Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4858/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh vergi orqaı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərarın ləğv edilməsi və "xxxx" MMCnin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərara əsasən iddiaçı "EXTRA TART” MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin olmadığı müəyyən edildiyi qeyd edilmişdir. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən iddiaçının müraciətlərinə hər hansı cavab verilməmişdir. Cavabdeh orqana ünvanlanan məktub və şikayətlərdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən riskli hesab edilməmiz ilə bağlı mövcud olmuş hallar aradan qaldırılmışdır. Lakin vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və müəssisə (iddaçı) riskli vergi ödəyicisi olaraq qalmışdır. Göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********669900 saylı Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün müəssisə (iddiaçı) iş görməkdən çəkinmişdirlər. Göstərilən səbəblərə əsasən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********669900 saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.
3. İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını edilməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri X7 üzrə Baş İdarəsi icraatınızda olan 2-1(112)-4858/2024 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İlk növbədə bildirilir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicısi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********840700 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən əsasən hüquqi şəxs İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********669900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin bildirilir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə AZ5002, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən **********-29001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması müəyyən edilmişdir. Riskli vergi ödəyiciləri siyahısından çıxarılması məqsədilə araşdırmanın aparılması üçün vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olubolmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsinin müəyyən edilməsi zərurəti yarandığından xx.xx.2024-cü il tarixdə **********345400 nömrəli xidməti məktub ilə 2 saylı ƏVİ-nə müraciət edilmişdir. Həmçinin, təhlil zamanı təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmasına baxmayaraq, 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə dəyəri 181.4 min manat olan təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışında müxtəlif tipli malların - avtomobil ehtiyat hissələri, avtomatik yazı makinaları, hesablayıcı maşınlar və başqa maşınlarda istifadə üçün nəzərdə tutulmuş, plastik kütlədən və ya metaldan olan kartricə yerləşdirilmiş kimyəvi liflərdən, eni 30 mm-dən az sonsuz lent şəklində, həmçinin məişət mallarının olduğu, eyni zamanda fərqli fəaliyyət sahələrinə məxsus xidmətlərin olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən eyni zamanda xx.xx.2023-xx.xx.2022-ci il tarixlərdə cəmi 37.5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə avtomobil ehtiyat hissələrinin satışı və təmiri xidməti ilə yanaşı, xx.xx.2023-cü il tarixlərdə cəmi 25 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Mühasibat uçotu sahəsində xidmətlər” qeyd olunduğu, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 7.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Sair yüklərin daşınması” qeyd olunduğu, xx.xx.2023-ci il tarixdə cəmi 0.6 min manat dəyərində “İxtisaslaşdırılmış sair fotoçəkiliş xidmətləri” qeyd olunduğu müəyyən edilmişdir. Lakin müvafiq xidmətləri həyata keçirmək üçün hər hansı iqtisadi resursların - muzdlu işçilərin, müqavilə əsasında cəlb edilmiş şəxslərin müəyyən edilmədiyi, həmçinin, qeyd olunan işlər üçün zəruri olan mal-material alışının, eyni zamanda müvafiq avadanlıqların, yükdaşıma xidmətini həyata keçirmək üçün qeydiyyatda olan nəqliyyat vasitəsi olması müəyyən olunmamışdır. Araşdırma zamanı həmçinin müvafiq əmək müqaviləsi əsasında cəmiyyətin direktorunun olmadığı, aktiv əmək müqaviləsi üzrə yalnız 1 işçisinin “xadimə” olduğu aşkar edilmişdir. Əmək qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri muzdlu işçi hesab olunduğundan tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Cəmiyyətin rəhbəri X2 rəhbəri olduğu digər hüquqi şəxslərin "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “COMMON TİNT” (VÖEN: **********) “Meyarlar”ın tələblərinə uyğun olaraq riskli vergi ödəyiciləri siyahısına daxil edildikləri müəyyən edilmişdir. Təqdim edilmiş və əldə edilmiş mal, xidmətlərlə müqavilələr, təhvil-qəbul aktları (alınmış və satılmış malların adı və say tərkibi göstərilməklə), göstərilən xidmət üzrə cəlb edilmiş muzdlu işçilərin əmək müqaviləsi bildirişləri, mal qalığı, ödəniş sənədləri, bank hesabından çıxarışlar və digər zəruri sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır və odur ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 saylı qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 21:26:07-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Bildirilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub- olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:
1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. Əlverişsiz inzibati akt olmalı;
3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;
4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;
5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisələndirmə haqqında iddia ümümi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM- in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********669900 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265'’ nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan’‘nın 2.1.3 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********611900 nömrəli Çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət Hüquqi ünvan: AZ1034, ünvan 2V Nizamnamə kapitalının miqdarı (elan edilmiş) 5.00 manat Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X3 – 1 pay Qanuni təmsilçi X3
8. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli Arayışa əsasən İddiaçınə (VÖEN: **********) məxsus 5002 Sumqayıt şəhəri, İnşaatçılar qəs. ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin) adı: ANBAR Kodu: **********-29001 Uçota alınma tarixi: xx.xx.2023
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
11. İddiaçı cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 nömrəli qərarın vergi ödəyicisinin təqsiri nəticəsində qəbul edildiyini bildirmiş, lakin hazırda risk amili aradan qaldırıldığından riskli vergi ödəyiciləri sırasından çıxarılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Cavabdeh qurumun adı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilmişdir.
15. İddiaçı iddia tələbini yalnız müvafiq qərarın qəbul edilməsi kimi dəqiqləşdirdiyindən cavabdehin iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkünlüyünə münasibət bildirmək zərurəti yoxdur.
16. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyiciləri sırasından çıxarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
18. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
20. İddia ərizəsinin məzmunundan görünür ki, vergi orqanının “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 nömrəli Qərar əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması tələb edilmişdir.
21. Məhkəmə qeyd edir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlə Kabineti) tərəfindən müəyyənləşdirilməmişdir. Lakin həmin tənzimləmənin mövcud olmaması ödəyicinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu zaman nəzərə alınmalı olan hal ödəyicinin riskli hesab edilməsi üçün müəyyən edilmiş əsasların davam edibetmədiyini aydınlaşdırmaq, eləcə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verməkdir.
22. Hazırki iş üzrə mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi olan İddiaçı qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektinin) olmaması ilə bağlı olmuşdur ki, bu da cavabdeh orqan tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsinə səbəb olmuşdur.
23. Belə ki, cavabdeh orqan tərəfindən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə istinad olunaraq İddiaçı tərəfindən həyata keçirilən fəaliyyətlər riskli əməliyyatlar hesab edilmişdir.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 nömrəli Qərar qəbul edildiyi anda İddiaçınə məxsus qeydiyyatda olan təsərrüfat subyekti (obyekti) mövcud olmamışdır (müvafiq hal iddiaçı tərəfindən də təsdiqlənmişdir).
25. Məhkəmə nəzərə alır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli Arayışa əsasən İddiaçınə (VÖEN: **********) məxsus 5002 Sumqayıt şəhəri, İnşaatçılar qəs. ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmiş, **********-29001 kodlu təsərrüfat subyekti (obyekti) – ANBAR xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, İddiaçı tərəfindən riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 nömrəli Qərarın qəbul edilməsinə səbəb olan hal (təsərrüfat obyetinin olmaması) aradan qaldırılmışdır.
26. Odur ki, vergi ödəyicisi (iddiaçı) riskli hesab olunan əməliyyatların nəticələrini aradan qaldırdığına görə riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.
27. Cavabdeh orqan etirazın digər dəlili olaraq iddiaçının müvafiq xidmətləri həyata keçirmək üçün hər hansı iqtisadi resurslarının (muzdlu işçilərin, müqavilə əsasında cəlb edilmiş şəxslərin); fəaliyyəti ilə əlaqədar zəruri olan mal-material alışının, müvafiq avadanlıqların, yükdaşıma xidmətinin həyata keçirilməsi üçün qeydiyyatda olan nəqliyyat vasitəsinin olmamasına istinad etmişdir.
28. Cavabdeh tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı təqdim edilən digər dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün konkret meyarlar müəyyən olunmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən). Cavabdeh tərəfindən istinad edilən hallar (hər hansı iqtisadi resurslarının, qeydiyyatda olan nəqliyyat vasitəsinin olmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq əsaslandırılmamış, konkret meyarlara uyğunluğu müəyyən edilməmişdir.
29. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********669900 nömrəli qərarda risk meyarı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın yalnız 2.1.3-cü bəndinə istinad edilmiş, digər hallar müvafiq qərarda əks olunmamışdır, eləcə də cavabdeh tərəfindən qeyd edilən digər hallara əsasən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı hər hansı ayrıca qərar qəbul edilməmişdir.
30. Məhkəmə qeyd edir ki, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması yenidən əmtəəsiz və ya riskli əməliyyatlar aparıldığı təqdirdə cavabdeh orqanın ona münasibətdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul etməsi səlahiyyətini istisna etmir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva