlatdıqda, onlar tərəfindən səhv edilmədiyi bildirilmişdir və iddiaçının təkidlərindən sonra yazılı ərizə ilə müraciət etməyi, səhv varsa araşdırıb aradan qaldırılacağı bildirilmişdir. Ərizə ilə müraciət edərək, yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin, ərizəsinə cavab olaraq, xx.xx.2021-ci il tarixli, **********85 nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: texniki pasportda göstərilən 3,4,5 (14,3 kv.m.) saylı yerləşgələr binanın konturundan kənarda yerləşdiyindən çıxarışda öz əksini tapmamışdır. Sözügedən əlavə sahəyə dair ərizəçi və ya onun nümayəndəsi tərəfindən hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Belə olduqda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk növbədə cavabdeh təşkilatın, qeydiyyat zamanı yol verdiyi yalnışlığın aradan qaldırılmasına dair ərizəyə verdiyi cavabla bağlı mövqeyini məhkəmənin diqqətinə çatdırmaq istəyir. Binanın konturundan kənarda yerləşmə ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Həmin hissə əvvəllər mənzilin eyvanı olmuşdur. Texniki pasporta baxdıqda həmin hissənin formasından da balkon olduğunu müəyyən etmək mümkündür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, binanın ümumi konturlarından kənarlaşma haqda göstərilənlər həqiqətə uyğun deyil. Digər tərəfdən, hətta belə kənarlaşma olsaydı belə, müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən məhz 90,63 kv.m sahəyə dair hüquqların müəyyən edilməsinə dair Sərəncam verilmişdir. Həmin Sərəncam və ona əlavə edilmiş zəruri olan digər sənədlər əsasında yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmiş, cavabdeh təşkilat tərəfindən də həmin sənədlər əsasında hüquqları qeydiyyata alınaraq Çıxarış və Texniki Pasport verilmişdir. Buna baxmayaraq, imtina məktubunda iddiaçıya tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi təklif olunur. Halbuki, bəhs edilən sahəyə dair hüquqların müəyyən edən sənədlər cavabdehin arxivində saxlanılır. Belə təsəvvür yaranır ki, cavabdeh təşkilat tərəfindən ərizənin mahiyyəti belə başa düşülməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin, həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda əks edilmiş ölçülərə uyğun olaraq 90,83 kv.m ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ********** qeydiyyat nömrəli çıxarışda olan uyğunsuzluğun araşdırılması barədə İdarəyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən 3,4,5 (14,3 m2) saylı yerləşgələr binanın konturundan kənarda yerləşdiyindən çıxarışda öz əksini tapmamışdır. Sözügedən əlavə sahəyə dair ərizəçi tərəfindən hüquqmüəyyənedici sənədlər idarəyə təqdim olunacağı təqdirdə işin icrası ilə əlaqədar məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********85 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 19 Yeni qaydalarla: AZ 1025, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 74.53 kv.m göstərilən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********85 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “********** qeydiyyat nömrəli çıxarışda olan uyğunsuzluqların araşdırılması barədə ********** nömrəli xx.xx.2021-cu il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Texniki pasportda göstərilən 3, 4, 5 (14,3 m2 ) saylı yerləşgələr binanın kontrundan kənarda yerləşdiyindən çıxarışda öz əksini tapmamışdır. Sözügedən əlavə sahəyə dair ərizəçi və ya onun nümayəndəsi tərəfindən hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır”. - DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********93-05101-083002 olan texniki pasportdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 90.83 kv.m-dir. - Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyasının xx.xx.2021-ci il tarixli 07 saylı qəbul aktından görünür ki, vətəndaş İddiaçı məxsus Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 19, 13 nömrəli mənzilin ümumi sahəsinin 90,83 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X1 xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, vətəndaş İddiaçı məxsus Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 19, 13 nömrəli mənzilin ümumi sahəsinin 90,83 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 57 saylı Sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 19, 13 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Afıyəddin Cəlilov küçəsi, ev 19 , mənzil 13 üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının müraciəti ilə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyasının xx.xx.2021-ci il tarixli 07 saylı qəbul aktı və xx.xx.2021-ci il tarixli rəyi ilə ona məxsus mənzilin ümumi sahəsinin 90,83 kv.m hesab edilməsi nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 57 saylı Sərəncamı ilə qeyri-yaşayış sahəsinin istifadə edilməsinə icazə verilmişdir. Daha sonra ümumi sahəsi 74.53 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********93-05101- 083002 olan texniki pasportda qeyri-yaşayış sahəsinin ölçüsü 90.83 kv.m olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyri-yaşayış sahəsinin ölçüsü yanlış olaraq 74.53 kv.m göstərilmişdir. İddiaçı bu yanlışlığın aradan qaldırılaraq, ümumi sahəsi 90.83 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi barədə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin icrasının təmin edilməsindən imtina edilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən əmlakın sahəsi qeydiyyat orqanının özü tərəfindən tərtib edilmiş texniki pasportda 90.83 kv.m qeyd olundugu halda, yanlış olaraq 74.53 kv.m kimi göstərilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən sahəsi 90,83 kv.m olan qeyri–yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən sahəsi 90,83 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4858/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4858/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver